Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə1/31
tarix08.01.2018
ölçüsü2,82 Kb.
#19959
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   31


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 
 
Azərbaycan Tibb Universiteti 
 
 
 
ƏHMƏDOV CƏFƏR 
 
 
 
AORTANIN 
XƏSTƏLİKLƏRİ 
 
Dərs vəsaiti 
 
 
 
 
Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin 
02  aprel  2014-cü  il  tarixli  369  saylı  əmri  ilə 
təsdiq edilmişdir 
 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
20  fevral  2014-cü  il  05  saylı  kollegiyasının 
qərarı əsasında təsdiq edilmişdir 
 
 
 
 
 
 
Bakı – 2014 



 
Dərs  vəsaiti  I  Daxili  xəstəliklər  və  reanimatologiya  kafedrasının 
assistenti,  tibb  üzrə  fəlsəfə  doktoru  Əhmədov  Cəfər  Həsən  oğlu 
tərəfindən tərtib edilmişdir. 
 
 
Rəyçi:   
C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya  
İnstitutunun direktoru, tibb elmləri doktoru,    
professor A.B.Baxşəliyev .  
  
Redaktor: 
t.e.d., prof. İsmayılov İ.S. 
 
 
 
Təqdim  olunmuş  dərs  vəsaiti  ürək-damar  sisteminin  aktual 
sahələrindən  olan  aortanın  xəstəliklərinin  problemlərinə  həsr 
olunmuşdur. 
Vəsaitdə  aortanın  müxtəlif  xəstəliklərinin  etiopatogenezi, 
təsnifatı, klinikası, müalicə üsulları haqqında ətraflı məlumat verilir. 
Dərs  vəsaiti  kardioloqlar,  terapevtlər,  ailə  həkimi  və  tibb 
universitetinin tələbələri üçün nəzərdə tutulmuşdur. 
  
 
 



 
XÜLASƏ 
 
Aortanın  kəskin  və  xroniki  xəstəlikləri,onun  travma  nəticəsində 
zədələnmələri,müasir  diaqnostika  üsullarının  və  müalicə  metodlarının 
mövcudluğu  ilə  əlaqədar daha çox diqqət çəkməkdədir.  Aorta anevriz-
masının  proqressivləşmə  sürətini,  həmçinin  onun  cırılmasını  yanaşı 
gedən  xəstəliklər:arterial  hipertoniya  və  birləşdirici  toxumanın 
xəstəlikləri  sürətləndirə  bilir.  Anevrizmanın  anatomik  yerləşməsindən 
asılı  olmayaraq  onları  vaxtında  müalicə  etmək  lazımdır.  Kəskin  aortal 
sindrom  (yeni  termin  olub,kəskin  laylanan  anevrizma,  intramural 
hematoma  və  aortanın  penetrasiyaedici  xorasını  özündə  əks  etdirir) 
aorta  divarına  mikroqansızmalarla  başlaya  bilər.Bu  isə  sonradan 
aortanın  genişlənməsinə,  intramural  qansızmalara,  laylanmasına  və 
aortanın  cırılmasına  səbəb  olur.Güman  edilir  ki,  uzun  müddət  mövcud 
olan  arterial  hipertoniya  və  birləşdirici  toxuma  xəstəlikləri  yuxarıda 
sadalanan  dəyişikliklərin  yaranmasına  səbəb  ola  bilər.Eyni  zamanda 
həm  qalxan  aortanın,  həm  də  aorta  qövsünün  proksimal  hissəsinin 
kəskin,həm də xroniki xəstəliklərinin müalicəsi zamanı hələ də ümumi 
qəbul  edilmiş  cərrahi  üsullara  üstünlük  verilir.  Enən  aortanın  və  qarın 
aortasının  xəstəliklərinin  müalicəsində  isə  son  illər  yeni  damar  daxili 
üsullar  təklif  edilmişdir.  Bundan  əlavə,  aorta  qövsünün  xəstəliklərinin 
müalicəsində nəticələrin  yüksək olması məqsədi ilə kompleks yanaşma 
təklif  olunmuşdur,yəni-stent-qraftın  implantasiyası  ilə  əsas  damarın 
cərrahi  aralanması  nəzərədə  tutulmuşdur.  Həyat  üçün  təhlükə  yaradan 
aortanın  ağır  zədələnmələri,  xüsusilə,enən  aortanın  zədələnməsi  damar 
daxili stent-qraftın yeridilməsinə göstəriş hesab edilir.  
Beləliklə,hal-hazırda  aortanın  kliniki  patologiyasında  yeni  bir 
sahənin:  keyfiyyətli,  müştərək olmaqla,  diaqnostik  və  müalicəvi  ya-
naşmaların birgə tədqiqatlarının aparılmasına ehtiyac duyulur. Bunun 
üçün,xüsusi intensiv terapiyanın təşkil edilməsi məqsədəuyğun olardı 
və  nəticə  etibarı  ilə,bu  da  döş  qəfəsindəki  ağrıların  differensial 
diaqnostikasının dürüstləşdirilməsinə imkan vermiş olardı.  
Təqdim olunan dərs vəsaiti tibb universitetində müalicə ixtisası 
üzrə  təhsil  alan  yuxarı  kurs  tələbələri  və  daxili  xəstəliklər  fənninin 
tədrisi  ilə  məşğul  olan  müəllimlər  tərəfindən  istifadə  oluna  bilər. 
Vəsaitdən  təcrübi  sahədə  çalışan  müalicə  həkimləri  də  faydalana 
bilər.  



 
AORTANIN ANATOMIYASI  
 
 
 
Qalxan aorta.  
 Aorta kökü: 
 Sol koronar arteriya.  
 Sağ koronar arteriya.  
Aorta qövsü: 
 Braxiosefalik arteriya.  
 Sol ana karotis arteriyası.  
 Sol körpücükaltı arteriya.  
Enən aorta.  
 Enən aortanın döş hissəsi: 
 -arxa qabırğaarası arteriyalar.  
 -qabırğaaltı arteriyalar.  
 -bronxial arteriyalar.  
 -ezofageal və perikardial arteriyalar.  



 
 Enən aortanın qarın hissəsi: 
 -aşağı diafraqma arteriyası.  
 -çöz kələfi arteriyaları (mədənin sol arteriyası, 
 dalaq arteriyası, ana qaraciyər arteriyası).  
 -orta suprarenal arteriya.  
 - yuxarı müsariqə arteriyası.  
 
XVI  əsrdə  Leonardo  da  Vinci  Valsalva  sinuslarının  böyük 
əhəmiyyət  kəsb  etdiyini  öyrənmiş,onların  funksiyası  və  anatomiyası 
ilə  bağlı  araşdırmalar  aparmış,  hətta  bikuspid  aorta  qapağını 
aşkarlamışdır.  
Aortadakı  elastinin  kollagenə  nisbəti  döş  aortasında  ən  yüksək 
səviyyədə  olur  və  distala  doğru  getdikcə  bu  nisbət  tədricən  azalmış 
olur.İnsan  yaşa  dolduqca  elastin  fraqmentasiyası,fibroz  və  medial 
nekroz  meydana  gəlməyə  başlayır.Aortanı  tutan  bir  çox  xəstəliklər 
aortanın  strukturuna  və  funksiyasına  təsir  edərək,  orada  dəyişiklik-
lərə  səbəb  olur  və  nəticədə,obstruksiya  və  dilatasiya  şəklində 
xəstəliklərin inkişafına şərait yaranmış olur.  
Hager  həmkarları  ilə  birlikdə  17-89  yaş  arasındakı  70  sağlam 
insanda  aortann  ölçülərini  komputer  tomoqrafiyanın  köməkliyi  ilə 
ölçərək normal aorta ölçülərini müəyyən etməyə çalışmışdılar.  
Oksigenləşmiş qanı bədənə yayan aorta damarı sol mədəcikdən 
çıxaraq,ana  arteriya  ağacını  meydana  gətirərək,  yuxarıya  istiqamət 
alır  və  sol  ağciyər  kökünün  üzərindən  dorzala  doğru  bir  qövs 
meydana  gətirmiş  olur.  Aorta  daha  sonra  döş  qəfəsinin  içərisində 
aşağıya  dönməyə  başlayaraq  onurğa  sütunun  solunda  qalmaq-
la,diafraqmadakı  iatus  aortikusu  keçərək  qarın  boşluğuna  daxil 
olur.Anatomik  olaraq  aorta:  qalxan  aorta,aorta  qövsü  və  enən  aorta 
şöbələrinə bölünür.  
Qalxan  aorta  -  III  sol  qabırğa  qığırdağı  səviyyəsində  sol 
mədəcikdən  çıxaraq,çəp  istiqamətdə  yuxarı  və  sağa  yönələrək,II  sağ 
qabırğa  qığırdağı  səviyyəsinə  çatır  və  buradan  etibarən  qövsü  aorta 
olaraq  davam  edir.Qalxan  aortanın  ön  qonşuluqları  arasında,  sağ 
ventrikul  infindibulumu,pulmonar  trunkus  və  sağ  atrium  aurikalsı 
aşkarlanır.Daha  kraniala  doğru  gəldikdə  döş  sümüyü  ,sağ  plevranın 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə