Dərs vəsaiti baki-2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/41
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49872
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   41



 
AXUNDOVA GÜLARƏXANIM 
 
 
 
 
 
AZƏRBAYCANIN GÖRKƏMLİ 
DİRİJORLARI VƏ 
XORMEYSTERLƏRİ  
 
Dərs vəsaiti 
 
 
 
 
 
 
 
 
 
BAKI-2016 
 



 
 
 
Elmi redaktor:                                 ped.el. dokt., prof. Jal
ə Qədimova 
 
 
R
əyçilər:                           əməkd. inc.xadimi, prof. Zemfira Qafarova 
                                          s
ənətş.üz.fəls.dok., prof. Leyla Məmmədova 
                                                   s
ənətş.üz.fəls.dok., dos. Afət Həsənova 
                                                f
əlsəfə üz.fəls.dok., dos. Laçın Həsənova    
 
 
   
 
 
 
Gülar
əxanım  Axundova. Azərbaycanın  görkəmli  dirijorları  və 
xormeysterl
əri. Dərs vəsaiti.  Bakı – ADPU – 2016, 186 səh.  
 
 
 
 
 
 
 



 
 
 
 
 
Az
ərbaycan UNESCO-nun Ümumdünya irs 
siyahısında  yeddi  mədəni irs nümunəsi və  iki 
abid
ə  ilə  yer almaqla, dünyaya böyük mədəni 
töhv
ə verib. Biz təkrarolunmaz … musiqi irsimiz, 
h
əmçinin  Bakının  çiçəklənən müasir incəsənət 
m
ənzərəsindən qürur duyuruq... 
Əliyeva Mehriban
 
 
 
 
 
 
 



 
GİRİŞ 
 
Üzeyir  Hacıbəyli  adına  Azərbaycan Dövlət  Konservatoriyasında 
(indiki  Bakı  Musiqi  Akademiyası)  xor  dirijorluğu  şöbəsinin  açılması 
1951-52-ci ill
ərdə  görkəmli bəstəkar  Qara  Qarayevin  rektor  olduğu 
dövrl
ərə təsadüf edir. Bu şöbənin yaranması son dərəcə vaxtında həyata 
keçirilmiş  bir tədbir idi. Bunun səbəbi isə  o dövrdə  respublikada xor 
m
ədəniyyətinin  çox ciddi təhlükə qarşısında olması idi. Maestro Niyazi 
qeyd edirdi ki, vaxtil
ə Hacıbəyli tərəfindən yaradılan Azərbaycan Dövlət 
Xorunun  dağıdılması  bu  şəraitin  yaranmasına  səbəb oldu. 1950-ci ildə 
h
əmçinin Dövlət  Kapellasının  da  fəaliyyəti  dayandırıldı.  Bu  isə,  öz 
növb
əsində, o dövrdə respublikamızda çoxsəsli oxumanı təbliğ edən xor 
kollektivl
ərinin ümumiyyətlə olmamasına gətirib çıxarmışdı. 
     1951-52-ci ill
ərdə yeni yaranan xor dirijorluğu şöbəsinə uzun müddət 
Az
ərbaycan Dövlət Konservatoriyasında çalışmış və bu illər ərzində çox 
sayda dirijor-x
ormeyster  yetişdirmiş  L.V.Frolova  rəhbərlik  etmişdir. 
Haqlı olaraq bu illəri  milli professional xor dirijorluğu  mədəniyyətinin 
əsaslarının yaranmasını təmin edən illər kimi qiymətləndirmək olar. Bu 
şöbəyə  daxil olan ilk tələbələr  arasında  artıq  Azərbaycan professional 
musiqi m
ədəniyyətində  iz  qoymuş  N.Məlikov,  L.Atakişiyeva, 
R.
Əfəndiyev, K.Abbasov və başqalarının adını çəkə bilərik. 
 Öz h
əyat və yaradıcılığını milli xor mədəniyyətinin inkişafına həsr 
etmiş  görkəmli bəstəkar C.Cahangirovun 1953-cü ildə  xor  dirijorluğu 
şöbəsinə  müəllim kimi dəvət  olunması  şöbənin fəaliyyətini  daha da 
canlan
dırır.  1954-cü ildə  burada Moskva Konservatoriyasının  məzunu, 
professor  A.Sveşnikovun sinfində  təhsil  almış  gənc müəllim A.Yurlov 
 



 
f
əaliyyətə başlayır. Böyük istedad sahibi olan Yurlov Konservatoritanın 
rektoru  Ə. Abbasov tərəfindən dəvət olunmuşdu (o dövrdə yerli kadrlar 
olmadığı üçün mütəxxəssislər kənardan dəvət olunurdu). 
     1954-cü ild
ə xor dirijorluğu kafedrası yaranır. Kafedranın akademik 
hazırlıq  səviyyəsi ildən-ilə  artırdı.  1956-cı  ildə  Azərbaycan Dövlət 
Konservatoriyasını  ilk  yeddi  məzun-xormeyster bitirir. Bu məzunların 
bir çoxu Konservatoriyada mü
əllim  kimi  saxlanılır.  Bununla  yanaşı 
kafedraya pedaqoji f
əaliyyət üçün yeni müəllimlər – dosent Y.Petrov və 
İ.Butayev da dəvət olunur. 
     Kafedra bu ill
ər ərzində çox böyük nəticələr əldə etmişdir. 1964-cü 
ild
ən 1975-ci ilə  qədər xor  dirijorluğu  kafedrasına  rəhbərlik  etmiş 
L.V
.Frolovanın sinfini 20-yə yaxın məzun-xormeyster bitirmişdir. 
    L.V
.Frolovanın  sinfini  böyük  müvəffəqiyyətlə  bitirən məzunlar 
arasında  L.Atakişiyevanın,  E.Novruzovun,  N.Məlikovun  adını  çəkmək 
olar. 
     C.Cahangirovun sinfini bitir
ən seçmə  tələbələr  arasında  Ş.Rzayev, 
A.Abbasov
,  M.Əliyeva  və  başqalarını  xüsusilə  vurğulamaq  lazımdır. 
Hal-
hazırda  onlar  fəal  şəkildə  xor kollektivlərinə  rəhbərlik edir və 
pedaqoji f
əaliyyətlə məşğul olurlar. 
     
Xor  dirijorluğu  kafedrasında  pedaqoji  işlə  yanaşı,  intensiv  şəkildə 
aparılan  elmi-tədqiqat  işi  onun  ən böyük nailiyyətlərindən biri kimi 
qiym
ətləndirilməlidir. Bu işdə ilk növbədə L.V.Frolova, E.B.Novruzov 
kimi aparıcı müəllim-metodistlərin tez-tez verdiyi nümunəvi konsertləri, 
xor üçün orijinal 
əsərlərin və  aranjirovkaların  yazılmasını  vurğulamaq 
lazımdır.  Qeyd etməliyik  ki,  xor  dirijorluğu  ixtisasına  olan  marağın 
günd
ən-günə  artması  2011-2012-ci illərdən  bu  kafedranın  bazasında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə