Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə1/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   124
14809

Can sözdür,  əgər bilirsə insan, 
Sözdür ki,  deyirlər,  özgədir can.
Məhəmməd Füzuli
F İK R Ə T  ŞİRİY EV
AZƏRBAYCAN DİLİNİN 
NİTQ MƏDƏNİYYƏTİ 

RİTORİKA
(Ali m əktəblər üçün dərs vəsaiti)
Azərbaycan Respublikası  Təhsil nazirinin 
30.04.2014 tarixli 521 saylı əm ri ilə 
dərs vəsaiti kim i q r if verilm işdir
NURLAR
BAK I-2014


E lm i  red a k to rla r: 
akademikVasım
  M əm m əd əliyev 
professor
 Sənubər A b d u llayeva
R əy çilər:
Dosent
 Y aşar M əm m ədli 
Professor
  İkram  Q asım ov 
Dosent
 Fikrət Ə lizad ə
R ed a k to r:
Ş əh la Tahirqızı
FİKRƏT ŞİRİYEV
AZƏRBAYCAN DİLİNİN NİTQ MƏDƏNİYYƏTİ 
VƏ RİTORİKA
Bakı, «NURLAR»  N əşriyyat-Poliqrafiya M ərkəzi, 2 0 1 4 ,4 0 0  s.
Kitabda Nitq  m ədəniyyəti  fənninin  nəzəri  müddəaları  əksini  tapır,  ritorika 
elm inin 3000 illik  yolu, klassik Yunan və  Roma məktəbləri haqda, həm də Şərq 
ritorikasının  ilk  nümunələrindən  m üqayisəli  parçalar,  A zəıbaycan  nitq  mədə­
niyyəti  tarixi  barədə  məlumat  verilir.  Dərs  vəsaitində  həmçinin  ümumritorik 
qanunlar,  nitqin texnikası,  şifahi ünsiyyət ustalığı,  mübahisə qaydalan,  mədəni 
və  işgüzar nitq,  nitq  normaları v ə  s.  haqda nəzəri  və  praktik  tövsiyələr əksini 
tapmışdır.  Kitabda  nitq  m ədəniyyətinə,  söz  ustalığına  aid  maraqlı  nümunələr 
verilm iş, nitq terminləri lüğəti  təqdim edilmişdir.
Zəngin  ədəbiyyatdan  istifadə  edilm əklə  və  beynəlxalq  təcrübəyə  əsasla­
naraq hazırlanan, maraqlı nümunələr verilən bu kitab ali məktəb tələbələri üçün 
dəyərli dərs vəsaiti ola bilər.
ISBN:  978 - 9952 - 490 - 53  -4
©  F.Şiriyev,  2014


GİRİŞ
23  may 2012-ci  il  tarixində Azərbaycan Respublikasının Pre­
zidenti  cənab  İlham  Əliyev  “Azərbaycan  dilinin  qloballaşma  şə­
raitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin 
inkişafına dair”  Sərəncam vermiş,  09 aprel 2013-cü il tarixində bu 
barədə  Dövlət  Proqramını  imzalamışdır.  Sərəncamda  və  Dövlət 
Proqramında rəsmi  dövlət dilinin hərtərəfli inkişafı, tətbiqi və təd­
risi  geniş  şəkildə tövsiyə  edilmiş,  istiqamətlər göstərilmişdir.  Bu­
rada Azərbaycan  dilində  nitq  mədəniyyətinə  xüsusi  yer  ayrılmış, 
bu  sahənin  öyrənilməsi  və  tədrisi  önə  çəkilmişdir.  Ayrıca  olaraq 
“Nitq mədəniyyəti” fənninin tədrisi məsələsi ilk dəfə dövlət başçı­
sı tərəfindən prioritet istiqamət olaraq tövsiyə edilmişdir.
Biz bütün bunları  nəzərə alaraq bu  dərs vəsaitini  hazırlamışıq 
və burada nitq mədəniyyətini yalnız sinxron vəziyyətdə deyil, həm 
də  diaxronik -  tarixi  baxımdan  araşdırmağa çalışmış,  bir çox  hal­
larda “nitq mədəniyyəti”  ifadəsi yerinə “ritorika” işlətməklə nəzə­
rə  almışıq  ki,  Ritorika  öz tarixi  və  semantikası  baxımından  daha 
geniş, dolğun və əhatəlidir.
Hər bir insan  öz fikirlərini  dəqiq, yığcam və gözəl  şəkildə ifa­
də etməyi  bacarmalıdır.  «Ritorika»,  yaxud  «Natiqlik sənəti» və ya 
«bəlağət elmi» kimi fənlər məhz buna kömək etmək məqsədi güdür.
Tədris  fənni  kimi  ritorikanın  fərqi  ondadır  ki,  digər  fənlərin 
çoxunun  mənimsənilməsi  biliklərlə,  ritorikanın  mənimsənilməsi 
isə  həm  də  bacanqlarla bağlıdır.  Həqiqətən  də,  əgər  kimsə Niza­
mi  Gəncəvinin, yaxud Cəlil Məmmədquluzadənin nə zaman vəfat 
etdiyini  bilmirsə,  bu  boşluğu  iki  tarixi  -   1209  və  1932-ci  illəri 
bilməklə doldura bilər. Amma əgər Siz, auditoriya qarşısında çıxış 
etmək üsullarına yiyələnməmişsinizsə, bu işə aid qaydaların sadəcə 
sadalanması  kifayət  etməz,  burada  bir  sıra  bacarıq  və  vərdişlərə 
yiyələnmək lazımdır və bunun üçün sizə vaxt lazım olacaq. Natiq­
lik qabiliyyətinə yiyələnmək,  hər şeydən əvvəl,  m üxtəlif auditori­
yalarda çıxışların uzunmüddətli təcrübəsi ilə bağlıdır.
3


«Ritorika nədir?»  sualına ensiklopediya və lüğətlərdə təxminən 
belə  bir  cavab  verilir:  ritorika  -   natiqlik  sənəti  nəzəriyyəsi,  gözəl 
danışıq  nəzəriyyəsi,  səlis,  məhz  hazırkı  vəziyyətdə tələb  olunduğu 
kimi  yaxşı  danışa  bilmək bacarığı  haqqında  elmdir.  Ritorika bəşər 
tarixindəki  ən  qədim  elmlərdən  biri  olduğu  üçün  onun  qədim  dil­
lərdə  -   həm  yunan,  həm  də  latın  dilində  özünəməxsus  adı  vardır: 
yunan dilində «ritorika»,  latın dilində isə «elokvensiya».  Ritorikanı 
sadəcə “fikirdən -  sözə” kimi  də səciyyələndirmək olar.  Hər bir in­
sanın fikri  sözlə bağlıdır;  insanın heç bir fikri yoxdursa,  deməli,  o, 
lazım olan sözləri də tapa bilməyəcək.  Əgər insanın söz ehtiyatı ka- 
saddırsa,  o öz fikrini parlaq və anlaşıqlı  şəkildə formalaşdırmağı da 
bacarmayacaq.
Ritorika  elmdir,  çünki  burada  onun  əsaslarına yiyələnmək  is­
təyən  hər  bir  insanın  əməl  etməli  olduğu  dəqiq  qaydalar  vardır. 
Lakin  ritorikada  həm  də  həqiqi  incəsənətin  əsas  xüsusiyyəti  var: 
heç  bir qayda uğurlu  nəticə  əldə  olunacağına təminat vermir,  bu­
nun üçün həm də yaradıcı təfəkkürün mövcudluğu zəruridir və cə­
miyyət  qarşısında  çıxış  etmək ustalığı  insanın  həm  məntiqi,  həm 
də ifadəli təfəkkürdən bacarıqla istifadəsindən ibarətdir.
Qədim  dünyanın ritorika müəllimləri  bu hallan  nəzərə alaraq, 
öz  şagirdlərinə  söhbətlər və gəzintilər zamanı  təlim verirdilər.  Bu 
zaman şagirdlər böyüklərdən yaşlı nəslin artıq malik olduğu qayda 
və üsullan öyrənirdilər.
Qədim  Yunanıstan  və  Qədim  Romada  ritor-  natiq,  təxminən 
e.ə. Ш  əsrdən başlayaraq həm də natiqlik sənəti məktəbində praktik 
gözəl danışıq müəllimi idi.  Daha geniş mənada isə o,  - peşəkarlığı 
ilə başqalanna natiqlik  sənətini,  incəsənətini,  gözəl  danışmaq ba­
can qlannı  öyrətmək imkanına malik müəllim idi.
Nəzərə almaq lazımdır ki, bu gün natiqlik sənətinin (gözəl da­
nışıq ustalığının) əsaslanna yiyələnmiş hər bir insan:
•  yeni  işə  düzələrkən  öz  tərcümeyi-halını  müdirə  elə  danışa 
bilər ki, o, danışanı yubanmadan işə qəbul  etmək istəyər;
•  yeni  kollektivə  özü  haqqında  danışarkən  özünü  maraqlı  və 
xoşagələn həmsöhbət kimi göstərə bilər;
4


Yüklə

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə