Dərslik komplekti Müəlliflər: Vəli Əliyev



Yüklə 135,44 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü135,44 Kb.
#32409
növüDərslik



 

 



 

Respublikanın ümumtəhsil məktəblərinin  

6-cı sinifləri üçün “Ümumi tarix” dərslik komplekti 

 

 

                           Müəlliflər:   Vəli Əliyev 

 

  İlyas Babayev 

                             

  Aidə Məmmədova 

 

 

 

Bakı: Aspoliqraf, 2015. 

 

 

Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş

 

və açıq  

müzakirələrdə bildirilmiş  qeydlər, iradlar və təkliflər 

əsasında hazırlanmış 

 

YEKUN RƏY 

 

 



 

 

 


 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmunun işlənməsi baxımından 

2. Dil və yazı üslubu baxımından 

3. Dizayn və bədii tərtibat baxımından 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

5.  “Müəllim  üçün  metodik  vəsait”in  (MMV-nin)  məzmununun  işlənməsi 

baxımından 

 

1. Məzmunun işlənməsi baxımından 

 

Dərslik  komplekti  dərslik  və  müəllim  üçün  metodik  vəsaitdən  ibarətdir. 

Dərslikdəki  materiallar 5 fəsil üzrə (“İbtidai  dövr”,  “Qədim  Misir  və  Ön  Asiya”, 

“Qədim  türklər.  Qədim  Çin  və  Hindistan”,  “Qədim  Yunanıstan”,  “Qədim 

Roma”)  23  paraqrafı  əhatə  etməklə,  128  səhifədən  ibarətdir.  Dərslikdə 

“Mündəricat”,  şərti işarələrin  izahı,  23  paraqrafın  hər  biri  üzrə  sual  və  tapşırıqlar, 

illüstrasiya,  xəritə,  sxem  və  cədvəllər,  xronologiya,  açar  sözlər,  “Bunu  bilmək 



maraqlıdır”  başlığı  altında  tarixi  rəvayətlər,  “İstifadə  olunmuş  ədəbiyyat” 

verilmişdir. 

Dərslik komplektindəki materiallar yeni təhsil proqramına (kurikuluma) əsasən, 

“Tarixi  zaman”,  “Tarixi  məkan”,  “Dövlət”,  “Şəxsiyyət”  və    “Mədəniyyət” 

məzmun xətləri üzrə 5 əsas və 12 alt standartın reallaşdırılmasına yönəlmişdir. 

Dərslikdə verilmiş materiallarda, əsasən, elmi baxımdan mübahisə doğurmayan, 

yoxlanmış  və  etibarlı  məlumatlar  əks  olunmuş,  mövzularda  fəndaxili  və  fənlərarası 

inteqrasiya  gözlənmişdir.  Materiallar  xronoloji  ardıcıllıqla  verilmiş,  sadədən 

mürəkkəbə  prinsipi,  əsasən,  gözlənilmişdir.  Paraqraflarda  açar  sözlərin  verilməsi 

şagirdlərin müstəqil təlimində yardımçı rol oynayır. 

Qeyd  etmək  lazımdır  ki,  Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyası  tərəfindən 

dərslik komplektinin 2013-cü il nəşrinə dair hazırlanmış yekun rəydə göstərilən irad 

və  təkliflərin  xeyli  hissəsi  bu  nəşrdə  nəzərə  alınmışdır.  Lakin  bəzi  qüsurlar  olduğu 

kimi qalmış, dəyişikliklər zamanı isə yeni səhvlərə yol verilmişdir. 

Dərsliyin  böyük  hissəsi 2010-cu  ildə nəşr  edilən  “Qədim  dünya  tarixi”  dərsliyi 

əsasında hazırlanmışdır. Həmin dərsliyin əvvəlində xüsusi qeyd olunmuşdur  ki, 10, 

25,  28-31-ci  paraqrafları  mərhum  Mirheydər  Mirzəyev  yazmışdır.  Bu  dərslikdə 




 

(2015)  həmin  paraqrafların  materialları  təkrarlansa  da,  Mirheydər  Mirzəyevin  adı 



müəlliflər siyahısında verilməmişdir. 

Dərslikdə bütün mövzular üzrə reallaşdırılması nəzərdə tutulan alt standartların 

hər 

birinin 


ümumi 

sayı 


cədvəldə 

öz 


əksini 

tapmışdır: 

 

Alt standartlar 

    Say  

1.1.1. Tarixdə il hesabından istifadə edir. 

1.1.2.  İbtidai  icma  cəmiyyəti  və  quldar  dövlətlərin  meydana  gəlməsi, 



inkişafı və tənəzzülü dövrlərini fərqləndirir. 

11 


1.1.3.  Müxtəlif  ölkələrdə  baş  vermiş  mühüm  hadisə,  proses  və 

təzahürlərin xronoloji çərçivələrini müəyyən edir. 

2.1.1.  Ən  qədim  insan  məskənlərinin,  ilk  sivilizasiyaların,  dövlətlərin 



yaranması və inkişaf amillərini izah edir. 

2.1.2.  Təbii-coğrafi  şəraiti  əks  etdirən  xəritə  əsasında  hadisələrin  baş 



verdiyi tarixi məkanı təsvir edir. 

3.1.1.  Qədim  dövlətlərin  (Misir,  Şumer,  Babil,  Aşşur,  İskit,  Midiya, 



Əhəməni,  Hun,  Çin,  Parfiya,  Hindistan,  Yunanıstan  və  Roma  dövlətləri) 

yaranmasını, idarəetmə qaydalarını, sosial-iqtisadi münasibətləri təsvir edir. 

10 

3.1.2. Mənbələr əsasında qədim dövlətlərlə bağlı məlumatlar toplayır və 



təqdim edir. 

4.1.1.  Tarixi  şəxsiyyətləri  (I  Tutmos,  III  Tutmos,  II  Ramzes, 



Hammurapi, Aşşurbanipal, II Sarqon, II Kir, I Dara, Mete xaqan, İsgəndər, Sin 

Şixuandi,  Aşoka,  Solon,  Mitridat,  Perikl,  Yuli  Sezar,  Oktavian  Avqust, 

Konstantin) müəyyənləşdirir. 

4.1.2.  Mənbələr  əsasında  qədim  dövr  tarixi  şəxsiyyətləri  haqqında 



məlumatlar toplayır, təqdim edir. 

5.1.1.  Mədəniyyətin  ayrı-ayrı  sahələrinin  insanların  həyat  tərzi  ilə 



əlaqələrini izah edir. 

5.1.2.  Mədəniyyətlərarası  və  sivilizasiyalararası  əlaqələrə  münasibət 



bildirir. 

5.1.3.  Mədəniyyətlərə,  mədəniyyətlərarası  əlaqələrə  dair  məlumat 



toplayır, təqdim edir. 

 



Dərslikdə  alt  standartların  reallaşdırılması  üçün  kifayət  qədər  material 

verilmişdir.  Buna  baxmayaraq,  5.1.1.  alt  standartının  reallaşdırılması  MMV-də 




 

verilmiş dərs planlarının heç birində nəzərdə tutulmamış, metodik cəhətdən işlənməsi 



göstərilməmişdir. 

Dərsliyə  ön  söz  (giriş)  yazılmamışdır.  Tarix  fənnini  öyrənən  şagirdlər  üçün 

tarixin  tərifini  vermək,  onu  öyrənən  mənbələri  göstərmək,  köməkçi  elm  sahələri 

haqqında  məlumat  vermək  yaxşı  olar.  İlk  dövlətlərin  yaranma  mexanizminin  izahı, 

bütövlükdə quldarlığın mahiyyətinin, quldarlıq münasibətlərinin ayrıca izah edilməsi 

də məqsədəuyğundur. 

“Azərbaycan  tarixi”  dərsliyindəki  (Bakı:  Təhsil,  2015)  son  2  mövzu  Sasanilər 

dövləti  ilə  bağlı  olduğundan,  həmçinin  bu  dərslikdə  Avropa  tarixi  V  əsrə  qədər 

verildiyindən  erkən  orta  əsrlərin  Şərq  tarixi  ilə  bağlı  mövzuların  da  verilməsi 

məqsədəuyğundur. 



Səhifə  7-10.  İlk  paraqrafda  15-ə  yaxın  anlayış  verilmiş,  Daş  dövrünün  bütün 

mərhələləri sadalanmışdır. Halbuki şagird bu dövrləri “Azərbaycan tarixi” dərsliyinin 

2-5-ci  paraqraflarında  öyrənəcək.  Paraqrafda  “ağıllı  insan”ın  adının  çəkilməsindən 

əvvəl  onların  “bacarıqlı  insan”  adlandırılmasını  göstərmək  və  qədim  insanların 

üzləşdiyi  təbii  çətinliklər  –  buzlaşma  dövrü  haqqında  cüzi  məlumat  vermək 

məqsədəuyğundur. 



Səhifə  8.  Axırıncı  abzasda  “Hələ  Qədim  Daş  dövründən  –  Alt  Paleolitdən” 

ifadəsinin  dəqiqləşdirilməsi  məsləhətdir.  Çünki  Qədim  Daş  dövrü  Paleolitdir,  Alt 

Paleolit isə Qədim Daş dövrünün əvvəlidir. 

Səhifə  11.  4-cü abzasda böyük ictimai  əmək bölgülərinin baş verdiyi vaxtlarda 

əhali  arasında  təbəqələşmənin  meydana  gəldiyi  bildirilir.  Bərabərsizliyin  yaranması  



səhifə 13-ün 2-ci abzasında Son Tunc-İlk Dəmir dövrünə aid edilmişdir ki, bu da fikir 

qarışıqlığına səbəb olur. 



Səhifə  13.  4-cü  abzasın  “Kəndlilərdən  alınan  vergilər  də  xəzinəyə  daxil 

olurdu” cümləsində vergilərin yalnız kəndlilərdən alınması fikri mübahisəlidir. 

Səhifə  18.  4-cü  abzasda  təbəqələrlə  bağlı  cümlələrin  ardıcıllığının    səhifə 

19-dakı şəkillə uyğunlaşdırılması məqsədəuyğundur. 

Səhifə  19.  “Fironların  hərbi  yürüşləri”  yarımbaşlığının  6-cı  cümləsində 

qeyri-müəyyənlik  var.  Əvvəlki  cümlələrdən  belə  yanlış  fikir  formalaşa  bilər  ki, 

Nubiya və Efiopiya Ön Asiyada yerləşir. 



 

Səhifə  38.  Finikiya  əlifbası  əsasında  sonradan  yunan  əlifbasının  yaranması 

haqqında  məlumat  verilərkən  oraya  sözlərin  soldan-sağa  oxunmasının  yunanlar 

tərəfindən əlavə edildiyinin də artırılması təklif edilir. 



Səhifə  42-43.  Adadnirarinin  adı  yazılmış  muncuq  barədə  “Azərbaycan  tarixi” 

dərsliyində  (Bakı:  Təhsil,  2015)  də  məlumat  verildiyindən  iki  dərslikdən  birində 

saxlanması kifayətdir. 

Səhifə  42-43.  Paraqrafın  axırıncı  abzasında  Aşşurun  paytaxtı  Nineva  şəhərinin 

tutulub dağıdılması e.ə. 612-ci ilə, dövlətin süqutu isə e.ə. 605-ci ilə aid edilmişdir. 

Bu,  səhifə 13-də verilmiş “Paytaxt-şəhərin düşmən tərəfindən tutulması dövlətin 

süqutu  idi”  cümləsi  ilə  ziddiyyət  yaratdığından  cümlənin  “Adətən  paytaxt-şəhərin 

düşmən  tərəfindən  tutulması  dövlətin  süqutu  sayılırdı”  kimi  yazılması  daha  doğru 

olar. 


Səhifə  44.  1-ci  abzasda  e.ə.  VIII  əsrin  sonunda  Deyok  adlı  canişinin  dövlət 

yaratmağa  təşəbbüs  göstərdiyi,  sonra  isə  vahid  dövlət  yaratdığı  yazılmışdır. 

Xronologiyada, sual və tapşırıqlar bölümündə də Deyokun dövlət yaratmağa təşəbbüs 

göstərdiyi  yazılmışdır.  Burada  “təşəbbüs  göstərdi”  ifadəsinin  işlənməsi  qeyri-

müəyyənlik yaradır. 

Səhifə  45.  Aşşur  dövlətinin  paytaxtının  tutulması  ilə  dövlətin  süqut  etməsi 

arasında 7 il fərq olsa da, 1-ci abzasda bu elə verilmişdir ki, eyni ilin hadisələri kimi 

başa  düşülə  bilər.  Midiyanın  Aşşuru  süquta  uğratmasını  bir  ifadə  ilə  vermək 

kifayətdir. 



Səhifə  47.  Aşşur  dövlətinin  süqut  ili  43-cü  səhifədəki  xronologiyada 

verildiyindən,  həmçinin  bu  paraqrafda  həmin  tarix  verilmədiyindən  buradakı 

xronologiyada ikinci dəfə verilməsinə ehtiyac yoxdur. 

Səhifə  48.  3-cü  abzasda  II  Kirin  tutduğu  ərazilərin  içərisində  Babilin  adı 

çəkilməmişdir. 



Səhifə 53. 3-cü abzasda Parfiya dövlətinin e.ə. 247-ci ildə yaradıldığı, səhifə 57-

nin  2-ci  abzasında  isə  e.ə.  VI-IV  əsrlərdə  Parfiya  vahə-dövlətinin  mövcud  olduğu 

yazılmışdır ki, bu da fikir qarışıqlığına səbəb ola bilər. 

Şagirdlərin  başa  düşəcəkləri  formada  Parfiya  hökmdarlarının  mənşəyi,  Cənubi 

Qafqaz tarixində oynadıqları rol barədə məlumatın verilməsi məsləhətdir. 

Səhifə  57.  Makedoniyalı  İsgəndərin  Şərqə  yürüşü  nəticəsində  e.  ə.  330-cu  ildə  

Əhəmənilər dövlətinin süqutu əvvəldə (səh.52) verildiyi üçün 3-cü abzasda yenidən  




 

e.  ə. IV  əsrin  30-cu  illərində  bu  imperiyanın  süqutunun  verilməsinə  ehtiyac  yoxdur. 



3-4-cü  cümlələrin  “Əhəmənilər  imperiyasının  süqutundan  sonra  hakimiyyəti  altında 

olan  ölkələr,  o  cümlədən  Mərkəzi  Asiya  ölkələri  müstəqillik  qazandılar”  kimi 

verilməsi məqsədəuyğundur. 



Səhifə  66-67.  “Elə  həmin  ildə  çinlilər  Qərbi  Hun  dövlətinin  paytaxtını 

tutdular” cümləsi verilsə də, paraqrafın əvvəlində paytaxtın adı çəkilməmişdir. 

Səhifə  72.  Çində  ipək  istehsalı  əyani  şəkildə  göstərilsə  də,  mövzuda  ipək 

emalının ilk dəfə Çində yarandığı yazılmamışdır. 



Səhifə  82.  4-cü  abzasın  “Azad  əhalinin  digər  hissəsi  (günəmuzdçular*, 

sənətkarlar, 

dənizçilər) 

demos 

adlanırdı” 

cümləsindəki 

mötərizəyə 

günəmuzdçulardan fərqli olaraq torpağı, mal-qarası və daimi işi olan “kəndlilər”in də 

adının artırılması məqsədəuyğundur. 

Səhifə 85. Xronologiyada verilmiş “Yunan şəhər-dövlətləri yarandı” ifadəsinə 

aid tarix (“E.ə. VIII-VI əsrlər”) paraqrafda əksini tapmamışdır. 



Səhifə 91, 95. “İliada”  “Odisseya” əsərləri xronologiyada dastan kimi, sual 

və tapşırıqlarda isə poema kimi verilmişdir. 



Səhifə 92. Yunan memarlığındakı sütunların növlərini verməyə ehtiyac yoxdur. 

Səhifə  95.  “Xronologiya”dakı  3  və  4-cü  faktların  yerinin  dəyişdirilməsi 

məsləhətdir. 



Səhifə 96. 1-ci abzasda “Sparta qələbə çaldı” cümləsindən sonra “Afina dəniz 

ittifaqı süqut etdi” cümləsinin artırılması məqsədəuyğundur. 

Səhifə    102-111.  Paraqraf  çox  geniş  olduğundan,  həcminin  azaldılması  və  ya 

planlaşdırmada nəzərə alınması məqsədəuyğundur. 



Səhifə  110.  Spartak  üsyanına  qeyri-mütənasib  şəkildə  geniş  yer  verilməsi 

məqsədəuyğun deyil. 



Səhifə  113.  3-cü  abzasda  Antoni  barədə  “O,  yaşadığı  İsgəndəriyyə  şəhərinə 

qayıtdı”  cümləsi  ixtisar  edilməli  və  ya  izah  edilməlidir  ki,  Antoni  ilə  Oktavian 

dövləti  öz  aralarında  bölərkən  Antoni  Romanın  şərq  əyalətlərinin  ərazisində  deyil, 

qonşu  Misirdə  qalırdı.  Çünki  Misirin  yalnız  e.ə.  30-cu  ildə  Romanın  əyalətinə 

çevrilməsi göstərilmişdir. 

Dərsliyin Azərbaycan və rus dilində olan variantları arasında da müəyyən  

uyğunsuzluqlar, bəzi tərcümə xətaları mövcuddur.  Bunlar aşağıdakılardır: 




 

Səhifə 14. Cədvəlin 3-cü sütununda “Daş dövründən metal əsrinə keçid” 

ifadəsinin tərcüməsi verilməmişdir. 

Səhifə 25. Axırıncı cümlədə “необожжённый” sözünün qarşılığı dərsliyin 

Azərbaycan dilində olan variantında verilmədiyindən artıqdır. 



Səhifə 27. Şəkilaltı yazıda “dama” sözünün tərcüməsinin “домино” kimi 

verilməsi məqsədəuyğun deyil. 



Səhifə 35. 4-cü abzasda “Şəhərlər ... müdafiə olunurdu” ifadəsinin 

tərcüməsinin “Города были окружены” kimi deyil, “Города были защищены” 

kimi verilməsi məqsədəuyğundur. 

Səhifə 50-51. Xəritədə “Сард” şəhərinin adının “Сарды” kimi verilməsi 

məqsədəuyğundur. 



Səhifə 52. 6-cı sualda “в качестве дани” ifadəsi artıqdır. 

Səhifə 54. 5-ci abzasda “mübarizə güclənirdi” (səh.54, 4-cü abzas) ifadəsinin 

tərcüməsinin “шла борьба” kimi deyil, “усиливалась борьба” kimi verilməsi 

məqsədəuyğundur. 

Səhifə 56. 1-ci abzasda “Zaman keçdikcə onlar geniş ərazilərdə məskən 

salmışlar” (səh.56, 1-ci abzasın axırı) cümləsinin tərcüməsi verilməmişdir. 

Səhifə 61. 1-ci abzasın 2-ci cümləsində “исконных” sözü artıqdır. 

Səhifə 62. Axırıncı abzasda “beynəlxalq taxıl ticarətini ələ keçirməyə 

çalışırdılar” ifadəsinin tərcüməsinin “стремились захватить международные 

торговые пути” kimi deyil, “стремились подчинить себе международную 

торговлю зерном” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə 65. 2-ci abzasın 2-ci cümləsində “и осваивать” ifadəsi artıqdır. 

4-cü abzasda “Teoman qüvvətli bir ordu yaradıb, Çinə hücum etmişdi” 

cümləsinin tərcüməsinin “Теоман с сильной армией напал на Китай” kimi 

verilməsi məqsədəuyğun deyil. 



Səhifə 79. Xronologiyada “(одна ветвь)” ifadəsi artıqdır. 

Səhifə 84. 2-ci abzasda “военачальников” sözü artıqdır. 

Səhifə 96-97. Xəritədə “Qəznə” toponimi “Газни” kimi verilmişdir. 

Səhifə 113. Axırıncı abzasda “Onlar məhsulun bir hissəsini özlərində 

saxlayırdılar” cümləsinin “Они платили землевладельцу арендную плату, а 

оставшуюся часть урожая брали себе” kimi tərcümə edilməsi identik deyil. 


 

Lakin rus dilində olan variantdakı cümlə daha dolğun olduğundan, Azərbaycan 



dilindəki cümlənin də ona uyğunlaşdırılması məqsədəuyğundur. 

 

2. Dil və yazı üslubu baxımından 



 

Dərsliyin dili ümumilikdə sadə və anlaşıqlıdır. Dərslik üzrə 50-yə

 

yaxın yeni və 



çətin  anlaşılan  söz,  anlayış,  termin  və  ya  ifadə  xüsusi  işarələnmiş,  səhifənin 

aşağısında isə izahı verilmişdir. 

Bununla yanaşı, müəyyən qüsurlara rast gəlinir. Bunlar aşağıdakılardır: 

Səhifə  7. 1-ci abzasın  2-ci cümləsində “əsrinə” sözünün “əsrlərinə” sözü kimi 

yazılması məqsədəuyğundur. 



Səhifə  8.  1-ci  abzasda  “Şərqi  Afrika  və  Asiya  qitəsində”  ifadəsinə  düzəliş 

edilməsi (məsələn, “Şərqi Afrikada və Asiya qitəsində”, “Afrikanın şərqində və Asiya 



qitəsində”) məqsədəuyğundur, çünki Şərqi Afrika qitəsi mövcud deyil. 

Səhifə  11.  1-ci abzasda “Eneolit  dövründə  insan ilk  metalı  (misi)  kəşf  etdi” 

cümləsinin  “İnsanın  misi  kəşf  etməsi  ilə  Eneolit  dövrü  başlandı”  kimi  yazılması 

məqsədəuyğundur. 

4-cü  abzasın  1-ci  sətrində  “əkinçilik  maldarlıqdan  ayrıldı”  ifadəsinin 

əkinçiliklə maldarlıq bir-birindən ayrıldı” kimi verilməsi məqsədəuyğundur. Həmin 

abzasın 2-ci cümləsində “yetişdi” sözü cəmdə verilməlidir. 



Səhifə  12.  6-cı  abzasın  ya  səhifə  11-dəki  4-cü  abzasdan  sonraya,  ya  da  səhifə 

12-dəki  “Tayfaların  idarə  olunması.  Bərabərsizliyin  yaranması”  yarımbaşlığının 

əvvəlinə atılması məqsədəuyğundur. 



“Kurqan”  sözünün  izahının  “torpaq  təpə”  kimi  deyil,  “torpaq  təpəli  qəbir” 

kimi verilməsi məqsədəuyğundur. 



Səhifə 25. 5-ci abzasda “akkadlar, babillər” ifadəsinin “akkadlılar, babillilər” 

kimi yazılması məqsədəuyğundur. 



Səhifə  44.  2-ci  cümlədə  “canişin”  sözünün  işlədilməsi  yerində  deyil.  Çünki 

vilayətləri canişinlər o halda  idarə edirlər ki, onlar vahid dövlətin tərkibində fəaliyyət 

göstərsinlər. 

Səhifə  45.  2-ci  abzasda  sonuncu  cümlənin  əvvəlinin  “Bunun  səbəbi  ...”  kimi, 

3-cü  abzasda  isə  1-ci  cümlənin  axırının  “...  neft  də  çıxarılırdı”  kimi  verilməsi 

məsləhətdir. 



10 

 

Səhifə  53.  “Parn”  sözünə  dəqiqlik  gətirilməlidir,  çünki  etibarlı  sayılan  elmi 

ədəbiyyatda parn qəbiləsinə dair məlumata rast gəlinmir. 

Səhifə  63.  4-cü  abzasda  “zoomorf  formalı  (heyvani  üslublu)  fiqurlar” 

ifadəsinin “zoomorf (heyvan formalı) fiqurlar” kimi verilməsi məqsədəuyğundur. 



Səhifə 65. Teoman tanhu, Mete tanhu kimi adlar Çin qaynaqlarında olduğu kimi 

verilməklə  bərabər,  mötərizədə  Azərbaycan  dilinə  müvafiq  olaraq,  “Qara  xan”  və 

Oğuz xan” kimi adların yazılması da təklif edilir. 

Səhifə  66.  2-ci  abzasın  sonuncu  cümləsində  “qərb  və  şərq  hunlarına 

parçalandı” ifadəsinin fərqli şriftlə verilməsi məqsədəuyğundur. 

Səhifə 69. Səhifənin aşağısında verilmiş İmperator — latınca «imperium» 

sözündən olub, tam hakimiyyətə malik olan deməkdir” izahı dəqiq deyil. 

Latıncadan tərcümədə “imperium” sözü “əmr etmək, hökm etmək”, “imperator” isə 

“hökmdar, əmr verən” mənasını verir. İzahda “tam hakimiyyətə malik olan” ifadəsi 

daha çox “avtoritar”a aiddir. 



Səhifə 70. 3-cü abzasın 2-ci sətrində “topağın” deyil, “torpağın”  yazılmalıdır. 

Səhifə 74. 2-ci abzasın 13-cü sətrində “v” deyil,  “” yazılmalıdır. 

Səhifə  84.  Axırıncı  abzasda  “falanqa”  Sparta  ordusu  kimi  deyil,  qoşunun 

düzülüş tərzi kimi verilməlidir. 



Səhifə  86.  2-ci  abzasda  “şəhər-dövləti”  ifadəsinin  “şəhər-dövlət”  kimi 

verilməsi məqsədəuyğundur. 



Səhifə  88.  5-ci  abzasdakı  “taran”  sözünün  açıqlamasının  verilməsi 

məqsədəuyğundur. 



Səhifə  97.  Xəritədə  “Pasarqard”  əvəzinə  “Pasarqad”,  “Gidrasp”  əvəzinə 

Hidasp” yazılmalıdır. 



Səhifə 108. Səhifənin aşağısında verilmiş “Qladiator — latınca «qladius» 

sözündən olub, qılınc deməkdir” izahı dəqiq deyil. Belə ki, latıncadan tərcümədə 

“gladius” sözü “qılınc”, “gladiator” isə “qılıncoynadan” deməkdir. 



Səhifə  113.  Axırıncı  abzasda  “gavahın”  sözünün  və  “Daxmalı  qullar” 

ifadəsinin açıqlanması məqsədəuyğundur. 



Səhifə 116. 2-ci abzasda “Afrikanın qərbi” ifadəsinin “Afrikanın şimal-qərbi” 

kimi verilməsi məqsədəuyğundur. 

 

 



11 

 

3. Dizayn və bədii tərtibat baxımından 



 

Dərslik  cəlbedici,  vahid  dizayn  üslubuna  malikdir.  İllüstrasiyaların  mətnə 

nisbəti, əsasən, gözlənmişdir. Şriftlər oxunaqlıdır. 

Dərslikdə  163  illüstrativ  material  verilmişdir.  Orta  hesabla  hər  paraqrafa  7 

illüstrasiya  düşür.  Şəkilaltı  yazılarda  verilmiş  informasiya  kifayət  qədər  dolğundur. 

Şəkillərin nömrələnməsi təqdirəlayiqdir. 

Dərslikdə 21 xəritə verilmişdir. Bu, təlim zamanı həm interaktiv üsulların, həm 

də  sual  və  tapşırıqlarda  tez-tez  tələb  olunan  2.1.2.  alt  standartının  reallaşdırılmasına 

imkan 

verir. 


Bununla 

yanaşı, 


xəritələrlə 

mətnlərin 

uyğunlaşdırılması 

məqsədəuyğundur.  Xəritələrdə  bəzən  eyni  toponimlər  fərqli  şəkildə  verilmişdir. 

Məsələn, eyni yer səhifə 53-də “Trapezunt”səhifə 115-də “Trapezos (Trabzon)” 

kimi  göstərilmişdir.  Eyni  zamanda,  bəzən  eyni  xəritədəki  toponimlərin  bir  qismi 

müasir,  bir  qismi  isə  daha  əvvəlki  şəkildədir.  Məsələn,  səhifə  40-da  Hələb  şəhəri 

“Aleppo”,  Dəməşq  şəhəri  isə  indi  də  olduğu  kimi,  “Dəməşq”  verilmişdir. 

Xəritələrdə “Yerusəlim” sözünün yanında, mötərizədə “Qüds” sözünün də yazılması 

təklif  edilir.  Həmçinin  səhifə  107-dəki  xəritədə  olduğu  kimi,  şəhərin  adı  təkcə 

“Qüds” kimi də verilə bilər. Bu qeyd səhifə 36-37, 40-41, 114-115-dəki xəritələrə də 

aiddir.  Bəzi  xəritələrdə  (səh.26,  31)  su  obyektlərinin,  xüsusilə  də  çayların  tünd-göy 

rəngdə verilməsi məqsədəuyğundur. 

Dərslik  boyu  keçilmiş  mövzulara  aid  ümumiləşdirmə  aparmaq  və  qavramanı 

asanlaşdırmaq məqsədilə 5 sxem, qrafik və cədvəl verilmişdir. 

Səhifə  9.  3-cü  şəklin  daha  real  görünməsi  üçün  qalın  budaqlarla  birgə  ot  və 

nazik budaqların da təsvir edilməsi məqsədəuyğundur. 



Səhifə 16. Qədim Misirin xəritəsində Misirin müasir dövrdə yerləşdiyi yerin də 

göstərilməsi məqsədəuyğundur. 



Səhifə 17. Tacların təsvirində 3-cü şəklin vahid Misir dövlətinin tacı kimi qeyd 

edilməsi məqsədəuyğundur. 



Səhifə 36-37. Xəritədə “Aleksandriya” adının verilməsi mübahisəlidir. 

Səhifə  38.  Şəkildə

  hərflərin  “w”,  “ch”,  “th”,  “Ś”,  “Š”  kimi  verilməsi 

məqsədəuyğun deyil. 

Səhifə  40-41.  Xəritədə  Ur,  Uruk,  Suz  şəhərlərinin  İran  körfəzinə  doğru  2 

santimetr  aşağıda  verilməsi  məqsədəuyğundur.  Nineva  şəhəri  paytaxt  işarəsi  ilə 

göstərilməmişdir. 



12 

 

Səhifə  44.  Xəritədə  paytaxt  şəhərini  bildirən  işarə  əvvəlki  səhifələrdə  verilmiş 

işarələrdən fərqlənir.  Paytaxt işarələrinin eyni  işarə ilə verilməsi  məqsədəuyğundur. 

Hazırda  Fars  körfəzi  kimi  tanınan  və  səhifə  31-dəki  xəritədə  də  eyni  adla   

göstərilmiş körfəzin bu xəritədə “Kəngər  körfəzi” kimi verilməsi qeyri-müəyyənlik 

yaradır. 



Səhifə  50-51.  Əhəmənilər  dövlətinin  dövründə  Aşşur  dövləti  mövcud 

olmadığına  görə  xəritədən  “Aşşur  dövləti”  ifadəsinin  silinməsi  məqsədəuyğundur. 

Suriya  ərazisinin xəritədə  təxminən  2 santimetr  qərbdə verilməsi  məqsədəuyğundur. 

Əhəmənilər dövlətinin paytaxtı müvafiq işarə ilə göstərilməmişdir. 



Səhifə  53.  Xəritədə  Parfiya  imperiyası  ilə  Roma  imperiyası  arasındakı  adsız  

ərazinin  az  qisminin  Roma,  qalan  hissəsinin  Parfiya  ərazisi  kimi  göstərilməsi 

məsləhətdir.  

Səhifə 56. Orxon əlifbası haqqında mətnin alt hissəsində izahın verilməsi yaxşı 

olar. 


Səhifə  57.  Qədim  türklərin  dövründə  Rusiya  dövləti  mövcud  olmadığına  görə 

xəritədən “Rusiya” sözü silinməlidir. 



Səhifə  58.  “Makedoniyalı  İsgəndərin  Əhəmənilərlə  döyüşü”  adlı  barelyef 

“Qədim  türklər”  paraqrafından  çox  “Əhəmənilər  dövləti”  və  ya  “Yunan 

şəhər-dövlətlərinin 

tənəzzülü. 

Makedoniyalı 

İsgəndər” 

paraqraflarının 

məzmununa  uyğundur.  Burada  Makedoniyalı  İsgəndərin  Spitamenlə  döyüşünə  aid 

şəklin verilməsi məqsədəuyğundur. 



Səhifə 63. İskit qadınlarının şəkillərinin yenidən işlənməsi tövsiyə edilir. 

Səhifə  66.  “Mete  yürüşdə”  adı  altında  verilmiş  şəkildə  qədim  türklərin 

antropoloji baxımdan monqoloid irqinə mənsub edilməsi mübahisəlidir. 



Səhifə  70.  Kompas  şəkillərinin  səhifə  72-dəki  ipək  istehsalına  aid  şəkillər  ilə 

əvəzlənməsi məqsədəuyğundur. 



Səhifə  71.  Eyni  çay  xəritədə  həm  “Sarı  çay”,  həm  də  “Xuanxe”,  mətndə  isə 

yalnız “Xuanxe” adlandırılmışdır. Halbuki “Xuanxe” elə “sarı çay” deməkdir. 



Səhifə    75.  Xəritə  tam  izah  olunmamışdır.  Hindistanın  cənubundan  Seylon 

adasına istiqamətlənən oxun nəyi göstərdiyi bilinmir. 



Səhifə 82-83. 6 və 7 nömrəli şəkillər haqqında informasiya yanbayan səhifələrdə 

çarpaz verildiyindən, şəkillərin yerlərinin dəyişdirilməsi məsləhətdir. 




13 

 

Səhifə  86.  Xəritədə  Miletin  yerinin  1,5  santimetr  qərbə  doğru  çəkilməsi 

məqsədəuyğundur. 

Səhifə  87.  Xəritədə  Anadolu  yarımadasının  Egey  dənizinin  qərb  sahilindəki 

hissəsinin Əhəmənilər dövlətinin ərazisi kimi verilməsi mübahisəlidir. Həmin ərazilər 

müharibə  dövründə  Əhəmənilər  tərəfindən  işğal  edilmiş,  sonra  isə  yunanlar 

tərəfindən geri qaytarılmışdı. 



Səhifə 92. Sütunların 3 növünün təsviri olsa da, mətndə Korinf sütunlarının adı 

çəkilməmişdir. 



Səhifə  96-97.  Xəritədə  Makedoniyalı  İsgəndərin  III  Daranı  qovmasının  Şimali 

Qafqazda göstərilməsi mübahisəlidir. Rəsmin elə hadisənin baş verdiyi ərazidə təsvir 

edilməsi  məqsədəuyğundur.  “Fapask”  əvəzinə  “Tapsak”,  “Konand”  əvəzinə 

Kokand” yazılmalıdır. 



Səhifə  99.  Səhifənin  sonunda  verilmiş  xəritə  “Makedoniyalı  İsgəndərin 

dövlətinin  sərhədləri”  adlandırılsa  da,  içərisində  müxtəlif  dövlətlərin  adları  çəkilir. 

Əslində,  İsgəndər  imperiyasının  ərazisi  səhifə  96-97-də  göstərilmişdir.  Bu  xəritə 

Makedoniyalı  İsgəndərin  imperiyasının  dağılması  nəticəsində  yaranan  dövlətləri 

göstərir. 

Səhifə  105.  “Karfagen  şəhəri  (müasir  şəkil)”  yazısı  müəyyən  anlaşılmazlıq 

doğura bilər. Şəhərin hazırda o cür görünməsi təsəvvürü yarana bilər. Şəklin izahında 

bərpa edilmiş görkəm ifadəsinin işlənməsi məqsədəuyğundur. 

Səhifə  106-107.  Xəritədə  illərlə  bağlı  dəqiqləşdirmə  aparılmalıdır.  “74-cü 

ilədək”,  “30-cu  ilədək”  ifadələrinin  eramıza,  yaxud  eramızdan  əvvəlki  vaxta  aid 

olduğu  bilinmir.  Paraqrafda  imperator  Trayanın  adı  çəkilmədiyinə  görə,  həmçinin 

xəritənin  adındakı  “b.e.-nın  II  əsri”  ifadəsinə  uyğunluq  baxımından  şərti  işarələrin 

izahında  imperatorun  hakimiyyət  dövrünün  (“I  əsrin  sonu-II  əsrin  əvvəlində”) 

verilməsi  məqsədəuyğundur.  Sardiniya  və  Korsika  adalarının  adlarının  verilməsi, 

yaxud  da  dərsliyin  rus  dilində  olan  variantında  həmin  adların  verilməməsi 

məqsədəuyğundur. 

Səhifə  110.  Spartakın  son  döyüşü  ilə  bağlı  illüstrasiya  həm  bəsit,  həm  də 

mübahisəlidir.  Əksər  qaynaqlara  görə,  o,  sonuncu  döyüşündə  piyada  kimi 

döyüşmüşdür. 

Səhifə  114-115.  Mətndə  paytaxt  Vizantinin  Konstantinopol  adlandırılması 

göstərilsə  də,  xəritədə  “İstanbul”  kimi  verilir.  Qədim  Roma  imperiyasına  aid 




14 

 

xəritədə XV əsrdən etibarən işlənmiş adın verilməsi məqsədəuyğun deyil. Həmçinin 



həmin  şəhərin  mətndə  “Vizanti”, xəritədə  “Vizantiya” kimi  verilməsi  uyğunsuzluq 

yaradır. 



Səhifə 121. “İlk xristianların gizli toplantısı” şəklində şəxslərdən birinin başı 

üzərində  təsvir  edilmiş  oreol  real  həyatda  mövcud  olmadığı  üçün  şəklə  müvafiq 

düzəlişin edilməsi məqsədəuyğundur. 

 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

Dərslikdə verilmiş sual və tapşırıqlarda yaradıcılıq və rəngarənglik var. Sual və 

tapşırıqlar mövzuya uyğundur, əksəriyyəti anlaşıqlı, yığcam və konkretdir. Sualların 

müəyyən hissəsi düşündürücüdür və maraqlı tərtib olunmuşdur. 

Ev tapşırıqları istisna olmaqla, biliklərin tətbiqini tələb edən, idraki bacarıqların 

formalaşmasına  yönəlmiş  sual  və  tapşırıqların  sayı  azdır.  Belə  ki,  paraqrafların 

sonunda  verilmiş  196  sual  və  tapşırıqdan  təxminən  50-si  idraki  bacarıqları  deyil, 

yalnız  hafizəni  gücləndirməyə  xidmət  edir.  Tapşırıqlar  çətinlik  səviyyəsinə  görə 

sadədən  mürəkkəbə  doğru  deyil,  mövzunun  məzmununda  sadalanan  fikirlərin 

ardıcıllığına  görə  yerləşdirilmişdir.  Səhifələrin  qırağında,  sərbəst  sütunlarda  sual  və 

tapşırıqların verilməsi məqsədəuyğundur. 

Səhifə  24.  “Misirdə  hansı  tanrılara  sitayiş  edirdilər?”  sualına  düzəliş 

edilməsi  (məsələn,  “Misirdə  nələrə  sitayiş  edirdilər?”)  məqsədəuyğundur,  çünki 

mətndə cəmi 2 tanrının adı verilmiş, həmçinin misirlilərin Günəşə, Aya, Nil çayına, 

heyvanlara və müxtəlif əşyalara sitayiş etdikləri yazılmışdır. 



Səhifə  28.  4-cü  sualın  cavabına  dair  paraqrafda  qənaətbəxş  məlumat 

verilməmişdir. 



Səhifə  85.  Mətndə  adı  çəkilmiş  şəhər-dövlətlərdən  bəziləri  xəritədə 

göstərilmədiyindən 6-cı tapşırığın tam yerinə yetirilməsi real görünmür. 



Səhifə  90.  “Yunan  və  iranlılar  arasında  döyüşlər  harada  olmuşdur?”  və 

“Yunan  və  iranlılar  arasında  hansı  döyüşlər  olmuşdu?”  sualları  eyni  mahiyyət 

daşıyır. 



Səhifə  111. “Qüdrətli  Roma  dövləti  daha  hansı  torpaqları  tutdu?” sualının 

daha uğurlu ifadə edilməsi məqsədəuyğundur. 




15 

 

8-ci  sualda  Spartak  üsyanının  başlanma  səbəbi  soruşulsa  da,  paraqrafda  bu 



barədə yazılmamışdır. 

Səhifə 117. 2-ci sualda Sezara imperator titulunun verilmə səbəbi soruşulsa da, 

mətndə onun diktator elan edildiyi yazılmışdır. 

 

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) (2013) 

məzmununun işlənməsi baxımından 

 

MMV-də  mündəricat,  “Əziz  müəllimlər!”  başlığı  altında  giriş,  məzmun 



standartları,  “Fənlərarası  inteqrasiya”,  “Standartların  reallaşdırılması  və 

inteqrasiya  cədvəli”,  “Təlimin  təşkilində  istifadə  olunan  forma  və  üsullar”

dərslikdəki  23  paraqrafın  hər  biri  üzrə  gündəlik  planlaşdırma  nümunələri,  “Dərs 



nümunələri”,  “Tarixə  aid  rəvayətlər”,  “Ən  mühüm  tarixi  hadisələr”,  “İş 

vərəqlərindən  nümunələr”,  BSQ  üçün  test  nümunələri  verilmişdir.  Məzmun 

standartlarının  mövzularda  reallaşdırılmasını  daha  qabarıq  çatdırmaq  məqsədi  ilə 

MMV-də inteqrasiya cədvəli, məzmun strategiyalarının reallaşdırılması cədvəli, illik 

və gündəlik planlaşdırma nümunələri təqdim olunmuşdur. 

Müəllimə  köməklik  üçün  standartın  necə  seçilməsi  və  reallaşdırılması  barədə 

şərhlərin  verilməsi  yaxşı  olar.  İnteqrasiya  cədvəli  verilsə  də,  onun  reallaşdırılma 

imkanları şərh edilməmişdir. Metodiki məlumatların fənnin spesifik xüsusiyyətlərinə 

uyğun yazılması məqsədəuyğundur. Nəticələrin çıxarılması ya dərslərdə kurikulumun 

tələbinə uyğun verilməli, ya da bu barədə məlumat yazılmalı idi ki, müəllimlər tətbiq 

zamanı  çətinlik  çəkməsinlər.  Nəticələrin  əksəriyyəti  müəllimyönlü  verilmiş, 

şagirdlərdə biliyin formalaşmasına daha çox diqqət yetirilmişdir. Halbuki şagirdlərdə 

bacarığın da formalaşması nəticədə əksini tapmalıdır. Ev tapşırığının mahiyyəti, hansı 

funksiyanı  daşıması,  nə  zaman  yoxlanması,  ümumiyyətlə,  yoxlanıb-yoxlanmaması 

haqqında  məlumatların  verilməsi  məqsədəuyğundur.  Xüsusi  istedadlı  şagirdlərə 

veriləcək  tapşırıqların  da  nəzərə  alınması  lazımdır.  Vəsaitdə  verilən  tapşırıqların 

əksəriyyəti  yaradıcı  tətbiqetməyə  yönəlmişdir.  Təfəkkürün  digər  növlərinə  aid 

tapşırıqlar  azlıq  təşkil  edir.  Qiymətləndirmədə  diaqnostik  qiymətləndirməyə  aid 

nümunənin verilməsi də məqsədəuyğun olar. 




16 

 

Səhifə  5.  “Əziz  müəllimlər!”  başlığı  altında,  3-cü  abzasda  “iş  vərəqləri” 

ifadəsindən  sonra  mötərizədə  “suallar  şəklində”  ifadəsinin  yazılma  səbəbi  aydın 

deyil. 


7-ci abzasın 1-ci cümləsində illüstrasiyalara əsasən, yalnız tarixi zaman və tarixi 

məkan deyil, digər məzmun xətlərinə də aid fərziyyələrin yaradılması yazıla bilər. 



Səhifə  6.  2-ci  abzasın  birinci  cümləsində  “ənənəvi  sual”  ifadəsi  yerində 

işlənməmişdir.  Bu  fikrin  “Ənənəvi  təlimdə  olduğu  kimi  suallar  verməklə  nəticəyə 



gəlinir” kimi yazılması məsləhətdir. 

Axırdan  2-ci  abzasda  “kollektiv  iş”  ifadəsindən  sonra  mötərizədə  “suallar” 

sözünün yazılması düzgün deyil. Kollektiv iş formadır, suallar isə üsuldur. 

Səhifə  12.  Perspektiv  planlaşdırma  nümunəsi  qənaətbəxş  deyil.  Kurikuluma 

görə, planlaşdırmada standart, tədris vahidi, mövzu, inteqrasiya, resurslar, saat, tarix 

göstərilir. 

Səhifə  14-25.  Metodik  tövsiyələr  hazır  materialın  yerləşdirilməsi  ilə 

yekunlaşdırılmışdır.  Halbuki  tövsiyə  tarix  fənninin  spesifik  xüsusiyyətlərinə 

uyğunlaşdırılıb yazılmalı idi. 

Səhifə  26-50.  Demək  olar  ki,  verilmiş  bütün  dərs  nümunələrindəki  iş  vərəqləri 

təkcə suallardan ibarət olub, iş vərəqinə qoyulan tələblərə cavab vermir. 



Səhifə  26.  Verilmiş  dərs  nümunəsində  məqsəd  alt  standartla    eynidir.  Klaster 

üsulunun  adı  çəkilsə  də,  dərsin  gedişində  bu  üsulun  tətbiqi  öz  əksini  tapmamışdır. 

Tədqiqat sualı bir qədər akademik dildə verilmişdir. 

Səhifə  27.  Nəticə  məqsədə  uyğun  deyil.  Məqsəd  nəticənin  çıxarılmasında  tam 

əksini tapmamışdır. Kollektiv işdə auksion təlim üsulundan istifadə olunur, lakin bu, 

planda öz əksini tapmamış, göstərilən üsul tam açılmamışdır. Bu təlim üsulunun tarix 

fənninə uyğun bir nümunəsinin təqdim edilməsi məqsədəuyğundur. 



Səhifə  29-30.  Klaster  üsulu  seçilsə  də,  dərsin  gedişində  əksini  tapmamışdır. 

Burada qoyulmuş tədqiqat sualı yaxşı olsa da, qruplara verilən suallar (əsasən də 4-cü 

sual) qənaətbəxş deyil. Çıxarılmış nəticə dərsin məqsədinə uyğun deyil. 

Səhifə 31. Təlim üsuluna “açar sözlər” ifadəsinin yazılması doğru deyil. 

Səhifə  32.  Kollektiv  üçün  verilən  iş  aydın  deyil.  Şagirdlərdən  hərəsinin  bir 

cümlə deyəcəyi, yoxsa ayrılıqda hekayə quracağı konkret tapşırılmır.

 



17 

 

Ümumiyyətlə,  dərsdə  3-cü  məqsəd  öz  əksini  tapmamışdır.  Nəticə  məqsədə 



uyğun  deyil.  Şagirddə  təqdim  etmə  bacarığını  formalaşdırmaq  üçün  bu  iş  sinifdə 

mütləq reallaşdırılmalıdır. 



Səhifə 33. Məqsəd standartla eynidir. Tədqiqat sualı 6-cı sinif şagirdi üçün qəliz 

ifadə  edilmişdir.  Bu  dərsdə  nəzərdə  tutulmuş  fəaliyyətin  45  dəqiqə  ərzində 

reallaşdırılması çətindir. 

Səhifə  35-37.  Çıxarılmış  nəticədə  2-ci  məqsədə  kifayət  qədər  diqqət 

ayrılmamışdır. 



Səhifə  38.  Burada  da  digər  dərs  nümunələrində  olduğu  kimi,  inteqrasiya 

imkanları yalnız formal şəkildə öz əksini tapmışdır. Dərslikdə qeyd olunmadığından 

motivasiyada “Sumuabum” şəxs adından istifadə olunması məqsədəuyğun deyil. 

Səhifə  39.  İş  vərəqi  üçün  sualların  4-cüsü  aydın  deyil.  Şagirdlərin  yaş 

xüsusiyyətlərinə görə sualı daha anlaşıqlı qoymaq məsləhətdir. 

Nəticədə məqsəd öz əksini çox cüzi tapmışdır. 2-ci məqsəd nəticə olaraq  qeyd 

edilməmişdir. 



Səhifə  41.  Klaster  üsulu  verilmiş,  lakin  tam  olaraq  öz  əksini  tapmamışdır. 

Verilən  məqsəd  dərsin  gedişində  düzgün  müəyyənləşdirilməmiş,  nəticə  də  məqsədə 

tam xidmət etməmişdir. 

Səhifə  45.  III  qrupa  verilmiş  sualın  mövzuya  aidiyyəti  yoxdur.  Hammurapi 

Aşşur hökmdarı olmamışdır. BİBÖ cədvəli dərsin əvvəlindən göstərilməli, lövhədən 

asılmalı,  dərsin  sonunadək  doldurulmalıdır.  Burada  isə  sonda  verilmişdir.  Nəticə 

məqsədlə tam üst-üstə düşmür. 



Səhifə  47.  2-ci və  3-cü  məqsəd  standartlarla  eynidir. Motivasiya  düzgün  deyil. 

“Tədqiqat  materialı”  ifadəsi  ilə  nəyin  nəzərdə  tutulduğu  bilinmir.  IV  qrup  işinin 

sualı  düzgün  deyil.  Tapşırıq  düzgün  və  aydın  verilməlidir.  Şagird  nə  iş  görəcəyini 

dəqiq  bilməlidir.  Demək  olar  ki,  iş  vərəqlərinin  hamısında  belə  problem  var.  Bütün 

inteqrasiya  imkanları  planlaşdırmada  verilmiş,  lakin  onların  reallaşması  dərsin 

gedişində öz əksini tapmamışdır. İnteqrasiya imkanlarının hamısının yazılması vacib 

deyil, əsas odur ki, reallaşdırıla biləcək şəkildə əks etdirilsin. 



Səhifə  48.  Bütün  kollektivə  təqdimat  hazırlamaq  tapşırılır.  Bunun  necə  baş 

verəcəyi və nə cür yoxlanacağı sual doğurur. 



Səhifə 49. 3 standartdan 2 məqsəd çıxarılmışdır. 2-ci məqsəd standartla eynidir. 


18 

 

Səhifə  50.  Nəticə  bir  qədər  məqsədə  uyğun  deyil.  Məqsəd  nədirsə,  şagirddə  o 

bilik  və  bacarıq  formalaşmalıdır.  Sonda  şagird  o  bilik  və  bacarığa  sahib  olmalıdır. 

Təbii ki, mövzu vasitədir. Sadəcə tarix fənninin spesifik xüsusiyyəti odur ki, faktları, 

hadisələri  zamana  görə  araşdırmaq,  xronoloji  ardıcıllığı  gözləmək  lazımdır.  Sinifdə 

yaradıcı  tətbiqetmə  aparılarsa  və  təqdimat  fərdi  olaraq  reallaşdırılarsa,  buna  zaman 

çatmaz. 

Səhifə  51.  Motivasiya  mərhələsi  düzgün  deyil.  Motivasiya  prosesi  düzgün 

aparılmalıdır. Məqsəddə Parfiya dövlətinin yaranmasından və inkişafından danışılır, 

lakin tədqiqat işi bu dövlətin zəifləməsinə həsr edilmişdir. 

Bütün  nəticə  və  ümumiləşdirmələrin  “mənimsəyirlər”  sözü  ilə  bitməsi 

qarışıqlıq yaradır. Kurikuluma görə, şagirdlərdə bilik və bacarığın formalaşdırılması 

nəzərdə  tutulduğundan,  müvafiq  sözün  buna  uyğun  yazılması  məqsədəuyğun  hesab 

olunur. 

Səhifə  53.  Məqsəd  standartla  eynidir.    Tədqiqat  sualı  ilə  şagirdlərə  veriləcək 

qrup  işi  üst-üstə  düşmür.  Şagirdin  tədqiqat  sualına  cavab  tapması  üçün  xəritə 

üzərində  işləmək  kifayət  deyil.  Məqsəd  şagirdlərdə  türklər  haqqında  təqdimat 

hazırlamaq  bacarığını  formalaşdırmaq  olduğundan  nəticədəki  fikir  buna  uyğun 

gəlmir. 

Səhifə 55. Qrup işinin yükü bərabər bölünməmişdir. İş vərəqlərinin hazırlanması 

və qrup işinin təşkilinə zidd olan bu bölgüyə görə, I qrup xəritədə göstərməli, qalan 

qruplar isə yazı yazmaqla məşğul olmalıdır. 

Səhifə 58. Çıxarılmış nəticə məqsədə uyğun deyil. 

Səhifə 61. 2 və 3-cü məqsəd alt standartla eynidir. 

Səhifə 64. Məqsəddə mədəniyyətlə bağlı alt standart yoxdur, lakin tədqiqat sualı 

və işin gedişində mədəniyyət önə çəkilmişdir. 



Səhifə 65. Yaradıcı tətbiqetmə ağırdır. Çünki şagirdlər o anadək bir qrup işi, bir  

kollektiv  iş,  bir  elektron  vəsaitlə  işə  cəlb  edilmişlər.  45  dəqiqə  müddətində  gərgin 

işdən sonra təqdimatın hazırlanması şagirdlər üçün ağırlıq yarada bilər. 

Səhifə 70. Tədqiqat sualının quruluşu ağırdır. IV qrupun işi çox vaxt tələb edir. 

Yunan-İran müharibəsi mövzusuna alt standartlar düzgün seçilməmişdir. 



Səhifə  73.  İş  vərəqinin  sualları  düzgün  olsa  da,  görüləcək  iş  aydın  deyil. 

Şagirdin görəcəyi iş bəlli olmalıdır. 




19 

 

Səhifə  74.  Nəticədə  məqsədə  uyğun  olaraq  şagirdlər  təqdimat  etmə  bacarığına 

sahib olmalı idi, lakin  burada öyrənmədən söhbət gedir. 

Səhifə  79.  Burada  “sualların  mühazirəsi”  üsulu  verilib  ki,  belə  bir  üsulun 

mövcudluğu mübahisəlidir. 



Səhifə 80. Yaradıcı tətbiqetmənin şəkli və ya sözlü təsvir ediləcəyi aydın deyil. 

Nəticənin çıxarılması kurikulumun tələblərinə uyğun deyil. 



Səhifə 93. “İdeyalar xalısı” maraqlı dərs üsulu olsa da, burada məqsədə xidmət 

etmir. 


Ümumiyyətlə,  əgər  qoyulan  məqsəd  nəticədə  əksini  düzgün  tapmırsa,  həmin 

dərs  düzgün  dərs  hesab  olunmur.  Bir  sıra  dərs  nümunələrində  nəticələrin 

çıxarılmasında bu amil nəzərə alınmamışdır. 

Səhifə  122-126.  Summativ  qiymətləndirmə  testlərində  çətinlik  səviyyələri 

nəzərə alınmamışdır.



 

Yüklə 135,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə