Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə1/78
tarix30.12.2017
ölçüsü3,67 Kb.
#18852
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   78


RZA TALIBOV
ASİYA ÖLKƏLƏRİ
BEYNƏLXALQ MÜNASİBƏTLƏR
 SİSTEMİNDƏ
Ali məktəblər üçün dərslik
(Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
24 aprel 2015-ci il tarixli 459 nömrəli əmri ilə təsdiq edilmişdir)
«Elm və təhsil»
Bakı - 2015


Rza Talıbov. Asiya ölkələri beynəlxalq münasibətlər sistemində 
Bakı, «Elm və təhsil», 2015, 312 səh.
Elmi redaktoru:   Ağalar Abbasbəyli 
     tarix elmləri doktoru, professor
Rəyçilər:   
Zeynal Həsənəliyev  
     tarix elmləri doktoru, professor
 
 
 
Mehriban Babazadə  
     hüquq üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universitetinin «Beynəlxalq münasibətlər» kafedrasının dosen-
ti  Rza  Talıbovun  kitabında Asiya  ölkələrinin  dünya  siyasətində  və  beynəlxalq 
münasibətlər sistemindəki yeri, mövqeyi və əhəmiyyəti təqdim olunur. Müəllif 
eyni zamanda beynəlxalq münasibətlərin üzvi tərkib hissəsi olaraq Azərbaycan 
Respublikasının Asiya  ölkələri  ilə  çoxcəhətli  əlaqələrinə  də  kitabında  geniş  yer 
ayırmışdır. 
Təqdim edilən kitab ali məktəblərin beynəlxalq münasibətlər ixtisasının tələ-
bələri üçün dərs vəsaiti kimi nəzərdə tutulur.
Dərs vəsaitindən tədqiqatçılar, siyasətçilər, müəllimlər və tələbələr istifadə edə 
bilərlər. 
ISBN: 978-9952-81-76-3-8
© Rza Talıbov, 2015
© Elm və Təhsil, 2015


3
BƏLƏDÇİ 
Giriş .............................................................................................5
1. Çin Xalq Respublikası beynəlxalq 
münasibətlər sistemində .........................................................13
1.1. Dünya siyasəti və Çin Xalq Respublikası .......................13
1.2. Çin Xalq Respublikasının Asiya ölkələri ilə əlaqələri ...51
1.3. Azərbaycan Respublikası-Çin əməkdaşlığı ....................76
2. Beynəlxalq münasibətlər və Yaponiya .............................101
2.1. Dünya siyasətinin cazibə qüvvəsi: Yaponiya .................101
2.2. Yaponiya və ABŞ strateji əməkdaşlığı .............................110
2.3. Yaponiya-Çin münasibətləri .............................................115
2.4. Yaponiya-Rusiya əlaqələri .................................................122
2.5. Cənub-Şərqi Asiya ölkələri ilə 
münasibətlərdə Yaponiya .........................................................131
2.6. Azərbaycan-Yaponiya münasibətləri ..............................137
2.6.1. Siyasi-diplomatik əlaqələr ..............................................137
2.6.2. Sosial-iqtisadi sahədə əməkdaşlıq ................................144
2.6.3. Təhsil sahəsində Azərbaycan-Yaponiya 
 əməkdaşlığı ...............................................................................158
2.6.4. Turizm, səhiyyə və idman əlaqələri ..............................167
2.6.5. Mədəni əlaqələr ...............................................................175
2.6.6. Ədəbi əlaqələr ..................................................................182
3. Koreya Respublikası dünya siyasətində ..........................202
3.1. Müasir beynəlxalq münasibətlər və  Koreya Respublikası ...202
3.2. Koreya Respublikası beynəlxalq təşkilatlarda ...............213
3.3. Şimali Koreya dünya siyasətində .....................................217
3.4. Azərbaycan Respublikasının Koreya 
 Respublikası ilə əlaqələri .........................................................222


4
4. Dünya siyasətində Sinqapur ..............................................231
4.1. Dünya siyasətində gedən proseslərin işığında ..............231
4.2. Sinqapur Respublikasının daxili və xarici siyasəti ........233
4.3. Müasir beynəlxalq münasibətlər və Sinqapur ...............237
4.4. Azərbaycan-Sinqapur əlaqələri ........................................249
5. Beynəlxalq münasibətlərdə Malayziya ............................254
5.1. Malayziya dünya siyasətində ...........................................254
5.2. Azərbaycan-Malayziya ikitərəfli əməkdaşlığı ................268
6. Vyetnam Sosialist Respublikası dünya siyasətində .....272
6.1. Beynəlxalq münasibətlər sistemi və Vyetnam ...............272
6.2. Azərbaycan Respublikası - Vyetnam əlaqələri ..............288
Nəticə ..........................................................................................300
Ədəbiyyat ...................................................................................305


5
GİRİŞ
Məlum  olduğu  kimi,  dünya  nizamı  müəyyən  tarixi 
dövrlərdə  müxtəlif  yarımkürələrin  üzərinə  düşən  güc 
mərkəzləri əsasında qurulmuşdur. Tarixin bu sınağında 
Şimal-Cənub qarşıdurmasına nadir rast gəlindiyi halda, 
Şərq-Qərb  qarşıdurması  daim  bir  dilemma  olmuşdur. 
Qədim Çin, Hind, Türk, İran sivilizasiyalarının yüksəlişi 
dövründə dünyanın ağırlıq mərkəzi Şərq olmuşdur. Hə-
min dövrdə dünya siyasi həyatının nəbzi Şərqdən atırdı. 
İqlim dəyişikliklərinin təsiri altında başlayan “xalqların 
böyük köçü” ilə dünyanın ağırlıq mərkəzi də Şərqdən 
Qərbə - Avropaya keçdi. Bundan sonra təqribən min ilə 
yaxın bir müddətdə Roma və Bizans imperiyaları dünya 
səhnəsində mərkəzi yer tutdu və başlıca rol oynamağa 
başladılar.  Təsadüfi  deyildir  ki,  həmin  dövrdə  “bütün 
yollar Romaya aparır” ifadəsi xeyli məşhur idi. 
  XV  əsrdən  başlayaraq  Avropada  -  “Köhnə  qitə”də 
iqtisadi  tənəzzül,  yoxsulluğun  artması,  mənəvi  dəyər-
lərin böhranı mövcud feodalizm sisteminin dağılması-
na,  dünyanın  ağırlıq  mərkəzinin  yenidən  dəyişməsinə 
səbəb  oldu.  Asiya  qitəsinin  zəngin  və  ucuz  xammal 
mənbələrini  ələ  keçirmək,  Hindistana  gedən  əlverişli 
dəniz ticarəti yolunu kəşf etmək üçün dövrün Avropa-
nın  qabaqcıl  öncüllərinin  fəaliyyətləri  artdı.  Amerika 
qitəsi kəşf edildi. Böyük coğrafi kəşflər dünya inkişafı-


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə