Dərsliklə bağlı tqdk-ya daxil olan və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü0,71 Mb.
#77107
növüDərs


 

 

 



 


 

 

 



 

 

 



 

 

Respublikanın ümumtəhsil məktəblərinin 



8-ci sinifləri üçün “Ədəbiyyat” dərsliyi

 

 



 

 

 



 

Müəlliflər: Nizami Cəfərov

 

 



Nüşabə Araslı

 

 



Soltan Hüseynoğlu

 

 



 

 

 



 

Bakı: Xəzər, 2012.

 

 



 

 

 



 

 

Dərsliklə bağlı TQDK-ya daxil olan və açıq müzakirələrdə 



bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış

 

 



 

 

 



 

 

 



YEKUN RƏY

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

 

 



1. Məzmun baxımından;  

 

2. Dizayn və bədii tərtibat baxımından.  

 

 



1. Məzmun baxımından

 

 



Dərslik giriş, 5 bölmə, proqram və ifadəli oxuda istifadə edilən şərti işarələrdən 

ibarət  olmaqla,  224  səhifəni  əhatə  edib  və  qüvvədə  olan  tədris  proqramı  əsasında 

hazırlanıb.  Dərslik  şagirdlərin  bədii  zövqünün  formalaşması,  onlarda  vətən,  yurd 

sevgisi,  milli-mənəvi  dəyərlərimizə  hörmət,  yadelli  işğalçılara  nifrət  və  s.  hislərin 

aşılanması baxımından əhəmiyyətli olan nümunələrlə zəngindir.

 

 



Dərslik  girişlə  başlayır.  Burada  ədəbiyyatın  şifahi  və  yazılı  qolu, 

ədəbiyyatşünaslığın sahələri geniş şəkildə şərh edilir.

 

 

8-ci  sinifdə  ədəbiyyat  fənninin  tədrisinə  64  saat  verilib.  Proqrama  görə  52  saat 



bədii  mətnlərin  öyrənilməsinə,  4  saat  sinifdənxaric  oxuya,  8  saat  yazı  vərdişlərinin 

inkişafına  ayrılıb.  Proqramın  tələblərini  ödəmək  üçün  dərslikdə  18  dərs  nəzərdə 

tutulub.

 

 



Qeyd etmək lazımdır ki, dərslik müasir tələblər baxımından yaxşı işlənib, burada

 

 



ədəbiyyat  tarixinin  qədim  dövrdən  ən  yeni dövrədək  mərhələləri  nümunələrlə  əhatə 

edilib.  Xüsusilə,  dərsliyin  qədim  türk,  yaxud  ümumtürk  ədəbiyyatından  başlanması 

müsbət haldır. Bundan əlavə, dərslikdə şifahi və yazılı ədəbiyyatın inkişafının paralel 

təqdim  edilməsi,  yeri  gəldikcə,  dilimizin  təkmilləşmə  yolunun  ümumi  mənzərəsi 

barədə  təsəvvür  yaradılmasına  cəhd  edilməsi  və  mətnlərə  uyğun  olaraq  ədəbiyyatın 

bəzi nəzəri məsələlərinin konkret nümunələrlə şərh edilməsi məqsədəuyğundur.

 

 

Bununla belə, dərslikdə müəyyən qüsurlara da rast gəlinir:



 

 

Dərslikdə  (səh.  36-63)  və  proqramda  (səh.  215)  “Orta  dövr  ədəbiyyatı” 



fərqləndirildiyi  halda,  mündəricatda  həmin  bölmə  qeyd  olunmayıb.  Proqramda 

“Dünya  ədəbiyyatı”  bölməsi  fərqləndirilsə    (səh.  218),  dərslik  (səh.  207)  və 

mündəricatda (səh. 222) fərqləndirilməyib.

 

 

Proqramda inteqrasiya imkanları unudulub. Fənlərarası inteqrasiya yalnız 3, 4,



 

 

6, 7, 8-ci dərslərdə, ancaq tarix fənni ilə nəzərdə tutulub. Məsələn, səhifə 26-da tarix 



fənni ilə inteqrasiyaya əsaslanan dərs “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu

 

 



 

 




boy”  adlanır.  Dərsdə  tarix  fənni  ilə  sistemli  və  nizamlı  şəkildə  inteqrasiya 

qurulmamış, iki fənn və müvafiq mövzulararası əlaqə yaradılmamışdır.

 

 

Səhifə  31-də  “Sultan  səncər  və  qarı”  adlanan  4-cü  dərsdə    tarix  fənni  ilə 



inteqrasiya  qurulması  nəzərdə  tutulub.  Lakin  mövzunun  tarix  fənni  ilə 

əlaqələndirilməsi  ilə  bağlı  sual  və  tapşırıqlar  verilməyib.  Tarix  fənni  ilə  inteqrasiya 

nəzərdə  tutulmuş  bəzi  dərslərin  sonunda  “Müstəqil  iş  üçün”  yarımbaşlığında  tarix 

fənni  ilə  inteqrasiyanın  reallaşdırılmasında  əhəmiyyətli  rol  oynamır.  Tarix  fənni  ilə 

inteqrasiya  nəzərdə  tutulmuş  “Füzuli”  (səh.  54)  dərsində  “Müstəqil  iş  üçün” 

yarımbaşlıqlı bölmə yoxdur. Deməli, həmin başlıq altındakı mətn inteqrasiya

 

 

yaratmağa   xidmət   etmir.   İnteqrasiyaların



 

 

qurulmasına



 

dair   materialları

 

genişləndirmək, sual və tapşırıqların sayını artırmaq məsləhətdir.



   

 

Nəzəriyyə  materiallarının  təqdimatında



 

da

 



müəyyən

 

çatışmazlıqlar



 

özünü


 

göstərir.

 

 

 



 

 

 



Səhifə  35-də  “mənzum  hekayə”nin  izahı

 

qısadır  və



 

tam  anlaşılan

 

deyil.


 

Məlumatın sadə və şagird üçün anlaşıqlı şəkildə izah edilməsi yaxşı olardı.

 

 

Səhifə 41-42-də “Əruz vəzni” haqqında  məlumatın  izahı  şagird  üçün  başa



 

düşülən  deyil.  İzahatın  8-ci  sinif  şagirdinin

 

yaş  səviyyəsinə



 

uyğun  verilməsi

 

məsləhətdir.



 

 

 



 

 

 



 

Səhifə 61-də “qitə” janrı ilə bağlı verilmiş məlumat da qənaətbəxş deyil. Nəzəri 

məlumat  səthi  və  şagird  üçün  anlaşılmazdır.  Burada  “qitə”  janrına  aid  nümunələr 

verilsə, izah şagirdlərin yaş səviyyəsinə uyğun genişləndirilsə, dərslikdə bir az əvvəl 

keçilmiş qəzəl və mənzum hekayə ilə qitənin fərqləri izah edilsə, sual və tapşırıqlarla 

biliklər möhkəmləndirilsə, daha yaxşı olar.

 

 



Əsərlərin  təhlili  verilərkən  təhlilə  aid  sual  və  tapşırıqların  sayı  artırılsa, 

rəngarənglik yaradılsa, daha səmərəli olar. Sual və tapşırıqlarda əsərin bədii mətni ilə 

yanaşı,  8-ci  sinif  şagirdinin  yaş  və  qavrama  səviyyəsinə  və  proqram  materiallarına 

uyğun nəzəri məsələlər, əsərin janrı, vəzni, mövzusu və ideyası, başqa bu kimi tədris 

olunan əsərlərlə oxşar və fərqli cəhətləri müqayisəli şəkildə soruşulsa, biliklər daha 

dəqiq  şəkildə  möhkəmləndirilsə,  bədii  zövq  güclənər,  ədəbiyyatın  tədrisinin 

səmərəliliyi artar.

 

 



Səhifə  35-də  “Müstəqil  iş  üçün”  verilən  tapşırıqda  göstərilib:  “Nizami

 

 



Gəncəvi   Azərbaycan   intibah   mədəniyyətinin   görkəmli   nümayəndəsidir”

 

 



mövzusunda məruzə hazırlayın. Bu tapşırıqdan əvvəl “intibah” sözü və

 

Nizami



 

Gəncəvi dövrünün digər sənətkarları barədə şagirdlərə qısa məlumatın

 

verilməsi



 

 




məqsədəuyğun olar. Bundan başqa, 10-cu sinif “Ədəbiyyat” dərsliyində Azərbaycan 

intibah ədəbiyyatı tarixi fərqli olaraq XVII-XVIII əsrlər göstərilib.

 

 

Ədəbiyyatşünaslığımız bu barədə öz qəti fikrini ifadə etməlidir.



 

 

Dərslikdə  çoxsaylı  orfoqrafik  xətalar  var.  Məsələn:  “şeir”  sözü  dərslikdə  50 



dəfədən artıq işlənmiş, onun da təxminən 13-ü səhv gedib. 37, 42 və 60-cı səhifələrdə 

3 dəfə, 95, 147 və 182-ci səhifələrdə 2 dəfə, 183, 206, 207 və 211-ci səhifələrdə də 

səhvən “şer” kimi yazılıb.

 

 



Səhifə 9-da “Döyüş türküsü”  mətninin orijinalı ilə tərcüməsinin verilməsində 

qüsur  var.  Bir  bənd  orijinalın  və  altından  da  onun  tərcüməsinin  verilməsi 

məqsədəuyğun  olardı.  Bundan  əlavə,  qədim  türk  dilindən  verilən  mətn  Azərbaycan 

dilinə  uyğunlaşdırıla  bilər.  Burada  “tərcümə”  ifadəsinin  işlədilməsi  uğurlu  deyil. 

Yenə  həmin  səhifədə  “Döyüş  türküsü”nün  tərcüməsində  “İntiqam  hissilə,  kinlə 

baxışırlar” misrasında səhvən “baxışürlər” yazılıb.

 

 



Səhifə 13-də “əlini-əlinə çalıb ağladı” cümləsində defis işarəsi artıqdır. Həmin 

səhifədə  “qulunum  oğul!”  ifadəsində  “qulun”  sözünün  izahının  verilməsi 

məsləhətdir.

 

 



Səhifə  20-də  “ağ  boynuma  qıl  sicimin”  ifadəsinin  izahının  verilməsi 

məsləhətdir.

 

 

Səhifə  21-də  “...qorxuram  səyirdərkən”  ifadəsində  “səyirdərkən  sözünün, 



“…qızıl  tağlı”  ifadəsində  “tağlı  sözünün,  “…qıl  yapıncı”,  “…ağır  buxov” 

ifadələrinin izahının verilməsi məsləhətdir.

 

 

Səhifə 24-də “…üzəngiyə” sözünün izahının verilməsi məsləhətdir. 



Səhifə 25-də “cübbə-çuxa” sözünün izahının verilməsi məsləhətdir.

 

 



Səhifə  31-də  “Sultan  Səncər  və  qarı”  mənzum  hekayəsində  “dedi  ki”-dən 

sonra sadəcə vergül qoyulmalı olduğu halda, o, vasitəsiz nitq kimi götürülüb və “iki 



nöqtə”  “defis” qoyulmaqla cümlə böyük hərflə davam edib.

 

 



Səhifə 32-də “…sənin ədlin” ifadəsində “ədalət sözü “ədl” kimi qısaldılıb.

 

 



Göstərilən sözün və yenə həmin səhifədə “…səndən xarlıqdır” ifadəsində “xarlıq” 

sözünün izahının verilməsi məsləhətdir.

 

 

Səhifə 33-də “ta ki” sözü  bitişik  yazılıb. Yenə  həmin  səhifədə  “hökmdar



 

 

əvəzinə, “hökmüdar” işlənib. Bu şeirdə heca naminə olsa da, izahat verilməli idi.



 

 

Səhifə 36-da  İmadəddin  Nəsimi  haqqında  qısa  məlumatın  ilk cümləsində  XIII 

əsrdə  ana  dilimizdə  yaranan  əsərlər  barədə  qısa  şəkildə  danışılsa  da,  dilimizdə  ilk 

dəfə bədii əsər yazan müəlliflərin adı çəkilməyib. Halbuki şagirdin bunu bilməsi

 

 




vacibdir. Çünki İ. Nəsimi kimi mükəmməl Azərbaycan dilli şair birdən-birə peyda ola 

bilməzdi.  Bunun  zəmini  göstərilməlidir  ki,  şagird  anadilli  yazılı  dilin  nə  zamandan 

formalaşmağa  başladığı  haqqında  ilkin  məlumat  alsın.  İ.  Nəsiminin  həyat  və 

yaradıcılığından 

danışılarkən, 

əsasən, 


onun 

hürufi 


təriqətinin 

aparıcı 


nümayəndələrindən  olması  xüsusi  qabardılıb.  Şairin  cəsarət  və  qəhrəmanlığı barədə 

ətraflı  danışılıb.  Dərsliyə  “Mövsimi-novruzu  neysan”  deyil,  məhz  şairin  belə  bir 

ruhda yazılmış şeiri daxil edilsə idi, daha yaxşı olardı.

 

 



Səhifə 38-də “Bülbülü-şeyda xətibi–laləzar oldu yenə” cümləsində “bülbülü” 

deyil,  “bülbüli”  olmalıdır.  Çünki  “ü”  azərbaycanca  “və”  mənasını  bildirir,  “i”  isə 

izafət birləşməsi yaradır. Tərkibin düzgün yazılmaması şagirdlərin ərəb-fars tərkibləri 

ilə  zəngin  olan  klassik  ədəbiyyatımızı  düzgün  başa  düşməsinə  mane  ola  bilər.  Bu 

birləşmə 41-ci səhifədə düzgün verilib.

 

 



Səhifə  40-da  “Doğma  türkcəmizdə  yazılan  qəzəldə  bu  gün  işlətmədiyimiz 

sözlər,  alınmalar  olsa  da,  ondakı  dil  aydınlığını,  bədii  gözəlliyi,  şübhəsiz 

duydunuz”  cümləsindəki fikir başa düşülsə də, qüsurludur. “Alınma söz”  əvəzinə, 

“alınma” işlədilmir. Müəlliflər “söz”ü iki dəfə təkrar etməmək üçün “alınma” söz 

əvəzinə,  “alınmalar”  işlədiblər.  Cümlə  belə  olsa  idi,  daha  məqsədəuyğun  olardı: 

Doğma  türkcəmizdə  yazılan  qəzəldə bu gün dilimizdə  işlənməyən  və alınma  sözlər 

olsa da, ondakı dil aydınlığını, bədii gözəlliyi, şübhəsiz, duydunuz”.

 

 



Səhifə 41-də “dəvənin” sözü səhvən 2 dəfə işlədilib.

 

 



Səhifə 43-də Şah İsmayılın özünü Təbrizdə şah elan etməsi tarixi kimi 1502-ci il 

göstərilib.  Azərbaycan  tarixşünaslığı  bunu  1501-ci  il  kimi  qəbul  edir.  Yenə  həmin 

səhifədə “Bu (,) onun sonrakı ifadəsində “bu-dan sonra vergül qoyulmalıdır.

 

 



Səhifə  44-də  “insanın  hissinin”  birləşməsində  orfoqrafik  səhvə  yol  verilib. 

“Hiss” sözünə saitlə başlayan şəkilçi əlavə olunduqda o, iki “s” ilə yazılmalı olduğu 

halda, burada bir “s” ilə yazılıb.

 

 

Səhifə 48-də “Ötgün quşu köçdü qıldı pərvaz, 



Durnavu, üqabü, qur-qura, qaz”

 

 



beytində də “və” əvəzinə işlənən “ü” lərdən sonra vergülün qoyulması doğru deyil. 

Əslində, vergül “köçdü” və “qıldı” arasında qoyulmalı idi.

 

 

Səhifə 55-də M. Füzulinin “Bəngü badə” əsərinin adının tərcüməsi mötərizədə



 

 

“Şərab və tiryək” kimi verilib. Əslində isə bu, “Tiryək və şərab” olmalıdır.

 

 

Səhifə 58-də “Qansı (hansı)” sözünün izahı verilibsə, “Bəsdürür” sözünün də 



izahının verilməsi məsləhətdir.

 

 






Səhifə 60-da “Padişahi-mülk...”  qitəsinin bəhrinin “təfilə” üzrə izahında “ü” 

və “defis”dən istifadə edilib.

 

 

Səhifə 62-də “Koroğlu” dastanı haqqında olan 1-ci abzasda yazılıb: “Xalqımız



 

 

öz təbiətində olanları-mərdlik, qorxmazlıq, igidlik, xeyirxahlıq, qonaqpərvərlik, 



sadəlik,  səmimilik  və  s.  öz  qəhrəmanında-Koroğluda  görmək  istəmiş  və  onun 

obrazını  beləcə  yaratmışdır”.  Burada  mövcud  olan  bütün  mənəvi  dəyərlərin 

sadalanması  yoruculuq  yaradır.  İkincisi,  “öz”  əvəzliyinin  ehtiyac  olmadan  təkrarı 

qüsurdur.  Bundan  başqa,  şagirdlər  elə  8-ci  sinif  Azərbaycan  dili  dərsliyindən 

öyrənirlər ki, ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, ondan sonra qoşa 

nöqtə  qoyulmalıdır.  Burada  isə  tamamlıq  vəzifəsində  olan  ümumiləşdirici  sözdən 

sonra tire işarəsi qoyulub.

 

 

Səhifə  63-də  “Koroğlu  (Koroğlunun)  dəliləri  ilə  xoşbəxt  ailə  quran  bu 



qızlar…onlarla bərabər düşmənə qarşı vuruşurlar” ifadələri var. “Düşmən” sözü 

burada  məntiqsiz  səslənir. Çünki  bu  yazıda da  qeyd olunduğu  kimi,  onlar şah, bəy, 

xan  qızlarıdır,  Koroğlu  da  məhz  onların  valideynlərinə  qarşı  idi.  Valideyni  isə 

düşmən kimi təqdim etmək düzgün deyil. Odur ki,  “düşmənə” sözü “ədalətsizliyə” 

sözü ilə əvəz edilsə, daha münasib olar.

 

 



Səhifə 64-də “Odu ki”-dən sonra vergül qoyulmayıb, 65  66-cı səhifələrdə isə 

vergül  qoyulub.  Həmin  səhifədə  ...Toqatdan  yeriş  eləsinlər”  cümləsində  “yürüş 



eləsinlər verilsə, daha düzgün olar.

 

 



Səhifə  65-də  “anrı  ətəyində”  ifadəsində  “anrı”  sözünün  izahının  verilməsi 

məsləhətdir.

 

 

Səhifə  69-da  “necə  ki”-dən  sonra  vergül  qoyulmayıb,  70-ci  səhifədə  isə 



qoyulub.

 

 



Səhifə 75-də “bədöy-cins at” sözünün dərslikdə izahı təkrar verilib.

 

 



Səhifə 79-da gəraylının son misrasında “Gəlimi, ay mədəd, ay mədəd!...”-

 

 



“i” hərfi artıqdır.

 

 



Səhifə  87-də  gəraylının  “hələ  ki,  Baba–Əmirəm”  misrasındakı  “Baba-

Əmir”lə bağlı izahat verilsə, yaxşı olar.

 

 



Səhifə  92-də  “Müstəqil  iş  üçün”  tapşırıqda  “Aşağıdakı  mövzulardan  birini 

seçib işləyin” cümləsindən sonra qoşa nöqtə qoyulmalıdır.

 

 



“Hacı  Qara”  komediyasının  kursivlə  verilmiş  remarkalarında  və  müəllif 

sözlərindəki “k” hərfi daha çox böyük “R” hərfinə oxşayır. 109, 112, 113, 118, 119,

 

 

120, 122, 123, 124, 125, 130, 131, 132, 134, 135, 137  və   138-ci səhifələrdəki



 

 




kursivlərdə  də  bu  hərfin  dəyişdirilməsi  və  yaxud  başqa  şriftlə  əvəzlənməsi  daha 

düzgün olardı.

 

 

Səhifə  112-113-də  “Quran”ın  adı  çəkilib.  Bu,  113  və  114-cü  səhifələrdə  iki 



dəfə kiçik, bir dəfə böyük hərflə verilib. 110, 112, 113 və 114-cü səhifələrdə

 

 



“Quran” sözünün yazılışında apostrof artıqdır.

 

 



Səhifə 114-də “Kə’bəyi-beytullah”, “Kə’bə” sözlərində apostrof artıqdır.

 

 



Səhifə  126-da  “Görünür  bular  quldurdular”  cümləsində  ara  sözdən  sonra 

vergül qoyulmalıdır.

 

 

Səhifə  147-də  “İfadəli  oxuya  hazırlaşın”  bölməsində  “sevinc  hisini” 



birləşməsində “s” hərfinin biri buraxılıb.

 

 



Səhifə  153-də  lüğətdə  “sərmayə”  sözünün  izahında  “əsil”  sözündəki  “i” 

artıqdır.

 

 

Səhifə 160 və 166-da eyni söz bir dəfə “malades”, ikinci dəfə isə “molades” 



kimi verilib.

 

 



Səhifə  167-də  “Qurbanəli  bəy”  hekayəsində  işlənən  “pristav”,  “qlava”,

 

 



“strajnik”    s.  kimi  arxaikləşmiş  sözlərin  izahlarının  verilməsi  məsləhətdir. 

“Yavuq” sözü də dərslikdə fərqli yazılıb. 165 və 166-cı səhifələrdə iki dəfə,

 

 



170-ci səhifədə “yavıq”, 167 və 198-ci səhifələrdə “yavuq” kimi verilib.

 

 



Səhifə   185-də   “Bir   cibimdə   əskinasım...”   şeirinin   4-cü   bəndində

 

 



“bərcəhənnəm”  sözündən  sonra  vergülün  qoyulmaması  mətnin  düzgün  başa 

düşülməsinə  mane  olur.  Halbuki  187-ci  səhifədə  həmin  misra  təkrar  verilərkən 



“bərcəhənnəm”  sözündən  sonra  vergül  qoyulub.  Yenə  185-ci  səhifədə  “əskinas” 

sözünün izahı verildiyi halda, “dinar” sözünün izahı verilməyib.

 

 

Səhifə 188-də “İfadəli oxuya hazırlaşın” bölməsində “Qarşımda təzim üçün 



səf başlasa kühsarlər” misrasında “bağlasa” olmalı idi.

 

 



Səhifə  207-də  “İstanbul  universitetində”  ifadəsində  “universitet”  sözü  kiçik 

hərflə verilib.

 

 

Səhifə  210-da  “İstiqlal  marşı”  mətnində  bir  çox  orfoqrafik  səhvlər  və  üslubi 



xətalar var. İkinci bəndin ilk misrasında “qurban olayım” ifadəsindən sonra vergül 

qoyulmalıdır.  Üçüncü  bəndin  ilk  misrasında  “hür  yaşadım,  həp  yaşarım”  deyil, 

hür yaşadım, hür yaşarım” olmalı idi. Dördüncü bəndin üçüncü misrasında

 

 



“qorxma”  sözündən  sonra  nöqtə  qoyulmalı,  “nasıl”  sözünün  ilk  hərfi  böyük 

yazılmalıdır. Beşinci bəndin ilk misrasında  “arkadaş”, dördüncü misrasında hər iki 



“bəlkə” sözlərindən sonra vergül qoyulmalıdır. Bu bənddə “doğacandır” deyil,

 

 






“doğacaqdır”  yazılmalı,  “Haqqın”  sözünün  ilk  hərfi  böyük  olmalıdır.  Yeddinci 

bəndin ilk misrasında “ki” ədatından sonra vergül artıqdır. Səkkizinci bəndin ikinci 

misrasında “dəgməsin” deyil, “dəyməsin” yazılmalı, üçüncü misrada “ki” ədatından 

sonra  vergül  qoyulmamalıdır.  Doqquzuncu  bəndin  ilk  misrasında  “edər”  sözündən 

sonra vergül qoyulmamalıdır.

 

 



 

2. Dizayn və bədii tərtibat baxımından

 

 



Dərsliyin  titul  səhifəsində  şagirdlərə  köməkçi  vasitə  kimi  düşünülən  şərti 

işarələr yaddaqalan deyil. “Əsərin məzmunu ilə bağlı suallar üçün” bölməsinin iki 

fərqli işarə ilə verilməsi anlaşılmazlıq yaradır. Fərqlər izah edilməli idi.

 

 



Qədim  türk,  yaxud  ümumtürk  ədəbiyyatından  nümunə  kimi  verilən  “Döyüş 

türküsü”nün  aşağısında  “tərcümə”  başlığı  altında  onun  müasir  variantı  da  verilib. 

Burada  “tərcümə”  deyil,  ya  “sadələşdirilmiş  variant”  ya  da  “uyğunlaşdırılmış 



variant”  ifadələrindən  birinin  işlənməsi  daha  düzgün  olardı.  Bu  halda  şagird  qədim 

türk  ədəbiyyatının  dilimizdə  yarandığını,  sadəcə  olaraq  sözlərin  böyük  hissəsinin 

arxaikləşdiyinə  əmin  ola  bilər.  Bundan  əlavə,  həmin  türkünün  orijinalı  ilə 

sadələşdirilmiş  variantının  paralel  verilməsi,  yaxud  onların  nömrələnməsi  daha 

düzgün olardı.

 

 



Nəticə

 

 



1.

 

Dərslikdə  şagirdlərin  yaş  xüsusiyyətləri  əsasən  nəzərə  alınıb  və  sadədən-



mürəkkəbə doğru prinsipi gözlənilib.  

 

2.



 

Dərslikdəki  materiallar  müvafiq  fənn  üzrə  bilik  və  bacarıqların 

formalaşdırılmasına imkan verir.  

 

3.



 

Dərslikdə tədris proqramındakı mövzular tam əhatə olunub, oradakı material 

elmi-metodik baxımdan, demək olar ki, dəqiq ifadə edilib.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

Document Outline

  • page1
  • page5
  • page7
  • page9
  • page11
  • page13
  • page15

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə