Dərs: Mulki Mudafiə Muəllim: Sərbəst işin movzusu: Respublikamizin ərazisində baş verə biləcək təbii



Yüklə 25,75 Kb.
tarix26.01.2018
ölçüsü25,75 Kb.
#22593
növüDərs

AZƏRBAYCAN DÖVLƏT

İQTİSAD UNİVERSİTETİ

Sərbəst iş №3

Ad:


Soyad:

Fakultə:

Qrup:

Kurs: 1



Dərs: Mulki Mudafiə

Muəllim:

Sərbəst işin movzusu: Respublikamizin ərazisində baş verə biləcək təbii

Və texnogen xarakterli F.H



Respublikamizin ərazisində baş verə biləcək təbi və texnogen xarakterli F.H

Geofiziki təhlükəli təzahürlər:

- Geoloji təhlükəli təbii fəlakətlər
Meteoroloji xarakterli təbii hadisələr 
Hidroloji təhlükəli təzahürlər
Daşqınlar, subasmalar çaylarda,göllərdə, dənizlərdə su səviyyəsinin qalxması nəticəsində yerin xeyli ərazisinin müvəqqəti olaraq su basmasıdır. 
Sel dağlardan böyük sürətlə gələn və qarşısındakı hər şeyi dağıdıb məhv edən çınqıl-palçıq qarışığından ibarət olur.
Respublkamızın ərazisində ehtimal olunan 
texnogen mənşəli fövqəladə hallar
əsasən güclü istehsalat və nəqliyyat qəzalarından ibarətdir.
Daha çox ehtimal olunan belə hallara neft emalı, kimya sənayesi müəssisələrində partlayış və yanğınla müşayət olunan istehsalat qəzaları aiddir.
nəqliyyatda QTKM-in ətrafa yayılması ilə müşayət edilən qəzalar; 
tez alışan maddələr istehsal, emal olunan və saxlanılan obyektlərdə yanğınlar(partlayışlar);
nəqliyyat vasitələrində yanğın və partlayışlar;
hidrodinamik qəzalar- su qurğuları qovşaqlarında bəndlərin dağılması və fəlakətli daşqın zonalarının yaranması.
Respublikamızda kimyəvi təhlükəli obyektlərin sayı 60-dan artıqdır və olduqca təhlükəlidir;Zəlzələ gücünü və xarakteristikasını səciyyələndirən əsas parametrlər – zəlzələnin maqnitudası, zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ enerjisinin intensivliyidir.
Maqnituda
– zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə edən, 0-dan 8,5 - dək olan hədd çərçivəsində dəyişən enerjiyə münasib olan şərti kəmiyyətdir. Zəlzələnin maqnitudasını ölçmək üçün, Rixter şkalasından istifadə edilir ki, bu şkalada hər bir vahid, özündən əvvəlki vahidə nisbətən, titrəyiş enerjisinin yüz qat artığına müvafiqdir.
Zəlzələ ocağının dərinliyi 
– zəlzələnin gücündün asılı olaraq 0-dan 700 km-dək dəyişə bilər. Hər bir seysmik rayon üçün, ehtimal olunan zəlzələnin dərinliyinin müəyyən həddi mövcuddur.
Respublikanın ərazisi aşağıdakı sel təhlükəli zonalara ayrılır:
Böyük Qafqaz dağlarının cənub və şimal-şərq yamacları;
Kiçik Qafqaz dağlarının şimal-şərq yamacları;
Naxçıvan Muxtar Respublikasındakı dağ yamacları;
Talış dağlarındakı dağ yamacları.
Sel 
–Çayların məcrası boyu özü ilə çoxlu (həcminin 10-15%-dən artıq) bərk material (qum, çınqıl) gətirən və sıxlığı suyunkundan 1,5-2 dəfə çox olan axındır. 
Sürüşmə və uçqunlar
. Sürüşmə -adətən dağ yamaclarında olan torpağın eroziyadan, suyun dağın ətəklərinin yuması, yamacların titrəməsi və ya əlavə təsirə məruz qalması nəticəsində baş verən torpaq sürüşməsindən ibarət hadisədir.
Qar uçqunu (marxal).
Marxal dağların yamacları boyu aşağı hərəkət edərək qarşısına çıxan hər şeyi dağıdan nəhəng qar kütləsindən ibarətdir. Marxallar nisbi hündürlüyü 20- 40 metrdən, mailliyi 25 dərəcədən və qar örtüyünün hündürlüyü 30 sm-dən çox olan yamaclarda baş verə bilər.
Qasırğa və burulğan
atmosferdə baş verən siklon hadisələr nəticəsində yaranır. Zərərin miqyası qasırğanın müddəti və gücündən, fəlakət rayonlarında əhalinin sıxlığından və iqtisadiyyatın xarakterindən asılıdır.
Təbii fəlakətlərin, istehsalat qəzasının növündən.
Mövcud şəraitdən.
Xilasetmə işinə cəlb edilən MM qüvvələrinin sayından.
Hava şəraitindən və s.
2. Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün həm ümumi məqsədli birləşmələrdən, həm də MM-nin xidməti birləşmələri cəlb edilə bilər.
Təbii fəlakətlərin, iri qəza və fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı birliklərin əsas vəzifəsi insanları və maddi dəyərləri xilas etməkdir.
MM qüvvələrinin ZO apardığı xilsetmə işinin xarakteri aşağıdakılardan ibarətdir:
1. Zərər çəkənlərə ilkin tibbi yardım göstərilir; 
2. Dağıntılar arasında keçid yaradılır; 
3. Mühəndis şəbəkələrində qəzalar lokallaşdırılır;
4. Qəza vəziyyətində olan binalar ya dağıdılır, ya da bərkidilir;
5. Su təchizatı təmin edilir.
3.Subasma zamanı. Buraya xilasedici dəstələr, komanda və qruplar, sanitar drujinallar, kəşfiyyat qrupları, təmir – tikinti birlikləri aiddir, onlar üzücü vasitələrlə təmin edilir. Subasma zamanı subasma rayonlarında insanların axtarılması, onların təhlükəsiz zonaya aparılması istiqamətinə yönəlib.
Sürətli üzmə vasitələrində və vertalyotlarda hərəkət edən kəşfiyyat qrupu su basmış ərazidə insanların kütləvi toplandığı yer və onların vəziyyəti haqqında məlumatlar toplayır, vaxtaşırı səs və işıq siqnalı verirlər. Alınmış məlumatlar əsasında MMrəisi birliklərinin vəziyyətlərini aydınlaşdırır və onların ZO– a doğru hərəkətini təmin edir
Suda olan kiçik yaşlı insan qruplarına xilasedici dairə, rezin şar və s. vasitələr atılır. Bu zaman külək istiqaməti nəzərə alınır. Sudan çıxarılanlara ilk tibbi yardım göstərilir köçürülür. Çoxlu miqdarda olduqda teploxod, katerlər istifadə edilir. Suda buz qalıqları arasında onlara kəndir, taxta nərdivanın bir ucu verilir. 
İri qəza və fəlakətlər zamanı. Qəzadan sonrakı vəziyyət nəzərə alınmaqla aparılır. Qısa müddətdə aparılır :
1. Uçqunlar altında qalanları tez xilas etmək
2. Tibbi yardım göstərmək 
3. Digər qəzaların qarşısını almaq
Kəşfiyyatın məlumatlarına və şəxsi müşahidələrinə əsasən obyektin MM rəisi birləşmələrin vəziyyətlərini aydınlaşdırır.
Ərazi MM rəisi xilas edicilərə başçılıq edir, birləşmə komandirlərinə göstərişlər verir, qidalanma, şəxsi heyyətin növbə və istirahətini təmin edir.
Qəza zamanı xəbərdarlıq tədbirləri. Qəzalar xalq təsərrüfat obyektlərinə zərər vurur. Buna görə də onların normal fəaliyyətləri dövlət əhəmiyyətlidir. Sənaye mürəkkəb mühəndis texniki kompleksdir və burada xəbərdarlıq tədbirləri də mürəkkəb mühüm texniki və təşkilati tədbirlər kompleksidir.
4. Yanğından mühafizə: Yanğın-od insanların nəzarətindən çıxdıqda, habelə səhlənkarlıq üzündən, bəzən də istehsalat qəzası və təbii fəlakət nəticəsində baş verir. Respublikada güclü yanğın və partlayış təhlükəsi törədən 850-dən artıq obyekt var. Ərazinin 11%-ni meşə təşkil edir ki, bu da meşə yanğınlarının baş vermə ehtimalını artırır.

Yüklə 25,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə