Dərslik komplekti Müəlliflər: Yeganə Cəlilova



Yüklə 49,52 Kb.
tarix25.06.2018
ölçüsü49,52 Kb.
#51618
növüDərs


    


 

    



 

 

Respublikanın ümumtəhsil məktəblərinin  



4-cü sinifləri üçün “Təsviri incəsənət” dərslik komplekti 

 

 

Müəlliflər: Yeganə Cəlilova  

                           Kəmalə Cəfərzadə 

 

 

Bakı: Bakı Nəşr, 2015. 



 

 

Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq 

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında 

hazırlanmış 

 

 



YEKUN RƏY 


 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmunun işlənməsi baxımından 

2. Dil və yazı üslubu baxımından 

3. Dizayn və bədii tərtibat baxımından 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

5.  Müəllim  üçün  metodik  vəsaitin  (MMV)  məzmununun  işlənməsi 

baxımından 

 

1. Məzmunun işlənməsi baxımından 

 

Dərslik  komplekti  dərslik  və  müəllim  üçün  metodik  vəsaitdən  ibarətdir. 



Dərslikdə  verilmiş  materiallar  “Cəmiyyət  və  təsviri  incəsənət”,  “Təsviri  və 

dekorativ  yaradıcılıq”,  “Estetik  reaksiya”  məzmun  xətləri  üzrə  5  əsas  və  16  alt 

standartın  reallaşdırılmasına  yönəlmişdir.  Dərslik  27  mövzu  üzrə  72  səhifədən 

ibarətdir.  

Dərslik  4  fəsli  –  “Doğma  incəsənətin  mənbəyi”,  “Qədim  abidələr  diyarı”



“Yurdumuzun  incəsənəti”,  “Bütün  xalqlar  yaradıcıdır”  əhatə  edir.  Bununla 

yanaşı,  burada  mövzular  üzrə  “Tanış  ol”,  “Bilirsənmi?”,  “Özünü  yoxla”

Ekskursiya”,  “Yadda  saxla”,  “Tapşırıq”,  “Seyr  et”,  “Müzakirə”,  “İntellektual 

diskussiya  kimi bloklar verilmişdir.  

Komplektdə  standartların  tələbi  əsasən  yerinə  yetirilmiş,  şagirdlərdə  müstəqil 

tədqiqatçılıq,  yaradıcılıq  vərdişləri  aşılamaq,  tənqidi  təfəkkürü  inkişaf  etdirmək 

prinsipi  əsas  götürülmüş,  fəndaxili  və  fənlərarası  inteqrasiyaya  əməl  edilmişdir. 

Mövzularda əsas və alt standartların tələbi demək olar ki, gözlənilmişdir.  

Qeyd  etmək  lazımdır  ki,  Tələbə  Qəbulu  üzrə  Dövlət  Komissiyası  tərəfindən 

dərslik komplektinin 2013-cü il nəşrinə dair hazırlanmış yekun rəydə göstərilən  irad 

və təkliflərin xeyli  hissəsi bu nəşrdə nəzərə alınmışdır.  

Bununla yanaşı, müəyyən  qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır:  

Dərslikdə  yalnız  səhifə  14  və  15-də  verilən  materiallar  təsviri  incəsənət 

dərsliyinin  tələblərini  tam  ödəyir.  Digər    materiallar  isə  incəsənət  tarixi  fənninə 

aiddir. Bu məlumatları şagird tarix dərslərində öyrənir. Təsviri incəsənət dərsliyində 

isə bu mövzulara rəssam nöqteyi-nəzərindən  yanaşma verilməlidir. 

Səhifə 6.  Səhifənin əvvəlində “Giriş” sözünün yazılması tövsiyə edilir. Çünki 

verilmiş məlumat ilk baxışda hansısa bir mətnin davamı kimi təəssürat yaradır.  




 

Səhifə 7. Tədris vahidinin adından sonra verilmiş “Vətənlə tanışlıq – doğma 



incəsənətin mənbəyini öyrənməkdən başlayır” cümləsinin “Vətənlə tanışlıq – milli 

xalq  sənətinin  sirlərinin  mənbəyini  öyrənməkdən  başlayır”  kimi  yazılması 

məqsədəuyğundur. 



Yenə  həmin  səhifədə  2-ci  abzasdakı  cümlədə  “Aləmin  gözəlliyi”  ifadəsinin 

Həyatın gözəlliyi” kimi verilməsi məqsədəuyğundur. 



Yenə həmin səhifədə 3-cü abzasda “İnsan öz hisslərini, təfəkkür tərzini və 

xarakterini  incəsənət  vasitəsilə  ifadə  edir”  cümləsinin  “İncəsənət  –  insanın 

hisslərini, təfəkkür tərzini və xarakterini ifadə edən vasitədir” kimi yazılması tövsiyə 

edilir. 



Səhifə  8.  1-ci  mövzu  (“Doğma  diyar”)  düzgün  adlandırılmamışdır.  Çünki 

mövzuda ön planda perspektiv və ya üfüq xəttindən danışılır. Mövzunun adının buna 

uyğun verilməsi tövsiyə edilir. 

Yenə  həmin  səhifədə  şəkilüstü  yazıda  qeyd  edilmiş  “Ekskursiya”  sözünün 

Səyahət” ilə əvəz olunması məqsədəuyğundur.  



Səhifə 14. “Sənətkar məsləhəti” blokunda yanlışlığa yol verilmişdir. Belə ki, 

yaxma  yağlı  boyaya,  rəngləmə  sulu  boyaya  aid  olan  sözlərdir.  Məlumatın 

dəqiqləşdirilməsi tövsiyə edilir. 

Səhifə  18.  “Tikililərin  müxtəlifliyi”  mövzusunda  yurdumuzun  evləri  kimi 

yalnız qədim tipli kənd evləri təsvir olunmuşdur. Mövzuda qədim zamanlardakı şəhər 

tipli  evlərə  aid  nümunə  göstərilməsi  və  yaxud  mövzunun  adının  “Kənd  tikililərinin 

müxtəlifliyi” kimi verilməsi tövsiyə edilir. 

Səhifə 27- 40. 2-ci tədris vahidində (“Qədim abidələr diyarı”) mövzular daha 

çox  tarixi  baxımdan  izah  olunmuşdur.  Burada  tarixi  məlumatlara  əsaslanaraq 

mövzulara daha çox incəsənət baxımından yanaşılmalıdır. 

Səhifə  28.  “Cızma  üsulu”nda  verilmiş  şəkillərin  sayını  azaldaraq  ölçülərinin 

böyüdülməsi tövsiyə edilir. 



Səhifə  33.  “Yadda  saxla”  bölməsi  dərsliyin  Azərbaycan  və  rus  dilində  olan 

variantlarında  fərqli  verilmişdir.  Belə  ki,  dərsliyin  rus  dilində  olan  variantında  4, 

Azərbaycan  dilində  olan  variantında  isə  2  sözün  izahı  verilmişdir.  Həmçinin 

Azərbaycan  dilində  olan  variantında  “Tağ”  sözü  düzgün  izah  olunmamışdır 



(“Tağ  -  alaqapı,  əsas  giriş  qapısı”).  Tağ  alaqapı  deyil,  alaqapının  yuxarı 

hissəsindəki yarımçevrə hissəsidir. 




 

Səhifə  42.  “Qədim  şəhərlər”  mövzusunda  Azərbaycanın  qədim  şəhərlərinin 

adlarının sadalanması tövsiyə edilir. 

Səhifə  66.  “İntellektual  diskussiya”  blokundan  yuxarıda  verilmiş  şəkillərin 

altında “nəbati”, “hərfi” və “heyvani” sözləri yazılmalıdır. 



Səhifə  67. 5-ci abzasın “Panafineya  adlanan  bu  bayramın  ən  vacib hissəsi 

isə dan yeri ağararkən ümumi təntənəli yürüş idi” cümləsində yazılmış “dan yeri 

ağararkən” ifadəsinin “dan yeri sökülərkən” kimi verilməsi məqsədəuyğundur. 

Səhifə 70. 1-ci abzasın “Bu əsrlərdə Qərbi Avropada tikilmiş kilsələri qotik 

kilsələr  adlandırırdılar”  cümləsində  yazılmış  “qotik  kilsələr”  ifadəsi  “qotik 

üslubda  tikilən  kilsələr”  kimi  verilməlidir.  Çünki  qotik  kilsə  deyil,  incəsənətdə 

üslubdur.  Həmçinin  səhifənin  sonundakı  istinadda  “fasad”  sözü  haqqında  qeyd 

edilmiş “sifət” sözünün əvəzinə “üz görünüşü” yazılmalıdır. 

 Dərsliyin rus dilində olan variantında aşağıdakı qüsurlara rast gəlinir: 



Səhifə 6. 1-ci abzasın “В самом этом разнообразии заключается красота 

мира” cümləsində qeyd edilmiş “В самом этом”  ifadəsinin “во всем этом” kimi 

yazılması məqsədəuyğundur. 



Yenə  həmin  səhifədə  2-ci  abzasın  “Обо  всѐм  этом  ты  сможешь 

прочитать    в  учебнике  “Изобразительное  искусство””  cümləsində  yazılmış 

“прочитать” sözünün əvəzinə “познокомиться” verilməlidir. 

Səhifə  18.  Dərsliyin  Azərbaycan  dilində  olan  variantında  səhifənin  sonunda 

qeyd edilmiş abzas rus dilində olan variantında verilməmişdir. 



Səhifə  20.  Mözunun  adında  “земли”  sözünün  “края”  ilə  əvəz  olunması 

məqsədəuyğundur. 



Səhifə  28.  Dərsliyin  Azərbaycan  dilində  olan  variantında  2-ci  abzasın 

“Müxtəlif  mərasimlər,  hadisələr  üçün  nəzərdə  tutulan  bu  abidələrin  bəzəyi  də 

müxtəlifdir” cümləsi dərsliyin rus dilində olan variantında verilməmişdir. 

 

 



2. Dil və yazı üslubu baxımından 

 

 

Dərsliyin dili və üslubu şagirdlər tərəfindən başadüşüləndir. Verilmiş sualların 

ifadə tərzi əsas etibarilə şagirdlərin yaş səviyyəsinə uyğundur. Ümumiyyətlə, dərslik 

komplekti  şagirdlərin yaş xüsusiyyətləri və elmi-pedaqoji

 

baxımdan tələblərə cavab 



verir.  


 

3. Dizayn və bədii tərtibat baxımından 



 

Dərslik  dizayn  və  tərtibat  baxımından  qənaətbəxşdir.  Dərslikdə  vahid  dizayn 

üslubu,  mətnə  görə  şəkillərin  uyğun  yerləşdirilməsi  və  həcm  nisbəti  əsasən 

gözlənilmişdir.  Həmçinin  rəsm  və  illüstrasiyaların  orijinallığı,  mətnə  uyğunluğu, 

ifadəliliyi,  aydınlığı,  onların  məzmunun  səmərəli  mənimsənilməsinə  təsiri, 

cəlbedicilik və şagird marağının nəzərə alınması dərslikdə qismən gözlənilmişdir.  

Bununla yanaşı, müəyyən  qüsurlara da rast gəlinir: 

Dərsliyin  üz  qabığının  alt  hissəsindəki  boşluqda  müxtəlif  şəkillərin 

yerləşdirilməsi tövsiyə edilir. 

Dərslikdə  şəkillər  kiçik  formatda  verilmişdir.  Şəkillərin  daha  aydın  və  bir 

qədər böyük ölçüdə verilməsi məqsədəuyğundur. 

Səhifə  8.  Səhifənin  sonunda  verilmiş  şəkil  artıq  olduğundan,  çıxarılması 

məqsədəuyğundur. 



Səhifə  11.  “Dağlarda  axşamçağı”  fotoşəklinin  uyğun  rəsm  əsəri  ilə  əvəz 

olunması tövsiyə edilir. 



Səhifə  20  və  21.  “Yurdumuzun  insanları”  mövzusuna  aid  təsvirdə  ancaq 

kəndlilərin həyatını tərənnüm edən şəkillər verilmişdir. Ancaq yurdumuzun insanları 

yalnız  kəndlilərdən  ibarət  deyil.  Həmçinin  səhifə  21-in  sonunda  verilmiş  şəkildəki 

geyimlərin orta əsrə aid olması göstərilməlidir. 



Səhifə  27  və  29.  Hər  iki  səhifədə  verilmiş  şəkillər  təkrarlanır.  Şəkillərin 

dəyişdirilməsi tövsiyə edilir. 



Səhifə  28.  Yonma  və  oyma  üsuluna  aid  verilmiş  nümunələrdə  ornamentin 

şəklinin  daha  aydın  verilməsi  tövsiyə  edilir.  Həmçinin  bu  ornamentin  işlənmə 

texnikasının göstərilməsi məqsədəuyğundur. 

Səhifə  29.  Sonda  təqdim  edilmiş  at  fiqurlarından  birinin  daha  böyük  ölçüdə 

verilməsi tövsiyə edilir. Belə olduqda atın üzərindəki naxışlar daha aydın görünər.  



Səhifə  38.  “Xosrovun  taxta  çıxması”  səhnəsi  canlandırılmış  şəkil  səhifədə 

düzgün yerləşdirilməmişdir.

 

Şəklin bir qədər sol tərəfə çəkilməsi tövsiyə edilir. 



Səhifə  44.  “Tanış  ol”  blokunda  verilmiş  bəzəklərdən  birinin  əl  ilə  çəkilmiş 

rəsminin də verilməsi məqsədəuyğundur. 



Səhifə  54.  Səhifənin  sonunda  verilmiş  şəkillər  ölçülərinə  görə  dərsliyin 

Azərbaycan  və  rus  dilində  olan  variantlarında  bir-birindən  fərqlidir.  Uyğunsuzluğun 

aradan qaldırılması tövsiyə edilir. 



 

Səhifə  60.  “Gündoğan  ölkə”  mövzusunun  adının  yanında  Yaponiyanın 

bayrağının şəklinin verilməsi tövsiyə edilir.  

 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

Dərslik  komplektində  mövzulara  dair  “Tapşırıq”  və  “Özünü  yoxla” 

bloklarının  verilməsi  müsbət  haldır.  Tapşırıqlar  şagirdlərin  yaş  səviyyəsinə  uyğun 

olub, sadədən mürəkkəbə prinsipi əsasən gözlənilmişdir.   

Bununla yanaşı, müəyyən  qüsurlara da rast gəlinir. Bunlar aşağıdakılardır: 

Dərslikdə  tapşırıqların  azlığı  hiss  olunur.  Praktik  işlərə  çox  yer  verilməsi 

məqsədəuyğundur. 

Səhifə  19.  “Tapşırıq”  blokunda  təqdim  olunan  tapşırığın  dəyişdirilməsi 

məqsədəuyğundur. Tapşırıq daha çox texnologiya fənninə aiddir. 



Səhifə  26.  “Özünü  yoxla”  blokunda    4-cü  tapşırıqda  tikililərin  adları  rus 

dilində verilmişdir. 



Səhifə 47. “Tapşırıq” bloku bir qədər dəyişdirilməlidir. Çünki süjetli xalçanın 

eskizini çəkmək 4-cü sinif şagirdi üçün yaş baxımından çox ağır bir tapşırıqdır. 



Səhifə  49.  Səhifənin  sonunda  boşluq  çoxdur.  Bunun  əvəzinə  “Tapşırıq” 

blokundakı tapşırıqların sayını artırmaq olar. Məsələn, bir ornament fraqmenti verilir 

və şagirddən onu tamamlaması tələb olunur. 

 

5. Müəllim üçün metodik vəsaitin (MMV) 

məzmununun işlənməsi baxımından 

 

Müəllim  üçün  metodik  vəsait  80  səhifədən  ibarətdir.  Vəsaitdə  “Dərslik 



komplekti  haqqında”  məlumat,  “IV  sinif  üzrə  məzmun  standartları”,  Dərslik 

komplektinin  mövzular  üzrə  strukturu”,  “Fənn  üzrə  məzmun  standartlarının 

reallaşma  cədvəli  və  illik  iş  planı”,  “Fənlərarası  inteqrasiya  cədvəli”  öz  əksini 

tapmışdır. Vəsaitdə həmçinin “Şagird nailiyyətlərinin qiymətləndirilmə prinsipləri 



və  üsulları”,  “İnklüziv  təlim  prinsipləri”,  “Müəllim  üçün  metodik  vəsaitdə 

istifadə olunan üsullar” da verilmişdir. 

MMV iş prosesində müəllimə hər bir şagirdin fərdi bacarığından asılı olaraq, 

tapşırıqları  sadələşdirmək  və  ya  mürəkkəbləşdirmək  imkanını  verir.  Vəsaitdə  fənn 

kurikulumunun  tələblərinin  reallaşma  mexanizmlərinin  şərhi  və  əsaslandırılması, 




 

dərsliyin hazırlanması prinsiplərinin şərhi də öz əksini tapmışdır. Dərs zamanı əlavə 



vasitələrə (elektron resurslar,  əyani vasitələr və s.) istiqamətləndirmə də verilmişdir. 

Həmçinin  təlim  məqsədlərinin  məzmun  standartlarına  uyğunluğu  gözlənilmişdir. 

Vəsaitdə hər bir dərsin gedişi mərhələləri göstərilmişdir ki, bu da təqdirəlayiq haldır.  

Bununla yanaşı, aşağıdakı qüsura da rast gəlinir: 

Müəllim  üçün  metodik  vəsait  çox  kiçik  şriftlə  yazılmış  və  sətirlər  çox  sıx 

yerləşdirilmişdir.  Bu  da  dərsi    tədris  edən  müəllim  üçün  bir  qədər  çətinlik  yarada 

bilər. 

 

Qeyd.  Dərslik  komplektlərinin  monitorinqi  nəticəsində  məlum  olmuşdur  ki, 

2015-ci  ildə  nəşr  edilən  bu  dərslik  komplekti  fənn  kurikulumunun  ilk  variantına 

(Bax: “Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları”. Bakı, 2008)  

uyğun  hazırlanmışdır.  Qeyd  etmək  lazımdır  ki,  dərslik  komplektlərinin  əsaslandığı 

məzmun  standartları  bir  çox  hallarda  hazırda  Təhsil  Problemləri  İnstitutunun 

Kurikulum.az” saytında yerləşdirilmiş məzmun standartları ilə üst-üstə düşmür.



  

 

 

 



 

Yüklə 49,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə