Redaktorlar:
fəlsəfə üzrə fəlsəfə ddkXom,professor Ə.Tağıyev fəlsəfə
üzrə fəlsəfə doktoru, professor R.Həsənov
Rəy verənlər:
fəlsəfə üzrə fəlsəfə doktoru, dos. Y.Qaraməmmədli
fəlsəfə üzrə fəlsəfə doktoru, dos. E.Kərimov fəlsəfə üzrə
fəlsəfə doktoru, dos. F.Rüstəmov
YAŞAR PAŞA oğlu ƏHMƏDOV. Fəlsəfə (Dərs
vəsaiti), VI hissə - Təbiət və cəmiyyətin fəlsəfəsi. Bakı, “PG
nəşrlər evi” ,2013.
Dərs vəsaitinin bu hissəsi təbiət və cəmiyyətin fəlsəfəsinə həsr
olunmuşdur. Burada cəmiyyət idrakın obyekti kimi təhlil olunur, daha
sonra cəmiyyət həyatının təbii əsasları araşdırılır. Cəmiyyətin iqtisadi
həyatının fələsəfı problemləri və cəmiyyətin siyasi həyatı müasir dövrün
tərəfləri səviyyəsində verilmişdir. Daha sonra cəmiyyətin mənəvi
həyatının təhlilinə diqqət yetirilmişdir.
Dərs vəsaiti ali məktəb tələbələrinə ünvanlanmışdır, ondan
müəllimlər, dissertant və magistrlər, o cündədən təbiət və cəmiyyətin
fəlsəfəsi ilə maraqlaııanlah istifadə edə biBrhr.
ISBN 978-9952-440-39-8
Y.Əhmədov, 2013.
I
FƏSIL
Cəmiyyət idrakın obyektidir
Müasir dünya dəyişkən, qeyri-sabit, özünə inamsız bir
vəziyyətdə yaşayır - adamlar bunu dərk edirlər. Kiminsə
dəliqanlı bir hərəkəti dünyanı öz məhvərindən çıxara, bir anda
hər şeyi məhv edə bilər. “Mühərriklər işləməkdə davam edə,
bayraqlar dalğalana bilər, insan isə həmişəlik yox ola bilər.”
(Y.Heyzinqa) Bununla belə insan hələ ümidini itirməmişdir.
Əgər sivilizasiya xilas olsa və vəhşilik əsrində boğulmasa onda
indiki nəsil hansı eəmiyyətdə yaşayaeağmı, onun hara
getdiyini, ən azı fəlakətlərin qarşısını almaq üçün nə etmək
lazım olduğunu özü üçün aydınlaşdırmalıdır. İlik baxışdan
aydın görünür ki, cəmiyyət bir varlıq kimi mövcuddur. Bu
tezisin empirik bir təsdiqi var, çünki bizim hamımız onda
yaşayırıq. Bəs cəmiyyət nədir? O necə mümkündür? O necə
olmalıdır?
Adi adamlar bu sualların mənasını başa düşə bilməz. O
özü və əcdadları bu cəmiyyətdə yaşamışlar - onlar cəmiyyəti
bir varlıq kimi qəbul edirlər. Lakin məsəənin dərinliyinə gedən
adamlar, xüsusən filosoflar cəmiyyətə, ilk növbədə insan əlinin
işi kimi baxırlar. İ.Kantm köhnə ideyası belə olmuşdur o
güman edirdi ki, bizi maraqlandıran hadisəni insan
fəaliyyətinin nəticəsi kimi başa düşmək olar. Bu cür
yanaşmanın məğzi ondadır ki, ümumiyyətlə desək bütün
fenomenləri verilmiş kimi qəbul etmək lazım deyildir. Onlar
bir dəfə yaranmışlar və onlardan hər birini təşəkkülün nəticəsi
kimi izah etmək olar. Bu cəmiyyətə daha çox aiddir.
Bununla belə cəmiyyət necə yaranmışdır? Bunun üçün
nələr baş verməli idi? Bütün bunlara səbəb nə olmuşdur?
Qloballaşan
dünyamızda
cəmiyyətə
baxış
da
dəyişkənliyə məruz qalmaqdadır. Dövlətlərin inteqrasiyaya
meyli cəmiyyətlə bağlı yanaşmaları da dəyişdirmişdir. Lakin
cəmiyyətin durumuna, orada gedən proseslərə müdaxilə etmək,
onu sürətləndiraıək və ya ləngitmək böyük fəsadlar yarada
bilər. Bu baxımdan cəmiyyətə ehtiyatla yanaşmaq, onun
inkişaf qanunlarına hörmət etmək olduqca vacibdir.
§1. Cəmiyyətin mənşəyi, təbiəti və mahiyyəti, ictimai
transformasiyalar.
İctimainin mahiyyətini və onun şərhini anlamağa
müxtəlif yanaşmalar mövcuddur. Bununla belə praktiki olaraq
onların heç biri iki şəraiti istisna etmirlər. Cəmiyyətin
mövcudluğunun, onun fəaliyyətinin və inkişafının obyektiv
ilkin şərti kimi, birincisi fəaliyyət göstərən fərdlər, ikincisi,
onların həyatı üçün əlverişli olan xarici şərait çıxış edir.
Cəmiyyətin yaranması üçün Yerdə onun üçün əlverişli olan
təbii şəraitin nadir kompleksi yaranmalıdır - məhz bu insanın
Homo Sapiens kimi formalaşmasına təkan vemıişdir. İnsansız
cəmiyyət, eyni zamanda cəmiyyətdən kənarda insan mövcud
ola bilməz.
Ümumiyyətlə desək, cəmiyyətin “ilkin şərti” kimi
insanın formalaşması prosesində sirli olan, bu gün də tam
aydınlaşmamış, dəqiq cavabı olmayan suallar çoxdur. T.Şarden
hesab edir ki, insan səssiz yaranmışdır, olduqca sakit gəlmişdir,
biz onun varlığını göstərən daş alətlərdəki izlərini görəndə o
artıq bütün dünyanı bürümüşdür. O artıq
danışır, od əldə etmişdir, qrup halında yaşayır, lokal icmalar
yaratmışdır. “İlk adam” bəlkə də adamlar çoxluğudur. Həm də
“insanın paradoksu” ondan ibarətdir ki, keçid morfoloji yox,
daxili dəyişiklik hesabına baş vermişdir, ona görə də hiss
olunan iz qoymamışdır. Bu baxışı digər filosoflar da müdafiə
edirlər, insanın qədim əcdadından insana keçidin məğzinə
xüsusi “meymun insan” empirik formasının yaranması kimi
yox, onun öz daxilinə getməsi, özününküləşməsi, həyat
fəaliyyətinin xarici təzahürünün subyektivləşməsi kimi
baxırlar. Bunun nəticəsində əvvəllər vahid olan obyektiv aləmi
və onun qanunauyğunluqlarının məişətləşməsi prosesi
bölünür, onda məişətin xüsusi forması, “özü üçün” forması
“yapışır”. İnsanın təkamülündə bu “aralıq düyünün” olmaması
bununla izah olunur. Lakin hələ də müəmmalı qalan odur ki,
niyə inkişaf daxilə getmişdir və çox sürətlə olmuşdur, “tarixi
an” keçən kimi böyük ərazilərdə daş alətlər, qmp halında
yaşama, nitqin olması, oddan istifadə olunması müşahidə
olunur.
Hər necə olsa da təbiətlə dərin vəhdətdə yaranan insan
prinsipial şəkildə öz heyvan əcdadlarından uzaqlaşır.
Heyvandan fərqli olaraq o yaratmağa, istehsal etməyə başlayır,
həm də yalnız özünün yox, istənilən növün ölçüsündə yaradır,
gözəllik qanunlarına onu uyğunlaşdırır. Heyvan əməli (fayda
güdəni) öz təlabatma uyğun hərəkət edir, insan isə onun
həddindən çıxmağa, azad və universal olmağa qadirdir.
Heyvan öz həyat fəaliyyəti ilə bilavasitə eyniyyət təşkil edir,
insan öz şəxsi həyatını öz predmeti edir. Nəticədə o fəaliyyətin
ali formasına - özünüfəa- liyyətə çatır, o azad olur. Bütün
bunlar varisliyə olan prinsipial, inqilabi, keyfiyyət sıçrayışı
hesabına - genetik
Dostları ilə paylaş: |