Dərs və tədris vəsaitlərinin hazırlanması üçün kənd təsərrüfatı üzrə fərdi ekspertlərin seçimi



Yüklə 101,51 Kb.
tarix27.03.2018
ölçüsü101,51 Kb.
#34953
növüDərs



AVEDNO Layihəsi – Təkliflərin Qəbulu
Kənd təsərrüfatı peşə təhsili üçün modul tipli dərs və tədris vəsaitlərinin hazırlanması üçün kənd təsərrüfatı üzrə fərdi ekspertlərin seçimi


Tarix:

18 sentyabr 2017


British Council haqqında


British Council Birləşmiş Krallığın mədəni əlaqələr və təhsil imkanları təqdim edən beynəlxalq təşkilatıdır. Məqsədimiz Birləşmiş Krallıq ilə dünyanın hər bir yerində yaşayan insanlar arasında ideyalar və biliyin mübadiləsilə əlaqə və inam formalaşdırmaqdır. Bu məqsədlərə çatmaq üçün təşkilat təhsil, elm, İngilis dili və incəsənət sahələri üzrə fəaliyyət göstərir. 2015-ci ildə British Council öz proqramları, məhsulları və xidmətləri ilə dünyada 670 milyon nəfərə çıxış əldə edib.
British Council 1934-cü ildə təsis edilib və 1940-cı ildə Kral Xartiyasına qoşulub. İngiltərə və Uelsdə (qeydiyyat nömrəsi: 209131), eləcə də Şotlandiyada (qeydiyyat nömrəsi: SCO37733) xeyriyyə təşkilatı kimi qeydiyyatdan keçib. Təşkilat həmçinin Britaniya Xarici İşlər Nazirliyinin maliyyələşdirdiyi departament hesab olunmayan icraedici dövlət qurumudur.

Öz xartiyasında başlıca olaraq növbəti xeyriyyəçilik istiqamətləri bəyan edilib:



    • Mədəni əlaqələri təbliğ etmək və Birləşmiş Krallığın və digər ölkələrin insanları arasındakı fərqli mədəniyyətləri başa düşmək;

    • Birləşmiş Krallığın geniş biliyini təbliğ etmək;

    • İngilis dili ilə bağlı geniş bilik formalaşdırmaq;

    • Birləşmiş Krallıq və digər ölkələr arasında mədəni, elmi, texnololoji və təhsil əlaqələrə hər iki tərəfi həvəsləndirmək;

    • Eləcə də təhsilin üstünlüklərini təbliğ etmək.

Dünyanın 110-dan artıq ölkəsində fəaliyyət göstərən British Council-da dünya üzrə 7000-dən artıq əməkdaş çalışır. London, Mançester, Belfast, Kardif və Edinburq şəhərlərində fəaliyyət göstərməklə British Council-in baş ofisi Birləşmiş Krallıqdadır.


Ətraflı məlumatı www.britishcouncil.org internet səhifəsindən əldə etmək olar.
Azərbaycandakı fəaliyyətimiz təhsil, İngilis dili və incəsənət sahələri üzrədir. Peşə təhsili sahəsində bacarıqların inkişafına yönəli müxtəlif layihələrimiz olub. British Council Avropa Birliyi tərəfindən maliyyələşdirilən peşə təhsili üzrə 2008-2011-ci illərdə İsmayıllıda turizm kollecinin yaradılması layihəsini uğurla icra etmişdir. Bundan əlavə British Council Azərbaycanda müxtəlif sənaye sahələri ilə əməkdaşlıq sayəsində peşə məktəbləri və kolleclərin tələbələrinin bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş bir sıra layihələri gerçəkləşdirmişdir. 2016-cı ildən həyata keçirilən Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi layihəsi bu gün də Bakı və regionlardakı peşə təhsili lisey və məktəblərində uğurla davam etməkdədir.


Layihə haqqında

2016-cı ilin payızından BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixracı kəməri və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları tərəfindən maliyyələşdirilən, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə British Council tərəfindən icra edilən AVEDNO (Kənd təsərrüfatı üzrə peşə təhsilində yeni ixtisasların yaradılması) layihəsinin artıq birinci mərhələsi başa çatmaqdadır. Layihə haqqında ətraflı məlumat növbəti linkdə təqdim edilir: https://www.britishcouncil.az/programmes/education-society/AVEDNO-project
Layihənin birinci mərhələsində Aqroservis mütəxəssisi və Bitkçilik mütəxəssisi ixtisasları, həmçinin Bağçılıq ixtisaslaşması üzrə 12 modulun hazırlanması, eyni zamanda müəllimlərin peşə hazırlığının artırılması təlimləri nəzərdə tutulmuşdu. Artıq 12 modul tipli dərs vəsaiti və təlimçi vasitələri tam hazırlanıb və tezliklə çap olunacaq. Həmçinin nəzərdə tutulan təlim proqramları da təşkil edilmişdir.


Birinci mərhələdə layihənin uğurlarını nəzərə alıb, onun ikinci mərhələsində Bağçılıq ixtisaslaşması üzrə daha yeni 2 ixtisas üzrə modul tipli dərs vəsaitlərinin hazırlanması nəzərdə tutulub. Bunlar Meyvə ustası və Tərəvəz ustası ixtisaslarıdır ki, bu ixtisaslar üzrə ikinci mərhələdə ümumilikdə daha 7 yeni modul tipli dərs vəsaitinin hazırlanması planlaşdırılır.

Layihənin başlıca benefisiarı Qəbələ Peşə Məktəbidir (QPM). Nəzərdə tutulan ixtisaslar geniş miqyaslı proqramın tərkib hissəsi olaraq milli zəmində əmək bazarının kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış kadr tələbini ödəmək məqsədi ilə QPM-də təqdim edilir. QPM-də başlıca istiqamət kənd təsərrüfatıdır. Bu peşə məktəbi regionun iqtisadi inkişafında vacib rol oynayır.
Burada infrastrukturun və təhsilin keyfiyyətinin yaxşılaşdırılması regionun əlavə dəyər qazanmasını təmin edəcək. Məktəbdə tədris olunan peşələrin davamlı olaraq bazarın tələblərinə cavab verməsi üçün şagirdlər ilə yanaşı pedaqoji heyətin də davamlı olaraq yeni bacarıq və texnikalar haqqında məlumatlandırılması tələb olunur.


İşin təsviri /Xüsusiyyəti



Layihə çərçivəsində British Council kənd təsərrüfatı üzrə fərdi ekspertlərin seçimi ilə bağlı təklifləri qəbul edir. Ekspertlər ümumilikdə 7 modul üçün tədris vəsaitləri hazırlanmasına cəlb olunacaqlar. Nəzərdə tutulan 7 moduldan 3-ü Tərəvəz ustası, 4-u isə Meyvə ustası ixtisasları üzrədir. Eləcə də ekspertlər hazırlanmış modullar əsasında QPM-dəki müəllimlərin tədris prosesində yeni modullar üzrə müvafiq bilik və bacarıqlarının artırılması məqsədi ilə təlimçilərin təlimatlandırılmasını da həyata keçirməlidirlər. Bu tender üçün müraciət edən istənilən fərdi ekspert əgər hər hansı bir sahə üzrə ixtisaslaşıbsa, layihədə müvafiq hissəni icra edə bilər. Bir ekspert 1-dən artıq modulun hazırlanması üçün də öz təklifini göndərə bilər. British Council bütün 7 modulun hazırlanmasına cəlb olunacaq fərdi ekspertlərin işinin koordinasiyasına cavabdehlik daşıyır.
Materiallar hazırlanmamışdan öncə seçilmiş ekspertlər 3 günlük potensialın inkişaf etdirilməsi təlim proqramına cəlb olunacaqlar ki, bu da modulları yazacaq şəxslərin kənd təsərrüfatı üzrə innovativ dərs vəsaitlərinin hazırlanması üçün tələb olunan bilik və bacarıqlarla təmin edəcək. Təlim oktyabrın sonu peşə təhsili üzrə kurikulum və modulların hazırlanması üzrə müvafiq təcrübəsi olan şəxslər tərəfindən keçiriləcək.
Daha sonra 2017-cı ilin noyabr ayından 2017-ci ilin iyun ayının sonuna qədər yerli ekspertlər kənd təsərrüfatı ixtisasları olan Meyvə ustası və Tərəvəz ustası ixtisasları üzrə dərslik, eləcə də hər bölmənin sonunda qiymətləndirmə (tələbələr üçün) və tədris vəsaiti (müəllimlər üçün) hazırlayacaqlar və layihə ilə bağlı bütün işləri yekunlaşdıracaqlar. Hazırlanmalı olunan modullar müvafiq olaraq ixtisaslar üzrə aşağıda təqdim edilir.
Tərəvəz ustası ixtisası üzrə:


  1. Meyvəli tərəvəz bitkiləri (örtülü şəraitdə - şüşə və ya plyonka)

  2. Yarpaqlı və meyvəköklü tərəvəzlər (tarla şəraitində)

  3. Ədviyyat, bitki çayları və dərman bitkiləri


Meyvə ustası ixtisası üzrə:


  1. Tumlu meyvə bitkiləri

  2. Çəyirdəkli meyvə bitkiləri

  3. Giləmeyvə bitkiləri

  4. Qərzəkli meyvə bitkiləri

İstəyinizə uyğun olaraq tenderdə iştirak edəcək şəxslərə kurikulumlar təqdim ediləcək ki, modulların hər birinin proqramları ilə tanış oluna bilsin. Həmçinin keçiriləcək təlimdə nümunə modul dərs vəsaitlərini iştirakçılara təqdim ediləcək. Siz sənədləri aldıqda tenderdə iştirakınızı təsdiqlədikdən sonra sizə kurikulumlar elektron versiyada təqdim ediləcək.


Hər bir modulun müvafiq bölmələrinin üçün hazırlanan qiymətləndirmə vəsaiti modullar üzrə biliklərin qiymətləndirilməsi üçün istifadə ediləcək.
Öncədən həmçinin British Council ilə hazır olunan modullar üzrə ekspertin Qəbələdə QPM üçün Təhsil Nazirliyi tərəfindən işə götürülmüş müəllimlərə hər bir modul üzrə təlimlərin keçirilməsi cədvəli razılaşdırır.
Müraciət edən ekspertlərin CV formaları ilə birgə layihədə göstərilən son tarixə qədər bu elanla birgə təqdim edilən ərizə formasını da doldurub təqdim etmələri gözlənilir.


Ekspertlərin müvafiq rol və öhdəlikləri
Hazırlanacaq modullar üzrə əməliyyat planının hazırlanması və birdən artıq modul hazırlanacaqsa, hər bir modul üzrə tələb olunan materialların hazırlanması cədvəlini təsvir etmək.
Potensialın inkişafı təlim proqramında iştirak etmək.
British Council-in layihə meneceri ilə iki həftədən bir olan məlumatverici görüşlərin təşkili.
British Council, BP və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələrinin daxil olduğu layihə idarəetmə komandası ilə rüblük görüşlərin təşkili:


  • Razılaşdırılmış əməliyyat planına uyğun yeniliklərin bölüşülməsi;

  • Modulun hazır olan hissələrindən nümunələrin paylaşılması;

  • Layihənin maraqlı tərəflərinin rəyini öyrənmək.

Layihəyə əlavə olaraq cəlb olunacaq:


  • Mətn korrektoru;

  • Modul tipli dərs vəsaitinin hazırlanması üzrə ekspert;

  • Dizayner;

  • Qiymətləndirmə üzrə ekspert;

  • Kvalifikasiya və kurikulum üzrə ekspert;

  • Fotoqraf.

Seçilmiş ekspert modulların yekun versiyasının hazırlanmasında British Council-in nümayəndəsinin vasitəsilə və ya birbaşa qeyd edilən şəxslərə əməkdaşlıq etməlidir.
British Council-in nümayəndəsi seçilmiş ekspetlərin işini koordinasiya edir, nəzərdə tutulmuş tapşırığın yerinə yetirilməsində lazımi dəstəyi göstərir, keçirilən görüşlərdə bütün 7 modulun bir konsepsiyaya uyğun gəlməsini təmin edir.
Seçilmiş ekspertlərdən tələb olunan tapşırıqların, dərsliyin və tədris vəsaitlərinin nəzərdə tutulan son tarixlərə qədər hazırlanmasıdır.
Ekspertlər hazırlanacaq materialların praktik və qlobal səviyyədə kənd təsərrüfatı və peşə təhsili sektoru üzrə innovasiyaları əks etdirməsini təmin etməlidir. Qeyd edək ki, bu faktor seçilmiş ekspert tərəfindən yerinə yetirilmiş tapşırıqların monitorinqi və qiymətləndirməsi üçün meyarlardan biri olacaq.
Bütün modullar üzrə hazırlanmış materialların əsasında təlimçilərin təlimatlandırılması üçün təlim materialların hazırlanması.
Qəbələdə razılaşdırılmış cədvəl üçün bütün modullar üzrə təlimçilərin təlimatlandırılmasını həyata keçirtmək.
Təhsil Nazirliyi və ya onun nəznində olan müvafiq təşkilat tərəfindən materiallar ilə bağlı hər hansı bir düzəliş şərhi və rəy olarsa hazırlanmış materiallarda tələb olunan düzəlişləri etmək.
Hazırlanan materialların Təhsil Nazirliyinin müvafiq standartlarına və Təhsil Nazirliyində QRİF üçün müraciət edilməsinə uyğun gəlməsini təmin etmək. Dərs vəsaitləri hazır olundunqdan sonra rəy alınması üçün onlar peşə məktəblərinə, Azərbaycan Dövlət Aqrar Universitetin akademik heyətinə, həmçinin Təhsil İnstitutuna təqdim ediləcək. Onların şərhləri əsasında ekspertlər müvafiq düzəlişləri aparmalıdırlar.
Ekspertlər hazırlanan materialların British Council və BP təşkilatlarının Sağlamlıq və Təhlükəsizlik, Bərabərlik və Müxtəliflik, Uşaqların Müdafiəsi siyasətlərinin tələblərinə uyğun gəlməsini təmin etməlidir. Müvafiq sənədlər imzalanacaq müqaviləyə əlavə ediləcək.
Ekspertlərin qlobal səviyyədə tanınan müəllif hüquqları qaydalarına əməl etməsi gözlənilir ki, bu da özündə hər hansı bir mətnin və ya şəkilin istifadəsi zamanı onun əsl mənbəsinin göstərilməsini əhatə edir. Seçilmiş ekspertlər dərsliklərin və digər tədris vəsaitlərinin hazırlanması zamanı plaqiatlıq tələblərinə əməl edilməsini təmin etməlidirlər. British Council tərəfindən etika, plaqiatlıq və biznesin aparılması üzrə gözləntilər yazılı formada layihəyə materialların hazırlanması üçün cəlb olunacaq şəxslərə təqdim ediləcək.
Layihənin Monitorinqi və Qiymətləndirilməsi prosesinə öz töhvəsini vermək.
Maliyyələşdirmə

7 modul üçün materialların hazırlanması ilə yanaşı nəzərdə tutulmuş büdcə ilə yanaşı, ekspertlər üçün təlimçilərin təlimatlandırılması proqramları üzrə xərclər British Council Azərbaycan tərəfindən qarşılanacaq. Bu xərclərə təlimçilər üçün ödəniş, təlim materiallarının çap edilməsi, Qəbələyə və yaşadığınız yerə geri səfərlər, ehtiyac olarsa Qəbələdə gecələmə və yemək xərcləri daxildir. Qəbələdə təlim iştirakçıları üçün nahar və kofe fasilələri British Council tərəfindən ödəniləcək. Ekspert ödənişi British Council ilə olan müvafiq müqavilə əsasında əldə edəcək.


Xüsusi qeydlər

Qəbələdəki təlimçilərin təlimatlandırılması proqramlarının tarixləri modullar üzrə işlərin yekunlaşdırılması və ekspertlərin uyğunluluğuna əsasın qarşılıqlı olaraq razılaşdırılacaq.

British Council Azərbaycan Qəbələdəki təlimlərin təşkilinə və loqistika birbaşa cavabdeh olacaq.

Təlim sesiyyaları zamanı British Council və BP nümayəndələrinin Qəbələyə monitorinq səfərləri təşkil edəcək.


İşlərin görülməsi üzrə cədvəl, son tarix göstərilməklə


  • Seçilmiş şəxslər 3 günlük təlim proqramında iştirak edirlər (Bu təlim Bakı və ya Gəncə şəhərində keçiriləcək. Ekspertlərin çoxluq təşkil etdiyi yerə uyğun olaraq qərar veriləcək) – 31 oktyabr 2017

  • Ekspertlər müqavilə imzalanacaq, iş planı təsdiqlənəcək və əsas performans göstəriciləri razılaşadırılacaq – 10 noyabr 2017

  • Ekspertlər gördükləri işlərdən birinci çıxarışları təqdim edəcəklər – 31 dekabr 2017

  • Ekspertlər gördükləri işlərdən ikinci çıxarışları təqdim edəcəklər – 31 yanvar 2018

  • Ekspertlər gördükləri işlərdən üçüncü çıxarışları təqdim edəcəklər – 28 fevral 2018

  • Ekspertlər materialların ilkin versiyalarını təqdim edəcəklər – 20 mart 2018

  • Qiymətləndirmə üzrə ekspert, peşə təhsil standartları üzrə ekspert, kənd təsərrüfatı ekspertləri, fotoqraf, Təhsil İnstitutunun ekspertləri, peşə məktəbinin ekspertləri, mətn korrektoru, BP və British Council öz rəylərini təqdim edəcəklər – 30 aprel 2018

  • Ekspertlər şərhlər və rəylər əsasında ilkin düzəlişləri həyata keçiriləcək – 15 may 2018

  • Qiymətləndirmə üzrə ekspert, peşə təhsil standartları üzrə ekspert, kənd təsərrüfatı ekspertləri, fotoqraf, Təhsil İnstitutunun ekspertləri, peşə məktəbinin ekspertləri, mətn korrektoru, BP və British Council öz rəylərini təqdim edəcəklər – 31 may 2018

  • Ekspertlər şərhlər və rəylər əsasında son düzəlişləri həyata keçirəcək – 15 iyun 2018

  • Ekspertlər Qəbələdə təlimlərin keçəcəklər – 30 iyun 2018



Ekspertlik
Ekspertlər tələb olunan xidmətləri müvafiq peşəkarlıqla icra edə bilmələri üçün növbəti şərtlərə cavab verməlidirlər:


  • Kənd təsərrüfatı təhsilinə yönəli proqramlar üzrə təcrübə, müvafiq sahələr və ixtisaslar (meyvəçilik və tərəvəzçilik, ümumilikdə bağçılıq üzrə müvafiq fənlər və sahələr) üzrə praktik və nəzəri təcrübə;

  • Təhsili əmək bazarının ehtiyaclarına əlaqələndirmək üzrə yüksək səviyyədə biliklər;

  • Təlimçilərin təlimatlandırılması proqramlarının keçirilməsi üzrə bilik və təcrübə;

  • Azərbaycan peşə təhsili sahəsi üzrə kurikulumların və modulların hazırlanması üzrə təcrübə.

Ekspertlərin mütləq olaraq nəzərdə tutulan iş qrafiki üzrə tapşırıqları yerinə yetirə bilməsi vacibdir.


Cədvələ uyğun icraat tapşırıqları:


  • Əməliyyat planı və əsas performans göstəriciləri – Bu sənədlər təchizatçılar ilə müqavilə imzalanandan 2 həftə müddətində müzakirə edilib hazırlanmalıdır;

  • Görüşlərin cədvəli – Seçilmiş ekspertlərlə razılaşdırlacaq. Ekspertlər qrup görüşləri öncədən razılaşdırılacaq;

  • Hesabat cədvəli – Müqavilə imzalamamışdan öncə razılaşdırılacaq;

  • Bütün modullar üzrə dərsliklər, qiymətləndirmə vəsaitləri – Müəyyən edilmiş son tarixlərə əsasən. Bütün ekspertlər seçildikdən sonra hər bir modul üzrə son tarixlər müəyyən ediləcək;

  • Bütün modullar üzrə tədris vəsaitlərinin hazırlanması – Müəyyən edilmiş son tarixlərə əsasən. Bütün ekspertlər seçildikdən sonra hər bir modul üzrə son tarixlər müəyyən ediləcək;

  • Təlimlər və təlim materialları – Cədvəllər British Council və Təhsil Nazirliyi, eləcə də QPM ilə qabaqcadan razılaşdırılacaq. Müvafiq modul hər bir təlimdən öncə tam olaraq hazır olmalıdır.

British Council-in məqsədləri:

British Council-in peşə təhsili baxımından məqsədləri növbəti kimidir:


  • Müxtəlif innovativ vasitələrdən istifadə etməklə ən azı layihənin birinci mərhələsində hazırlanmış modul tipli dərs vəsaitləri səviyyəsində yeni modular üzrə materialları hazırlamaq;




  • Gənclərə öz bacarıqlarını və məşğulluqlarını artırmağa imkan verəcək imkanları təqdim etməkdir ki, bu da iqtisadi inkişafa və cəmiyyətin stabilliyinə töhfə verəcəkdir.

Birləşmiş Krallıqda və dünya üzrə bacarıqların inkişafına tələb artdığı bir dövrdə British Council innovasiyaları sürətləndirir və yeni əməkdaşlıqlar və imkanları müəyyən edib onları inkişaf etdirmək uğrunda çalışır.



Cədvəl


Göstərilən cədvəlin dəyişməsi mümkündür:


Fəaliyyət

Tarix

Təkliflərin qəbulu forması elan edilir

19 sentyabr 2017

*Aydınlaşdırma sualları

20-22 sentyabr 2017

Aydınlaşdırma suallarına cavablar

25-27 sentyabr 2017

Təkliflərin göndərilməsi üçün son tarix

08 oktyabr 2017

Cavabların qiymətləndirilməsi

13 oktyabr 2017

Yekun cavab və qalib(lər)in müəyyən edilməsi

16 oktyabr 2017

*Əlavə suallar üçün zəhmət olmasa ilham.yusifov@britishcouncil.az e-mail ünvanı (Ilham Yusifov, Layihə Meneceri, British Council Azərbaycan) ilə əlaqə saxlayın.



Təchizatçının cavabı

Əgər siz bu tenderdə iştirak etmək niyyətindəsinizsə, zəhmət olmasa sənədləri alan kimi öz niyyətiniz ilə bağlı ilham.yusifov@britishcouncil.az e-mail ünvanına bildiriş göndərin.
Zəhmət olmasa Təklif formasını dolduraraq 08 oktyabr 2017-ci il, Bakı vaxtı saat 23:00-dan gec olmayaraq öz CV-niz ilə birgə ilham.yusifov@britishcouncil.az e-mail ünvanına göndərin.


  • Texnoloji hər hansı bir problemləri nəzərə almaqla əmin olun ki, siz öz təklifinizi vaxtında göndərərsiniz. Sonradan göndərilən təkliflər nəzərə alınmaya bilinər.

  • Təklif formanız ilə tələb olunmağı təqdirdə əlavə sənədlər göndərməyin.

  • Yardımedici sübutlar (ancaq PDF, JPG, PPT, Word və Excel faylları qəbul edilir və digər fayllar istifadə edilə bilinməz) təklifinizi əsaslandırmaq üçün təqdim edilə bilinər. Zəhmət olmasa bütün əlavələrin müvafiq bölmə və suala aid olduğunu göstərən qeydlərin olmasını təmin edin.

  • Yardımedici sübutlar tələb olunan yerlərdə təchizatçı müvafiq dərəcədə bunu sübut etməyə məsuliyyət daşıyır.

  • İstənilən bir suala edəcəyiniz hər hansı bir dəyişiklik sizin cavabın səhv qəbul edilməsinə və 0 balı ilə qiymətləndirilməsinə səbəb olacaq.

  • Cavabların verilməsi və təklifin göndərilməsi British Council tərəfindən müqavilə imzalanmasına təminat vermir.




Qiymətləndirmə meyarları

Bu layihədə qiymətləndirmə zamanı iqtisadi baxımında ən səmərəli və ən keyfiyyətli təklifə üstünlük veriləcək.
Təchizatçının təklifləri onun birinci bölmədəki Vacib və Kənarlaşdırma meyarından keçməsindən sonra qiymətləndiriləcək.
Təkliflərin qəbulu üzrə bu layihəyə müraciət edəcək təchizatçıların cavabları növbəti kriteriya və cavab yükü proporsiyaları ilə qiymətləndiriləcək.


Meyarlar

Cavabın yükü

1-ci bölmə – Vacib və Kənarlaşdırma meyarı

Keçir/Keçmir

2-ci bölmə – Təhsili əmək bazarının ehtiyaclarına əlaqələndirmək üzrə yüksək səviyyədə biliklər

20%

3-cü bölmə – Azərbaycanda kənd təsərrüfatı peşə təhsili üçün kurikulum və modulların hazırlanması üzrə təcrübə. Həmçinin müvafiq sahələr (meyvəçilik və tərəvəzçilik) üzrə təcrübə. Həmçinin tələb olunur ki, layihənin necə icra ediləcəyi ilə bağlı taktikalar da təsvir edilsin

50%

4-cü bölmə – Təlimçilərin təlimatlandırılması proqramlarının keçirilməsində təcrübə

10%

5-ci bölmə – Xərclər/qiymət

10%

6-cı bölmə – British Council-in məqsədlərini başa düşmək

10%

Təqdim edilmiş bütün cavabların qiymətləndirilməsi British Council, BP və Təhsil Nazirliyinin müvafiq sahə üzrə yetərincə təcrübəsi və biliyi olan nümayəndələrindən ibarət olan qiymətləndirmə paneli tərəfindən aparılacaq.


Qiymətləndirmə zamanı yalnız təqdim edilmiş təklifdəki məlumatlar nəzərə alınacaq. Ekspertlərlə öncəki və ya cari əlaqələr nəzərə alınmır, ancaq ekspertlərin bu əlaqələri aydın şəkildə nümunə kimi göstərilməsi istisna ola bilər. Qiymətləndirmə ədalətli və şəffaf olacaq.
Hər bir bölmə üzrə qiymətləndirmə növbəti cədvəldə təqdim edilən formada aparılacaq:


Xallar

Təsviri

15

Təchizatçının nəzərdə tutulan nəticələri əldə etməsi üçün tam potensialı və təcrübəsi olduğunu göstərən dolğun və mükəmməl cavab. Detallı cavab bütün tələblərə tamamilə cavab verir və müvafiq nümunələr təqdim edilib.

12

Müəyyən narahatçılıq var ki, təchizatçı bütün nəzərdə tutulan nəticələrə nail ola bilməyəcək və cavabda müvafiq təcrübə kasad detallar ilə təqdim edilib. Bütün tələblərlə cavab verməsi və müvafiq nümunələrin təqdim edilməsi baxımından daha az detallı cavab.

10

Narahatçılıq var ki, təchizatçı bütün nəticələrə nail ola bilməyəcək və təqdim edilən cavabda müvafiq təcrübənin olması ilə bağlı nəzərə çarpacaq boşluqlar var. Tələblərə tamamilə cavab verməsilə bağlı az detallı cavab və uyğun gəlməyən təcrübə təqdim edilmiş və ya ümumumiyyətcə müvafiq təcrübə təqdim edilməmişdir.

5

Təchizatçının nəzərdə tutulan nəticələrə nail ola bilməyəcəyi ilə bağlı ciddi göstəricələr var. Uğurlu şəkildə müvafiq nəticələrin əldə edilməsi ilə bağlı uyğun təcrübə təqdim edilməyib. Cavab tamamilə tələblərə uyğun gəlmir və hər hansı bir xüsusi detallar baxımından çox kasaddır.

0

Tam şəkildə cavab verilməyib və ya təchizatçının tələb olunan nəticələrə nail olması ilə bağlı hər hansı bir müvafiq məlumatı təqdim edilməyib. Cavab verilməyib və ya cavab tamamilə uyğunsuzdur.

Bütün xərclər daxil ən aşağı qiymət qiymətləndirmə kriteriyalarında 10 %-lik yükə sahib olacaq. Digər təkliflər müvafiq % və qiymət asılılılığı ilə qiymətləndiriləcək.


Yekun qiymətləndirmə balı hər bir bölmə üzrə balların əlavə edilməsi ilə hesablanacaq.




Şərtlər və müqavilə tələbləri

Şərtlər
Bu layihə çərçivəsində açıq elan olunmuş elan və digər sənədlər istisna olunmaqla təqdim edilən məlumatlar məxfidir və təchizatçılara British Council tərəfindən olan tələbləri düzgün anlaya bilmələri üçün təqdim edilir və British Council-in icazəsi olmadan onların üçüncü şəxsə ötürülməsinə icazə verilmir.
Təchizatçılarla bağlı bütün müvafiq sənəd və siyasətləri British Council təşkilatının internet səhifəsindən əldə edə bilərsiniz – http://www.britishcouncil.org/new/about-us/jobs/folder_jobs/register-as-a-consultant/policies-for-consultants-and-associates/
Bu sənəd British Council üçün hər hansı bir məhsul və xidmətin göstərilməsi üçün rəsmi təklif deyil və British Council bu məhsul və xidmətlər üzrə müqavilə təqdim etmək üçün cavabdehlik daşımır.
British Council tövsiyyə üçün məlumat tələb etmək hüququna malikdir.
Bu layihə üçün təklif formasının hazırlanması zamanı ortaya çıxan bütün xərclər təchizatçının öhdəliyidir.
QEYD: Əgər təklifinizdə səyahət, gecələmə və yeməklə bağlı xərclər varsa, onlar öncədən British Council-in layihə meneceri ilə razılaşdırılmalıdır.
Ödəniş və hesab-faktura
British Council düzgün ünvanlanmış və mübahisə doğurmayan hesab-fakturalar üzrə 30 gün ərzində ödənişi həyata keçirəcək..
British Council üçün olan hesab-fakturada başlıca olaraq növbəti məlumat olmalıdır:

  • Təchiz edilən xidmətin təsviri

  • British Council tərəfindən təqdim edilən xidmət sifarişi formasının nömrəsi

  • Mühasibatlığa ünvanlanması

  • Əgər ƏDV tətbiq edilirsə, ƏDV və digər əlavələr daxil yekun məbləğ


Müqavilə

Göstərilənlər British Council-in müqavilə qaydaları və şərtləri kimi qəbul edilməlidir. İmzalanacaq müqavilədə digər zəruri şərtlər də ola bilər. Əgər hər hansı bir narazıçılıq varsa, bu əlavə sənəddə yazılı formada bildirilməlidir.





Sentyabr / 2017

Yüklə 101,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə