Dərslik Təbii fəlakətlər riskinin azaldılması 2



Yüklə 171,58 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix01.02.2018
ölçüsü171,58 Kb.
#23069
növüDərslik
  1   2   3   4   5   6   7


1

TƏBİİ FƏLAKƏTLƏR 

RİSKİNİN 

AZALDILMASI

Məktəb şagirdləri üçün köməkçi dərslik




Təbii fəlakətlər riskinin azaldılması

2



Təbii fəlakətlər riskinin azaldılması

3



Dərslik Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş və Qafqaz Mühiti Mühafizə Qeyri-hökumət Təşkilatlar şəbəkəsi (CENN) 

və Mersi Korps (Mercy Corps) beynəlxalq qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilən “Gürcüstanda və Cənubi Qafqa-

zda İqlim dəyişmələrinə adaptasiya və biomüxtəlifliyin qorunması üçün Regional əməkdaşlığın gücləndirilməsi”   adlı layihə 

çərçivəsində hazırlanmışdır. Dərsliyin məzmununa görə tam məsuliyyət CENN və Mercy Corps-un öhdəsinə düşür. Dərslik 

Avropa İttifaqının fikir və mülahizələrini ifadə etməyə bilər.

MƏLUMAT ÜÇÜN BİZƏ MÜRACİƏT EDİN:

Qafqaz Mühiti Mühafizə Qeyri-hökumət Təşkilatlar şəbəkəsi (CENN)

Tbilisi, 0105, Betlem küçəsi №27

Tel.: +995 32 275 19 03/04

Faks: +995 32 275 19 05

El-poçt: info@cenn.org

www.cenn.org

Mersi Korps (Mercy Corps)

Tbilisi, 0186, Qeqeçkori küçəsi №6

Tel.: +995 32 225 24 71

faks: +995 32 225 24 73

www. mercycorps.ge



TBİLİSİ, 2014


ÖN SÖZ

Fəlakətlər riskinin qiymətləndirilməsi və səmərəli idarə edilməsi ölkənin sabit inkişaf etməsi üçün əhəmiyyətli şərtlərdən biridir.

“Təbii fəlakətlər riskinin azaldılması” adlı köməkçi dərslik riskin azaldılması və idarə edilməsi dövrünün komponentləri (pre-

vensiya, fəlakətlərə hazırlıq, reaksiya vermə, zədələnmiş obyektlərin bərpa edilməsi – rekonstruksiya edilməsi), kommunikasiya, 

prevensiyanın struktur və qeyri-struktur tədbirləri və istifadə edilmiş anlayışların müəyyən etmələri barədə ümumi məlumatı 

əhatə edir.

Qeyd edilənlərlə birlikdə, dərslik cari qlobal iqlim dəyişiklikləri fonunda Cənubi Qafqazda mümkün olan təbii fəlakətlər, onlar 

yaradan səbəblər, əlamətlər, yayılma arealları və zədələyici təsirləri barədə məlumatı əhatə edir.

Dərslik məktəb müəllimləri və şagirdləri üçün, eləcə də təbii fəlakətləri riskinin idarə edilməsi məsələləri ilə maraqlanan geniş 

ictimaiyyət, dövlət və ya qeyri-dövlət təşkilatları, xüsusi şəxslər və başqalar üçün nəzərdə tutulub.




Təbii fəlakətlər riskinin azaldılması

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

MÜNDƏRİCAT

GİRİŞ

FƏSİL 1: 

DÜNYADA TƏBİİ FƏLAKƏTLƏR RİSKİNİN İDARƏ EDİLMƏSİ PROBLEMİ 

NƏDƏN AKTUAL OLMUŞDUR

FƏSİL 2: 

TƏBİİ FƏLAKƏTLƏR RİSKİNİN İDARƏ EDİLMƏSİ

FƏSİL 3: 

FƏLAKƏTLƏR RİSKİNİN QİYMƏTLƏNDİRİLMƏSİNİN 

METODOLOGİYASI

FƏSİL 4: 

TƏBİİ FƏLAKƏTLƏRİN PREVENSİYASI

FƏSİL 5: 

RİSKİN KOMMUNİKASİYA VASİTƏLƏRİ

DƏRSLİKDƏ İSTİFADƏ OLUNMUŞ ƏSAS 

ANLAYIŞLARIN İZAHATLARI


7

GİRİŞ

Müasir dövrdə dünyada fəallaşmış təbii fəlakət prosesləri və təbii mühitə getdikcə daha da artan antropogen 

yükləmələr-nəzarətsiz texnoloji proseslər ekoloji tarazlığın pozulmasına səbəb olmuşdular. Qeyd edilənlər nəticəsində son 

onilliklər ərzində təbii fəlakətlərin tezliyi və onu müşayiət edən insan və maddi itkisinin miqyasları əhəmiyyətli dərəcədə 

artmışdır. Statistik məlumatlara əsasən, təbii fəlakət hadisələri səbəbindən yaranmış fəlakətlər üzündən dünyada son onilliklər 

ərzində hər il ortalama 240 milyon insan ziyan çəkir, iqtisadi ziyan isə 90 milyard ABŞ dollar təşkil edir. Son 30 il ərzində təbii 

fəlakətlər səbəbindən yaranmış iqtisadi ziyan üç dəfə artmışdır.

Yuxarıda qeyd edilənlərə uyğun olaraq, bütün dünya  kimi, Cənubi Qafqaz regionu müxtəlif növ fövqəladə halların artmış 

inkişafetmə təhlükəsi qarşısında olmuşdur. Cənubi Qafqazın hər üç ölkəsində - Azərbaycan, Gürcüstan və Ermənistanda – 

zəlzələlər, sürüşmələr, sellər, daşqınlar və insan itkisi və iqtisadi ziyanın yaranmasına səbəb olan digər təbii təhlükələr tez-tez 

baş verir. Müxtəlif məlumatlara əsasən, son iki onillik ərzində Cənubi Qafqaz ölkələrində təbii fəlakət prosesləri səbəbindən 

yaranmış iqtisadi ziyan 16 milyard ABŞ dollarını aşmışdır.

Təbii fəlakət təhlükələrinə səmərəli reaksiya verilməsinin təmin edilməsi baxımından onların qarşısını alınması və onlar 

səbəbindən yaranmış nəticələrin ləğv edilməsi üçün fəaliyyətin təşkil edilməsi böyük əhəmiyyətə malikdir. Bunlardan irə-

li gələrək, təbii fəlakətlər riskinin idarəetmə sisteminin səmərəli işləməsinin dəstəklənməsi və əhalinin təbii fəlakətlərdən 

qorunması məsələləri üzrə əhalinin özünün hazırlanması və bu baxımdan onun dərketmə səviyyəsinin yüksəldilməsi xüsusilə 

aktualdır. 

Təbii fəlakətlər riskinin azaldılması



8

Son bir əsr ərzində insan təbii mühiti əhəmiyyətli dərəcədə 

dəyişdirmişdir. Bu, ilk növbədə, dünya əhalisinin sayının 

artması ilə izah olunur. Proqnoz hesablamalarına görə, 2050-

ci il üçün yer kürəsində əhalinin sayı 9,5 milyarda qədər 

artacaqdır 

(şəkil 1.1.-ə baxın)

. Əhalinin sayının artması təbii 

resurslara (su, bitki örtüyü, torpaq örtüyü, heyvanat aləmi

istilik resursları və sair) tələbatın artmasına səbəb olacaqdır.

Təbii mühitə intensiv (bir çox hallarda nəzarətsiz) təsir, bir 

tərəfdən, iqtisadi firavanlığın artmasını həvəsləndirmişdir. 

Bununla yanaşı, o, mühitdə deqradasiya (bir sıra hallarda 

dönməz) proseslərin başlamasına təkan vermişdir, bu da 

insanın yaşam mühiti, onun sosial-iqtisadi firavanlığı üçün 

real təhlükə yaradır.

İnsanın getdikcə daha da sürətlə artan təsərrüfat fəali-

yyətinin təsiri ilə təbii fəlakət hadisələri çoxaldı, onların 

səbəbindən yaranmış fəlakətlərin sayı və təsir gücü art-

mışdır, bu da əhalinin həyatı və onun yaşam mühiti üçün 

təhlükə yaradır - əhalinin sosial və iqtisadi vəziyyətini kəskin 

şəkildə pisləşdirir.

Təbii fəlakətlərin xüsusiyyət və miqdar baxımından art-

masını, dünya əhalisinin sayının sürətlə artması ilə birlikdə, 

urbanizasiyanın artması və təhlükəli yerlərdə məskunlaşma 

məntəqələrinin qurulması, eləcə də inkişafda olan ölkələrdə 

müvafiq tənzimləmələrin və planlaşdırmanın rədd edilməsi, 

risklər barədə dərketmənin aşağı səviyyəsi, ekstremal iqlim 

hadisələri və sair dəstəkləyir.

Qeyd edilməlidir ki, yer kürəsində çoxalmış təbii fəlakətlərin 

səbəblərindən biri də qlobal iqlim dəyişkənliyidir, bu da yer 

kürəsinin müxtəlif regionlarında havanın meteoroloji ele-

mentlərinin - hava temperaturunun, küləyin, yağıntıların və 

sair, illik orta göstəricilərinin dəyişkənliyini şərtləndirir. Bura-

daca qeyd edilməlidir ki, baxmayaraq ki, keçmişdə iqlim dəy-

işkənliyə məruz qalırdı, o, insanın təsirinin nəticəsi deyil, təbii 

şəkildə şərtləndirilmiş ardıcıl və dinamik bir proses idi. Son 

bir əsr ərzində insanın mühitə nəzarətsiz təsiri yer kürəsində 

cari iqlim dəyişiklikləri prosesinin sürətləndirilməsinə şərait 

yaratmışdır. Parallel olaraq, qeyd edilən proses, insanın get-

dikcə daha da artan təsərrüfat fəaliyyəti ilə birlikdə, qlobal 

ekosistemlərin tarazlığının pozulması prosesinin inkişaf 

etməsinə şərait yaratmışdır, bu da, insanların sağlamlığına 

mənfi təsirlə yanaşı, təbii fəlakətləri bilavasitə olaraq yaradan 

səbəbi təşkil edir. 

FƏSİL 1

DÜNYADA TƏBİİ

FƏLAKƏTLƏR

RİSKİNİN İDARƏ

EDİLMƏSİ PROBLEMİ

NƏDƏN AKTUAL

OLMUŞDUR

Təbii fəlakətlər riskinin azaldılması



Yüklə 171,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə