Dərsin məqsədi Düzbucaqlı üçbucağın tərəfinin ikisi verildikdə üçüncü tərəfi tapır



Yüklə 25,6 Kb.
tarix04.12.2017
ölçüsü25,6 Kb.
#13727
növüDərs

Standartlar

3.1.3. Pifaqor teoremini tətbiq edir, iti bucağın triqonometrik funksiyalarının təriflərini bilir və bəzi bucaqların triqonometrik funksiyalarının qiymətini tapır.

Dərsin məqsədi


1. Düzbucaqlı üçbucağın tərəfinin ikisi verildikdə üçüncü tərəfi tapır;

2. Tərəflərinin uzunluqlarına görə üçbucağın növünü müəyyən edir;

3. Pifaqor üçlükləri faktını başa düşdüyünü nümunələrlə nümayiş etdirir.

İstifadə olunan

formalari

Qruplarla iş, kollektivlə iş, fərdi iş


İstifadə olunan

üsullar

Beyin həmləsi, problemli vəziyyət, BİBÖ


Fənlərarası

inteqrasiya

Tarix

TƏCHİZAT


Dərslik, kompyuter, proyektor, iş vərəqləri, Activ İnspire proqramı.

Resurslar

Riyaziyyat 8-ci sinif dərslik

http://www.prometheanplanet.ru/

http://learningapps.org/

http://www.math-play.com/Pythagorean-Theorem-Game.html


Mövzu: Pifaqor teoremi



MOTİVASİYA (5 dəq)

Bu mərhələdə flipçartın 3-cü səhifəsi nümayiş olunur. Şagirdlərə bu vəziyyətdən çıxmaq üçün nərdivanın uzunluğunu tapmaq lazımdır. Bunu tapmaq üçün şəkildə düzbucaqlı üçbucağı göstəririk. Və düzbucaqlı üçbucağın üzərində vurmaqla düzbucaqlı üçbucağın tərəflərinin adlarını yadımıza salırıq. Və asdığımız BİBÖ cədvəlində qruplar düzbucaqlı üçbucaq haqqında bildiklərini və nəyi öyrənmək istədiklərini qeyd edirlər. Beləliklə, tədqiqat sualımızı veririk.



Tədqiqat sualı:

1. Düzbucaqlı üçbucağın iki tərəfi məlum olduqda üçüncü tərəfini tapmaq olarmı?
2. Üçbucağın tərəflərinin uzunluqlarına görə onun növünü müəyyən etmək olarmı?
Tədqiqatın aparılması (10 dəq)

Tədqiqat mərhələsində şagirdlər qruplara bölünür. Şagirdlər əvvəlcədən kəsilmiş kvadratları verilmiş xətlər üzrə kəsib böyük kvadrata yerləşdirirlər.

Eyni zamanda lövhədə bunu şagirdlərdən biri 6-cı səhifədə yerinə yetirir. Nəticələri biləndən sonra Pifaqor teoreminin ilk formasını şagirdlərin köməyilə ifadə edirik.
Hipotenuz üzərində qurulmuş kvadratın sahəsi, katetlər üzərində qurulmuş kvadratların sahələrinin cəminə bərabərdir.

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ (10 dəq)


Dinlənilən təqdimatlar qrupla birgə müzakirə olunur və qruplarda əldə olunmuş nəticələrin ümumiləşdirilməsi istiqamətində müzakirələr davam etdirilir. “Tədqiqatın aparılması”ndan əvvəl elan olunan qrupların fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı qiymətləndirmə cədvəli şagirdlərin iştirakı ilə qrupların fəaliyyəti qiymətləndirilərək cədvəl doldurulur.

.


Ümumiləşdirmə və nəticə (5 dəq)

Sonra teoremin həndəsi isbatını da verib, eyni zamanda portal.edu.az-dan götürdüyümüz video ilə əyani olaraq göstəririk. Pifaqor teoremini yeni şəklini ifadə edirik:
Düzbucaqlı üçbucaqda hipotenuzun kvadratı katetlərin kvadratları cəminə bərabərdir.

Tədqiqat sualımıza qayıdırıq. Deməli düzbucaqlı üçbucağın iki tərəfi məlum olduqda üçüncü tərəfi tapmaq olar. Şagirdlər http://learningapps.org/ saytında hazırladığım Pifaqor adlı tapşırığı yerinə yetirilər.


Eyni zamanda üçbucağın tərəflərinə görə onun itibucaqlı, korbucaqlı və ya düzbucaqlı olduğunu müəyyən edə bilərik. Bunu isə şəkilin köməyilə əyani göstəririk. Yəni öyrəndiyimiz kimi düzbucaqlı üçbucaqda böyük tərəfin kvadratı kiçik tərəflərin kvadratları cəminə bərabərdir. 17-ci səhifədəki şəkildən göründüyü kimi bu faktdan istifadə edərək üçbucağın növünü müəyyən edirik. Eyni zamanda şagirdlərə pifaqor üçlükləri haqqinda da məlimat veririk. Düzbucaqlı üçbucağın tərəfləri natural ədədlərlə ifadə olunarsa, bu ədədlərə pifaqor ədədləri deyilir.
Yaradıcı tətbiqetmə (10 dəq)
Yaradıcı tətbiqetmə mərhələsində şagirdlər qruplara verilən tapşırıqları yerinə yetirir və hər qrupun bir üzvü lövhədə nəticələrini nümayiş etdirir.


Qiymətləndirmə(5 dəq)

Qiymətləndirmə dərsin bütün mərhələlərindən sonra meyarlar üzrə qiymətləndirmə cədvəlində yazılır. Məsələlərin hər biri 1 balla qiymətləndirilir. Bunun üçün Actiİnspire proqramının alətlərindən istifadə etməklə, əgər cavab düzdürsə, yuxarı ox vurulur və nəticə 1 bal artır, səhvdirsə, aşağı ox vurulur və nəticədən 1 bal çıxılır. Sonda ümumi ballar hesablanıb qalib komanda elan olunur.




Meyarlar

Pifaqor

Tusi

Eyler

Təqdimat










Əməkdaşlıq










Vaxtdan səmərəli istifadə










Məsələ









Şagirdlərə evdə http://www.math-play.com/Pythagorean-Theorem-Game.html



saytında tapşırıqları yerinə yetirmək tapşırılır.
Yüklə 25,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə