Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə1/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   60




BAKI İSLAM UNİVERSİTETİ
NƏŞRİ № 01
TƏFSİR ÜSULU VƏ TARİXİ
II Nəşr
Bakı - 2011


AZƏRBAYCAN RESPUBLİKASI
BAKI İSLAM UNİVERSİTETİ
Kitabın adı:
« TƏFSİR ÜSULU VƏ TARİXİ »
Müəllif:
Dr. Mehman İsmayılov
Dizayn:
Əflatun Məmmədov
ISBN:
978-9952-8102-7-1
Bu Kitab Bakı İslam Universiteti Zaqatala korpusunda
hazırlanmış və elmi şuranın 10 fevral 2011-ci il tarixli iclasının
3 saylı qərarına əsasən nəşr edilmişdir.
Dərs kitabları №: 1
 
Ünvan:   AZ6200, Zaqatala Şəhəri
  
Heydər Əliyev prospekti №: 88
 
Tel:   (+994 174) 5 32 46
 
Faks:  (+994 174) 5 21 83
 
e-mail:   zakatalailahiyat@gmail.com


ÖN SÖZ
İlahi  kitabların  sonuncusu  olan  və  bütün  əsrlərə  xitab  edən 
Qurani-kərim  bəşəriyyəti  aydınlatmaq  üçün  göndərilən  nurdur. 
Bu misilsiz kitab insanların inadını qırmaq, əvvəlcədən formalaşan 
baxışlarını dəyişmək, onlara “görünənin arxasındakını göstərmək” 
üçün ən mənalı, ən gözəl ecazkarlıq nümunələri ortaya qoyur.
Nüzulundan  bəri  Quran  bir  çox  elmlərin  ilham  qaynağı  ol-
muşdur. Onun sayəsində böyük İslam mədəniyyəti ortaya çıxmış-
dır.  VII  əsrdən  bəri  onu  anlamaq  və  anlatmaq  üçün  milyonlarla, 
hətta milyardlarla əsər yazılmıdır. Hər kəs bu böyük dəryadan öz 
gücü nisbətində bir damla almağa çalışmışdır. Lakin heç kəsə bu 
dəryanın dibinə çatmaq nəsib olmamışdır.
Bu kitab da, Azərbaycan oxuyucusuna, xüsusilədə da ilahiyyat 
elmləri ilə məşğul olanlara Quran dəryasından bir damla almağa 
yardım etməyi qarşısında məqsəd qoymuşdur.
Kitab giriş və üç fəsildən ibarətdir. Giriş qismində Quranın ta-
rix səhnəsinə çıxışı, Quran nüzul olmadan əvvəlki Ərəbistan yarı-
madası və Məkkədəki dini, siyasi, iqtisadi və sosial vəziyyət barədə 
məlumat  verilmişdir.  Burada  eyni  zamanda  təfsir,  təfsir  üsulu 
terminləri və təfsirə mənaca yaxın olan digər kəlmələr ələ alınmış-
dır.
“Quran  və  Vəhy”  adlanan  birinci  fəsildə,  vəhy  və  vəhyin 
ma hiyyəti,  Qurani-kərim  leksik  və  terminoloji  mənası,  Quranın 
fəsilləri, Quranın əsas mövzularından bəhs olunur. Quranın kitab-


TƏFSİR ÜSULU VƏ TARİXİ
6
laşması, qiraət və yeddi hərf məsələləri, Quranın tərcüməsi mövzu-
ları da bu fəsildə incələnmişdir.
“Quran  Elmləri”  adlanan  ikinci  fəsildə  isə  əsbabün-nüzul, 
nəsx,  mütəşabeh  ayələr,hürufu-müqəttəə,  qəribul-Quran,  Quran-
dakı müşkil, mücməl və mübhəm ayələr, Quran qissələri, əqsamul-
Quran, əmsalul-Quran və s. kimi Quran elmlərindən söhbət açıl-
mışdır.
“Təfsir Tarixi” adlanan üçüncü fəsildə isə təfsirin meydana çıx-
ması və tədvinindən, Rəsulullahın, səhabilərin və tabeunun təfsir 
metodlarıdan,  təfsirin  mənbələri  və  növlərindən,  müxtəlif  təfsir 
cərəyanlarından bəhs olunmuş, eyni zamanda Quranın anlaşılması 
və təfsiri üçün zəruri olan mühüm məsələlərə toxunulmuşdur.
Bu kitab hazırlanarkən aşağıdakı kitablardan istifadə edilmiş-
dir:
Professor Muhsin Demirci: “Tefsir usulü ve tarihi”
Professor İsmail Cerrahoğlu: “Tefsir usulü” və “Tefsir tarihi”
Professor Allahşükür Paşazadə: “Quranın təfsiri və tərc. tarixi”,
Professor Halis Albayrak: “Tefsir Usulü”,
Professor Mehmet Paçacı: “Kurana Giriş”.
Bu kitablardan əlavə i.e.n. Mehman İsmayılovun “XX Yüzyılda 
Azerbaycanda yapılan Kuran ve tefsir çalışmaları” adlı magistra-
tura işindən də istifadə edilmişdir.
Mehman İsmayılov
İlahiyyat elmləri üzrə fəlsəfə doktoru
Zaqatala-2011


GİRİŞ



I. QURANIN TARİX SƏHNƏSİNƏ ÇIXIŞI
Qurani-kərim ilk dəfə 610-cu ildə, Ramazan ayının iyirmi yed-
dinci gecəsində, Ərəbistan yarımadasında yerləşən Məkkə şə hərində 
vəhy  edilməyə  başlandı.
1
  Məkkədə  yaşayan  və  Allah  tərəfindən 
peyğəmbər seçilən Hz. Mühəmməd, ilk vəhyi qırx yaşında, Məkkə 
yaxınlığındakı Hira mağarasında olarkən aldı. O, qırx yaşına yaxın-
laşdıqda  özündə  heç  vaxt  hiss  etmədiyi  dəyişikliklər  hiss  etməyə 
başladı. Gecələr gördüyü röyalar gündüzlər həqiqətə çevrilirdi. Hz. 
Mühəmmədin bu vaxtlar yalnız qalmaqdan və təfəkkürə dalmaqdan 
xoşu gəlməyə başladı. Hira mağarasına gedir, yemək və suyu bitənə 
qədər orada qalırdı. Əvvəllər hiss etmədiyi bu duyğuları anlama-
ğa çalışır və Allaha ibadət edirdi. Vəhy gəlmədən əvvəlki bu dövr 
təxminən dörd-beş il çəkdi. Hz. Peyğəmbər, bu illər ərzində iyirmi 
ildən çox çəkəcək uzun bir vəhy həyatına hazırlanırdı.
A. Quran nazil olmadan əvvəl Ərəbistan yarımadası
Ərəblər tarixən Ərəbistan yarımadasında yaşayan xalqdır. Bu 
yarımada çox strateji bir yerdə yerləşdiyi üçün öz əhəmiyyətini hər 
zaman qorumuşdur. Bu yarımada qərbdə Qırmızı dəniz və Afrika 
qitəsi ilə, şərqdə Bəsrə körfəzi və İranla, cənubda isə Hind okenaı 
ilə həmsərhəddir. Yarımadanın şimali-qərbində Suriya ilə Anadolu, 
şimali-şərqində isə İraq və İran yerləşir. 
Ərəblərin  soyu  cənub  ərəblərinin  ulu  babası  Qəhtanla  şimal 
ərəblərinin ulu babası olan Adnana dayanır. Əsl ərəblərin Qəhtan 
1  Bəqərə, 2/185; Qədr, 97/1


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə