Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə1/140
tarix31.08.2018
ölçüsü4,02 Mb.
#65542
  1   2   3   4   5   6   7   8   9   ...   140
65542

Dr. Fərhad Mehdiyev
İNZİBATİ HÜQUQ
(Administrative Law)
- Ali təhsil müəssisələri üçün dərs vəsaiti -
Bakı – 2010


Q A F Q A Z Ü N İ V E R S İ T E S İ
Y A Y I N L A R I
Y A Y I N   N O : 5 5
İNZİBATİ HÜQUQ
- Administrative Law -
Ali təhsil müəssisələri üçün dərs vəsaiti
Dr. Fərhad Mehdiyev
Dizayn:
Sahib KAZIMOV
Qafqaz Universiteti Nəşriyyat Komissiyasının təklifi və
Elmi Şurasının 13.02.2008 tarix, 2007/58.01 sayılı qərarıyla
Universitet nəşri olaraq çap olunmasına qərar verilmiştir.
ISBN: 978-9952-25-089-3
Qafqaz University © 2010


iii
Bu  kitab,  Almaniyanın  Texniki Əməkdaşlıq Təşkilatının (GTZ)  maliyyə
dəstəyi ilə çap olunmuşdur.
This  book  was  published  by  financial  support  of  the  German  Agency  for
Technical Cooperation (GTZ).
MÜƏLLİFİN QEYDİ
Bu kitabın -
“Almaniyada dövlətin maddi məsuliyyətinin rejimi ”bölməsi
Prof.Dr. Bahtiyar Akyılmaz,
“Azərbaycanda Ombudsman təsisatı: yaranması və fəaliyyəti”
bölməsi
Aydın Səfixanlı,
“İctimai qulluğun hüquqi rejimi” bölməsi
Xanlar Heydərov
tərəfindən yazılmış,  Dr.Fərhad  Mehdiyev  tərəfindən  redaktə
edilmişdir.


iv
QISALTMALAR
ABŞ
Amerika Birləşmiş Ştatları
AİHK
Avropa İnsan Hüquqları Konvensiyası
AİHM
Avropa İnsan Hüquqları Məhkəməsi
AR
Azərbaycan Respublikası
BŞİH
Bakı Şəhər İcra Hakimiyyə ti
CM
Cinayət Məcəlləsi
Konst.
Konstitusiya
KM
Konstitusiya Məhkəməsi
Bax:
Baxın
İA
inzibati akt
İH
İcra hakimiyyəti
İİ
İnzibati icraat
İİHQ
«İnzibati icraat haqqında» Qanun
İƏHQ
«İnformasiya əldə edilməsi haqqında» Qanun
İO
inzibati orqan
İPM
İnzibati Prosessual Məcəllə
İXM
İnzibati Xətalar Məcəlləsi
GATS
General Agreement on Trade in Services
Q.
Qərar
m.
maddə
s.
səhifə
S.
Sayı
MDB
Müstəqil Dövlətlər Birliyi
MM.
Mülki Məcəllə
MİH
Mərkəzi icra hakimiyyəti
NK
Nazirlər Kabineti
TM
Torpaq Məcəlləsi
SSRİ
Sovet Sosialist Respublikaları İttifaqı
ŞMV
şərti maliyyə vahidi
və b.
və bənzəri
və d.
və davamı
və s.
və sair
yux.
yuxarıda
YİH
yerli icra hakimiyyəti
ZÇŞ
zərər çəkmiş şəxs


v
Hüquqi dövlətin gələcək təminatçıları -  gənclərə ithaf olunur .
ÖNSÖZ
Əlinizdəki  əsər, daha əvvəl  çap  olunmuş  “İnzibati  İda rəetmə  Hüququ”
kitabının  redaktə  və  əlavələr  edilmiş 2-ci  basqısıdır.  İlk  çap  edilmiş əsərin
qalmaması,  inzibati  orqanlar  strukturunda  islahatların  aparılması,  habelə  yeni
qəbul  olunmuş  inzibati  hüquq  qanunvericiliyi  yeni  kitabın  yazılmasını  tələb
edirdi. Bütöv əsərin yazılması 4  il kimi uzun müddət tələb etdi. İnzibati hüquq,
hüquqi  dövlətin  hüququdur.  Bu  cəhətdən  baxıldıqda,  bu  kitabın  yazılması  da
zəruri idi, çünki ölkəmizdə hüquqi dövlətin bərqərar olunması, müstəqilliyimiz
və dövlətçiliyimiz üçün ən əhəmiyyətli hədəflərdən birisidir.
Əfsuslar  olsun  ki,  sosyalist  keçmişdən  sıyrılıb  gələn  Azərbaycanımızın,
kontinental  Avropa  hüququ  mənasında,  bir  inzibati hüquq  sistemi  mövcud
deyildi. Bu  sahədə  çox  əhəmiyyətli  islahatlar aparılmış,  lakin  bunlar  hələ
tamamlanmayıb; gediləsi yol da çox qısa deyildir. Bu kitabın yazılmasında da,
birinci dərəcəli olaraq, Avropa inzibati idarəetmə hüququ sistematikasında olan
institutları  ölkəmiz  baxımından  tanıtmaq  və  tətbiq  etmək  məqsədi  güdülüb.
Beynəlxalq  qurumların  təsiri  ilə  dövlət  idarəetməsində  qəbul  etdiyimiz
institutlar bunu tələb edir. Artıq Fransanın  ya da Almaniyanın inzib ati hüququ
bizə  çox  da  yad  deyildir,  bunun  ən  açıq  dəlili  də, İnzibati  İcraat  Haqqında
Qanun  ilə İnzibati  Prosessual  Məcəllənin  qəbul  edilməsidir .  Qanunvericilik
sistemimizin  zəruri  ehtiyacı  olan  Avropanın  bəzi  müvafiq  institutları  bu
qanunlarla pozitiv hüququmuza artıq daxil edilib.
Kitabda  “hüquqi  dövlətdə  inzibati hüquq  necə  olmalıdır”  sualına  cavab
axtardıq.  Bunun  üçün  hansı  hüquqi  institutlar  tələb  olunur,  onu  tədqiq  etdik.
Kitabın  yazılmasında,  müqayisəli  hüquqda  olan  mənbələrdən  birbaşa  istifadə
elədik.
Bu  kitab  inzibati  xətalar  haqqında  deyildir.  MDB  məkanında  yazılan
inzibati  hüquq  kitabların əhəmiyyətli  hissəsi  inzibati  xətalar və  onların  icraatı
haqqında olduğu halda, bu kitabda Avropa yanaşmasında olduğu kimi, inzibati
xətalara  yer  verilmir. İnzibati  xətalar,  daha  çox  vətəndaşı  məhdudlaşdıran
qaydaları əhatə  edir;  halbuki Administrative  Law  olaraq  bilinən İnzibati
idarəetmə  hüququ,  dövləti  məhdudlaşdıran  qaydaları  incələməlidir. Bu əsərdə,
cəmiyyətin  hansı  hüquqi  mexanizmlərlə  və  necə  idarə  oluna cağından  bəhs
edilir.
Kitab  ali  məktəb  tələbələri  üçün  yazılmaqla  bərabər,  elmi  tədqiqatçılar ,
idarəçilər,  vəzifəli şəxslər  və  hakimlər üçün  da  maraq  doğura  bilər. Qeyd
etməliyik  ki,  Azərbaycan  dilində  yeganə  əsərdir  ki,  inzibati  aktların  məhkəmə
nəzarətində necə yoxlanılacağını incələyir. Əsərdə xeyli xaşiyyə qoyulub, lakin
orada əhəmiyyətli  məlumatlar  olduğundan  oxuculardan  onlara  da  diqqət


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə