Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 497,91 Kb.
Pdf görüntüsü
səhifə1/20
tarix28.06.2018
ölçüsü497,91 Kb.
#52060
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   20


 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ 

 

 

 



 

 

Maral Manafova 

 

 

 



 

 

 



 

AZƏRBAYCANIN  ŞƏRQİ  ASİYA 

ÖLKƏLƏRİ İLƏ  

MƏDƏNİ ƏLAQƏLƏRİ  

 

 



 

DƏRS  VƏSAİTİ 

 

 

 



 

 

 



Azərbaycan  Respublikası  Təhsil Nazirliyinin  

   29.04.2008-ci il tarixli   

511 №-li əmri ilə təsdiq edilmişdir  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Bakı - 2008 

 

 


 

Rəyçilər:AMEA-nın müxbir üzvü, tarix elmləri  

   doktoru, professor Oqtay Əbdülkərim oğlu  Əfəndiyev 

 

Azərbaycan Dövlət Mədəniyyət  və İncəsənət   



Universitetinin professoru, fəlsəfə elmləri doktoru 

Niyazi  Musa oğlu  Mehdi 

 

 



Azərbaycan Dövlət Neft Akademiyasının  

professoru, fəlsəfə elmləri doktoru 



 Şəhrəddin   Mühiddin  oğlu Məmmədov 

 

 



  

 

 



Elmi redaktor:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət   

                         Universitetinin dosenti, kulturologiya elmləri doktoru Nigar Əfəndiyeva  



 

 

 Maral Manafova. Azərbaycanın  Şərqi Asiya ölkələri ilə mədəni  əlaqələri. Dərs 

vəsaiti. Bakı, 2008, 36 s.  

 

 



 

 

Dərs vəsatində Azərbaycanın  Şərqi Asiya ölkələrilə  mədəni münasibətləri  ictimai, sosial və 



mədəni hadisə olan «beynəlxalq mədəni əlaqələr»  kontekstindən, tarixilik və müasirlik  baxımından 

hərtərəfli təhlil olunur.  Professor Maral Manafovanın tərtib etdiyi dərs vəsaiti tələbələrin və 

ümumiyyətlə ölkəmizin xarici mədəniyyət siyasəti sahəsində    zəruri nəzəri biliklərin, informasiya

praktiki vərdiş  və bacarıqların mənimsənilməsində bir töhfədir. Dərs vəsatindən bakalavr, magist 

tələbələr, aspiarntlar və  tədqiqatçılar, ümumiyyətlə xarici mədəniyyət siyasəti problemlərilə 

maraqlananlar faydalana bilərlər. 

 

 

 



 

 

 



©M.C.Manafova 


 

 



MÜNDƏRİCAT 

 

Giriş  

 

I Fəsil. Azərbaycanın Yaxın və Orta Şərq ölkələri  ilə mədəni əlaqələri 

 

1.1.


 

Azərbaycan – İran mədəni əlaqələri 

1.2.

 

Azərbaycan - Pakistan mədəni əlaqələri 



1.3.

 

Azərbaycan -  İsrail mədəni əlaqələri  



 

II Fəsil. Azərbaycanın   digər  Şərq ölkələri ilə mədəni əlaqələri 

 

2.1. Azərbaycan-Hindistan  mədəni əlaqələri  

2.2. Azərbaycan – Çin mədəni  əlaqələri  

2.3. Azərbaycan -Yaponiya mədəni əlaqələri 

 

Ədəbiyyat  siyahısı  



 


 

GİRİŞ  



 

Müasir dövrdə Müstəqil Azərbaycanın  beynəlxalq  nüfuzu və regiondakı liderlik mövqeyi  gündən-

günə artır. Son illərdə Azərbaycan Respublikasının  xarici siyasət fəaliyyəti, xüsusilədə    xarici  mədəniyyət 

siyasəti sahəsində fəaliyyəti  nəzərəçarpacak dərəcədə dinamikliyi ilə fərqlənir. 

Azərbaycanın xarici mədəniyyət siyasəti müasir dövrün geosiyasi xüsusiyyətlərini, təhlükə  və 

çağırışlarını nəzərə alaraq, ölkənin milli maraqlarına  əsaslanır. Ölkəmizin  beynəlxalq səviyyədə  dövlətlərarası  

münasibətlərdə    mədəni  əlaqələri  çox zəngindir. Beynəlxalq mədəni  əlaqələr  xalqlar arasında  qarşılıqlı 

anlaşılmanın və  etimadın formalaşmasına xidmət  edir. 

Azərbaycan Respublikası  müstəqilliyini  əldə etdiyi  ilk günlərdən  etibarən beynəlxalq miqyasda  

sülhsevərliyini, dostluq münasibətlərinə hazır olduğunu, başqa xalqların, dövlətlərin mədəniyyətinə  və 

incəsənətinə, dilinə, dininə hörmət və  rəğbətini nümyaiş etdirmişdir. Eyni zamanda da, Azərbaycan 

Respublikasının xarici mədəniyyət siyasəti  milli maraqların təmin edilməsinə, dövlətin davamlı inkişafı  və 

vətəndaşların, həmçinin də  xaricdə yaşayan həmvətənlilərimizin  mədəniyyət sahəsində hüquqlarının müdafiəsi 

üçün əlverişli şəraitin  yaradılmasına  yönəlmiş ardıcıl  fəaliyyətini həyata keçirməyə yönəldilmişdir. 

Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün bərpası  və etnik təmizlənməyə məruz  

qalmış  məcburi  köçkünlərin öz torpaqlarına qaytarılması, müharibə  şəraitində  təcavüzə  məruz qalmış 

mədəniyyət abidələrimizin bərpa edilməsi ölkə xarici siyasətinin  prioritet məsələsi kimi  gündəmdədir. Müasir 

mərhələdə beynəlxalq ictimaiyyətin  Azərbaycanın  ərazi bütövlüyünün, beynəlxalq səviyyədə tanınmış 

sərhədlərinin  toxunulmamazlığını    dəstəkləmək  və  ərazilərinin  işğalını  və etnik  təmizləməni pisləmək 

mövqeyinin  daha da möhkəmləndirilməsi yönündə səylər göstərilir. 

Müasir dövrdə Azərbaycanın Şərqi Asiya ölkələri ilə mədəni münasibətləri  xarici mədəniyyət siyasəti,  

bu ölkələrin  dünya siyasətində  və  mədəniyyətində artan  rolu nəzərə alınaraq həyata keçirilir. Bu ölkələrdə 

zəngin  mədəni infrastrukturun mövcudluğu  mədəni əlaqələrin qurulmasında geniş imkan  çalarlarını  açır. Hal-

hazırda Azərbaycan Yaxın və Orta Şərq ölkələri olan İran, Pakistan, İsrail ilə      mədəni  əlaqələrin qurulması 

sahəsində  əməli addımlar atır.  Sadalanan ölkələr ilə ölkəmizin mədəni  əməkdaşlğının tarixi ənənələri 

mövcuddur ki, müasir mərhələdə  onların daha da genişləndirilməsinə böyük səy göstərilir.  

Hazırda Azərbaycan digər  Şərq ölkələri – Hindistan, Çin, Yaponiya ilə  mədəni  əməkdaşlığın  

stabilləşməsinə  və genişləndirilməsinə  çalışır. Azərbaycan bu ölkələrlə      mədəniyyət, incəsənət  və  təhsil 

sahəsində mübadilələrə geniş yer verir. 

 Azərbaycanın  Şərq ölkələrilə  mədəniyyət, elm və  təhsil sahəsində  çoxtərəfli  əlaqələri üzv olduğu  

UNESKO, İSESKO, İKT və sair kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində də həyata keçirilir. Dünya 

mədəniyyət siyasəti sistemində ölkənin milli maraqlarının gözlənilməsi  əsas  şərt tutularaq beynəlxalq 

konfranslarda, çoxtərəfili mədəni aksiyalarda iştirak Azərbaycanın mədəniyyət siyasətinin təzahür 

formalarındandır. 

 «Azərbaycanın  Şərqi Asiya ölkələri ilə    mədəni  əlaqələri» adlı    dərs vəsaiti Azərbaycan Dövlət 

Mədəniyyət və İncəsənət Universitetində  «Beynəlxalq mədəni əlaqələr» ixtisası  üzrə təhsil alan tələbələr üçün 

olduqca zəruridir. Dərs vəsatində Azərbaycanın Şərqi Asiya ölkələrilə mədəni münasibətləri  ictimai, sosial və 

mədəni hadisə olan «beynəlxalq mədəni əlaqələr»  kontekstindən, tarixilik və müasirlik  baxımından hərtərəfli 

təhlil olunur. Ümidvarıq ki,    təqdim olunan «Azərbaycanın Şərqi Asiya ölkələri ilə  mədəni  əlaqələri» adlı  

dərs vəsaiti tələbələrin və ümumiyyətlə ölkəmizin xarici mədəniyyət siyasəti sahəsində  zəruri nəzəri biliklərin, 

informasiya, praktiki vərdiş və bacarıqların mənimsənilməsində bir töhfədir. Dərs vəsatindən bakalavr, magist 

tələbələr, aspiarntlar və  tədqiqatçılar, ümumiyyətlə xarici mədəniyyət siyasəti problemlərilə maraqlananlar 

faydalana bilər.  

 

 



 


Yüklə 497,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə