Dərslik komplekti Müəlliflər: Yaqub Mahmudlu



Yüklə 207,04 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix15.03.2018
ölçüsü207,04 Kb.
#31517
növüDərs
  1   2   3   4   5   6   7   8


 

 



 

 



 

 

Respublikanın ümumtəhsil məktəblərinin  

8-ci sinifləri üçün “Azərbaycan tarixi” dərslik komplekti 

 

 

                       Müəlliflər:  Yaqub Mahmudlu 

                                            Həcər Əlişova 

              Leyla Hüseynova 

           Hafiz Cabbarov 

              Esmira Musayeva 

            Sevil Bəhrəmova        

 

 

Bakı: Təhsil, 2015. 

 

 

Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq 

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında 

hazırlanmış

 

              

 

YEKUN RƏY

 



 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmunun işlənməsi baxımından 

2. Dil və yazı üslubu baxımından 

3. Dizayn və bədii tərtibat baxımından 

4. Tapşırıqların elmi-metodiki  uyğunluğu baxımından 

5.  “Müəllim  üçün  metodik  vəsait”in  (MMV-nin)  məzmununun  işlənməsi 

baxımından 

1. Məzmunun işlənməsi baxımından 

 

Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərslik 



4 bölmə (“Azərbaycan XVI əsrin ikinci yarısı XVII əsrdə”“Azərbaycan XVIII 

əsrin 

birinci 

yarısında”

“Böyük 

Əfşarlar 

imperiyasından 

xanlıqlara  -  Azərbaycan  XVIII  əsrin  ikinci  yarısında”,  “Xanlıqlardan 

müstəmləkə  asılılığına  -  Azərbaycan  XIX  əsrin  əvvəllərində”),  36  (26+10) 

paraqraf  və  200  səhifədən  ibarətdir.  Burada  “Dərslikdə  istifadə  olunmuş  şərti 



işarələr”,  “Kitabın  içindəkilər”,  “Əziz  məktəblilər!”  başlığı  altında  giriş, 

“Motivasiya”,  mövzular  üzrə  “Yönləndirici    sual”,  illüstrativ  material,  sual  və 

tapşırıqlar,  “Mənbə”,  “Çıxış  məlumatı”,  “Bunu  bilmək  maraqlıdır”,  “Sənəd” 

kimi  rubriklər  də  verilmişdir.  Dərslik  komplektində  verilmiş  materiallar  “Tarixi 

zaman”,  “Tarixi  məkan”,  “Dövlət”,  “Şəxsiyyət”,  “Mədəniyyət”  məzmun  xətləri 

üzrə 7 əsas və 15 alt standartın reallaşdırılmasına yönəlmişdir. 

Dərslik komplektində standartların tələbləri, əsasən, yerinə yetirilmişdir. 

Qeyd  etmək  lazımdır  ki,  Təhsil  Nazirliyinin  rəsmi  müraciətinə  əsasən,  dərslik 

komplektinin  qiymətləndirilməsi  ilə  bağlı  Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyası 

tərəfindən  hazırlanmış  rəydə  göstərilən    irad  və  təkliflərin  xeyli    hissəsi  bu  nəşrdə 

nəzərə alınmışdır. Lakin bəzi iradlar nəzərə alınmamış, dəyişikliklər zamanı isə yeni 

səhvlərə yol verilmişdir. 

Dərslik  komplektində  reallaşdırılması  nəzərdə  tutulan  alt  standartların  say 

nisbəti cədvəldə öz əksini tapmışdır: 

 

 



 

Alt standartlar 



Say 

1.1.1.  Azərbaycan  və  dünya  ölkələrində  baş  vermiş  mühüm  hadisə,  proses  və  təzahürlərin 

sinxronluğunu izah edir. 

1.1.2.  Hadisə  və  proseslərin  zamana  görə  əlaqələndirilməsinə  dair  tematik-sinxron  cədvəllər 



hazırlayır. 

1.2.1. Dövrə aid hadisə, proses və təzahürləri yazılı mənbələrlə əlaqələndirir. 



1.2.2. Öyrəndiyi dövrə aid yazılı mənbələri təhlil edir, nəticələrini təqdim edir. 

18 

1.3.1.  Azərbaycan  ərazisində  yaşamış  insanların  həyat  tərzi  və  məşğuliyyətlərində  baş  vermiş 



dəyişiklikləri izləyir və onların səbəblərini izah edir. 

2.1.1.  Azərbaycanın  coğrafi  mövqeyi  və  təbii  amillərini  təsərrüfatın,  ictimai  münasibətlərin 



inkişafı və ölkənin siyasi vəziyyəti ilə əlaqələndirir. 

2.1.2. Xəritələrdəki məlumatlara əsasən sxem və cədvəllər tərtib edir. 



3.1.1. Mərkəzləşmiş dövlətin yaranması və tənəzzülü, Azərbaycan torpaqlarının birləşdirilməsi 

uğrunda mübarizənin xüsusiyyətlərini şərh edir. 

10 


3.1.2. Dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini dəyərləndirir. 

3.1.3. Dövrlə bağlı mənbələrdən əldə etdiyi məlumatlar əsasında sxem və cədvəllər qurur. 



4.1.1. Azərbaycan dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin (Şah I İsmayıl, Şah I 

Təhmasib,  Şah  I  Abbas,  Nadir  şah,  Qubalı  Fətəli  xan,  Hacı  Çələbi  və  b.)  fəaliyyətlərini 

dəyərləndirir. 

4.1.2. Tarixi şəxsiyyətlər haqqında müqayisəli sxem və cədvəllər hazırlayır. 



5.1.1. Yeni ictimai-iqtisadi münasibətlərin mədəniyyətə təsirini dəyərləndirir. 

5.1.2. Azərbaycan mədəniyyətinin inkişafına təsir edən amilləri şərh edir. 



5.1.3. Azərbaycanın mədəni nailiyyətlərini əks etdirən cədvəllər hazırlayır. 

 

Cədvəldən  göründüyü  kimi,  standartların  reallaşdırılmasında  diqqət  ən  az 



mədəniyyət və məkanla bağlı məsələlərə yönəldilib. Ən çox diqqət yetirilən “Tarixi 

zaman” məzmun xəttindəki 1.1.1. alt standartına cəmi bir dəfə müraciət olunmuşdur. 

Bəzi paraqrafların (§ 12, 13 və 18) alt paraqraflara bölünməsi qarışıqlıq yaradır. 

Mövzuların  əvvəlində  motivasiya  məqsədi  ilə  verilmiş  hissələr    bəzən  əvvəl 

keçilənləri  qısa  xatırlatma,  bəzən  də  yeni  mövzu  haqqında  annotasiya  xarakterli 

məlumatlandırma  funksiyası  daşımışdır  ki,  bu  da  şagirdlərin  fəallaşmasına  tam 

köməklik  etmir.  Burada  hazır  məlumatların  verilməsi  əksər  hallarda  yeni  mövzuya 

maraq  oyatmaqda  faydasız  olur.  Əksər  hallarda  yönləndirici  sualların  cavabları  




Yüklə 207,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə