Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə2/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   191

6

I. 1.1. Psixologiyanın predmeti

Elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə

yaşayırıq.  Bu dövr yeni elm sahələrinin meydana gəlməsi ilə

fərqlənən bir dövrdür.  Özünün qədim tarixiliyi ilə fərqlənən

elm sahələri ilə yanaşı tamamilə yeni elmlərin meydana

gəlməsi onları bir-birlərindən fərqləndirməyi,  onlardan yerli-

yerində bəhrələnməyi tələb edir.  Bu elmlərin bir çoxunun ob-

yekti eyni olduğu halda,  onlar öz predmetlərinə görə bir-

birlərindən fərqlənirlər. Hər bir elmin predmetini özünəməxsus

hadisələr təşkil edir.  Bu hadisələrdən bəziləri olduqca

mürəkkəb, çətin dərk olunan hadisələrdir. Psixologiya elminin

predmetini təşkil edən hadisələr də məhz özünün mürəkkəbliyi

və çətin dərk olunması ilə fərqlənir.  Həmin hadisələr hələ

qədim zamanlardan insanların diqqətini cəlb etmiş,  bu sahədə

müxtəlif fikirlərin,  görüşlərin meydana gəlməsinə səbəb

olmuşdur.  Psixologiyanın öyrəndiyi bu hadisələr psixi

hadisələr adlandırılmışdır.  Psixi hadisələrin təsnifi və onun

strukturu müxtəlif mövqelərdən şərh olunmuşdur.  Bu sahədə

daha çox diqqəti cəlb edən psixi hadisələrin üç qrupa ayrılması

ilə bağlı olan fikirlərdir:  psixi proseslər,  psixi hallar,  psixi



xassələr (bax şəkil 1).

Psixi proseslər insan davranışının ilkin tənzimləyicisi

kimi meydana çıxır.  Psixi proseslərə duyğu,  qavrayış, hafizə, 

diqqət, təfəkkür, təxəyyül, hissləri və iradəni daxil edirlər. Psixi

proseslərin müvafiq başlanğıcı,  gedişi və sonu vardır.  Məhz

buna görə də psixoloqlar psixi proses termininin psixi faktın

prosessuallığını nəzərə çarpdırmağını qeyd edirlər.  Psixi

prosesləri üç qrupa ayırırlar:  idrak prosesləri,  emosional və

iradi proseslər.



7

Şəkil 1

. Psixi hadisələrin quruluşu

İdrak prosesləri gerçəkliyi dərk etmək,  gerçək aləm

haqqında məlumatların qavranılması və işlənməsi ilə bağlı olan

psixi proseslərdir.  Bunlara duyğular,  qavrayış,  hafizə,  diqqət, 

nitq, təfəkkür, təxəyyülü aid etmək olar.



Emosional proseslərə insanların gerçəkliyə münasibət-

ПСИХИ 

ЩАДИСЯЛЯР

Психи


просесляр

Психи


щаллар

Психи


хассяляр

Идрак 

просесляри

Дуйьулар, 

гаврайыш, 

щафизя, тяфяк-

кüр, тяхяййüл, 

нитг, диггят

Дирчялиш, мя-

йуслуг, горху, 

üмüдсüзлüк, 

рущдан дüшмя, 

эüмращлыг вя 

с.

Шяхсиййятин 



истигамяти, 

темперамент, 

характер, габи-

лиййятляр



Емосионал

просесляр

Севинъ, кядяр, кин, мящяббят, 

нифрят вя с.

Иради просесляр

Гярар гябулу, чятинликляри 

арадан галдырмаг, мотивляр 

мüбаризяси, давранышыны 

идаря етмяк



8

ləri ilə bağlı olan hisslər daxildir. Gerçək aləmdə baş verən hər

hansı bir hadisə insanda müsbət və mənfi emosiya yarada bilir

ki, bu da onun fəaliyyətinə müvafiq təsir göstərir. 

İnsanın həyat və fəaliyyətində iradi proseslərin də rolu

az deyildir. İradi proses özünü insanın qərar qəbulu, çətinlikləri

aradan qaldırmaq,  öz davranışını idarə etmə şəraitində aydın

şəkildə göstərir.



Psixi hallara gəldikdə onlar bütövlükdə insanın psixi

vəziyyətini xarakterizə edirlər.  Onlar da psixi proseslər kimi

özlərinin dinamikliyinə,  istiqamətinə,  nisbi davamlılığına, 

intensivliyinə görə fərqlənirlər.  Bununla yanaşı olaraq psixi

hallar psixi proseslərin gedişinə və nəticələrinə təsir göstərə, 

fəaliyyəti gücləndirə və ya ləngidə bilər. Psixi hallara dirçəliş, 

məyusluq,  qorxu,  ümidsizlik,  ruhdan düşmə,  gümrahlıq və s. 

aid etmək olar.

Psixi hadisələrin üçüncü qrupuna şəxsiyyətin psixi

xassələrini aid edirlər.  Şəxsiyyətin psixi xassələri özlərinin

yüksək davamlılığı və sabitliyi ilə fərqlənirlər. Psixi xassələrə



şəxsiyyətin

istiqamətini, 

temperament,

xarakter



qabiliyyətləri aid edirlər. Psixoloqlar belə qənaətə gəlmişlər ki, 

bu xassələrin inkişaf səviyyəsi,  eləcə də psixi proseslərin

inkişaf səviyyəsi və psixi halların üstünlüyü insanın

təkrarolunmazlığını, fərdiyyətini təmin edir.

Bütün qeyd olunanları nəzərə alaraq psixologiyaya bir

elm kimi belə tərif vermək olar:  Psixologiya obyektiv



gerçəkliyin beyində əks olunmasından ibarət psixi hadisələr

onların yaranma və inkişaf qanunları haqqında elmdir.   

I. 1.2.   Psixologiyanın elmlər sistemində

yeri və sahələri

Müasir elmlər sistemi və psixologiya.  Müasir dövrdə

psixologiya insan haqqında ən mühüm elmlərdən biri kimi

diqqəti cəlb edir. Təsadüfü deyildir ki, hazırda insan həyatı və



9

fəaliyyətinin elə bir sahəsi yoxdur ki,   psixologiya elmi oraya  

nüfuz etməsin. Mübaliğəsiz demək olar ki,  hazırki dövrdə

bütün dünyada hər cür fəaliyyətin və insan munasibətlərinin

səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər.  Lakin

nəzərə almaq lazımdır ki, mühüm elm sahəsi olan psixologiya

başqa elmlərdən təcrid olunmuş şəkildə deyil, onlarla vəhdətdə

mövcuddur və fəaliyyət göstərir.  Bəs elmlər sistemində psix-

ologiya elmi hansı yeri tutur,  onun başqa elmlərlə qarşılıqlı

əlaqəsi nədən ibarətdir?

Elmlər sisteminin təsnifatını verən B.M.Kedrov bu

sistemdə psixologiyanın roluna xüsusi diqqət yetirmişdir. Onun

«elmlər üçbucağı»nda bunu aydın görürük. B.M.Kedrova görə

psixologiya bir tərəfdən fəlsəfə elmləri,  digər tərəfdən    təbiət

elmləri,  üçüncü tərəfdən humanitar elmlər içərisində aralıq

mövqe tutur (bax şəkil 2).

Şəkil 2. Psixologiyanın elmlər sistemində yeri.

Фялсяфя


Тябият

Щуманитар

Психолоэийа



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə