Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə36/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   191

112

qavranılması heç də həmişə eyni şəkildə cərəyan etmir. 

Aparılmış tədqiqatlar göstərmişdir ki,  nitqin qavranılması

qavrayış


zamanı    qarşıya

qoyduğumuz

məqsəddən, 

fəaliyyətimizin gedişində onun hansı funksiyanı yerinə

yetirməsindən,  qavranılan    nitqin məzmunu,  anlaşıqlılığı, 

emosionallığından,  nitqi qavrama şəraitindən və qavrayanın  

şəxsi təcrübəsindən, qavrama  ustanovkasından asılıdır. 

Nitqin qavranılması və anlaşılması insanın nitqə nə

dərəcədə yiyələnməsindən, başqa sözlə nitq prosesində istifadə

olunan dili nə dərəcədə mənimsəməsindən də asılıdır.  Dili, 

onun fonetik,  leksik,  qrammatik qanunlarını mükəmməl

mənimsəyən adam həmin dilin vasitəsilə həyata keçirilən nitq

prosesini asanlıqla və düzgün qavraya və anlaya bilir. 

Bu baxımdan ana dilində və xarici dillərdə nitqi qavra-

maq və anlamaq bir sıra xüsusiyyətlərinə görə bir-birlərindən

fərqlənir.  Ana dilinə birbaşa yiyələnən insan həm imitasiya, 

həm də sistemli təlim prosesində onun bütün çalarlarına

yiyələnir, nəticədə müvafiq tələblərə əməl olunduqda bu dildə

nitqi qavrama və anlama da o qədər çətinlik yaratmır.  Xarici

dilin mənimsənilməsi    və qavranılması isə xeyli fərqlənir. 

Tanınmış psixolinqvist A.A.Leontyevin  qeyd etdiyi kimi

1

ikin-



ci dilin öyrənilməsi onu öyrənməyə başlayan adamın yaşından

asılı olaraq müxtəlif psixoloji məzmun kəsb edir. O, ana dilinin

mənimsənilməsi ilə paralel və ya azacıq gec baş verə bilər; bu

cür hallar iki   dilli ailələr üçün adi haldır. Burada o, psixoloji

cəhətdən ana dilinin mənimsənilməsi ilə oxşardır.  İkinci dilin

öyrənilməsi bir qədər sonra,  məktəbəqəbər yaş dövründə də

başlaya bilər.  Bu dövr dili,  onun fonetika və qrammatikasını

dərk    etmədən birbaşa metodla mənimsəmək üçün səmərəli, 

necə

deyirlər,  senzitiv



dövrdür.  Lakin

ikinci


dilin

öyrənilməsinə uşaqlarda ana dili faktlarına ixtiyari  olaraq isti-

                                                

1

Бах, Леонтйев А.А. Нитг вя üнсиййят //Üмуми психолоэийа. – Бакы, 



1982, сящ. 232-234.


113

nad etmək bacarığı yarandıqdan sonra başlamaq daha səciyyəvi       

haldır.  Xarici dilin və ümumiyyətlə ikinci dilin öyrənilməsi

məhz həmin bacarıqların əsasında baş verir.  Əgər ana dili  

«aşağıdan yuxarıya»  doğru mənimsənilirsə, daha doğrusu, bu-

rada əvvəlcə ən sadə mexanizm, bir növ heca düzəltmək mex-

anizmi yaranırsa,  sonra dilin ali səviyyələri mənimsənilirsə, 

daha sonra nitqin ixtiyariliyi meydana gəlirsə, bununla belə dil

vahidləri ilə şüurlu əməliyyat ən axırda təşəkkül tapırsa, ikinci

dil «yuxarıdan aşağıya» - dil  vasitələrini tam ixtiyari seçməklə, 

dil

üzərində


şüurlu

əməliyyat

aparmaqdan    nitqin

avtomatlaşmasına doğru mənimsənilir. Bu cəhət istər- istəməz

xarici  dildə nitqi qavramaq və anlamaqda öz təsirini göstərir.

Xarici ölkə psixoloqlarının əsərlərində

1

qeyd edildiyi ki-



mi, insanın nitq  aparatı yüzlərcə müxtəlif nitq səsləri yaratmaq

imkanına malikdir. Lakin heç bir dildə bu səslərin hamısından

istifadə olunmur.  İngilis dilində qırxa qədər müxtəlif

fonemlərdən istifadə  olunur. Başqa dillər də özünün xüsusi fo-

nem qrupunu seçir.  Məsələn,  alman dilində bəzi xirtlək

səslərindən istifadə    olunur    ki,  bu cür səslərə ingilis dilində

təsadüf olunmur.  Fransız dilində istifadə olunan bəzi sait

səslərə də ingilis dilində rast gəlmirik. 

Uşaqlar ana dilində istifadə olunan səsləri tələffüz etməyə

öyrəndikdən sonra onlar öz fonemikalarına həddindən artıq

rigidliklə yanaşırlar.  Onlar öz ana dillərində ifadə olunmayan

səsləri tələffüz etməkdə,  həmin yad səsləri bir- birindən

fərqləndirməkdə çətinlik çəkirlər (J.Verker).  Məhz bu hal çox

vaxt xarici nitqin qavranılması və anlaşılmasını çətinləşdirir. 

Bu səbəbdən çox vaxt xarici    nitq bizim üçün aydın olmur, 

ayrı-ayrı səslərin ardıcıl deyil,  qarışıq,  anlaşılmaz toplusu

təsirini bağışlayır. 

Xarici dildə nitqi qavramaq və anlamaqda özünü göstərən

                                                

1

Глейтман Г. ,Фридлинд А., Райсберг Д. Основы психологии. -  

Санкт-Петербург, 2001, с. 405-406. 



114

çətinliklərdən    biri də nitqdəki səslərin tələffüz sürəti ilə

bağlıdır. 

Xarici ölkə psixoloqlarının    tədqiqatları göstərmişdir ki, 

yaşlı adamlar nitqdə saniyədə 16  fonem olmaqla bir dəqiqə  

ərzində  250 sözü qavraya bilirlər Adətən, bu fonemlər hər bir

nitq vahidini müəyyənləşdirən sərhəd rolunu oynayaraq fasilə

olmadan ötüb gedir.  Həqiqətən çox vaxt bir fonemin

yaradılması digərinin üzərinə düşür.  Məsələn,  insan əvvəlki

samitin tələffüzünü qurtarmamış sait səsi tələffüz etməyə

başlayır.  Bu hal ayrı-ayrı sözlərin tərkibində ardıcıl fonem, 

eləcə də frazaların daxilində ardıcıl sözlər üçün düzgün hal he-

sab olunur.  Məhz buna görə də bəzən sözü «xəz əl»,  yoxsa

«xəzəl»  kimi eşitdiyini anlamaq çətindir.  Deməli,  çox vaxt

dinləyici nitq axınını müvafiq vahidlərə ayırmaq vəzifəsini

yerinə yetirməli olur.  Bu prosesi düzgün həyata keçirmək

üçünsə dinləyənin həmin dilin lüğət tərkibi    və    strukturu

haqqında zəruri biliyinin olması tələb edilir.        



Nitqin növləri və formaları.  Nitqin funksiyaları, 

xüsusiyyətləri ilə yanaşı özünəməxsus formaları və növləri də

vardır. Nitqin növlərini təsnif etmək üçün psixoloji ədəbiyyatda

müxtəlif əlamətlərdən istifadə olunur. 

Eksteriorizasiya və interiorizasiya əlamətinə görə nitqin

iki əsas növü mövcuddur:  xarici və daxili nitq.  Xarici nitq

başqaları ilə ünsiyyətə,  informasiya mübadiləsinə yönəlmiş

olub,  eşidilən,  görülən və tələffüz edilən nitqdir.  Daxili nitqə

gəldikdə,  o hər şeydən əvvəl təfəkkür prosesinin təmin

olunması ilə    bağlıdır.  O,  psixoloji nöqteyi nəzərdən olduqca

mürəkkəb hadisə olub nitqlə təfəkkürün qarşılıqlı əlaqəsini

təmin edir.

Nitqin xarici növü ilə bağlı olaraq daha iki növü

mövcuddur: şifahi nitq və yazılı nitqNitqin hansı formasından

istifadə etməyimizdən asılı olmayaraq o həmişə həmin əsas

növlərdən birinə aid olur. 



Şifahi nitq tələffüz edilən,  eşidilərək qavranılan,  başa


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə