Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə1/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   117


 
 
downloaded from KitabYurdu.org


İ.Ə.AĞAYEV, X.N.XƏLƏFLİ, F.Ş.TAĞIYEVA 
EPİDEMİOLOGİYA 
(müalicə-profilaktika, pediatriya və 
stomatologiya fakültələrinin tələbələri 
üçün dərslik) 
Dərslik  Azərbaycan  Respublikası 
Səhiyyə  Nazirliyinin  12.06.2009-cu  il 
tarixli,  17  saylı  kollegiya  iclasının  və 
Azərbaycan  Respublikası  Təhsil  Nazir-
liyi  Elmi-Metodik  Şurası  “Tibbi-nəzəri 
elmlər”  bölməsinin  02.12.2008-ci  il  ta-
rixli  iclasının  qərarı  ilə  təsdiq  edilmişdir 
(protokol JVe35). 
 
BAKI-2011 
downloaded from KitabYurdu.org


Rəyçilər: 
Respublika QIÇS-lə Mübarizə Mərkəzinin 
direktoru t.e.d., professor H.A.Qədirova 
ATU-nun sosial gigiyena və səhiyyənin təşkili 
kafedrasının dosenti, t.e.d. V.N.Vəkilov 
Redaktor: Ə.e.x., professor İ.Ə.Ağayev 
Ə.e.x., prof. İ.Ə.Ağayev, t.e.n. X.N.Xələfli, t.e.n. F.Ş.Tağıyeva 
Epidemiologiya. Dərslik. Bakı, 352 səh. 
Dərslikdə ümumi epidemiologiyanın bütün bölmələri əhatə olunmuşdur: epidemik proses 
haqqında  təlim,  dezinfeksiya,  sterilizasiya,  dezinseksiya,  deratizasiya,  yoluxucu 
xəstəliklərin  profilaktikası,  ocaqda  aparılan  əksepidcmik  tədbirlər.  Dərslikdə  ATU-nun 
müalicə-profilaktika,  pediatriya  və  stomatologiya  fakültələrinin  tələbələri  üçün  nəzərdə 
tutulmuş proqram əsasında müxtəlif yoluxucu xəstəliklərin epidemiologiyası və profilakti-
kasına dair ətraflı məlumat verilmişdir. 
“Təbib” nəşriyyatı 
A
 4106000000 
2Q ][ ][ 
T-
038(139) 
© 
İ.Ə.Ağayev 
X.N.Xələfli 
F.Ş.Tağıyeva 
downloaded from KitabYurdu.org


ÖN SÖZ 
Təqdim  etdiyimiz  dərslik  Azərbaycan  Tibb  Universitetinin  epidemiologiya 
kafedrasının proqramına uyğun tərtib edilmişdir. Bu dərslik hazırlanarkən keçmiş SSRİ-
nin  görkəmli  epidemioloqları  və  eləcə  də  xarici  ölkə  epidemioloqlarının  əsərlərindən 
istifadə  edilmişdir.  Bundan  əlavə  ümumi  və  xüsusi  epidemiologiya  sahəsində  çalışmış 
bir  çox  tədqiqatçıların  elmi  işlərindən  ayrı-ayrı  fəsillərin  yazılmasında  istifadə 
edilmişdir. Ümidvarıq ki, epidemiologiyanın son zamanlarda sürətli inkişafı nəticəsində 
əldə  edilən  məlumatlar  müxtəlif  fəsillərdə  öz  əksini  tapmaqla  tələbələrin  müasir 
epidemio- logiyaya dair biliklərə yiyələnmələrinə kömək edəcək. 
Kitab  müasir  dövrün  tələblərinə  uyğun  yazılmışdır.  Dərslik  haqqında 
mülahizələrini və tənqidi iradlarını bizə yazanlara təşəkkürümüzü bildiririk. 

downloaded from KitabYurdu.org


GİRİŞ 
Yoluxucu  xəstəliklər  bu  günə  qədər  səhiyyənin  aparıcı  problemi  olaraq 
insanların sağlamlığını, yaşama müddətini və ölümün səbəblərini müəyyən edir. Digər 
xəstəliklərlə müqayisədə yoluxucu xəstəliklər planetin əhalisi arasında dünyada ikinci-
üçüncü  yerdə  durur.  Məlumdur  ki,  istənilən  xəstəliyin  nozoloji  müstəqilliyi  etioloji 
agentlə müəyyən olunur. 
Ölümün  əsas  səbəblərindən  olan  on  xəstəliyin  yeddisi  infeksion  mənşəlidir. 
ÜST-ün  göstəricilərinə  əsasən  insanların  33%-i  yoluxucu  xəstəliklərdən  məhv  olurlar. 
Son  illər  uşaq  ölümü  azalmaqdadır  və  bu  ilk  növbədə  yoluxucu  xəstəliklərin 
profilaktikasının  və  terapiyasının  effektivliyinin  artması  hesabına  baş  verir.  Hazırda 
yoluxucu  xəstəlikləri  şərti  olaraq  2  əsas  xəstəliklər  qrupuna  bölmək  olar.  Birinci  - 
dərmanlara qarşı törədicilərin  müqavimətinin  artması ilə əlaqədar olaraq aktivləşən və 
yeni  əraziləri  fəth  edən  köhnə  «qayıdan»  infcksiyalar  və  ikinci  -əvvəllər  məlum 
olmayan  həqiqətən  yeni  yaranan  infeksiyalardır.  Onlardan  otuzdan  çoxu  XX  əsrin  son 
25 ilində meydana çıxmışdır. Köhnə infeksiyalardan malyariya, vərəm, sarı qızdırma və 
vəba diqqəti xüsusilə cəlb edir. Dünyada hər il 500 mln insan malyariyaya yoluxur ki, 
bunlardan 450 mln.-u Afrikada yaşayır. Hər il 2 mln.-a yaxın şəxs bu xəstəlikdən ölür. 
Yer  kürəsi  əhalisinin  artması  əvvəllər  meşələrlə  örtülmüş  ərazilərin 
mənimsənilməsi ilə müşayiət olunur ki, bu da əhalinin köhnə (malyariya, sarı qızdırma) 
və  yeni  növ  xəstəlikləri  keçirən  həşəratlarla  təmasda  olmaq  təhlükəsini  yaradır.  Yeni 
məskunlaşan  ərazilərdə  əhalinin  sayının artması  və  sanitar  xidmətin  qeyri-  qənaətbəxş 
vəziyyətdə  olması  vəba,  qrip,  salmonelyoz  və  cşerixioz  kimi  xəstəliklərin  artmasına 
şərait yaradır. Bundan başqa, bioter- rorizm unudulmuş problem olan çiçək, taun, qara 
yara  kimi  çox  təhlükəli  infeksiyalan  gündəlik  məsələyə  çevirmişdir.  Taun  planetin 
əhalisini  keçmişdə  vahiməyə  saldığı  kimi,  bu  gün  də  narahatlıq  doğurur.  Yeni  aşkar 
olunan  yoluxucu  xəstəliklərin  sayı  da  getdikcə  artmaqdadır.  Bəşəriyyət  üçün  ən 
təhlükəli  hesab  olunan  İİV-infeksiya  üzrə  vəziyyət  xüsusilə  həyacan  doğurur.  Bu 
infeksiya  ilə  əlaqədar  bir  sıra  Afrika  ölkələrində  ağır  siyasi  və  iqtisadi  problemlər 
yaranmışdır. 
Əlbəttə,  yoluxucu  xəstəliklərlə  mübarizədə  nəzərə  çarpacaq  müvəffəqiyyətlər 
çoxdur.  Məsələn,  qızılcaya  qarşı  peyvənd  alınmasından  əwəl  dünyada  hər  il  135  mln. 
xəstələnmiş uşaqdan 7-8 

downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə