Dərs nümunəsi a. M. Umudova Quba rayonu Xucbala kənd orta məktəbinin kimya müəllimi



Yüklə 30,08 Kb.
tarix05.03.2018
ölçüsü30,08 Kb.
#29813
növüDərs

Kimya məktəbdə




IX SINIFDƏ KIMYADAN KURUKULUM ƏSASINDA DƏRS NÜMUNƏSI
A.M. Umudova

Quba rayonu Xucbala kənd orta məktəbinin kimya müəllimi

A.M. Tağıyeva

kimya elmlər namizədi

Məzmun xətti: (Tədris vahidi) Metallar və onların ümumi xassələri
Mövzu: Metalların korroziyası və onun qarşısının alınması.
1.1. Əsas standart: Kimyəvi, elektrokimyəvi korroziyaya aid bilik və bacarıqları nümayişi

1.1.1. Alt standart: (Məqsəd) Korroziya, qalvanik cütlər haqqında bilik, korroziyanın qarşısını almaq yolları haqqında bildiklərini izah etməyi bacarığı.

İnteqrasiya: Fizika fənnində sabit elektrik cərəyanı mövzusu ilə əlaqə.

Dərsin tipi: Deduktiv-(ümumi fikir, nəticə axırda çıxır)

İş formaları: Qruplarla.

İş üsulları: Kiçik qruplarda müzakirə, BIBO-bilirdim, istəyirəm biləm, öyrəndiklərim.

Resurslar: Kimya-1X sinif dərslik, ”Kimya”-ensiklopediyası, gümüş qəpik, qalay və ya qurğusun lövhə,”Fizika” dərslik, dəmir mıx, sınaq şüsələri, sink, mis məftil, duz, natrium qələvisi.

Motivasiya: -5dəq

Motivasiya

1. Dəmirdən hazırlanan məmulatların üzərinə niyə görə özündən aktiv metal çəkilir?

2. Niyə görə poladın tərkibinə 12% xrom əlavə edirlir?

3. Dəmir elektronları verdi elektrolitə;

Mis elektronları aldı elektrolitdən;

Dəmir oldu anod;

Mis oldu katod.

4.Yönəldici sual: Gümüşü ağ rəngli dəmir nəm havada qaldıqda,bir müddətdən sonra rəngininin qırmızıya çevrilməsinin səbəbi nədir?

Tədqiqat sualı: korroziya nədir onun qalvanik cütlərlə nə əlaqəsi var, korroziyaya qarşı hansı mübarizə üsulları var.

Tədqiqatın aparılması:15 dəq.

Sagirdlər 4qrupa bölünür. Hər qrupa ayrıca tapşırıq verilir.

1 qrup (Qalvanik cütlər qrupu)

Liderə verilən tapşırıq: L. Qalvanik cütlər təcrübələrdə hansı hadisə ilə üzləşir?.

Komandanın sualı: Elektrolit mühitinin tərkibində hansı maddələrin olması korroziyanı sürətləndirir?

2 qrup (A. Volta qrupu). Lider: A. Volta batereyanı necə düzəltdi?

Komandanın sualı: Korroziya nədir, onun elektrolizlə oxşar və fərqli. cəhətləri

3 qrup (Akumlyator qrupu) Lider: akkumlyatorlarin qalvanik cütlərlə hansı əlaqəsi var?

Komandanın sualı: Metalların və ərintilərin korroziyasının qarşısını almaq üçün onların səthinə hansı qoruyucu örtüklər çəkilir?

4 qrup (Korroziya qrupu). Lider. Dilimizin uzərinə gümüş qəpik qoysaq və dilimizin ucu ilə qalay lövhəyə toxunsaq nə baş verər?

Komandanın sualı:. Ərintilərin tərkibində hansı metalların olması onları korroziyadan etibarlı şəkildə qoruyur?

Komandanın lideri öz tədqiqat sualını ayrılıqda işləyir, sonra qrup yoldasları ilə müzakirə edir.

Hazır olan komandadan başlayaraq tədqiqatın müzakirəsi aparılır. Hər komandaya, müzakirə üçün 5dəq vaxt verilir.

Tədqiqatın müzakirəsi: 25 dəq.

Düzgün təhlil aşağıdakı kimi olmalıdır.

1. 1789-cu ildə italyan alimi L. Qalvani dəmir şəbəkəyə birləşdirilmiş mis məftildən asılan qurbağanın ayaqında cərrahiyə əməliyyatı aparan zaman görmüşdür ki, hər dəfə qurbağanın ayağı dəmir şəbəkəyə toxunduqda əzələləri yığılır. Bu elektrikin təsirindən baş verir. Qalvani nəzəriyyəsinə görə istənilən orqanizm, canlı toxumaya cərəyan verir, metal naqillər adi naqil rolunu oynayır.

2. Qalvanik cütü əmələ gətirən metallar gerginlik sırasında bir-birindən uzaqda olduqda, məhlulun turşuluğu çox olduqda, temperaturu artdıqda, metalda qarışıqlar çox olduqda, məhlulda xlor, brom, sulfat ionlari olduqda korroziya süsrətlənir.

2.1. Volta qrupu Qalvaninin təcrübəsini belə izah etdi: metal elektrolit məhluluna toxunduqda elektrik cərəyanı yaranır və bu da əzələlərin yığılmasına səbəb olur. Elektrolit vəzifəsini əzələ toxumasındakı maye oynayır. Voltanın “fincanlardan tac” adlanan ilk batereyası bir-biri ilə dövrə üzrə birləşmiş, icərisində iki lövhə- mis ve sink lövhə salınmış isti duz məhlulu olan bir neçə fincandan ibarətdir.Hər bir fincanın lövhəsi qonşu fincanın sink lövhəsi ilə birləşib. Yalnız sonda artıq qalan mis və sink lövhələr qapanmır, onlar batereyanın çıxışlarıdır.

2.2. Metalların və onların ərintilərinin ətraf mühitin təsirindən kimyəvi və elektrokimyəvi dağılması korroziya adlanır. Elektrolizdən fərqli olaraq katod müsbət, anod mənfi elektrod olur. Elektrolitin hərəkət istiqaməti anoddan katoda doğru gedir.

3.1. Elektrik akkumlyatorlar qalvanik cərəyan mənbəyine aiddir. Ən sadə akkumlyator sulfat tursusu məhluluna salınmış iki qurğuşun lövhədən ibarətdir. Akkumlyatorun cərəyan mənbəyi olması üçün onu doldurmaq lazımdır. Doldurma zamanı kimyəvi reaksiyalar nəticəsində elektrodun biri müsbət, digəri mənfi yüklənir.

3.2. Mühafizə edici örtüklər metal (sinkləmə, xromlama, qalaylama nikeləmə və s.) və metal olmayan maddələrdən (laklarla, boyalarla və emallarla örtmə) hazırlana bilər. Metalın səthindəki örtük təbəqəsi qorunan metaldan passiv olarsa (mis, gümüş, qızıl) onda qoruyucu təbəqənin dağıldığı yerdən qorunan metalın korroziyası başlayır. Əgər qorunan örtük (sink, xrom) qorunan metaldan aktiv olarsa onda örtük təbəqəsi müəyyən yerdən dağılsa da üzərini örtdüyü metalı korroziyadan qoruyur.

4.1. Dilin ortasına gümüş pul qoyub, sonra dilin ucu ilə qalay və ya qurğuşun lövhəyə toxunsaq ağızda turş dad əmələ gəlir bunun səbəbi dilimizin elektrolit kimi su və Pb- dan elektronları Aq-a doğru verməsindədir. Metalların yerini dəyişdikdə qələvilərə xas acılıq müşahidə olunur.

4.2. Ərintilərin tərkibinə Ni, Co, Cu, Cr əlavə etdikdə onlar korroziyaya davamlı olur. Məs. poladın tərkibinə 12% Cr daxil etdikdə paslanmayan polad alınır.

Tədqiqatı yekunlaşdıraraq deyilənləri təsdiq etmək üçün bir gün əvvəl müəllimin hər qrupa verdiyi təcrübələr müzakirə olunur.

1 qrup. Quru sınaq şüşəsinə O2 doldurulur, icərisinə dəmir mıx salınıb ağzı bağlanılır. b) yarısı O2 yarısı su ilə doldurulmuş böyük sınaq şüşəsinə dəmir mıx salınıb ağzı bağlanılır.

2 qrup. Yarısı su, yarısı adi havadan ibarət böyük sınaq şüşəsinə dəmir mıx salınır və ağzı tıxac ilə bağlanır.

3 qrup. Yarıya qədər NaCl məhlulu olan sınaq şüşəsinin üzərinə mis məftil sarınmış dəmir mıx salınır.

4 qrup. Yarıya qədər NaOH məhlulu olan sınaq şüşəsinə Cu məftil salınmış dəmir mıx salınır.

Təcrübələrin nəticələri:

Saf oksigen və ya hava quru halda dəmirə təsir etmir.Rütubətin və saf oksigenin iştiraki ilə dəmir havada olduğundan daha tez paslanır və korroziya sürətlə gedir. Fe özündən az aktiv mis metalı ilə təmasda olduqda (sarınmış halda) elektrolit mühitində sürətlə korroziyaya uğrayır.

Nəticələrin çıxarılması: 2dəq. Kimyəvi, elektrokimyəvi korroziya haqqında bilir, korroziyadan metalları və onların ərintilərini qorumaq üçün mühafizə üsullarını şərh edir.

Qiymətləndirmə-3dəq.

Dərsin bütün mərhələlərində qiymətləndirmə əvvəlcədən müəyyənləşdirilmiş meyarlar əsasında aparılır.


İstifadə edilmiş ədəbiyyat:


1. Vaqif Abbasov, Mütəllim Abbasov, Rəcəb Əliyev, Akif Eliyev, Vəli Əliyev, Lətif Qasimov. KIMYA. Ümumtəhsil məktəblərinin 9-cu sinifi ucun  dərslik,  Bakı-2009.

2. V. Abbasov, M Abbasov, T. Xanlarov, V. Əliyev, T. Guləliyev, N. Əlimərdanov, N. Əzməmmədov, R. Mustafayeva, A.Batiyeva. KIMYA. Yuxarı sinif sagirdləri və müəllimlər üçün dərs vəsaiti, Bakı-2011.



3.Elman Məmmədov, Nazim Abışov, Rəhim Süleymanov,  Elbrus Allahyarov. Uşaqlar üçün  ensiklopediya. KIMYA, Bakı-2008.





Образец урока химии на основе курикулума в IX классе
А.М. Умудова, А.М. Тагиева
АННОТАЦИЯ
В статье приведен пример обучения учеников знаниям о протекании процесса коррозии металлов и способам предотвращения от коррозии, позволяющий освоить методологию преподавания химии курикулум.

Sample chemistry lesson on the basis of curriculum in class IX
A.M. Umudova, A.M. Tagiyeva
SUMMARY
The article is an example of student learning in the knowledge about the course of the process of corrosion of metals and methods for preventing corrosion, allowing to learn the methodology of teaching chemistry krukulum.

Ачар сюзляр: korroziya, qalvanik cütlər, elektrolit məhlulu, metal elektrolit, elektrokimyəvi korroziya.
Ключевые слова: коррозия, гальванические пары, раствор электролита, металлический электролит, электрохимическая коррозия.
Key words: corrosion, galvanic couples, electrolyte solution, the metal electrolyte, electrochemical corrosion.





Yüklə 30,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə