Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə1/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   49



 
Tahir Dövlət oğlu Ağayev 
Şahin Əliağa oğlu Əhmədov 
Tahir Abuzər oğlu Xəlilov 
 
 
 
 
 
 
EKOLOJİ TƏHLÜKƏSİZLİK 
 
 
DƏRS VƏSAİTİ 
 
 
                                         Sumqayıt Dövlət Universitetinin 
                                       “Kimya və biologiya”fakultəsinin Elmi  
                                       şurasının 30.01.2013-cü il tarixli iclasının              
                                       qərarı ilə (05 saylı protokol ) dərs vəsaiti          
                                     kimi təsdiq edilmişdir 
 
 
 
 
                                    
 
SUMQAYIT   - 2013 
 


             
     Ekoloji təhlükəsizlik 
 

 
 
 
 
 
Elmi redaktor:        akademik A.Ş.Mehdiyev 
 
 
 
 
  Rəyçilər:                  c.e.d., prof. T.M.Tatarayev 
                     t.e.d..prof. A.N. Bədəlova                     
                     k.e.n., dos. R.R. Əhmədova  
                     k.e.n., dos.M.M. Mustafayev                                                                   
     
 
Sumqayıt şəhəri,                           nəşriyyatı, 2013 –cü il, 177 səh. 
 
 
 
 
 
Dərs  vəsaitində  təbii  fəlakətlər:  yaranması,  nəticələri,  proqnozlaşdırılması, 
biosferin  çirklənmədən  mühafizəsi,  müharibə  zamanı  fövqəladə  vəziyyət,  qlobal  ekoloji 
təhlükə  mənbələri,  respublikamızda  ekoloji  təhlükəsizliyin  təmin  edilməsi    və  s. 
məsələlərə baxılıb. 
Dərs  vəsaiti  respublikamızın  universitetlərinin  ekologiya,  coğrafiya  və  həyat 
fəaliyyətnin 
təhlükəsizliyi 
istiqaməti  sahəsində  ixtisaslaşan 
bakalavatlar 
və 
magistrantlar  üçün  nəzərdə  tutulmuşdur.  Ondan  elmi-tədqiqat  institutları,  ekologiya, 
coğrafiya  və  həyat  fəaliyyəti  sahəsində  ixtisaslaşan  alimlər  və  bu  sahə  ilə  maraqlanan 
geniş oxucu auditoriyası da istifadə edə bilər 
 
 
 
 
 
 
 
 
 
 
 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 

 
                                                 Biz atalarımızın torpağının varisləri deyilik. 
                                                 Biz onu övladlarımızdan borc  götürmüşük. 
                                                               (BMT materiallarından) 
 
 
GİRİŞ 
İnsan  cəmiyyətinin  inkişafı  təbiətlə  qarşılıqlı  təmasda 
olmadan  mümkün  deyil.  İnsanların  təlabatını  ödəmək  və  onun 
hərtərəfli  inkişafını  təmin  etmək  üçün  Yerin  bərpa  olunan  və 
bərpa  olunmayan  sərvətlərindən  intensiv  şəkildə  istifadə  olunur. 
İnsan  öz  həyatı  üçün  vacib  olan  hər  şeyi  (enerji,  qida  və  s.) 
təbiətdən  alır.  Təbiət  insanın  estetik  təlabatının  təminat 
mənbəyidir.  
XXI əsrin əvvəlində bütün dünyada və bizim ölkənin bir çox 
regionlarında  ekoloji  vəziyyətin  pisləşməsi  davam  edir.  İnsan 
sivilizasiyasının  ətraf  mühitə  təsir  etməsi  özünü  parnik  effektinin 
güclənməsində,  turşulu  yağışların  yağmasında,  ozon  qatının 
azalmasında,  hidrosferin  çirklənməsində,  meşələrin  və  torpaq 
örtüyünün məhv edilməsində, biomüxtəlifliyin azalmasında biruzə 
verir. 
Elmi-texniki tərəqqinin sürətli inkişafı  ilə əlaqədar insanın 
təbiətə  təsiri  daha  güclü  xarakter  alır.  XX  əsrdə  bu  təsir  təbii 
amillərin  təsiri  ilə  müqayisə  edilə  biləcək  dərəcəyə  çatmışdır  ki, 
bu  da  insan  cəmiyyəti  ilə  təbiət  arasındakı  qüvvələr  nisbətində 
kəmiyyət və keyfiyyət dəyişikliyinə səbəb olmuşdur. 
Sivilizasiyanın  təbiətə  təsir  etməsinin  səbəbi  ilk  növbədə 
demoqrafik “partlayış”-dır – XX əsrdə əhali sayının kəskin artımı, 
insanın  və  insan  cəmiyyətinin  tələbatlarının  və  bunun  nəticəsi 
kimi  ətraf  mühitə  təzyiqin  artmasıdır.  Bizim  sivilizasiyanın 
istehlakçı  xarakteri  də  az  rol  oynamır:  ilkin  təsəvvür  kimi  təbiət 
zəngindir və onun yeganə məqsədi – insanlara xidmət etməkdir və 
həm  də  ilk  növbədə  inkişaf  etmiş  ölkələr  tərəfindən  təbii 
ehtiyatlardan  həddən  artıq  istifadə  edilməsi  və  ətraf  mühitin 
çirklənməsidir. 


             
     Ekoloji təhlükəsizlik 
 

Elmi-texniki  tərəqqi  sayəsində  insan  cəmiyyəti  təbiətə 
təsirin  daha  güclü  vasitələrinə  yiyələnmişdir.  Bu  nailiyyətlər 
insana  mikro  və  makro  aləmə  nüfuz  etməyə,  biosferdə  baş  verən 
təbii  proseslərə  təsir  göstərməyə,  Yerətrafı  kosmik  fəzaya 
müdaxilə etməyə və s. imkan verir. 
Təbiətdə baş verən antropogen dəyişikliklər əksər hallarda 
pozitiv  xarakter  daşıyır.  Lakin,  təbii  proseslərə  müdaxilə  edən 
insan  bir  sıra  hallarda  təbiət  qanunauyğunluqlarını  pozur  və  özü 
üçün 
arzuolunmaz 
fəsadlara 
səbəb 
olur. 
Sivilizasiyanın 
mövcudluğunun  əsaslarını  təhlükə  altına  alan  təzadlardan  ən 
başlıcası  ətraf  mühitin  çirklənməsi  və  təbii  ehtiyatların 
tükənməsidir.  Ona  görə  də,  insan  cəmiyyəti  qarşısında  ekoloji 
böhranın  aradan  qaldırılması,  təbiətin  qorunması  və  təbii 
sərvətlərdən səmərəli istifadənin həyata keçirilməsi vəzifəsi durur. 
Lakin, son zamanlar bəşəriyyətin dünyagörüşünün dəyişməsi 
baş  verir:  insanların çoxuna aydın olur ki,  birincisi,  bioloji  varlıq 
olan  insan  təbiətin  şahı  deyil,  yalnız  onun  bir  hissəsidir,  özü  də 
ümumiyyətlə  biosferin  vəziyyətindən  asılıdır  və  ikincisi,  təbii 
ehtiyatlar  sonludur  və  o  tükənmək  üzrədir.  Təbiətə  olan 
münasibəti  dəyişmək,  bütün  canlılara  qayğı  ilə  yanaşmaq 
lazımdır:  həm  təbiətə,  həm  insanlara.  Təbii  ehtiyatlara  qənaət 
etmək,  tullantıların  emal  edilməsi  bu  gün  adı  ön  plana  çəkilir. 
Biosferin qorunub saxlanılması insan cəmiyyətinin yaşaması üçün 
vacib  şərtdir.  Ekologiya,  təbiət  elmlərindən  müxtəlif  tədris 
fənnlərinin  nəticələrini  cəmləşdirən  və  insanın  ətraf  dünyaya  və 
onun  özünə  qarşı  davranışını  təyin  edən  dünya  elminə  çevrilir. 
Bütün  canlı  aləmə  və  təbii  ehtiyatlara  qayğı  ilə  yanaşmada 
ümumtəhsil  məktəbləri  xüsusi  rol  oynamalıdır.  Məhz  burada 
bəşəriyyətin 
yeni 
nəsili 
ekoloji 
mədəniyyətin 
əsaslarını 
mənimsəməlidirlər. 
Nəzərə  almaq  lazımdır  ki,  elmi-texniki  tərəqqi  insanın 
təbiətdən  asılılığının  bir  formasını  azaltmaqla  bərabər,  bir  çox 
hallarda  bu  asılılığın  daha  çətin  və  təhlükəli  formalarına  səbəb 
olur. 
Rus  alimi  V.İ.Vernadskinin  irəli  sürdüyü  noosfer  ideyası, 
biosferin  müqəddaratı  və  deməli  bəşəriyyətin  gələcəyi  üçün 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə