Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə1/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
  1   2   3   4   5   6   7   8   9   ...   216


 


Kimi redaktor: akademik Q.Ş.Məmmədov 

IVləmmodov Q.Ş., Xəlilov M.Y., Məmmədova S.Z. Aqroekologiyı 

Bakı, «Elm» nəşriyyatı - 2010, 552 səh. 

Dorslikdo  aqroekologiyanın  əsas  məsələləri  -  biosfer,  populyasiya,  biosenoz,  ac 

rockosistem  haqqında  məlumatlar  və  texnogenez  şəraitində  torpaq-biotik  kompleksiı  də 

onların  funksional  qanunauyğunluqları  şərh  olunur,  intensiv  aqrar  istehsalı  şəra  tində 

suyun  biogen  çirklənməsi,  kənd  təsərrüfatında  kimyalaşdırmanın,  suvarmamı 

mexanikləşdirmənin  ekoloji  problemləri,  kənd  təsərrüfatı  radioekologiyası,  aqroekolo 

monitorinq,  kənd  təsərrüfatı  landşaftlarının  optimallaşdırılması  məsələləri  müzakiı 

olunur.  Dərslikdə  həmçinin,  əkinçiliyin  alternativ  sistemi  və  onun  ekoloji  əhəmiyyət 

vermikultura, biohumusun hazırlanması və tətbiqinin ekoloji aspektləri, selitcb ərazil; rin 

ekologiyası,  ekoloji  təhlükəsiz  kənd  təsərrüfatı  məhsullarının  İstehsalı  məsələlə  təhlil 

olunur. 

Dərslik  kənd  təsərrüfatı,  torpaqşünaslıq  və  ekologiya  ixtisasları  tədris  olunan  a 

məktəb və tələbələri, həmçinin kənd təsərrüfatı və təbii ehtiyatlardan istifadə problen ləri 

və onların mühafizəsi məsələləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutu muşdur. 

Aqroecülogy. Garib Mammadov, Mahmud Khalüov, Sara Mamma 

dova. Baku, 2010, 552 p. 

fhe  basic  questions  of  aqroecology  -  information  about  the  biosphere,  populat  on. 

biocenosis,  aqroecosystem  and  their  functional  reguliarities  in  the  soil-biotic  con  plex  in 

technogenetic  conditions  are  interpreted,  biogenetic  pollution  of  water  in  inter  sive 

agrarian  production  conditions,  ecological  problems  of  chemicalization,  irrigat  on, 

mechanization  in  agriculture,  agricultural  radioecology,  aqroecological  monitc  ring, 

optimization guestions of aqrocultural landscapes are discussed in the textbook. 

The  textbook  is  intended  for  higher  educational  establishments  and  studeni  where 

the  subjects  on  agriculture,  soil  science  and  ecology  are  studied  and  as  well 



for  the 



specialists who are interested in the problem of natural resources and natui protection. 

ISBN: 978-9952-445-11-4 

© Məmmədov Q.Ş., 2010 

©Xəlilov M.Y., 2010 © 

Məmmədova S.Z., 2010 


GİRİŞ 

Kənd losorrüfalı istehsalı təbii sərvətlərin davamlı mədəniləşdirilmə- si 

mexanizmi  olub,  digər  sahələrdən  cəmiyyət  və  təbii  faktorların  daha  sıx 

vəhdəti  (əlaqəsi)  ilə  fərqlənir.  Əslində,  kənd  təsərrüfatı  bitkilərinin 

becərilməsi  və  heyvanların  yetişdirilməsi  insanla  təbiətin  qarşılıqlı  təsirinin 

daha  aktiv  formasıdır.  Elmin  nailiyyətləri  kənd  təsərrüfatında  böyük 

maddi-texniki dəyişikliklər yaradır. Bununla yanaşı, həm də paralel olaraq əks 

proses-  təbii  komponentlərə  «təzyiq»  güclənir.  Bu  təzyiqin  nəticəsində 

torpağın  eroziyası,  şoranlaşması,  şorakətləşməsi,  bataqlaşması,  torpaqda 

humusun  azalması  və  faydalı  mikrofloranın  məhv  olması,  torpağın  ağır 

metallarla,  pestisidlərin  qalıq  miqdarı  ilə  çirklənməsi  baş  verir,  heyvanların 

təbii  sığınacaqları  məhv  edilir,  bitki  və  heyvanların  növ  tərkibi  kasatlaşır, 

ərazinin hidroloji rejimi dəyişir, biosferin komponentləri çirklənir, maddələrin 

təbii biogeokimyəvi dövranı pozulur və s. Bioloji, mexaniki və kimyəvi yükün 

artması  ilə  əlaqədar  təbii  özünütənzim-  ləmə  prosesi  kifayət  qədər  yerinə 

yetirilə  bilmir.  Nəticədə,  ekoloji  sistemin  elementləri  arzuolunmaz 

istiqamətdə dəyişilir, ekoloji balans pozulur. aqroekosistemin təbii bioenerji 

potensialı funksional (fəaliyyət) imkanlarından təcrid olunur. 

Son vaxtlar insanın təbiətə təsiri daha da intensivləşmiş, nəticədə, təbii 

sistemlərin əksəriyyəti qeyri-normal, pozulmuş vəziyyət almışdır, bəzi halda 

böhranlı  hadisələrə,  hətta  təbii  sistemlərin  dağılmasına  rast  gəlinir.  Hazırda 

elmi-texniki  tərəqqinin  nailiyyətləri  ilə  ekoloji  parametrlər  arasında  yaranan 

ziddiyyətlər  göz  önündədir,  tərəqqinin  təhlükəsizliyi  probleminə  ayrılan 

diqqət də təsadüfi deyildir. 

Ətraf  mühitin  birbaşa  çirklənmədən  və  dağılmadan  mühafizəsi,  kənd 

təsərrüfatı  istehsalının  resurs-maddi  və  enerji  tutumunun  aşağı  salınması, 

aztullantıh  texnoloji  sistemin  və  proseslərin  tətbiqi,  kənd  təsərrüfatı 

məhsullarının  itkisinin  minimuma  endirilməsi,  təbiətəuyğun  əkinçilik, 

maldarlıq  sisteminin  tətbiqi,  kənd  təsərrüfatı  rayonları  landşaftlarının 

optimallaşdırılması,  ekoloji  təmiz  məhsulun  istehsalı  və  s.  kənd  təsərrüfatı 

mütəxəssislərinin ekoloji savadlığından təhsilindən çox asılıdır. 

Təsərrüfatın,  o  cümlədən  aqrar  istehsalın  inkişafının  uzunmüddətli 

perspektivləri  və  cəmiyyətin  sosial-iqtisadi  maraqları  kənd  təsərrüfatının 

inkişaf perspektivlərini nəzərə alaraq, təbiətdən istifadənin bütün siste 




minin optimallaşdırılmasını, Dtraf 

mühitə mümkün neqativ təsirlərin 



vaxtında 

qiymətləndirilməsini 

tələb 


edir. 

Aqrosənaye kompleksinin ətraf mühit və onun ayrı-ayrı kimponent- ləri 

ilə qarşılıqlı təsir istiqamətinin, onun xarakterinin və nəticələrinin, həmçinin 

texnogen faktorların kənd təsərrüfatına təsirinin təhlil edilməsi mühüm məsələ 

sayılır. 

Elmi-texniki  tərəqqinin  gələcək  inkişaf  yollarını  nəzərə  alaraq,  kənd 

təsərrüfatı  texnologiyasına  təbii-təsərrüfat  zonaları  üzrə  ixtisaslaşmanın  və 

konsentrasiya xüsusiyyətlərinin ekoloji qiymətləndirilməsi vacib məsələdir. 

Təbiətəuyğunluq  konsepsiyası  istehsalat  sisteminə  tətbiq  olunmalı, 

məhsLildaqlıq  qiymətləndirildikdə  isə  əldə  olunan  məhsul,  istifadə  edilən 

resurs və kənarlaşdırılan tullantıların həcmi nəzərə alınmalıdır. 

Kənd  təsərrüfatının  intensivləşdirilməsi  dedikdə, vahid  torpaq  sahəsinə 

və ya hər mal-qara başına qoyulan və ardıcıl olaraq artan istehsal vasitələri və 

sərf  olunan  əmək  başa  düşülür.  Bu  intensivləşmə  maddi  bazanın 

möhkəmlənməsi,  mineral  və  üzvi  gübrələrin,  həmçinin  bitki  mühafizəsində 

tətbiq  edilən  kimyəvi  vasitələrin  istehsalının  artırılması  əsasında  həyata 

keçirilir.  Halbuki,  təbiətin  gücünü  insan  əməyi  ilə  əvəz  etmək  olmaz. 

Sənayedə,  həmçinin  əkinçilikdə  insan  yalnız  təbiətin  gücünün  təsiri 

mexanizmini dərk etdikdə ondan istifadə edə bilər. Odur ki, təsadüfi deyil ki, 

təbii  komplekslərə  və  onun  komponentlərinə  göstərilən  neqativ  təsirlər  və 

ətraf mühitin vəziyyətində baş verən mənfi dəyişikliklər kənd təsərrüfatının 

intensivləşdirilməsi prosesinin nəticəsidir. 

Kənd  təsərrüfatı  sahəsində  elmi-texniki  tərəqqini  yanlış  olaraq  yalnız 

maddi-texniki vasitələrin kəmiyyətcə artırılması ilə aparmaq düzgün deyildir. 

Sosial-iqtisadi  tələbatla  yanaşı,  həm  də  ekoloji  tələblərin  nəzərə  alınması 

vacibdir. 

Yeni  bitki  sortlarınm  və  heyvan  cinslərinin  yetişdirilməsi,  qabaqcıl 

texnologiyanın  yaradılması,  mexanikləşdirmənin  tətbiqi,  kimyalaşdırma  və 

meliorasiya  işləri  təbii  əsasın  (bazisin)  səmərəli  istifadə  səviyyəsinin 

artırılmasına, onun istehsal gücünün yüksəldilməsinə yönəldilmişdir. İqtisadi 

aktivliyin  yüksək  səviyyəsi  təbiətdən  istifadə  proseslərinin  mükəmməl 

təşkilinə və nizamlanmasına uyğun olmalıdır. 

«Ekologiyalaşdırma»  aqrosənaye  kompleksində  planlı  texnoloji  elm 

sahəsinin avrılmaz elementi olmalıdır. 




Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə