Dərs plani (5 və 7 illik təhsil üzrə) MÜNDƏricat 06 04 15 20



Yüklə 335,74 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix17.06.2018
ölçüsü335,74 Kb.
#49207
növüDərs
  1   2   3   4   5   6   7   8


Bakı 

 2017


UŞAQ MUSIQI VƏ INCƏSƏNƏT 

MƏKTƏBLƏRI ÜÇÜN

AZƏRBAYCAN  MUSIQI ƏDƏBIYYATI 

FƏNNI ÜZRƏ GÜNDƏLIK 

DƏRS PLANI

(5 və 7 illik təhsil üzrə)





MÜNDƏRICAT

06

04

15

20

25

31

Birinci 


tədris ili

İkinci


tədris ili

Üçüncü


tədris ili

Dördüncü 

tədris ili

İstifadə olunan 

ədəbiyyat siyahısı

İzahat 


vərəqəsi


Uşaq musiqi və incəsənət məktəbləri üçün Azərbaycan  musiqi ədəbiyyatı fənni üzrə gündəlik dərs planı

Azərbaycan musiqi ədəbiyyatı fənninin 

tədrisi  uşaq musiqi və incəsənət 

məktəbləri (5 və 7 illik təhsil üzrə) üçün 

nəzərdə tutulan tədris planına əsasən 

dörd ili əhatə edir. İxtisasından asılı 

olmayaraq bu fənn məktəblərdə təhsil 

alan  bütün şagirdlərə tədris edilir. 

Azərbaycan musiqi ədəbiyyatı fənni   

beş (5)  illik təhsil üzrə   II-III-IV-V 

siniflərdə, yeddi (7) illik təhsil üzrə isə 

IV-V-VI-VII siniflərdə  keçirilir. Bu  fənn  

üzrə  məşğələlər  həftədə bir dəfə bir   

akademik saat, yəni  45 dəqiqə keçirilir.

 Azərbaycan musiqi ədəbiyyatı fənninin 

tədrisində məqsəd şagirdləri klassik 

və müasir musiqi mədəniyyətimizin 

nümunələri ilə ətraflı tanış etmək, onların 

dünyagörüşünü genişləndirməkdən  

ibarətdir. 

Bu fənn üzrə tədris olunan  mövzular 

xalq, klassik, müasir musiqinin  müxtəlif 

janrlarını  əhatə edir, şagirdlərin musiqi 

formaları  haqqında ümumi anlayışlarla 

məlumatlandırılmasını nəzərdə tutur.  

Müasir dövr, yeni təhsil konsepsiyası 

şagirdlərin musiqi-estetik  tərbiyəsində 

yeni  yanaşma üsullarını tələb edir. 

Tədrisdə yeni texnologiyaların tətbiqi, 

müasir Azərbaycan musiqisi haqqında 

ətraflı informasiyalar, xalq musiqisinə 

dair məqalələr  musiqi ədəbiyyatı 

fənninin tədrisində müəllimlərə müəyyən 

dərəcədə köməklik edir. Yeni  təhsil 

konsepsiyası hər bir müəllimdən yaradıcı 

olmağı, tədris prosesinə yeni təlim 

üsullarının tətbiq olunmasını tələb edir. 

Təqdim olunan gündəlik dərs  planında 

müəllimlərin  özünəməxsus metodik 

yanaşmaları nəzərə alınaraq Azərbaycan 

musiqisi üzrə mövzuların həcmində bir 

sıra ümumiləşdirilmələr aparılmışdır.

Azərbaycan musiqi ədəbiyyatı fənni 

üzrə tədris olunan mövzular  XX əsrin 

başlanğıcından  XXI əsrin ikinci onilliyinə 

qədərki dövrü əhatə edir. 

Fənnin I tədris ilində müəllimlərin əsas 

məqsədi  şagirdlərdə musiqi əsərlərinin 

dinlənilməsi və təhlilinə maraq oyatmaq, 

onları müxtəlif  musiqi janrları ilə 

tanış etməkdən ibarətdir. Bununla 

yanaşı musiqi ədəbiyyatı fənni şagirdi  

ixtisas dərsində ifa  etdiyi əsərlərin 

xüsusiyyətlərini dərk etməyə, onların 

müəllifləri, forması, janrı, bədii üslub 

və s. haqqında müəyyən məlumatlara 

yiyələnməyə  istiqamətləndirir. 

IZAHAT 

VƏRƏQƏSI



5

Fənnin II, III və  IV tədris illəri  

monoqrafik və icmal xarakterli mövzular 

üzərində qurulmalı və  şagirdlərin 

humanitar (ədəbiyyat, tarix) bilikləri ilə 

əlaqələndirilməlidir.

Qeyd etməliyik ki, respublikada uşaq 

musiqi və incəsənət məktəblərinin 

Azərbaycan musiqi ədəbiyyatı fənni üzrə 

gündəlik dərs planı (5 və 7 illik təhsil üzrə) 

son dəfə 2003-cü ildə A.Qalabəyova və 

N.Şəfiyeva tərəfindən  tərtib edilmişdir.

Hal-hazırkı gündəlik dərs planının 

tərtib olunmasında həmin vəsaitdən 

faydalanaraq, onun əsas məzmunu  

dəst-xətti müəyyən dərəcədə 

saxlanılmaqla müasir dövrün tələbi, 

Azərbaycan bəstəkarlıq məktəbinin 

müasir dövrdə inkişaf mərhələsi ilə 

bağlı bir sıra dəyişiklik və  yeniliklər 

əlavə edilmişdir. Bir çox yeni əsərlərin 

proqrama salınmasında əsas  məqsəd 

şagirdləri müasir musiqimizin yeni 

nümunələri  ilə tanış etməkdir.

Yeni gündəlik dərs planında ifaçılıq 

sənətinin inkişafına dair, eləcə də tarixi 

yönümlü icmal xarakterli mövzuların 

tədrisinə də müəyyən  saatlar ayrılmış 

və plan tərtib edilərkən  bütün janrların 

əhatə edilməsinə xüsusi diqqət yetirilmi

şdir.                             

İcmal  xarakterli mövzulara yeni 

gündəlik dərs  planında geniş yer 

ayrılması  müəyyən məqsədlərlə 

bağlıdır. Belə mövzuların tədrisinin 

əsas məqsədi  Azərbaycan musiqisinin 

müəyyən dövrlərində baş verən ən 

əhəmiyyətli hadisələr haqqında şagirdləri 

məlumatlandırmaqdır.  

İcmal xarakterli mövzularda proqramda 

ayrıca tədris olunmayan bəstəkar və 

ifaçılar, musiqi mədəniyyətinin tanınmış 

nümayəndələri haqqında bilgilər verilir. Bu 

mövzuların tədrisi zamanı dövrün aparıcı 

janrlarına xüsusi diqqət  yetirilməlidir.  

Musiqi ədəbiyyatı fənninin tədrisində 

əsas məqsədlərdən biri də şagirdlərin 

savadlı  dinləyici kimi yetişdirilməsidir. 

Buna görə dərs prosesində musiqi  

əsərləri dinlənilməli, eyni zamanda 

müəyyən epizodlar fortepianoda müəllim 

tərəfindən  canlı  ifa edilməli, musiqi 

materialının sorğusuna və təkrarına hər 

məşğələdə yer ayrılmalıdır. Buraxılış 

siniflərində musiqi ədəbiyyatı fənni üzrə 

imtahanın test üsulu ilə keçirildiyini 

nəzərə alaraq tədrisin müxtəlif 

mərhələlərində mövzular ətrafında 

testlərin  tərtib olunması, eləcə də 

yarımillik və illik yekun sorğularının test 

şəklində aparılması tövsiyə edilir.

Şagirdlərdə fənnə maraq oyatmaq üçün 

viktorina, olimpiada, digər yarışların 

keçirilməsi, proqramdan kənar mövzular 

ətrafında sərbəst işlərin tapşırıq şəklində 

verilməsi böyük fayda verə bilər.

Musiqi ədəbiyyatı fənninin tədrisi 

prosesində musiqi materiallarının 

illüstrasiyaları zamanı müntəxəbatlardan 

istifadə edilməsi zəruri məsələlərdən 

biridir. Hazırda istifadə olunan ayrı-ayrı   

müntəxəbatlarla yanaşı, Azərbaycan 

musiqi ədəbiyyatı üzrə gündəlik 

dərs planına   bir sıra yeni əsərlərin 

daxil edildiyini nəzərə alaraq  digər 

müntəxəbatların da  tərtib edilməsi   

məsləhət  görülür.



Yüklə 335,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə