Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə1/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   114


L.H.Hüseynov 
BEYNƏLXALQ 
HÜQUQ 
Azərbaycan Respublikasının Təhsil Nazirinin 
05 may 2000-ci il tarixli 415 saylı əmri ilə ali 
məktəblərin tələbələri üçün dərslik kimi təsdiq 
edilmişdir. 


Elmi redaktor: 
N.A.Səfərov, 
hüquq elmləri doktoru 
Rəyçi: 
Ə.İ.ƏIiyev 
hüquq elmləri doktoru, professor 
L.H.Hüseynov. BEYNƏLXALQ HÜQUQ. Dərslik. 
Bakı: Qanun Nəşriyyatı, 2012, 368 səh. 
Dərslikdə  yığcam  və  anlaşıqlı  şəkildə  müasir  beynəlxalq  hüququn 
anlayışı, əsas institut və sahələri şərh edilmişdir. Dərslik ən yeni normativ 
sənədlər  və  beynəlxalq  təcrübə,  habelə  Azərbaycan  Respublikasının 
beynəlxalq-hüquqi  mövqeyini  əks  etdirən  müvafiq  materiallar  əsasında 
hazırlanmışdır. 
Hüquqşünaslıq  və  beynəlxalq  hüquq  ixtisasları  üzrə  təhsil  alan 
tələbələr üçün nəzərdə tutulmuşdur. 
: 5 A ; ; 


2000000001 
^5022051 
© Qanun Nəşriyyatı 2012 
© L.Hüseynov, 2012 © 
L.Hüseynov, 2000 


ON SOZ 
Xalqımızın  ümummilli  lideri  Heydər  Əliyev  vo  Azərbaycan 
Respublikasının Prezidenti cənab İlham Əliyev müasir beynəlxalq siyasətdə 
beynəlxalq  hüququn  yerinə  və  roluna  həmişə  xüsusi  önəm  vermişlər. 
Dövlətimizin  rəhbərliyinin  qəti  mövqeyi  belə  olmuşdur  ki,  sülhün  və 
təhlükəsizliyin qorunmasında, beynəlxalq münaqişələrin və mübahisələrin 
nizama  salınmasında,  xüsusən,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsinin həllində beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri 
və  normaları  əsas  götürülməlidir.  Azərbaycanın  beynəlxalq  aləmdə 
maraqlarının  müdafiə  edilməsi  zərurəti  diplomatiya  vo  beynəlxalq  hüquq 
sahəsində milli kadrlann hazırlanması vəzifəsini ön plana çəkmişdir. 
Qeyd  edilməlidir  ki,  beynəlxalq  hüquq  fənni  təkcə  «beynəl-  xalq 
hüquq»  və  «hüquqşünaslıq»  ixtisasları  üzrə  təhsil  alan  tələbələrin  deyil, 
həm də beynəlxalq iqtisadi əlaqələr, beynəlxalq münasibətlər, beynəlxalq 
jurnalistika,  politologiya  sahələrində  ixtisaslaşan  tələbələrin  tədris 
proqramına daxildir. Bundan əlavə, beynəlxalq hüququn təbiətini və onun 
əsas  müddəalarını  bilmək  siyasət  və  iqtisadiyyat  ilə dərindən  maraqlanan 
istənilən  şəxs  üçün  vacibdir.  Digər  tərəfdən,  beynəlxalq  siyasət  ilə  üzvi 
surətdə bağlı olan beynəlxalq hüququn ölkəmizdə hansı materiallar əsasında 
öyrənilməsi bizim hamımızı düşündürməli olan bir problemdir. Bu zərurətin 
fonunda  beynəlxalq  hüquqla  bağlı  Azərbaycan  dilində  dərsliklərin,  dərs 
vəsaitlərinin  və  digər  tədris  materiallarının  çatış-  maması  təəssüf 
doğurmaya bilməz. 
Oxuculara təqdim edilən bu dərslik həmin boşluğu müəyyən dərəcədə 
doldumıaq məqsədi ilə yazılmışdır. 
Dərslikdə  beynəlxalq  hüququn  əsas  sahə  və  institutları  yığcam  və 
anlaşıqlı şəkildə şərh olunmuşdur. Sovet və müasir Rusiya dərsliklərində öz 
adekvat  əksini  tapmayan  bəzi  məsələlər  (xüsusilə,  «Beynəlxalq  cinayət 
hüququ»,  «Bcynəlxalq  insan  hüquqları  hüququ»  sahələri,  beynəlxalq 
hüquqi adət, beynəlxalq müqavilə 



lərin milli məhkomolər tərofındon totbiqi, dövlətin yurisdiksiyası, BMT-nin 
Beynəlxalq  Məhkəməsi  və  beynəlxalq  arbitraj  ilə  bağlı  məsələlər)  daha 
geniş işıqlandınimışdır. 
Ayn-ayn  anlayışlann  tərifi  dərslikdə  xüsusi  nəzərə  çarpdınlır  və 
onların  izahı  məhkəmə  təcrübəsindən,  xüsusən  BMT  Beynəlxalq 
Məhkəməsinin təcrübəsindən misallarla tamamlanır. Müstəqil Azərbaycan 
Respublikası  qanunvericiliyinin  müvafiq  müddəalarının  şərhinə  lazımi 
diqqət yetirilir. 
Hər  bir  mövzu  ilə  bağlı  əlavə  oxu  üçün  müvafiq  ədəbiyyat  siyahısı 
göstərilmişdir.  Əlbəttə  ki,  bu  siyahıya  daxil  edilmiş  elmi  əsərlordəki 
fikirlərin hamısı ilə biz heç də həmrəy deyilik. Lakin hesab edirik ki, bu və 
ya digər məsələ ilə bağlı müxtəlif mövqeləri bilmək və onları təhlil etmək 
beynəlxalq hüququ dərindən öyrənmək istəyənlər üçün çox vacibdir. 
Dərsliyə  Birləşmiş  Millətlər  Təşkilatı  Nizamnaməsinin  müəllif 
tərəfindən tərcümə edilmiş mətni əlavə olunmuşdur. 
Etiraf  edirik  ki,  təqdim  olunan  dərslikdə  beynəlxalq  hüququn  bütün 
sahələri yetərincə əhatə olunmamışdır. Bir sıra məsələlərə nisbətən az yer 
verilmişdir. Əlbəttə ki, daim dəyişən və inkişafda olan beynəlxalq hüquqa 
aid dərsliyin yazılmasına statik yanaşmaq olmaz və bir dəfə başlanmış bu 
proses mütəmadi inkişaf etdirilməli və təkmilləşdirilməlidir. 


I
 FƏSIL
 
BEYNƏLXALQ HÜQUQUN 
ANLAYIŞI VƏ TƏBİƏTİ 
1.
 
Beynəlxalq hüququn anlayışı 
Ümumi hüquq nəzoriyyəsindon bizə məlumdur ki, hər bir cəmiyyətin 
mövcud olması və normal fəaliyyəti üçün hüququn, hüquqi nizamasalmanın 
olması  obyektiv,  zəruri bir haldır. Yəni başqa sözlə, cəmiyyət olan yerdə 
hüquq da olmalıdır. Əgər dünyada olan dövlətləri bir cəmiyyət kimi, belə 
demək mümkünsə, dünya dövlətlərinin ailəsi kimi təsəvvür etsək, onda belə 
bir  məntiqi  nəticəyə  gələ  bilərik  ki,  bu  cəmiyyətin  özündə  də  hüquqa 
obyektiv  ehtiyac  vardır.  Bu  hüquq  beynəlxalq  hüquq  adlanır.  Beynəlxalq 
hüquq  ayrı-ayn  dövlətlərin  milli  hüquq  sistemlərindən  fərqli  olan  və 
onlardan asılı olmayaraq mövcud olan hüquqi normalar sistemidir. O, məhz 
dövlətlər  arasındakı  müxtəlif  xarakterli  münasibətləri  hüquqi  çərçivəyə 
salmaq  üçün  yaranmışdır.  Beynəlxalq  hüquq  normaları  dövlətlərarası 
münasibətlər  sisteminin,  demək  olar  ki,  hər  bir  aspektini  əhatə  edir.  Bu 
normalar vasitəsilə dənizdən, hava məkanından və kosmik fəzadan istifadə 
olunması,  beynəlxalq  telekommunikasiyalar,  poçt  xidmətləri,  mal  və 
sərnişinlərin hava vasitəsilə daşınması və pul köçürülməsi nizama salınır; 
beynəlxalq  ticarət  həyata  keçirilir;  ətraf  mühitin  mühafizəsi,  insan 
hüquqlannm  beynəlxalq  müdafiəsi,  cinayətkarlann  verilməsi  və  s.  kimi 
dövlətlərin  ümumi  mənafeyində  olan  məsələlər  həll  olunur.  Bununla 
əlaqədar  demək  lazımdır  ki, 
beynəlxalq  hüquq  diplomatiya  və  xarici 
siyasətlə  üzvi  surətdə  bağlıdır.
  Xarici  siyasətin  həyata  keçirilməsi  və 
diplomatik  təcrübə  beynəlxalq  hüquqa  uyğun  olmalıdır.  Digər  tərəfdən, 
diplomatiya  beynəlxalq  hüquq  normalannın  yaradılmasının  ən  mühüm 
vasitəsi kimi çıxış edir. 



Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə