Dərs vəsaiti baki 2016 azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 4,02 Mb.
səhifə1/24
tarix31.12.2021
ölçüsü4,02 Mb.
#82395
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   24
Metr.əsasları Fərzanə Nadir


AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ

METROLOGİYANIN ƏSASLARI
(Dərs vəsaiti)

BAKI – 2016




AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ


FƏRZANƏ N.H., CƏFƏROV H.C., ABBASOVA S.M.

METROLOGİYANIN ƏSASLARI
(Dərs vəsaiti)
Azərbaycan Dövlət Neft və Sənaye

Universiteti təsdiq etmişdir.

Əmr №____,­­ «__»_______2016

BAKI – 2016

UOT 389: 65.012.23(075)



Tərtib edənlər: Professor Fərzanə Nadir Həsən-Ağa oğlu

Dosent Cəfərov Hidayət Cəfər oğlu

Abbasova Səkinə Məmməd qızı

Metrologiyanın əsasları (mühazirələr konspekti)”dərs vəsaiti. Bakı, ADNSU-nin nəşri, 2016, 95 səh.


Redaktor: Fərzanə Nadir Həsən-Ağa oğlu – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Cihazqayırma mühəndisliyi” kafedrasının professoru, texnika elmləri doktoru.
Rəy verənlər:

T.e.n., dosent Əsgərov H.T. - “Cihazqayırma mühəndisliyi” kafedrası.
T.e.n. Abbasov E.M. – “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin baş aparatının “Metrologiya”

şöbəsinin müdiri.


Dərs vəsaitində metrologiya elminin əsas məsələləri nəzərdən keçirilir, ölçmələr, ölçmə vasitələri və onların xarakteristikaları haqqında əsas məlumatlar verilir. Dərs vəsaiti 050647 ixtisası üzrə bakalavr hazırlığı üçün tərtib olunmuş “Metrologiyanın əsasları” fənninin sillabusuna uyğun bütün mövzuları əhatə etmişdir.

Vəsait 050647 ixtisası üzrə bakalavr, 060647 ixtisası üzrə magistr və “Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma” fənni tədris olunan digər ixtisaslar üzrə bakalavr hazırlığında təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.


ADNSU, əmr №…., «___»_______2016-сı il.




MÜNDƏRİCAT
Giriş ...................................................................................... 5

1. Metrologiya sahəsində əsas anlayışlar .................................. 7

2. Fiziki kəmiyyətlər və onların ölçülüyü. Beynəlxalq

vahidlər sistemi (Sİ) ..............................................................10

3. Etalonların təsnifatı ...............................................................17
4. Ölçmələrin təsnifatı ...............................................................19
5. Ölçmə üsulları .......................................................................21
6. Ölçmə xətaları .......................................................................25
7. Ölçmə vasitələrinin təsnifatı ..................................................29
8. Ölçü quruluşlarının (ölçmə vasitələrinin) metroloji

xarakteristikaları ....................................................................33


9. Ölçmə vasitələrinin xətaları ...................................................38

10.Ölçmə vasitələrinin metroloji xarakteristikalarının

normallaşdırılması .................................................................44
11.Ölçü sistemlərinin struktur sxemləri və metroloji

xarakteristikaları ..................................................................46


12.Təsadüfi kəmiyyətlərin (xətaların) əsas xarakteristikaları ....50
13.Təsadüfi xətaların nəzəri əsasları .........................................62
14.Etimad ehtimalının köməyi ilə etimad intervalının

qiymətləndirilməsi ................................................................63



15.Ölçməyə müşahidələrin tələb olunan minimal sayının təyini 67

16.Ölçməyə müşahidə nəticələrinin bircinsliyinin (kobud

xətaya malik nəticələrin olmasının) yoxlanılması .............. 69

17.Ölçməyə müşahidə nəticələrinin təkrarlanmasının

yoxlanılması ........................................................................71
18.Çoxsaylı müşahidələrlə aparılan birbaşa ölçmə nəticə və

xətasınnı təyini .....................................................................72


19.Çoxsaylı müşahidələrlə aparılan dolayı ölçmə nəticələri və

xətalarının təyini .................................................................82


20.Çoxsaylı müşahidələrlə aparılan cəm və birgə ölçmə

nəticələri və xətalarının təyini ...........................................89
İstifadə edilmiş ədəbiyyat ...................................................95

GİRİŞ
Elmi-texniki tərəqqinin müasir mərhələsində ölçmə informasiyasının dəqiqliyinin və etibarlılığının yüksəldilməsi, yəni metrologiyanın həll etdiyi və nəticələri xalq təsərrüfatında istifadə edilən məsələlər dövlət əhəmiyyətli qabaqcıl məsələyə çevrilmişdir.

Ölçmə texnikasının əsas istehlakçısı sənayedir. Burada ölçmə texnikası texnoloji proseslərin ayrılmaz hissəsini təşkil edir, belə ki, proseslərin gedişini müəyyən edən çoxsaylı rejim parametrləri haqqında məlumatın alınması üçün istifadə edilir. Sənayedə məhsul və xammalın keyfiyyətinə nəzarət edilməsi müxtəlif və çox vaxt mürəkkəb olan ölçmə qurğuları və sistemlərinə əsaslanır. Xalq təsərrüfatının bütün sahələrində məhsulun sertifikatlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Sertifikatlaşdırmanın realizə olunması yalnız ölçmə texnikasının müasir metod və vasitələrindən istifadə etməklə mümkündür.

Ölçmələrin müasir cəmiyyətdə oynadığı rolun əsas səbəbləri ölçmələrin kütləviliyi, mühümlüyü və ölçmə “dilinin” universallığıdır [1]. Praktiki insan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada ölçmə, sınaq və nəzarət nəticələri getdikcə daha çox intensivliklə istifadə edilməsin.

Buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsi problemində ölçmələrin rolu çox böyükdür. Məmulatların maketləşdirilməsi, sınağı, emal edilməsi proseslərində yerinə yetirilən ölçmələrin nəticələri onların konstruksiyasına, hazırlanma texnologiyasına ediləcək uyğun düzəlişlərin başlıca informasiya mənbəyidir. Etibarsız informasiyanın alınması məhsulların keyfiyyətinin aşağı düşməsinə, qəzalara, səhv qərarların qəbul edilməsinə gətirib çıxarır.

Xarici ölkələrlə səmərəli əməkdaşlıq, elmi-texniki proqramların birgə işlənilməsi, ticarət münasibətlərinin gələcək inkişafı, inteqrasiya və kooperasiya – hamısı ölçmə nformasiyasına artan qarşılıqlı inamı tələb edir. Burada da ölçmə informasiyasının yüksək keyfiyyəti, onun dəqiqliyi və etibarlığı, ölçmə nəticələrinin dəqiqliyinin qiymətləndirilməsi prinsipləri və üsullarının eyniliyi birinci dərəcəli texniki əhəmiyyət kəsb edir. Ölçməyə vahid yanaşmanın yaradılması qarşılıqlı anlaşmaya, ölçmə üsul və vasitələrinin unifikasiyası və standartlaşdırılması imkanlarına, beynəlxalq əmtəə mübadiləsi sistemində məhsulların ölçmə və sınaqlarının nəticələrinin tanınmasına zəmanət verir.

Ölçmə texnikasının nəzəri əsasını metrologiya təşkil edir. Bu gün metrologiya təkcə ölçmələr haqqında elm deyil, həm də fiziki kəmiyyətlərin öyrənilməsini, onların təkrarlanmasını və ötürülməsini, etalonların, əsas ölçmə üsul və vasitələrinin istifadə edilməsini, ölçmələrin xətalarının qiymətləndirilməsini, metroloji nəzarəti yerinə yetirən uyğun fəaliyyətdir.

Metrologiyanın əsaslarının tədris edilməsinin məqsədi metrologiyanın əsas aspektlərinin, ölçmələrin vəhdəti və tələb olunan dəqiqliyinin təmin edilməsinin nəzəri əsaslarının, ölçmə xətalarının aşkar edilməsi və qiymətləndirilməsinin, ölçmələrin növləri və üsullarının istifadə edilməsinin, ölçmə vasitələrinin metroloji xarakteristikalarının öyrədilməsidir.



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə