Dərs nümunəsi Şükür ƏLİzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru



Yüklə 51,33 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü51,33 Kb.
#25954
növüDərs


Kurikulum üzrə dərs nümunəsi

Şükür ƏLİZADƏ,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru

VI SİNİF

FİZİKA FƏNNİ

Kurikulum  üzrə  təlim  əzbərçiliyə  deyil,  həyati  bacarıqlara,  başlıca  nəticəyə  aparan  yoldur.  Bu  yolda

müəllim  və  şagirdlərin  fəaliyyət mexanizmi  dəyişir.  Müəllim  də,  şagird  də  axtarır,  tədqiq  edir.  Müəllim

şagirdləri 

müstəqil, 

yaradıcı 

fəaliyyətə 

istiqamətləndirməklə 

onun 

öz 


fəaliyyətinin 

nəticələrini

qiymətləndirməyi  bacaran  şəxsiyyət  kimi  formalaşmasına  bələdçilik  edir.  O,  "Öyrənməyi  öyrətmək"lə  biliyi

müstəqil əldə etmə bacarığı formalaşdırır.

Kurikulum  üzrə  təlim  prosesində  müəllim  dərsin  mövzusunu  elan  etmir,  motivasiyanı  elə  qurur  ki,

dərsin mövzusu şagirdlərdən alınsın.

Kurikulum üzrə təlim prosesində təfəkkürün fəallaşdırılması nəticəsində biliklər daha müstəqil, sərbəst

qavranılır  və  mənimsənilir;  məntiqi,  tənqidi  və  yaradıcı  təfəkkür,  habelə  problemlərin  həlli  və  qərar  qəbul

edilməsi üzrə vərdişlər, elmi-tədqiqat aparmaq bacarığı formalaşdırılır; qarşılıqlı hörmət hissi və əməkdaşlıq

vərdişləri aşılanır; təlimin səmərəliliyi xeyli artır.

Buradan  görünür  ki,  kurikulum  üzrə  dərslərin  quruluşu  taksonomiyanın  mərhələləri  üzrə  aşağıdakı

kimi təşkil olunmalıdır: motivasiyanın yaradılması və problemin qoyuluşu; tədqiqatın aparılması; informasiya

mübadiləsi;  informasiya  müzakirəsi  və  təşkili;  müqayisə,  ümumiləşdirmə  və  nəticə;  yaradıcı  tətbiqetmə;

qiymətləndirmə və refleksiya; evə tapşırıq.



Mövzu: "Ölçü cihazları".

Standart: 3.1.5, 3.1.2, 3.2.1.

Dərsin məqsədləri: Həyatda müxtəlif fiziki kəmiyyətləri ölçmək üçün:

* Ölçü cihazları ilə tanış olmaq;

* bu cihazların ölçü həddini, bir bölgüsünün qiymətini müəyyən etmək;

*  alınan ərzağın  kütləsini,  avtomobilin  sürətini,  yolun  uzunluğu,  sinfin  uzunluğu  və  enini,  keçən  vaxtı

təyin etmək;

* temperatur, təzyiq və suyun həcmini ölçmək.

Resurslar:  ruletka,  tərəzi,  kurvimetr,  odometr,  menzurka,  ştangenpərgar,  təzyiqölçən,  termometr,

xətkeş, saniyəölçən, elektron tərəzisi, saat, su, kurə və daşlar, sap, karandaş, işçi vərəqləri.

Təlim formaları: Əməkdaşlıq, kiçik qruplarla iş, cütlərlə iş.

Təlim üsulu: Əqli hücum, müsahibə, nümayiş, tədqiqat, yaradıcı tətbiqetmə, BİBÖ.

Dərsin gedişi. 1.Sinfin təşkili - 2 dəq.

Müəllim sinfə daxil olub, salamlaşdıqdan sonra davamiyyəti yoxlayıb, dərsdə iştirak etməyənləri qeyd

edir, lazım gələrsə qısa tərbiyəvi söhbət aparır. Sinfi 4 qrupa bölür, işçi vərəqləri, fizika dərsliyi, elektron və

mexaniki  tərəzi,  çəki  daşı  dəsti,  kütləsi  təyin  ediləcək  cisimlər,  içərisində  su  olan  qab,  menzurka,  ruletka,

xətkeş,  termometr,  saat,  təzyiqölçən,  kurvimetr,  ştangenpərgar,  odometr,  saniyəölçən,  bölgülü  qabı  kiçik

qruplara paylayır.



Motivasiya və problemin qoyuluşu - 5 dəq.

Bu məqsədlə sinfə aşağıdakı suallarla müraciət olunur:

- Həyatda fiziki kəmiyyətləri ölçmək üçün nə etməliyik?

- Hansı ölçü cihazlarından istifadə etməliyik?

Bu  suallara  cavab  vermək  üçün  lövhədə  bir  tablo  asılır.  Tabloda  göstərilmiş  böyük  sual  işarəsinin

altında bir anlayış gizlənib. Bu anlayışı müəyyən etməkdən ötrü əvvəl bir neçə kiçik suala cavab verməliyik

(şəkil 1).



M.: Sinfin uzunluğu hansı cihazla ölçülür?

Ş.: Ruletka ilə.

M.: Qüvvə hansı cihazla ölçülür?

Ş.: Dinamometrlə.

M.: Vaxt hansı cihazla ölçülür?

Ş.: Saatla.

M.: Həcm hansı cihazla ölçülür?

Ş.: Həcm menzurka ilə ölçülür.

M.: Əyri xətlərin uzunluğu hansı cihazla ölçülür?

Ş.: Kurvimetrlə və s.

Bu  qaydada  cədvəldəki  bütün  suallar  şagirdlərə  verilərək  müvafiq  cavablar  alınır.  Sonra  şagirdlərə

belə bir sualla müraciət olunur:

M.: Bu cihazların hamısının üzərində bir hissə vardır. O nədir?

Ş.: Bu cihazların hamısının üstündə şkala vardır.

M: Fiziki kəmiyyətin ölçülməsində cihazların şkalasında nələri bilmək lazımdır?

Ş: Şkalanın ölçü həddini və bir bölgüsünün qiymətini bilmək lazımdır.

M.: Xətkeşin bir bölgüsünün qiyməti necə təyin edilir?

Ş.:  Bunun  üçün  xətkeşin  şkalasında  ixtiyarı  iki ən  yaxın  a  və  b  cizgiləri  qeyd  edilib,  onların  fərqi

hesablanır və həmin cizgilər arasındakı bölgülərin n sayına bölünür:

Sinfin


uzunluğu

hansı cihazla

ölçülür?

Qüvvə hansı

cihazla

ölçülür?


Vaxt hansı

cihazla


ölçülür?

?

?

?



?

?

?



?

Ötən vaxt

hansı cihazla

ölçülür?


Təkərin

fırlanmasına

görə yolun

uzunluğu


hansı cihazla

ölçülür?


Təzyiq hansı

cihazla


ölçülür?

?

?



?

?

?



?

Həcm hansı

cihazla

ölçülür?


Əyri xətlərin

uzunluğu


hansı cihazla

ölçülür?


Cisimlərin

daxili və

xarici ölçüləri

hansı cihazla

ölçülür?

Şəkərin


kütləsi hansı

cihazla


ölçülür?

Dəftərin


uzunluğu

hansı cihazla

ölçülür?

Temperatur

hansı cihazla

ölçülür?


Şəkil 1


M.:  Kitabınızda  səh.30-da  menzurka,  termometr  və  üç  xətkeş  təsvir  olunmuşdur.  Bu  cihazların  ölçü

həddi və bir bölgüsünün qiyməti nə qədərdir?

Ş.: Bu cihazların ölçmə həddi:menzurkada 250 ml, termometrdə 50°C, I xətkeşdə 4 sm, II xətkeşdə 40

sm, III xətkeşdə 25 sm-dir; bir bölgüsünün qiyməti: menzurkada 5 ml, termometrdə 5°C, I xətkeşdə 0,1 sm, II

xətkeşdə 2 sm, III xətkeşdə 1 sm-dir.

M.: Cihaz xətası nəyə deyilir?

Ş.: Cihazın şkalasının bir bölgüsünün qiymətinin yarısına cihaz xətası deyilir.

Kompüterdə istifadə edib ölçü cihazları nümayiş etdirilir.

M.: İndi də gəlin kiçik sualların yerində cavabları yazaq (şəkil.2).

M.: Bütün bunlar birlikdə nə adlanır?

Ş.: Bütün bunlar birlikdə "Ölçü cihazları" adlanır.

M.:  Demək,  bugünkü  dərsimiz  "Ölçü  cihazları"  olur.  Onda,  böyük  sual  işarəsinin    yerində  "Ölçü

cihazları" olmalıdır (şəkil 3).

Sinfin


uzunluğu

hansı cihazla

ölçülür?

Qüvvə hansı

cihazla

ölçülür?


Vaxt hansı

cihazla


ölçülür?

?

Ruletka


Dinamometr

Saat


Saniyəölçən

Odometr


Təzyiqölçən

Ötən vaxt

hansı cihazla

ölçülür?


Təkərin

fırlanmasına

görə yolun

uzunluğu


hansı cihazla

ölçülür?


Təzyiq hansı

cihazla


ölçülür?

Tərəzi


Xətkeş

Termometr

Menzurka

Kurvimetr

Ştangenpərgar

Həcm hansı

cihazla

ölçülür?


Əyri xətlərin

uzunluğu


hansı cihazla

ölçülür?


Cisimlərin

daxili və

xarici ölçüləri

hansı cihazla

ölçülür?

Şəkərin


kütləsi hansı

cihazla


ölçülür?

Dəftərin


uzunluğu

hansı cihazla

ölçülür?

Temperatur

hansı cihazla

ölçülür?


Şəkil 2


Bu iş aparıldıqdan sonra aşağıdakı kimi tədqiqat  sualı (sualları) müəyyənləşdirilir.

* Biz ölçü cihazlarını nə üçün öyrənirik?

* Bu cihazlardan istifadə edərkən nəyi bilmək lazımdır?

* Cihazın ölçmə həddini necə təyin edirik?

* Cihazın şkalasındakı bir bölgüsünün qiyməti necə təyin olunur?

Tədqiqatın aparılması - 10 dəq.

Şagirdlər 4 kiçik qruplara ("İstilik", "Elektrik", "Maqnit" və "İşıq") bölünür. Qruplara tapşırıqlar verilir:

1.  "İstilik"  qrupu:  Elektron  və  mexaniki  tərəzi  ilə  çəki  daşı  dəstindən  istifadə  edib  verilmiş  cismin

kütləsini təyin edin.

2. "Elektrik" qrupu: Termometrdən istifadə edib, verilmiş suyun temperaturunu ölçün.

3. "Maqnit" qrupu: Menzurkadan istifadə edib verilmiş  suyun həcmini təyin edin.

4.  "İşıq"  qrupu:  Ruletka  və  xətkeşdən  istifadə  edib  fizika  kitabının  və  sinif  otağının  uzunluğunu  təyin

edin.


Hər qrupun şagirdləri tədqiqat sualı əsasında axtarış aparır, fikirləşir, verilmiş tapşırıqlar icra edilir və

iş vərəqlərində müvafiq qeydlər aparılır.



İnformasiya mübadiləsi - 5 dəq.

Kiçik qrupun üzvləri öz aralarında informasiya mübadiləsi aparır və gəldikləri nəticəni işçi vərəqlərində

qeyd edirlər.

İnformasiya müzakirəsi - 5 dəq.

İnformasiya müzakirəsi zamanı aşağıdakı kimi suallar verilir:

- Temperatur hansı cihazla ölçülür?

- Cismin kütləsi hansı cihazla ölçülür?

- Təzyiqi ölçmək üçün hansı cihazdan istifadə edilir?

- Xəritədə olan əyri xətlərin (yolların, çayların) uzunluğu hansı cihazla ölçülür?

Şəkil 3

Sinfin


uzunluğu

hansı cihazla

ölçülür?

Qüvvə hansı

cihazla

ölçülür?


Vaxt hansı

cihazla


ölçülür?

Ölçü

cihazları

Ruletka


Dinamometr

Saat


Saniyəölçən

Odometr


Təzyiqölçən

Ötən vaxt

hansı cihazla

ölçülür?


Təkərin

fırlanmasına

görə yolun

uzunluğu


hansı cihazla

ölçülür?


Təzyiq hansı

cihazla


ölçülür?

Tərəzi


Xətkeş

Termometr

Menzurka

Kurvimetr

Ştangenpərgar

Həcm hansı

cihazla

ölçülür?


Əyri xətlərin

uzunluğu


hansı cihazla

ölçülür?


Cisimlərin

daxili və

xarici ölçüləri

hansı cihazla

ölçülür?

Şəkərin


kütləsi hansı

cihazla


ölçülür?

Dəftərin


uzunluğu

hansı cihazla

ölçülür?

Temperatur

hansı cihazla

ölçülür?



- Təkərlərin fırlanması nəticəsində gedilən yolun uzunluğu hansı cihazla ölçülür?

- Mayelərin həcmləri hansı cihazla ölçülür və s.

Şagirdlər verilən sualları cavablandırırlar.

Ş.: - Müqayisə, ümumiləşdirmə və nəticə - 5 dəq.

Bu məqsədlə şagirdlərə aşağıdakı suallar verilir.

M.: Bugünkü dərsimiz nə oldu?

Ş.: Bugünkü dərsimiz "Ölçü cihazları" oldu.

M.: Hansı ölçü cihazlarını  tanıyırsınız?

Xətkeş,  ruletka,  menzurka,  tərəzi,  saat,  termometr,  təzyiqölçən,  kurvimetr,  ştangenpərgar,  odometr,

saniyəölçən, ölçü lenti, bölgülü qab.

M.:  Müasir  dövrdə  fiziki  kəmiyyətlərin  ölçülməsində  dəqiqliyi  artırmaq  məqsədilə  hansı  cihazlardan

istifadə edilir?

Ş.: Müasir dövrdə şkalaları rəqəmlə əvəz edilən elektron cihazlardan istifadə edilir.

M.: Beləliklə, nə öyrəndiniz?

Ş.:  Fiziki  kəmiyyətlərin  qiymətləri  ölçü  cihazları  vasitəsilə  təyin  edilir.  Bütün  ölçü  cihazlarının  şkalası

vardır.  Ölçü  cihazlarından  istifadə  edərkən  onun  bir  bölgüsünün  qiymətini  təyin  etmək  vacibdir.  Cisimlərin

həcmi menzurka, temperaturu termometrlə, uzunluğu xətkeşlə, kütləsi tərəzi vasitəsilə  və s.ölçülür.

Səhifə 29-da iki termometr şəkli verilmişdir. Birinci termometrdə ölçmə həddi 50°C, ikinci termometrin

ölçmə  həddi  80°C-dir.  Ölçü  nəticəsində  birinci  termometr  26°C,  ikinci  termometr  23°C  göstərir.  Birinci

termometrin  bir  bölgüsünün  qiyməti  1°C,  ikinci  termometrin  bir  bölgüsünün  qiyməti  2°C-dir.  Karandaşın

uzunluğu 13,7 sm-lə 13,8 sm arasında olur. Yəni: 13,7 sm <  l < 13,8 sm.

Səhifə  32-də  iki  müxtəlif  xətkeşlə  tirciklərin  ölçülməsi  təsvir  olunmuşdur.  Məlum  olur  ki,  a  cisminin

uzunluğu 42 mm, b cisminin uzunluğu 42,5 mm-dir.

Yaradıcı tətbiqetmə - 6 dəq.

Bu məqsədlə aşağıdakı kimi test tapşırıqları verilir:

M.: Sizə aşağıdakı məqsədlər üçün cihazlar almaq lazımdır. Hansını seçərdiniz?

- Otağınızın temperaturunu ölçmək üçün:

A) saat, B) termometr, C) xətkeş, D) tərəzi, E) menzurka.

- Cismin uzunluğunu ölçmək üçün:

A) saat, B) termometr, C) xətkeş, D) tərəzi, E) menzurka.

- Zamanı ölçmək üçün:

A) saat, B) termometr, C) xətkeş, D) tərəzi, E) menzurka.

- Həcmi ölçmək üçün:

A) saat, B) termometr, C) xətkeş, D) tərəzi, E) menzurka.

Qiymətləndirmə və refleksiya - 5 dəq.

İş  vərəqləri  toplanılır,  təhlil  edilir  və  qruplar  təqdim  olunan  qiymətləndirmə  cədvəlindəki  kimi

qiymətləndirilir:

Evə tapşırıq - 2 dəq.

V    sinfin  fizika  dərsliyindən  "Ölçü  cihazları"  mətnini  öyrənmək,  xətkeşdən  istifadə  edib  iş  stolunun

uzunluğu və enini, evdə işlədiyiniz otağın ölçülərini təyin etmək və keçilənləri təkrarlamaq.

Qiymətləndirmə cədvəli

Kiçik qruplar

Meyarlar

“İstilik”

qrupu

“Elektrik”



qrupu

“Maqnit”


qrupu

“İşıq”


qrupu

Ölçü cihazlarını tanıyır

*****

*****


*****

****


Ölçü cihazlarından istifadə

etməyi bacarır

*****

*****


*****

****


Ölçü cihazlarının bir

bölgüsünün qiymətini təyin

etməyi bacarır

*****


*****

****


***

Ölçü cihazlarını tətbiq etməyi

bacarır

*****


*****

****


****

Yüklə 51,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə