Dərsliklə bağlı tqdk-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər



Yüklə 109,77 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü109,77 Kb.
#37731
növüDərs



 

 



 

Respublikanın ümumtəhsil məktəblərinin 

10-cu sinifləri üçün “Ümumi biologiya” dərsliyi 

 

 

Müəlliflər: Məcnun Babayev 

Əli Hüseynov 

 Nüşabə Məmmədova 

 

 

Bakı: Çaşıoğlu, 2012. 

 

 



Dərsliklə bağlı TQDK-ya daxil olmuş və açıq 

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər 

əsasında hazırlanmış 

 

 

YEKUN RƏY 

 

 

 

 


 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmunun işlənməsi baxımından; 

2. Dil və yazı üslubu baxımından; 

3. Dizayn və bədii tərtibat baxımından; 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından; 

5. Digər dərsliklə olan fərqlər baxımından.  

 

1. Məzmunun işlənməsi baxımından 

 

Dərslik  respublikanın  ümumtəhsil  məktəblərində  qüvvədə  olan tədris proqramı 

əsasında hazırlanaraq  “Giriş”“Sitologiyanın əsasları”, “Hüceyrədə maddələr və 

enerji mübadiləsi”, “Orqanizmlərin çoxalması və fərdi inkişafı”, “Yer üzərində 

həyatın  əmələ  gəlməsi  və  inkişafı  tarixi”,  “Təkamül  təlimi”  fəsillərindən  ibarət 

olub,  39  mövzunu  əhatə  edir.  Dərsliyin  sonunda  fənnin  tədrisi  üzrə  hazırlanmış 



“Proqram”,  istifadə  olunan  “Ədəbiyyat  siyahısı”  və  “Mündəricat”  verilmişdir. 

Tədris  proqramında  nəzərdə  tutulan  mövzular  dərslikdə  tam  əhatə  olunub, 

proqramdankənar  heç  bir  mövzu  dərsliyə  daxil  edilməyib.  Mövzular  elmi-metodiki 

baxımdan  şagirdlərin  yaş  səviyyəsinə  uyğun  tərtib  olunub.  Dərslikdəki  materiallar 

fənn üzrə bilik və bacarıqların formalaşdırılmasına imkan verir. 

Dərslikdə müxtəlif şəkillərdən və cədvəllərdən istifadə olunması, hər mövzunun 

sonunda sual və tapşırıqların verilməsi müsbət hal kimi qiymətləndirilir. 

Bununla  yanaşı,  dərslikdə  bir  qismi  tövsiyə  xarakterli  müəyyən  qüsurlar  var. 

Bunlar aşağıdakılardır:  

Səhifə  5-də  “Alman  alimi  R.  Virxov  (1958)  öyrəndi  ki,  orqanizmlər 

hüceyrələrin bölünərək çoxalması nəticəsində böyüyür” cümləsi qüsurludur. Belə 

ki,  hüceyrələrin  bölünərək  çoxalmasını  ilk  dəfə  R.  Remak  kəşf  etmişdir.  R. Virxov 

isə onun nəticələrini mənimsəyərək öz adına yazmışdır. Ona görə də R. Virxovun adı 

dərslikdən çıxarılmalıdır. 



Yenə  həmin  səhifədə  “Onlar  müəyyən  etdilər  ki,  bütün  çoxhüceyrəli 

orqanizmlər  öz  başlanğıcını  mayalanmış  yumurta  hüceyrədən,  yəni  ziqotdan 

götürür. K. Ber sübut etdi ki, hüceyrə canlıların yalnız quruluş vahidi deyildir, o 

həm də bütün canlı orqanizmlərin inkişaf vahididir” fikri verilmişdir. Bu haqda 

müxtəlif ziddiyyətli fikirlər olduğu üçün buna aydınlıq gətirilməsi tövsiyə edilir. 



Səhifə  8-9-da  “Plazmatik  membran  bitkilərdə  hüceyrə  qılafı,  heyvanlarda 

isə qlikokaliksin altında yerləşir və sitoplazma ilə bilavasitə hüdudlanır” cümləsi 


 

Plazmatik  membran  bitkilərdə,  bakteriyalarda  və  göbələklərdə  hüceyrə  divarının, 



heyvanlarda isə qlikokaliksin altında yerləşir və sitoplazma ilə bilavasitə hüdudlanır” 

kimi yazılmalıdır.  



Yenə  həmin  səhifədə  “Bitki  hüceyrələrindəki  qılaf  kimi  qlikokaliks  dayaq 

rolunu oynamır” cümləsinin “Bitki hüceyrələrinin hüceyrə divarından fərqli olaraq 

qlikokaliks dayaq rolunu oynamır” kimi yazılması məqsədəuyğundur. 

Səhifə  9-da  “Plazmatik  membranda  nazik  kanallar  olduğundan  su,  suda 

həll  olmuş  duzların  ionları,  üzvi  maddələr  sitoplazmaya  keçir.  Sintez  olunmuş 

maddələr isə sitoplazmadan xaric olur. O, zədələnə və bərpa oluna bilir” fikrində 

“O,  zədələnə  və  bərpa  oluna  bilər”  cümləsi  aydın  deyil.  Burada  plazmatik 

membranın və ya onda yerləşən kanalların hansından söhbət getdiyi başa düşülmür. 



Yenə  həmin  səhifədə  “Lipid  molekulları  arasında  zülallar  yerləşir.  Zülal 

molekulları  həm  də,  karbohidrat  molekulları  ilə  birləşmiş  olur”  cümləsinin 

Bütün  eukariot  hüceyrələrinin  xarici  səthində  karbohidratlar  yerləşir.  Onlar 



membran  zülalları  (qlikoproteinlər)  və  az  miqdarda  lipidlərlə  (qlikolipidlər) 

birləşirlər kimi verilməsi tövsiyə edilir. 

Yenə  həmin  səhifədə  şəkil  4-də  Plazmatik  membranın  quruluşunun  sxemində 

“plazmatik  membranda  lipidlərin  qeyri-polyar  çıxıntıları  və  qütblü  lipidlərin 

başcıqları”  göstərilir.  Burada,  ya  polyar  və  qeyri-polyar,  ya  da,  qütblü  və  qeyri-

qütblü anlayışlarından istifadə olunmalıdır. Sxemdə  lipidlərin qeyri-polyar çıxıntıları 

və  polyar  başcıqlar  göstərildiyindən,  mətndə  də  bu  haqda  məlumatın  verilməsi 

tövsiyə edilir. 



Səhifə  10-da  “...yaranmış  enerji  hesabına  baş  verir”  ifadəsi  düzgün  deyil. 

Çünki enerji yaranmır və itmir, yalnız bir formadan digərinə çevrilir. 



Yenə  həmin  səhifədə  “Pinositoz  faqositozdan  fərqli  olaraq  bitki,  heyvan, 

göbələk  və  bakteriyaların  hüceyrələrində  baş  verir”  cümləsinin  Pinositoz 

faqositozdan  fərqli  olaraq  bitki,  heyvan  və  göbələk  hüceyrələrində  baş  verir  kimi 

yazılması məqsədəuyğundur. 



Səhifə 10-11-də “O, nüvə və digər orqanoidləri özündə birləşdirir, onların 

qarşılıqlı  əlaqəsini  təmin  edir,  membranla  orqanoidlər  arasında  fiziki-kimyəvi 

və fermentativ əlaqəni təmin edir” cümləsində “fermentativ əlaqə” ifadəsi düzgün 

deyil. Çünki fermentativ əlaqə olmur. 



Səhifə  11-də  “Ribosomların  nəticəsində  dənəvər  endoplazmatik  şəbəkədə 

zülallar  sintez  olur.  Hamar  endoplazmatik  şəbəkə  membranlarında  ribosomlar 


 

olmur.  Ona  görə  burada  lipidlər  və  karbohidratlar  sintez  olunur”  cümləsinin 

Ribosomların olması hesabına dənəvər endoplazmatik şəbəkədə zülallar sintez olur. 

Hamar endoplazmatik şəbəkə membranlarında ribosomlar olmur. Ona görə burada 

yalnız lipid və karbohidratlar sintez olunur kimi yazılması tövsiyə edilir. 

Yenə həmin səhifədə “Ribosomlar ən çox dənəvər endoplazmatik şəbəkənin 

üzərində, müəyyən hissəsi isə sitoplazmada sərbəst olur” cümləsinin “Ribosomlar 

sitoplazmada  sərbəst  şəkildə  (tək-tək  və  ya  qruplarla),  dənəvər  endoplazmatik 

şəbəkənin və nüvənin membranları üzərində, həm də mitoxondri və plastidlərdə rast 

gəlinir kimi yazılması tövsiyə edilir. 

Səhifə 12-də “Onların sayı heyvan hüceyrələrində (amöbdə, uçan quşların 

döş  qəfəsi  hüceyrələrində)  və  xüsusilə  qaraciyər  hüceyrələrində  daha  çoxdur” 

cümləsinin Onların sayı heyvan hüceyrələrində (amöbdə, uçan quşların döş əzələsi 



hüceyrələrində)  və  xüsusilə  qaraciyər  hüceyrələrində  daha  çoxdur  kimi  yazılması 

daha məqsədəuyğundur. 



Səhifə 13-də “Holci kompleksi bitki və ibtidai orqanizmlərin hüceyrələrində 

membranla örtülmüş ayrıca cisimcikdir, oraqvarı və ya çubuqvarı formalıdır” 

cümləsinin “Holci kompleksi bitki və ibtidai heyvan orqanizmlərinin hüceyrələrində 



membranla örtülmüş  ayrıca  cisimcikdir, oraqvarı  və  ya  çubuqvarı formalıdır” kimi 

yazılması tövsiyə edilir. 



Yenə  həmin  səhifədə  “Lizosomlarda  zülalları,  nuklein  turşularını, 

polisaxaridləri, lipidləri və s. maddələri parçalaya bilən 30-dan çox ferment var” 

cümləsində  “30-dan  çox  ferment”  ifadəsi  qeyri-dəqiqdir.  Bu  sayın  verilməməsi 

tövsiyə edilir. 

Səhifə  15-də  “Qırışlar  qran  adlanır”  cümləsinin  “Qırışlar  tilakoid,  qırışlar 

dəsti isə qran adlanır kimi yazılması məqsədəuyğundur. 

Yenə həmin səhifədə “Hüceyrələrdə olan xromosomların cəmi – xromosom 

yığımı  adlanır”  cümləsinin  “Hüceyrə  nüvəsində  olan  xromosomların  cəmi  – 

xromosom yığımı adlanır” kimi yazılması tövsiyə edilir. 

Səhifə  19-da  “Bakteriyalar  (yun.  “bakterion”  –  çöpcük),  çox  kiçik 

(uzunluğu  1-10  mkm),  sadə  quruluşlu  orqanizmlərdir”  cümləsinin 

Bakteriyaların  (yun.  “bakterion  –  çöpcük),  əksəriyyəti  çox  kiçik  (uzunluğu 

1-10 mkm), sadə quruluşlu orqanizmlərdir kimi yazılması daha məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  “Qılafın  altında  sitoplazmaya  möhkəm  yapışmış 

plazmatik  membran  var”  cümləsinin  “Qılafın  üst  qatı  olan  hüceyrə  divarının 



 

altında sitoplazmaya möhkəm yapışmış plazmatik membran var” kimi yazılması daha 

məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  “Əlverişsiz  şəraitdə  bakteriyalar  spor  halına  keçir” 

cümləsinin  “Əlverişsiz  şəraitdə  bəzi  bakteriyalar  spor  halına  keçir”  kimi  yazılması 

daha məqsədəuyğundur. 

Səhifə  21-də  cədvəldə  “Kimyəvi  elementin  çəkisi,  %-lə”  ifadəsi  Kimyəvi 

elementin kütlə payı, %-lə” kimi yazılmalıdır. 

Səhifə  22-də  “Bunlardan  dəmir  ionu  qanda  hemoqlobinin,  maqnezium 

xlorofilin ...” cümləsinin Bunlardan dəmir (Fe

2+

) qanda hemoqlobinin, maqnezium 



(Mg

2+

) xlorofilin ...” kimi yazılması daha məqsədəuyğundur. 



Yenə  həmin  səhifədə  “Bu  hüceyrədə  olan  zəif  turşu  anionlarının  (HCO

3

-



HPO

4

2-

) və zəif turşuların (H

2

CO

3

) özlərinə hidrogen ionlarını birləşdirməsi  və 

verməsi  nəticəsində  mümkün  olur”  cümləsinin  Bu,  hüceyrədə  olan  zəif  turşu 

anionlarının  (HCO

3

-



,  HPO

4

2-



)  hidrogen  ionlarını  birləşdirməsi  və  verməsi,  zəif 

turşuların  (H

2

CO



3

)  isə  hidrogen  ionlarını  ayırması  hesabına  mümkün  olur”  kimi 

yazılması daha məqsədəuyğundur. 



Yenə  həmin  səhifədə  “Əksər  maddələrin  molekullarından  fərqli  olaraq 

zülalların  çox  nəhəng  molekul  kütlələri  var.  Məsələn,  insulinin  mol  kütləsi 

6000 q/m,  yumurta  zülalı  albuminin  mol  kütləsi  36000  q/m-dur.  Spirtin  mol 

kütləsi 46 q/m, qlükozanın mol kütləsi 180 q/m-dur. Zülallar makromolekullar 

(yun.  “makros”  –  böyük,  nəhəng)  adlanır”  fikri  “Əksər  maddələrin 

molekullarından  fərqli  olaraq  zülalların  molekul  kütlələri  çox  böyükdür.  Məsələn, 

insulinin  molyar  kütləsi  6000  q/mol,  yumurta  zülalı  albuminin  molyar  kütləsi 

36000


 

q/mol-dur.  Etil  spirtinin  molyar  kütləsi  46  q/mol,  qlükozanın  molyar  kütləsi 

180-q/mol-dur. Zülal molekulları makromolekullar (yun. makros – böyük, nəhəng) 



adlanır” kimi yazılmalıdır. 

Səhifə  23-də  “Zülal  molekulunun  tərkibində  təxminən  20-yə  qədər 

aminturşu  olduğu  müəyyənləşdirilmişdir”  cümləsinin  “Zülal  molekulunun 

tərkibində  təxminən  20  növə  qədər  aminturşu  olduğu  müəyyənləşdirilmişdir  kimi 

yazılması məqsədəuyğundur. 



Yenə  həmin  səhifədə  “Bitki,  heyvan  və  mikroorqanizmlərdən  150-dən  çox 

aminturşu  alınmışdır.  Zülallarda  birləşmiş  olan  20  aminturşuya  “sehirli” 

aminturşular deyilir” fikri Bitki, heyvan və mikroorqanizmlərdən 150 növdən çox 


 

aminturşu  alınmışdır.  Zülallarda  birləşmiş  olan  20  növ  aminturşuya  sehirli 



aminturşular deyilir” kimi yazılmalıdır. 

Səhifə  23-də  “Bu  zaman  bir  mol  su  alınır,  sonra  aminturşu  qalıqları 

bir-birilə  birləşir”  cümləsi  “Bu  zaman  bir  molekul  su  alınır,  sonra  aminturşu 

qalıqları bir-birilə birləşir” kimi yazılmalıdır. 

Səhifə 24-də “Hesablanılmışdır ki, molekul kütləsi 34000 olan zülalda 300-ə 

qədər  aminturşu  halqası  (bir  amin  turşusu  halqasının  molekul  kütləsi  orta 

hesabla 110 qəbul olunur) iştirak edir” cümləsi “Hesablanılmışdır ki, nisbi molekul 

kütləsi  34000  olan  zülalda  300-ə  qədər  aminturşu  halqası  (bir  amin  turşusu 

halqasının  nisbi  molekul  kütləsi  orta  hesabla  110  qəbul  olunur)  iştirak  edir”  kimi 

yazılmalıdır. 



Səhifə  26-da  “Mis  2-sulfat  duzunun  məhlulu  ilə  zülallar  bənövşəyi,  nitrat 

turşusu  ilə  sarı  rəngə  boyanır”  cümləsi  Zülal  məhluluna  əvvəlcə  mis  (II)  sulfat 

məhlulu,  sonra  isə  natrium-hidroksid  məhlulu  əlavə  edildikdə  məhlul  qırmızı-

bənövşəyi rəngə boyanır. Zülallar qatı nitrat turşusu ilə sarı rəngli birləşmələr əmələ 

gətirir” kimi yazılmalıdır. 

Səhifə 27-də “Məsələn, katalaza fermentinin molekul kütləsi 250000 q/mol 

olmasına baxmayaraq, molekul kütləsi kiçik (34) olan hidrogen-peroksid (H

2

O

2



molekulunu  parçalayır”  cümləsi  “Məsələn,  katalaza  fermentinin  molyar  kütləsi 

250000  q/mol  olmasına  baxmayaraq,  nisbi  molekul  kütləsi  kiçik  (34)  olan 



hidrogen-peroksid (H

2

O



2

) molekulunu parçalayır” kimi yazılmalıdır. 



Səhifə  28-də  “Karbohidratları  iki  qrupa  ayırırlar:  sadə  və  mürəkkəb

 

karbohidratlar. 

Sadə 

karbohidratlara 

– 

monosaxaridlər, 

mürəkkəb 

karbohidratlara  –  polisaxaridlər  deyilir”  fikrinin  “Karbohidratları  üç  qrupa 

ayırırlar:  monosaxaridlər,  disaxaridlər  və  polisaxaridlər”  kimi  yazılması  tövsiyə 

edilir.


 

Yenə  həmin  səhifədə  “Disaxarid  (saxaroza)  məişətdə  işlətdiyimiz  adi 

qənddir”  cümləsinin  Məişətdə  işlətdiyimiz  adi  qənd  (saxaroza)  disaxaridlərə 

misaldır” kimi yazılması tövsiyə edilir. 

Yenə həmin səhifədə “Bu zaman karbon qazı (CO

2

) və su (H

2

O) əmələ gəlir, 

sərbəst enerji ayrılır. 1q karbohidratın (qlükozanın) parçalanmasından 17,6 kC 

enerji  azad  olur”  cümləsi  “Karbohidratların  tam  parçalanmasından  karbon  qazı 

(CO


2

)  və  su  (H

2

O)  əmələ  gəlir.  q  karbohidratın  tam  parçalanmasından  17,6  kC 



enerji azad olur” kimi yazılmalıdır. 


 

Səhifə  28-29-da  “Lipidlər  –  irimolekullu  yağ  turşuları  ilə  spirtlərin 



birləşməsindən əmələ gəlir. Hüceyrədə rast gəlinən lipidlərə lesitin, xolesterin və 

s.  misal  ola  bilər”  Burada,  xolesterinin  lipidlərə  aid  edilməsi  fikri  düzgün  deyil. 

Çünki xolesterin maddəsinin tərkibində yağ turşusu yoxdur və kimyəvi baxımdan bu 

maddə spirtlərə aiddir.  

Səhifə 29-da “Bu zaman 1 q yağın parçalanmasından orqanizmdə 38,9 kC 

enerji ayrılır” cümləsinin “Bu zaman 1 q yağın tam parçalanmasından orqanizmdə 

38,9 kC enerji ayrılır” kimi yazılması məqsədəuyğundur.

 

Səhifə 30-da “Nisbətlərinə görə: A=T, S=Q” əvəzinə “Saylarına görə: A=T, 

S=Q” yazılmalıdır.

 

Yenə  həmin  səhifədə  “Sonra  bir  mol  su  ayrılır  və  bir  nukleotidin 



dezoksiribozası ilə qonşu nukleotidin fosfat turşusunun qalığı arasında oksigen 

atomu  vasitəsilə  kovalent  rabitə  yaranır.  Beləliklə,  bir  polinukleotid  zənciri 

bir-birilə  birləşir”  fikrinin  “Sonra  bir  mol  su  ayrılır  və  bir  nukleotidin 

dezoksiribozası ilə qonşu nukleotidin fosfat turşusunun qalığı arasında oksigen atomu 

vasitəsilə kovalent rabitə yaranır və bu zaman bir su molekulu ayrılır. Beləliklə, bu 

prinsip əsasında DNT-nin bir polinukleotid zənciri əmələ gəlir kimi yazılması daha 

məqsədəuyğundur. 



Səhifə 32-də r-RNT haqqında məlumat çox səthidir. Buraya “r-RNT hüceyrədə 

digər RNT-lərə (m-RNT və n-RNT) nisbətən ən çox rast gəlinir (85%). O, ribosomun 

tərkibinə  daxildir.  Struktur  funksiya  yerinə  yetirir.  Eyni  zamanda  ribosomun  aktiv 

mərkəzinin formalaşmasında iştirak edir” fikrinin əlavə olunması tövsiyə edilir. 

Yenə həmin səhifədə “Əvvəlcə DNT zənciri açılır, sonra onun ikiqat zənciri 

dezoksiribonukleaza  fermentinin  təsiri  ilə  istənilən  ucdan  aralanmağa  başlayır 

və  iki  müstəqil  zəncir  əmələ  gəlir”  fikri  düzgün  deyil.  Birincisi,  DNT-nin  ikiqat 

zənciri topoizomeraza fermentinin təsiri altında açılır. İkincisi, DNT açılandan sonra 

zəncirlər hidrogen rabitələri kəsən xelikaza fermentinin təsiri ilə bir-birindən aralanır. 

Üçüncüsü,  DNT  zəncirləri  DNT-polimeraza  fermentinin  köməyi  ilə  sintez  olunur. 

Dördüncüsü,  dezoksiribonukleaza  fermenti  DNT-ni  hidroliz  edərək  nukleotidlər 

halına salır və beləliklə, onun redublikasiyasında (ikiləşməsində) heç cür iştirak edə 

bilmir.  

Səhifə  36-da  “C

6

H

12

O

6

+2ADF+2H

3

PO

4

→2C

3

H

6

O

3

+2ATF+2H

2

O+200  kC” 

reaksiyası “C

6

H

12



O

6

+2ADF+2H



3

PO

4



2C

3

H



6

O

3



+2ATF+2H

2

O” kimi yazılmalıdır.



 


 

Yenə  həmin  səhifədə  “Əvvəlcə  qlikolizdə  əmələ  gəlmiş  süd  turşusu 



fermentlərin təsiri altında su ilə birləşir: 

C

3

H

6

O

3

+3H

2

O→3

 

CO



+ 12H

0

” fikrinin “Əvvəlcə qlikolizdə əmələ gəlmiş süd 

turşusu fermentlərin təsiri altında suyun iştirakı ilə parçalanmaya məruz qalır:  

C

3



H

6

O



+ 3H


2

O3

 

CO



+ 12H” kimi yazılması tövsiyə edilir.

 

 



Səhifə 37-də “2C

3

H

6

O

3

+6O

2

+36ADF+36H

3

PO

4

→36ATF+6CO

2

+42H

2

O+ 

+2600 kC Qlikolizdən fərqli olaraq ayrılan enerjinin 55%-i hüceyrədə ATF 

formasında  saxlanılır,  45  %-i  isə  istilik  halında  səpələnir.  Ümumiyyətlə,  son 

nəticədə  qlikoliz  və  oksigenli  parçalanma  nəticəsində  2+36=38  molekul  ATF 

sintez  olunur  və  38  x  40  =  1520  kC  enerji  ATF-də  toplanır.  Qlükozanın  tam 

parçalanmasının yekun tənliyi belədir: 

C

6

H

12

O

6

+6O

2

+38ADF+38H

3

PO

4

→38ATF+6CO

2

+44H

2

O+2800 kC  fikri

 

 



“2C

3

H



6

O

3



+6O

2

+36ADF+36H



3

PO

4



36ATF+6CO

2

+42H



2

O  Bu  zaman  2600  kC 



enerji  ayrılır.  Qlikolizdən  fərqli  olaraq  ayrılan  enerjinin  təqribən  55%-i  hüceyrədə 

ATF  formasında  saxlanılır,  təqribən  45  %-i  isə  istilik  halında  səpələnir. 

Ümumiyyətlə, son nəticədə qlikoliz və oksigenli parçalanma nəticəsində 

2+36=38 



mol ATF sintez olunur və 38 x 40 =1520 kC enerji ATF-də toplanır. Qlükozanın tam 

parçalanmasının yekun tənliyi belədir: 

C

6



H

12

O



6

+6O


2

+38ADF+38H

3

PO

4



      38ATF+6CO

2

+44H



2

O  Bu  zaman  cəmi 

2800 kC enerji ayrılır kimi yazılmalıdır.  

Səhifə  39-da  “Bu  da  20  aminturşunu  kodlaşdırmaq  üçün  kifayətdir” 

cümləsi “Bu da 20 növ aminturşunu kodlaşdırmaq üçün kifayətdir” kimi yazılmalıdır.  



Yenə  həmin  səhifədə  “Yalnız  üç  triplet  UAA,  UAQ  və  UQA  heç  bir 

aminturşunu kodlasdırmır”

 

cümləsinin “Eukariot orqanizmlərdə yalnız üç triplet- 



UAA,  UAQ  və  UQA  heç  bir  aminturşunu  kodlaşdırmır”  kimi  yazılması 

məqsədəuyğundur. 



Səhifə 40-da “n-RNT-nin sayı 20-dən az deyildir” cümləsinin  “Aminturşuları 

daşıması  baxımından  n-RNT-nin  növ  sayı  20-dən  az  deyildir”  kimi  yazılması  daha 

məqsədəuyğundur. 



Səhifə  41-də  “Sintez  olunan  aminturşuların  ardıcıllığı  m-RNT 

molekullarında  olan  triplet  ardıcıllığına  uyğun  düzülür”  cümləsinin  “Sintez 

olunan  zülalda  aminturşuların  ardıcıllığı  m-RNT  molekullarında  olan  triplet 

ardıcıllığına uyğun düzülür” kimi yazılması məqsədəuyğundur. 

 



10 

 

Səhifə  44-də  “ADF  +  F

3

4

H PO








ATF”  əvəzinə  “ADF  +  H

3

PO



4







ATF  + 



+H

2

O” yazılmalıdır. 



Yenə həmin səhifədə “Membranın xarici tərəfində mənfi yüklü elektronlar 

e



 ,

 

 daxilində isə müsbət yüklü H

+

 elektronlar toplanır” cümləsinin “Membranın 

xarici  tərəfində  mənfi  yüklü  elektronlar  e



, daxilində isə müsbət yüklü H

+

  protonlar 

toplanır” kimi yazılması tövsiyə edilir. 

Səhifə  45-də  “Beləliklə,  fotosintezin  işıq  mərhələsində  molekulyar  oksigen 

əmələ gəlir, ATF sintez olur, hidrogen atomu və “OH” radikalı əmələ gəlir, işıq 

mərhələsi  sona  çatır”  cümləsinin  “Beləliklə,  fotosintezin  işıq  mərhələsində 

molekulyar  oksigen  əmələ  gəlir,  ATF  sintez  olunur,  hidrogen  atomu  əmələ  gəlir  və 

işıq mərhələsi sona çatır” kimi yazılması məqsədəuyğundur. 

Səhifə  49-da  xromatidlərin  sentromerlə  profazada  birləşməsi  barədə  məlumat 

verilməsi tövsiyə edilir.  



Yenə  həmin  səhifədə  metafazada  bölünmə  vətərinin  əmələ  gəlməsinin  başa 

çatması barədə məlumat verilməsi tövsiyə edilir. 



Səhifə  53-54-də  “Çoxalmış  hüceyrələr  böyümə  zonasına  daxil  olur.  Bu 

zaman  çoxalma

 

dayanır,  ilkin  cinsiyyət  hüceyrələri  sürətlə  böyüyür. 

Spermatozoidlərə  nisbətən  yumurtahüceyrə  daha  çox  böyüyür”  cümləsində 

böyümə  zonasında  spermatozoid  və  yumurtahüceyrənin  olması  səhv  fikirdir. 

Buradakılar ilkin cinsiyyət hüceyrələridir. 

Səhifə

 

61-də  “Ümumiyyətlə,  ektodermadan:  sinir  sistemi,  hiss  orqanları, 

dəri və dəri törəmələri (tük, lələklər, dırnaqlar, buynuz və s.), dişin mina qatı, 

ağız,  burun,  anal  dəliyi,  qaraciyərin,  ağciyərin  və  mədəaltı  vəzi  epitelisi  əmələ 

gəlir”  cümləsi  “Ümumiyyətlə,  ektodermadan  sinir  toxuması,  hiss  orqanlarının 

reseptor  və  sinir  hissəsi,  dərinin  epidermisi  və  dəri  törəmələri  (tük,  lələklər, 

dırnaqlar,  buynuz  və  s.),  dişin  mina  qatı,  ağız,  burun,  və  anal  dəliyinin  epiteliləri 

əmələ gəlir” kimi yazılmalıdır. Qaraciyərin, ağciyərin və mədəaltı vəzinin epitelisi isə 

endoderma mənşəlidir. 



Yenə həmin səhifədə xordanın mənşəyi ətraflı izah edilməmişdir. 

Səhifə  66-da  koaservasiya  prosesinin  mahiyyəti  aydın  göstərilməyib.  Bu 

hadisənin  “Koaservasiya  hadisəsi  ondan  ibarətdir  ki,  bəzi  şəraitdə  məsələn, 



elektrolitlərin  iştirakı  ilə  yüksək  molekullu  maddələr  məhluldan  çöküntü  halında 

deyil,  daha  yüksək  qatılığa  malik  koaservat  məhlul  halında  ayrılır”  kimi  izah 

edilməsi tövsiyə edilir.

 



11 

 

Səhifə 68-də “Yerin geoxronoloji cədvəli iki yerə bölünür” cümləsinin “Yerin 



geoxronoloji cədvəli üç yerə (eona) bölünür” kimi yazılması tövsiyə edilir. 

Yenə  həmin  səhifədə  “Arxey  (yun.“arxeos”-qədim)  ən  qədim  era  olub 

3,5 mlrd.  il  əvvəl  yaranmış,  1  mlrd.  il  davam  etmişdir”  cümləsində  arxeyin  ən 

qədim era kimi götürülməsi düzgün deyil. Cədvəldə isə düzgün olaraq ən qədim era 

katarxey göstərilmişdir. 

Yenə  həmin  səhifədə  “Beləliklə,  Arxeydə  böyük  aromorfozlar olan:  nüvəli 

(eukariot)  hüceyrələr,  cinsiyyətli  çoxalma,  fotosintez  və  çoxhüceyrəlilik  əmələ 

gəldi” cümləsi düzgün deyil. Əslində, bitkilərdə çoxhüceyrəlilik proterozoy erasının 

axırında əmələ gəlib. Heyvanlarda isə çoxhüceyrəlilik proterozoy erasının ortalarında 

əmələ gəlmişdir. 

Yenə həmin səhifədə “Fotosintezin yaranması ilə əlaqədar canlılar: bitki və 

heyvanlara  ayrıldı”  cümləsi  düzgün  deyil.  Fotosintezin  yaranması  ilə  əlaqədar 

qırmızı,  yaşıl  bakteriyalar  və  sianobakteriyalar  –  fototrof  bakteriyalar  əmələ 

gəlmişdir.  

Səhifə  67,  70,  73  və  s-də  aromorfoz  termininin  adı  çəkilir,  lakin  bu  anlayışın 

açıqlanması  növbəti  fəsildə  verilir.  Aromorfoz  termininin  mənasının  əvvəlki 

səhifələrdə verilməsi məqsədəuyğundur. 

Səhifə 78-də “Linney sistematikaya onun sələfləri (Con Rey, A. Çezalpino) 

tərəfindən  təklif  edilmiş  latın  sözləri  ilə  binominal  nomenklatura,  yəni  hər  bir 

növə,  cinsə,  dəstə  və  sinfə  ikiqat  ad  vermək  prinsipini  daxil  etdi”  cümləsinin 

Linney sistematikaya onun sələfləri (Con Rey, A. Çezalpino) tərəfindən təklif edilmiş 



latın  sözləri  ilə  binominal  nomenklatura,  yəni  hər  bir  növə  ikiqat  ad  vermək 

prinsipini elmə daxil etdi” kimi verilməsi tövsiyə edilir. Burada göstərmək lazımdır 

ki,  K. Linneyin  sistematikasında  4  təsnifat  vahidi  (növ,  cins,  dəstə  və  sinif) 

verilmişdir.   

Səhifə 109-110-da “Mimikriya”, “Qoruyucu rəng”, “Xəbərdarlıqedici rəng” 

ayrı-ayrı yarımbaşlıqlar kimi verilmişdir. Əslində isə bu anlayışların üçü də qoruyucu 

rənglərdir.  Bu  anlayışların  ümumi  şəkildə,  “Qoruyucu  rənglər:  mimikriya, 

xəbərdarlıqedici rəng (mühitə uyğun)” kimi yazılması tövsiyə edilir. 

 Səhifə  118-də  şəkil  81-ə  əsasən  eohippus,  hipparion  bilavasitə  müasir  atın 

əcdadlarıdır. Lakin onlar kor şaxələrdir, əcdad hesab oluna bilməz.

 

  

 




12 

 

2. Dil və yazı üslubu baxımından 



 

Dərslikdə  nəzərdə  tutulmuş  materialların  dili  sadə  və  başadüşüləndir. 

Mətnlərdəki  fikirlərin  ifadə  tərzi  şagirdlərin  yaş  xüsusiyyətlərinə  uyğundur.  Yeni 

termin və sözlərin izahları verilib. Mətnlərdə qrammatik və orfoqrafik qaydalara əməl 

olunub.  

Səhifə 55-də “rediksion” sözü əvəzinə reduksion yazılmalıdır.  

Səhifə 118-də “V.O. Kovolevski” əvəzinə “V.O. Kovalevski yazılmalıdır. 

 

3. Dizayn və bədii tərtibat baxımından 

 

Dizayn və bədii tərtibat baxımından dərslik qənaətbəxşdir. İstifadə edilən şriftlər 

müvafiq yaş qrupuna uyğundur. Mövzularda istifadə olunan şəkil, sxem və cədvəllər 

mövzunu tam əhatə edir. 



Səhifə  14-də  şəkil  13-də  “mikroborucuqlar”  həm  də  “hüceyrə  mərkəzi” 

adlandırılıb. Buna düzəliş edilməsi tövsiyə edilir. 



Səhifə  50-də  şəkil  32-də  profaza  mərhələsində  hüceyrə  mərkəzinin  bir 

sentrioldan, metafaza və başqa fazalarda isə iki sentrioldan təşkil olunması göstərilir. 

Elə başa düşülür ki, sentriolların ikiləşməsi profazada baş verir. Əslində isə onların 

ikiləşməsi adətən interfaza mərhələsinə (G

1

 və S fazaların arasında) düşür. 



Dərslikdəki  bir  çox  şəkillər  (  məsələn,  səh.  43,  şəkil  28)  keyfiyyətsiz  olub 

şagirdlər üçün əyani deyil.  



 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

Dərslikdə  verilmiş  sual  və  tapşırıqlar  biliklərin  tətbiqinə  və  mövzunun 



möhkəmləndirilməsinə yönəlmişdir.  

 

5. Digər dərsliklə (Ümumi biologiya 10-cu sinif 

T. Mikayılov və b.) olan fərqlər baxımından 

 

Səhifə 10-da “Sitoplazma və onun orqanoidləri” mövzusuna vakuol haqqında 

məlumatın  daxil  edilməsi  tövsiyə  edilir.  Bu  haqda  məlumat  digər  dərslikdə  ətraflı 

verilib. 



13 

 

Səhifə 11-də “Ribosomların böyük və kiçik hissəcikləri nüvədə əmələ gəlir, 



ölçüsü  15-22  nm  olan  dairəvi  cisimciklərdir”  cümləsində  ribosomun  ölçüsü  digər 

dərslikdə “15-35 nm” göstərilib. Bu rəqəmlərin dəqiqləşdirilməsi tövsiyə edilir. 



Səhifə 118-də şəkil 81-də atın təkamülü eohippusdan başlayır. Digər dərslikdə 

olduğu kimi atın təkamülünün fenakodusdan başlamağı tövsiyə edilir. 

 

Nəticə 

 

1. Dərslik tədris proqramındakı mövzuları tam  əhatə edib, verilmiş məlumatlar 



elmi-metodiki baxımdan dəqiq ifadə edilib.  

2. Mövzular elmi-metodiki baxımından şagirdlərin yaş səviyyəsinə uyğun tərtib 

olunub. 

3.  Dərslikdəki  materiallar  fənn  üzrə  bilik  və  bacarıqların  formalaşdırılmasına 

imkan verir. 

4. Dərslikdə müəyyən mövzular üzrə bir sıra qüsurlara da rast gəlinir. 



 

Yüklə 109,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə