Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə1/28
tarix26.08.2018
ölçüsü0,99 Mb.
#64702
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   28


Xumar  Tofiq  qızı  NOVRUZOVA
İNFORMATİKANIN TƏDRİSİ
METODİKASI
(1-4-cü siniflər)
Dərs vəsaiti
Bakı Slavyan Universteti Elmi
Şurasının 27 aprel  2017-ci il tarixli
iclasının qərarına əsasən çap edilir (pr N-9)
Bakı-2017


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 2 -
Elmi redaktor:                pedaqogika üzrə elmlər doktoru,
                                          professor Pələngov Ə.Q.
Rəyçilər:                          riyaziyyat üzrə fəlsəfə doktoru,
                                         dosent Eyyubov R.Ə.
                                         fizika-riyaziyyat elmləri namizədi,
                                         dosent, Tağıyeva Z.Ə.
                                         pedaqogika üzrə fəlsəfə doktoru,
                                          dosent, Cəbrayılzadə S.C.
                                           BSU-nun dosenti, riyaziyyat üzrə
                                           fəlsəfə doktoru Məmmədova T.B.
Xumar  Tofiq  qızı  NOVRUZOVA. İNFORMATİKANIN
TƏDRİSİ METODİKASI. (1-4-cü siniflər).Dərs vəsaiti.
Bakı-2017. ADPU-nəş. 152 səh.


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 3 -
Ön söz
Pedaqoji fakültələrin ibtidai sinif müəllimliyi
ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə
tutulmuş bu dərs vəsaitinin əsasını informatikanın
tədrisi metodikası fənni üzrə oxunan mühazirələr
kursu təşkil edir. Təqdim olunan vəsait BSU-nun
Riyaziyyat və informatika kafedrasının «İnformatika
və onun tədrisi metodikası» proqramına uyğun olaraq,
ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün Milli
Kurikulum əsasında hazırlanmış informatika
dərslikləri və elmi-metodik ədəbiyyat əsasında tərtib
edilmişdir. [9]
Sürətlə inkişaf edən müstəqil Azərbaycan Res-
publikasında informasiya texnologiyalarının infişafı
bir zərurətə çevrilmişdir. Bu gün təhsil sistemində
yeni forma və metodlardan istifadə edilməsi xüsusilə
zəruridir. Hazırda hər bir şagird və tələbə adi
kompüter savadlılığından daha irəli gedərək, yeni
texnologiyalardan düzgün istifadə etməyi, ətraf
aləmdə gedən dəyişikliklərə və cəmiyyətdəki sosial
proseslərə öz münasibətini ifadə etməyi bacarmalıdır.
Azərbaycan Respublikasının 2009-cu ildə qəbul
etdiyi Təhsil Qanununda Azərbaycanda təhsil siste-
minin yenidən qurulması, bütün mərhələlər üzrə təd-


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 4 -
risin müasir tələblər səviyyəsində formalaşdırılması
mühüm şərt kimi goyulur. [24] Dünya dövlətlərinin
təcrübəsi, eləcə də təhsilə müasirlik baxımından
yanaşılması məsələləri elmi baxımdan əsaslandırılmış
və təhsilin bütün istiqamətləri üzrə beynəlxalq
miqyasda nüfuz qazanmış tədris üsulu və təcrübəsinə
istinad olunmuşdur.
Süni intellektin informatikanın xüsusi bölməsi
kimi formalaşması və ekspert sistemlərin inkişafı,
dilçiliyin bir bölməsi olaraq kompüter linqvistikasının
və maşın tərcüməsinin meydana gəlməsi buna əyani
sübutdur. Təbiətdə baş vermiş və gələcəkdə baş verə
biləcək hadisələrin riyazi modelinin qurulması, bu
modelin əsasında alqoritm və nəhayət, kompüter
proqramlarının hazırlanması bir çox  sahələrdə tətbiq
edilir. İnformatikanın bünövrəsi ibtidai siniflərdə
qoyulur. Ona görə bu dərsi tədris edəcək müəllimlər
kifayət qədər geniş elmi və metodiki potensiala malik
olmalı, informasiyalı cəmiyyətin üzvləri sayılan
şagirdlərimizə informatikanın əsaslarını mənimsətmək
üçün düzgün üsul və metodlardan istifadə etməlidirlər.
İbtidai siniflərdə  şagirdlərin informatika elmi
ilə ilk tanışlığı başlayır. Təhsilin bütün sonrakı
mərhələlərində  şagirdlərin qazanmış olduqları bilik,
bacarıq və vərdişlər ibtidai siniflərdə qoyulan təməl
əsasında formalaşır. Bu səbəbdən ibtidai siniflərdə


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 5 -
informatikanın tədrisi üzrə metodik sistem düzgün
qurulmalı, müəllimlər isə  şagirdlərdə 1-ci sinifdən
başlayaraq bu fənnə həvəs və maraq yaratmağa
çalışmalıdırlar.
İKT-nin tətbiqi nəticəsində respublikamızda
tədris prosesinin keyfiyyətinin daha da yüksələcəyinə,
təhsilimizin dünya təhsil sisiteminə daha artıq
dərəcədə inteqrasiya edəcəyinə, bu sahədə daha böyük
və uğurlu layihələrə imza atacağımıza tam əmin ola
bilərik.
Müəllifdən


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 6 -
İNFORMATİKANIN TƏDRİSİ
METODİKASI
İTM-nın tədrisinin  ümumi məsələləri
I.
Məktəb informatika kursunun  predmeti və
məzmunu
1.
İnformatika  elm və fənn kimi.
2.
Məktəb informatika kursunun məqsəd və
vəzifələri.
3.
İnformatika kursunun məzmununa ümumi
didaktik yanaşma.
4.
İnformatika kursunun maşın və maşınsız variantı.
İnformatika  elm və fənn kimi. Informatikanın
bir elm kimi formalaşması keçən əsrin ikinci yarısına
təsadüf edir. İnformatika elmi kibernetika elminin
əsasında yaradılmış və təkmilləşdirilmişdir. İnfor-
matika elmi komkret informasiya proseslərinin


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə