Dərslik ilə bağlı tqdk-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü0,68 Mb.
#77306
növüDərs


 


 

 



 

Respublikanın ümumtəhsil məktəblərinin 

11-ci sinifləri üçün “İngilis dili” dərsliyi 

 

 

Müəlliflər:  

 

Nərminə Əliyeva 

   

 

 

Rəfiqə Əliyeva 

 

 

Bakı: Aspoliqraf, 2014. 

 

 



 

Dərslik ilə bağlı TQDK-ya daxil olmuş

 

və açıq 

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər 

əsasında hazırlanmış 

 

 

YEKUN RƏY 

 

 

 

Zeydulla Ağayev 




 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmunun işlənməsi baxımından 

2. Dil və yazı üslubu baxımından 

3. Dizayn və bədii tərtibat baxımından 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

1. Məzmunun işlənməsi baxımından 

 

Dərslik  224  səhifədən  ibarət  olmaqla,  respublikanın  ümumtəhsil  məktəblərində 

qüvvədə  olan  tədris  proqramına  uyğun  tərtib  olunmuşdur.  Dərslik  4  bölməni 

(“Travelling into the Future”, “Ecology”, “Literature”, “Youth and Education”

əhatə  edir.  Dərsliyin  sonunda  “Reader”,  “Grammar  Section”,  “Vocabulary”

“Programme”  və  “Contents”  verilmişdir.  1-ci  bölmə  6,  2-ci,  3-cü  və  4-cü bölmələr 

isə 3 dərsdən  ibarətdir. Hər bölmənin sonunda “Consolidation” başlığı ilə tapşırıqlar 

verilmişdir.  Dərslik  10-cu  sinif  dərsliyinin  davamı  olaraq  tərtib  olunmuş  və  tədris 

proqramında nəzərdə tutulmuş mövzuları əhatə etmişdir.  

Qeyd etmək lazımdır ki, dərsliyin 2010-cu  il nəşrinin Tələbə Qəbulu üzrə Dövlət 

Komissiyası  tərəfindən  aparılmış  elmi-metodiki  monitorinqi  nəticəsində  hazırlanmış 

yekun rəydə göstərilən irad və təkliflərin xeyli hissəsi bu nəşrdə nəzərə alınsa da, bəzi 

qüsurlar qalmışdır. Bunlar aşağıdakılardır: 

Dərslikdə  leksik  və  qrammatik  materiallar  mütəmadi  olaraq  təqdim  olunur.  Hər 

bir  sözün  qarşısında  onun  tələffüzü  və  leksik  mənası  verilir.  Lakin  yeni  sözlərin 

işləndiyi  cümlə  nümunələri  çox  hallarda  oxu  materiallarından  götürülmüşdür  və 

mürəkkəb quruluşa malikdir. Belə təqdimat isə o qədər də məqsədəuyğun deyil. 

Qrammatik  mövzulara  gəldikdə  isə,  dərslikdə  2-ci  bölmədə  “Past  Perfect 

Continuous”,  4-cü  bölmədə  “Present  Perfect  Continuous”  zaman  formaları 

haqqında  məlumat  verilmişdir.  lakin  1-ci  “Present  Perfect  Continuous”,  sonra  isə 

Past Perfect Continuous” zaman forması verilsə, daha yaxşı olar. 

Bəzi  dərslərdə  materialın  çoxluğu  nəzərə  çarpır.  Məsələn,  səhifə  104-  “The 



Nobel  Prizes”  dərsində  2  mətn,  6  tapşırıq  verilmiş,  dərsə  isə  cəmi  1  dərs  saatı 

ayrılmışdır. 

4-сü bölmənin 1-ci dərsində “Remembering my school days” əvəzinə “Heydar 

Aliyev  Foundation”  mövzusu  təqdim  olunmuşdur.  Lakin  dərsliyin  sonunda 

“Vocabulary”-də çıxarılan bölmənin yeni sözləri saxlanılmışdır. 



 

2. Dil və yazı üslubu baxımından 

 

Dərslik verilmiş materialların dili və üslubu şagirdlərin yaş səviyyəsinə uyğundur.  



Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır:  

Səhifə 9. Mətnə aid verilmiş 4 cümlədən yalnız 1-i doğru (true), 3-ü isə yanlışdır 

(false). Nisbətin gözlənilməsi yaxşı olar. 

Səhifə  53-56.  “Consolidation”  başlığı  ilə  tapşırıqlar  verilmişdir,  lakin 

tapşırıqların və cümlələrin sayı çoxdur. Azaldılması tövsiyə edilir. 



Səhifə  80-81.  “Lynx”  və  “bobcat”  heyvanlarının  uzun  şəkildə  müqayisəsi 

verilmişdir. Bunun əvəzinə Azərbaycandakı qoruqlar haqqında məlumat vermək daha 

məqsədəuyğun olar. 

Səhifə  144.  “Present  Perfect  Continuous”-un  izahının  daha  dəqiq  verilməsi 

tövsiyə edilir. 



Səhifə 222. Proqram hissəsində “Ekology” əvəzinə “Ecology” olmalıdır. 

 

3. Dizayn və bədii tərtibat baxımından

 

 

Dərsliyin  dizayn  və  bədii  tərtibatı  xoşagələndir.  Üz  qabığında  verilmiş 

illüstrasiyalar dərsliyin məzmununa uyğundur. Dərslikdə vahid dizayn qorunmuşdur. 



 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

Tapşırıqlar  mövzulara  uyğundur,  açıq  və  yarımaçıq  tipli  tapşırıqların  sayı  daha 



çoxdur. Dərslikdə “Puzzle,  Match  the  halves, Project  work, Project” tipli  müxtəlif 

tapşırıqlar  verilmişdir.  Dərslikdə  həmçinin  “Pair  Work”,  “Group  Work”  kimi  iş 

formalarının təşkilini nəzərdə tutan tapşırıqlar verilmişdir. 

Bununla yanaşı, müəyyən qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır:   

Tapşırıqlarda  tərcümə  üçün  verilən  cümlələrin  əksəriyyəti  mətnlərdən 

götürülmüşdür. Burada, mətndən kənar cümlələrin də verilməsi tövsiyə edilir. 

Bəzi  tapşırıqların bir  qədər qısaldılması  daha  məqsədəuyğundur  (səh.13,  tapşırıq 

16; səh.22, tapşırıq 10 və s.). 

Tərcümə  tapşırıqlarının sayının  artırılması  (xüsusilə,  Azərbaycan  dilindən  ingilis 

dilinə) tövsiyə olunur. 

Fonetikaya  dair  bilik  və  bacarıqların  inkişaf  etdirilməsi  üçün  tapşırıqlara  az  rast 

gəlinir. 




 

Səhifə  7.  4-cü  tapşırığın  şərtindəki  “in  your  notebooks”  ifadəsinə  ehtiyac 

yoxdur. Eyni irad səhifə 21-də 5-ci tapşırığın şərtinə də aiddir. 

Səhifə 11. 11-12-ci tapşırıqlara aid nümunə verilməsi məqsədəuyğundur. 

Səhifə 137. 5-ci tapşırığın həcmi çox böyükdür. Qısaldılması tövsiyə edilir. 

 

Nəticə 

 

1. Dərslik proqrama uyğun tərtib olunmuşdur.  

2.  Şagirdlərin  idrak  fəallığını  artırmaq,  onlarda  xarici  dilə  maraq  və  həvəs 

yaratmaq  üçün  dərslikdə  fərqli  fəaliyyət  növləri,  müxtəlif  autentik  materiallar  və  s. 

təqdim olunmuşdur. 

3.  Şagirdlərin  düzgün  tələffüz  bacarıqlarının  formalaşdırılması  üçün  dərslikdə 

demək olar ki, tapşırıq verilməmişdir. 

4. Bəzi mətnlərin dil və yazı üslubu 11-ci sinif şagirdləri üçün çətindir. 

5. Dərslikdə qrammatik, çap və artiklin işlənməsi ilə bağlı səhvlərə də rast gəlinir. 

 

 



 

 

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə