Dərslikdə təbiətdən istifadəyə dair bir çox məsələlər, konsepsiyalar



Yüklə 12,54 Kb.
Pdf görüntüsü
səhifə1/50
tarix03.05.2018
ölçüsü12,54 Kb.
#41190
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   50



 


Be^nə1fcn1
Şir9annaşr, 86(959) 2006 Naşir Qəşəm İsaha^ti 
Rəyçilər Prof.M.M. Fərzəliyev, iqtisad elmləri 
doktoru DosT.G.Iiəsənov, coğrafiya elmləri 
namizədi 
Ş.Göyçaylı, T. İsmayılov 
Təbiətdən istifadənin iqtisadi və ekoloji əsaslan 
Bakt, Şirffannaşr, 2006 
176 s.
 
Dərslikdə  təbiətdən  istifadəyə  dair  bir  çox  məsələlər,  konsepsiyalar 
ümumiləşdirilmişdir.  Əsasən  təbiətdən  istifadənin  iqtisadi  əsaslarına  dair 
elmi və praktiki biliklər bazar iqtisadiyyatı şəraitinə uyğun təhlil edilmişdir. 
«Ekologiya  və  təbiətdən  istifadə»  üzrə  ixtisaslaşan  baka-  lavriat  və 
magistrantlar  üçün  nəzərdə  tutulmuş  bu  kitab  aspirantlara,  ekologiya  və 
təbiətdən istifadə sahəsində çalışan mütəxəssislərə də yararlı ola bilər. 
В учебнике отражено множество сутествуюишх идей и концепций, связанных с 
природопояьзованнел!.  В  основном  были  рассмотрены  научные  и  праюгические 
знания  экономических  основ  в  соответствии  с  условиями  рыночной  экономики. 
Учебник  в  основном  предназначен  для  бакалавриатов  и 
MaiHcrpaırroB, 
специализирующих  по  «Экологии  и  природопользованию».  Книга  может  быть 
полезна  аспирантам,  а  таклсе  специалистам  занимающиеся  экологическими 
проблемами и природопользованием. 
In this textbook the essential ideas and concepts connected with na- «ture 
management  are  presented.  The  scientific  and  practical  knowledge  of  the 
economic fundamentals of nature management
 vvrtx 
considered according to 
conditions of the market economy. The textbook is intended for student with a 
bachelors and masters who specialize on the nature management, and also 
experts in engaged ecological problems and nature management. 
83.3. Az(2) 
Ş ________  
054 
© Ş.Göyçaylı, T. İsmayılov , 2006 
Baki-Az 1021. Badamdav şos.
 77. 
Tel: 492-92-27, 492-93-72, 402-70-94, 
(050)316-23-40 


 


GİRİŞ 
Müasir  dövrdə  cəmiyyətin  və  təbiətin  qarşılıqlı 
əlaqələrinin  inkişafı  mərhələsində  çoxsaylı  ekoloji  problemlərin 
həlli üçün əsas baza bütövlükdə, iqtisadiyyatın tarazlı inkişafı, onun 
ekolojiləşdirilməsi və səmərəli idarə olunmasıdır. Bununla əlaqədar 
son dövrdə «Təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları» fənni 
formalaşmış  və  bu  sahəyə  tələb  artmaqdadır.  Bu  yeni  fənnin 
yaradılmasında əsas məqsəd iqtisadiyyatın təbiətə təsirini hərtərəfli 
öyrənmək  və  təbiətdən  səmərəli  istifadənin  əsas  istiqamətlərini 
müəyyənləşdirməklə  ekoloji  tarazlığın  saxlanması  yollarını 
müəyyən etməkdən ibarətdir. 
Təbiətdən  səmərəli  istifadə  edilməsi  ekologiya  və 
iqtisadiyyat elmlərinin iştirakı olmadan qeyri-mümkündür. Bu elm 
sahələrinə  yalnız  iqtisadçılar  yox,  həm  də  təbiətşünaslar  və 
təbiətdən 
istifadə 
üzrə 
ixtisaslaşan 
mütəxəssislər 
də 
yiyələnməlidirlər. Dərslik «Təbiətdən istifadənin iqtisadi və ekoloji 
əsasları» fənninin proqramına müvafiq olmaqla təbiətdən istifadə və 
təbiəti mühafizə (coğrafi ekologiya, ümumi ekologiya və s.) ixtisası 
üzrə təhsil alan tələbələr üçün yazılmışdır. 
Hazırda  təbiətdən  istifadənin  iqtisadi  və  ekoloji 
məsələlərinə dair müstəqil fənlər:  «Ekoloji menecment», «Ekoloji 
audit»,  «Ekoloji  marketinq» və s. kimi  istiqamətlər  yaradılmışdır. 
Bu  dərslikdə  yuxarıda  adı  çəkilən  sahələr  üzrə  geniş  məlumat 
verilməsə  də,  təbiətdən  istifadənin  iqtisadiyyatı  və  ekoloji 
məsələləri  ətrafında  ümumi  nəzəri,  metodoloji  və  elmi-metodiki 
məsələlər əhatə olunmuşdur. 
Qeyd etməliyik ki, təbiətdən istifadənin iqtisadi və ekoloji 
əsasları  hüquqi  əsaslara  da  malikdir.  Hüquqi  əsaslar  təbiətdən 
istifadə  məsələsində  xüsusi  yer  tutmaqla  təbiətdən  istifadə 
sahəsində  iqtisadi  və  ekoloji  biliklərin  geniş  təhlilinə  ehtiyac 
yaradır. 


Kitabda təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları 
ilə  bağlı  bir  çox  məsələlər  təhlil  edilmişdir:  tarazlı  inkişaf 
konsepsiyasının 
təbiətdən 
istifadənin 
tədqiqində 
yeri; 
ekoloji-iqtisadi  tələblər  və  bu  sahədə  qanunauyğunluqlar;  bazar 
münasibətlərinin  təbiətdən  istifadədə  yeri  və  əhəmiyyəti;  təbii 
ehtiyatların 
qiymətləndirilməsi; 
proqnozlaşdırılması 
və 
planlaşdırılması; ekoloji və iqtisadi dəyərlərin qiymətləndirilməsi; 
çirkləndirməyə  görə  ödəmələr;  maliyyələşdirmə  və  ekoloji 
sahibkarlıq; təbiətdən istifadənin idarə edilməsi və s. 
Kitabın yazılması ilə eyni zamanda təbiətdən istifadənin 
ekoloji  məsələlərinə  dair  terminlərin  təkmilləş-  dirilməsinə  səy 
göstərilmişdir.  Bir  sıra  terminlər  mənşəyinə  dillərarası  inteqrativ 
mahiyyətinə görə ümumi termin kimi saxlanılmışdır. 
Qeyd etmək lazımdır ki, kitabda təhlil edilən mövzular, 
ayn-ayrı məsələlər fənlərarası mahiyyət kəsb edir. 
Təqdim  edilən  dərslik  ilk  dəfə  yazıldığından  yəqin  ki, 
müvafiq  qüsurlara  rast  gəlmək  olar.  Kitab  haqqında  öz  təklif  və 
mülahizələrini nəşriyyat ünvanına göndərəcək oxuculara müəlliflər 
qabaqcadan öz minnətdarlıqlarım bildirirlər. 


Yüklə 12,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə