Dərsliklə bağlı tqdk-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər



Yüklə 68,25 Kb.
Pdf görüntüsü
tarix17.04.2018
ölçüsü68,25 Kb.
#38769
növüDərs


 


 

 



 

 

Respublikanın ümumtəhsil məktəblərinin  

11-ci sinifləri üçün “Azərbaycan dili” dərsliyi  

 

 

Müəlliflər: Tofiq Hacıyev 

                     Nizami Cəfərov 

                      Nizami Xudiyev 

 

 

Bakı: Aspoliqraf, 2012. 

 

 

Dərsliklə bağlı TQDK-ya daxil olmuş və açıq 

müzakirələrdə bildirilmiş  qeydlər, iradlar və təkliflər 

əsasında hazırlanmış 

 

 



YEKUN RƏY 

 

 


 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmunun işlənməsi baxımından; 

2. Dil və yazı üslubu baxımından; 

3. Dizayn və bədii tərtibat baxımından; 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından. 

 

1. Məzmunun işlənməsi baxımından 

 

Respublikanın  ümumtəhsil  məktəblərində  qüvvədə  olan  tədris  proqramına 



uyğun  hazırlanmış  dərslik  160  səhifədən,  proqram  və  mündəricatdan  ibarətdir. 

Dərslik  proqramın  tələblərinə  uyğun  olaraq,  10-cu  sinifdə  keçilmişlərin  təkrarı, 



“Dilin  quruluşu”,  “Üslubiyyat”,  “Rabitəli  nitqin  inkişafı”,  “İl  ərzində 

keçilmişlərin təkrarı” mövzularını özündə əks etdirir. Dərslikdə şagirdlərdə mövcud 

proqrama uyğun bilik, bacarıq və vərdişlərin formalaşdırılması ilə bağlı elmi-nəzəri, 

metodik tələblər, əsasən, gözlənilmiş, şagirdlərin yaş səviyyəsi nəzərə alınmışdır. 

Dərsliyin  məzmunu  gənc  nəslin  təlim-tərbiyəsi  vəzifələrinə  xidmət  edir. 

Xüsusən  çalışmaların  məzmunu  vətənpərvərlik,  mənəvi-estetik  tərbiyə  imkanlarını 

reallaşdırmağa zəmin yaradır. 

Bununla yanaşı, dərslikdə müəyyən qüsurlar, təkmilləşdirməyə ehtiyac duyulan 

məsələlər var. Bunlar aşağıdakılardır:  

Dərsliyin  əvvəlində  şagirdlərə  kursun  məzmunu,  öyrəniləcək  məsələlərin 

əhəmiyyəti ilə bağlı giriş səciyyəli müraciətə ehtiyac var. 



Səhifə 3-4.  “Mənim  dövlət  dilim”  başlıqlı  giriş səciyyəli  mətndə  Azərbaycan 

Respublikasının dövlət dilinin  Azərbaycan dili olması barədə Konstitusiyanın 21-ci 

maddəsi,  Ulu  öndər  H.Əliyevin,  N.Nərimanovun,  Ö.F.Nemanzadənin,  Azərbaycan 

dili  haqqında  ibrətamiz  fikirləri  verilmişdir.  Daha  sonra  O.Sinanoğlundan  sitat 

gətirməklə  bir  alman  aliminin  türk  dili  haqqında  fikri  verilmişdir.  Amma  nə 

O.Sinanoğlu, nə də alman alimi haqqında heç bir məlumat verilməmişdir. Bu barədə 

kiçik qeyd şəklində olsa da, məlumat verilməsi yaxşı olar. 

  10-cu  sinifdə  keçirilmişlərin  təkrarına  proqram  üzrə  2  saat  ayrılsa  da, 

qazanılmış  biliklərin  təkrarı  ilə  bağlı  işin  məzmunu  dərslikdə  açıqlanmamış, 

şagirdlərə bu barədə heç bir sual və tapşırıq verilməmişdir. 

  Proqram  üzrə  “Dilin  quruluşu.  Morfoloji  quruluş”  fəslində  aşağıdakı 

məsələlərin  aydınlaşdırılması  nəzərdə  tutulur:  “Morfologiya.  Morfologiya  nitq 




 

hissələri  haqqında  təlim  kimi.  Əsas  nitq  hissələrinin  qrammatik  mənası, 



morfoloj  əlaməti  və  sintaktik  vəzifələri.  Köməkçi  nitq  hissələri  və  onların 

qrammatik  məna  və  vəzifələri.  Sintaksis,  söz  birləşməsi  və  cümlə  sintaktik 

vahidlər kimi”.  

Şagirdlər  əsas  və  köməkçi  nitq  hissələrinin    qrammatik  xüsusiyyətlərini,  söz 

birləşməsi və cümlənin sintaktik vahid  olmasını bilməli, sözün qrammatik məna  və 

rolunu  izah  etməyi,  söz  birləşməsi  və  cümlələrdən  nitqində  sintaktik  vahid  kimi 

istifadə etməyi bacarmalıdırlar (səh. 157). 

Səhifə  5.  Adlardan  isim  düzəldən  şəkilçilər  içərisində  -laq  şəkilçisi  də  qeyd 

edilir və “yaylaq, qışlaq” sözləri misal gətirilir. Halbuki bu sözlər yay-la-q, qış-la-q 

tərkibinə  malikdirlər.  Yaxud  mübahisəli  olduğu  üçün  bu  kimi  məqamları  qeyd 

etməmək tövsiyə edilir. 



Səhifə 5. Köməkçi nitq hissələrinin təsnifatı 6-7-ci siniflər üçün dərslikdəkindən 

fərqli verilir ki, bu da şagirdin mövzunu dəqiq mənimsəməsinə mane olur.  



Səhifə  7.  Verilmiş  təsnifatda  prinsip  pozulması  halları  var.  Beləki,  mürəkkəb 

isimlərin  yaranması  yollarının  doqquzu  struktura,  ikisi  mənaya  əsaslanır  ki,  bu  da 

dolaşıqlıq yaradır. 

Həmin səhifədə isim düzəldən bir çox məhsuldar və çox işlənən şəkilçilər qeyd 

edilməmişdir: -gil, -gər, -keş, -i, -vi, -ıq,-ik,-uq,-ük və s. 

Səhifə  7.  Mücərrəd  isimlərə  nümunə  olaraq  yalnız  düzəltmə  isimlər  göstərilir: 

yoldaşlıq,  dostluq,  sevgi.  Halbuki  mücərrəd  isimlər  quruluşca  sadə  də  olur:  arzu, 

xəyal,  fikir  və  s.  Dərslikdə  bu  cəhətin  nəzərə  alınıb  mürəkkəb  mücərrəd  isimlərlə 

yanaşı, sadə mücərrəd isimlərə də nümunə göstərilməsi yaxşı olar. 



Səhifə  7.  Əks  mənalı  sözlərin  birləşməsindən  yaranan  mürəkkəb  sözlər 

içərisində “daş-kəsək” qeyd edilir ki, bunları əks mənalı sözlər hesab etmək olmaz.  



Səhifə  9.  İsmin  hallarının  cümlədə  rolundan  danışılanda  təyin  ola  bilməsi 

göstərilir. Səhifə 12-13-də hansı halın təyin olduğu göstərilmir. 



Səhifə 14-15. Düzəltmə isimlərdən danışarkən onların həm milli, həm də alınma 

şəkilçilərlə  yarandığı  bildirilir  və  onlar  ayrı-ayrı  təsnif  olunur.  Lakin  sifətlərdə  bu 

barədə danışılmır.  

Sifətin  dərəcələrini  əmələ  gətirən  şəkilçilərin  hansı  şəkilçidən  olduğu  (leksik, 

yoxsa qrammatik) vurğulansa idi, daha yaxşı olardı.  

Səhifə  15.  Sifət  düzəldən  leksik  şəkilçilərdən  bəziləri  göstərilməyib.  Məsələn, 

-qan, -kən, -yı (xurmayı) və s. 



 

Səhifə  16.  Çoxaltma  dərəcəsinin  morfoloji  üsulla  yaranması  ilə  bağlı  nəzəri 

məlumatda  deyilir  ki,  sifətin  ilk  hecasının  sonuna  müvafiq  olaraq  m,p,r  samitləri 

artırılır. Bu zaman samitinin də qeyd edilməsi məqsədəuyğundur: “dosdoğma”.  



Səhifə 16. “Gödərək” sözü “gödə-rək” tərkibi şəklində təqdim olunur, halbuki 

müasir  Azərbaycan  dilində  “gödə”  sözü  yoxdur.  İltisaqilik  prinsipi  və  şəkilçi 

ayrılarkən  kökün  müstəqil  məna  bildirməsi  qaydasına  əsasən,  kökü  dəyişmiş  sözlər 

tərkibinə  görə  təhlil  edilmir.  Məsələn:  lüğəvi,  kimyəvi.  Bu  baxımdan  müəyyən 

dolaşıqlıq yaranır. 

Səhifə  22.  “O,  bu”  sözləri  sinonim  əvəzlik  kimi  verilir,  halbuki  onlar  başqa-

başqa mənalara malikdir. Onlar qrammatik-funksional cəhətdən bir bölgüyə daxildir. 



Səhifə  23.  “Kim  isə,  nə  isə”  qeyri-müəyyən  əvəzliklərinin  birinci 

komponentinin hal və mənsubiyyət şəkilçisi ilə işləndiyi göstərilir. Halbuki bu fikir 

artıq  köhnəlib,  şagirdlərdə  dolaşıqlıq  yarada  bilər.  Əslində  indi  bu  fikir  “kimsə, 

nəsə” əvəzliklərinə aid edilməlidir.  

Səhifə  23.  “Bəzi”  sözü  doğru  olaraq  təyini  əvəzlik  içərisində  verilsə  də,  6-cı 

sinif dərsliyində qeyri-müəyyən əvəzlik hesab edilir.  



Səhifə  25.  “Xudahafizləş”  sözü  mürəkkəb  fel  kimi  təqdim  edilir,  halbuki 

“hafiz” müasir dilimizdə ümumi söz kimi yoxdur.  

Səhifə 26-da yazılır: “Bəzən cümlə daxilində təsirli fellər təsirlik halda olan 

sözlə  bərabər  işlənmədiyindən,  yalnız  həmin  cümlə  daxilində  təsirsiz  felə 

çevrilir:  “Mən  Bakıda  oxuyuram”.  Fikir  səhvdir,  çünki  “oxumaq”  sözü  omonim 

söz  olaraq,  həm  də  “təhsil  almaq”  mənasına  malikdir.  Birinci  halda  təsirli  (kitab 

oxumaq), ikinci halda təsirsiz feldir.  

Səhifə 27. Şəxssiz növ ayrıca təqdim olunur, proqramda və 8-ci sinif dərsliyində 

ayrıca növ kimi verilmir, məchul növün daxilindədir. 



Səhifə  28-də  yazılır:  “Felin  əmr  şəkli  hərəkətin  icrasını  indiki,  eləcə  də 

gələcək  zamanla  bağlayır”.  Əmr  şəklindəki  işi  indiki  zamanla  bağlamaq  düzgün 

deyil, çünki istənilən səviyyədə əmrdə iş göstərişdən sonra olur. 



Səhifə 30. “-ıb” nəqli keçmiş zaman şəkilçisinin ancaq üçüncü şəxsdə işlənidiyi 

qeyd olunur, halbuki bu şəkilçi II şəxs tək və cəm də işlənir: Vaxtında gəlibsən.  



Səhifə  38.  “Yavaşca”  düzəltmə  söz  kimi  təqdim  olunur,  amma  buradakı  -ca 

leksik  şəkilçi  yox,  ədatdır.  Məlumdur  ki,  leksik  şəkilçi  yeni  söz    yaradır,  amma 

burada  qüvvətləndirmə  funksiyasında  işlənib.  Digər  tərəfdən  “yavaşca”  sözü  sifət 

kimi  işlənə  də  bilir  və  bu  zaman  bir  qayda  olaraq,  o  çoxaltma  dərəcəli  sifət  kimi 




 

qəbul  olunur:  “Yavaşca  bir  hərəkətlə  uşağı  kənara  çəkdi”.  Mürəkkəb  zərflərdən 



danışarkən  ayrı  yazılan  (tərkibi)  zərflərdən  danışılmır.  Məlum  olmur  ki,  bu  an,  bu 

gün, hər zaman və s. tipli birləşmələr nitq hissəsi (zərf) sayılır, yoxsa yox.  



Səhifə 41. -kimi, -qədər, -can, -dək qoşmaları yalnız məsafə bildirən qoşmalar 

kimi təqdim edilir, 8-ci sinif dərsliyində isə bu qoşmalar həm də zaman qoşması kimi 

verilir. 

Səhifə  47.  Səs  təqlidi  sözlərin  nida  olduğu  göstərilir,  hətta  arqument  kimi 

nidaların  düzəltmə  söz  yaradıcılığında  iştirakı  önə  çəkilir.  Səs  təqlidi  söz  nida 

olmadığı  kimi,  nidaların  söz  yaradıcılığında  iştirak  etməsi  fikri  də  səhvdir  (yalnız 

“uf” nidası istisnadır). 

Nümunələrin təqdimində müəyyən səhvlər var. 

Səhifə  47-49.  Nida  haqqında  məlumat  digər  köməkçi  nitq  hissələrinə  nisbətən 

çoxdur. 


Səhifə  48-49.  Hiss-həyəcanı  ifadə  etmək  üçün  istifadə  edilən  bəzi  əsas  nitq 

hissəsinə  aid  sözlər  də  nida  kimi  təqdim  olunur:  Allah-Allah,  haray,  aman,  ədə 



(vokativ söz), Rəb, dədə, səni, dəhşət, nə deyəsən, bəs belə və s. 

Səhifə  51.  II  növ  təyini  söz  birləşməsinin  tərəfləri  arasında  həm  idarə,  həm 

uzlaşma  əlaqəsinin  olduğu  qeyd  olunur,  8-ci  sinif  dərsliyində  isə  yalnız  uzlaşma 

əlaqəsi göstərilir. 

Səhifə  55.  Mübtədanın  ifadə  vasitəsindən  danışarkən  onun  nitq  hissələri  və 

sərbəst söz birləşmələri ilə ifadə olunduğu bildirilir. Halbuki sabit söz birləşmələri– 

frazeoloji birləşmələr də mübtəda ola bilir: Mənəm-mənəm demək yaxşı əlamət deyil. 

Səhifə  66.  Nəzəri  məlumatda  xitabların  cümlə  üzvü  olmaması  və  bunun 

sintaktik təhlil zamanı diqqət mərkəzində saxlanılmasının zəruriliyi qeyd edilməli idi. 



Səhifə  76.  “Üslubiyyat”  haqqında  nəzəri  məlumatın  dili,  üslubu  şagirdlərin 

yaş  və  qavrama  səviyyəsinə  uyğun  deyil,  ali  məktəb  dərsliyindəki  mətni  xatırladır. 

Sadələşdirmələrə ehtiyac var. Məsələn, dərslikdə yazılır: “Funksional üslublar milli 

ictimai  təfəkkürün  müxtəlif  sahələrini  əks  etdirir,  dil  vahidləri  də  həmin 

sahələrin  tələbi  ilə  seçilib  sistemləşir”.  Məktəb  təcrübəsində  bu  cümləni  oxuyan 

şagird belə bir sualla qarşılaşır:  Milli ictimai təfəkkür nədir?  Dil vahidlərinin seçilib 

sistemləşməsi nə deməkdir? Buna görə də, həmin fikri şagirdlərin bilik və qavrama 

səviyyəsinə uyğun şəkildə  daha aydın şərh etmək məqsədəuyğundur. 

Bu  fikri  “Üslubiyyat  haqqında  məlumat”  mətnindəki  ictimai  təfəkkürdə 

diferensiasiya  və inteqrasiya  prosesi ilə bağlı cümlələrə də aid etmək olar. 




 

Səhifə  84.  115-ci  çalışmada  M.Arazın  “Azərbaycan-dünyam  mənim” 

şeirindən  verilmiş  nümunədə  ixtisar  düzgün  aparılmayıb.  İxtisar  olunmuş  əvvəlki 

bəndin son misrasının saxlanılması şeirin ahəngini pozur. Bu misra çıxarılmalıdır: 



“Biz Bakının ilk səadət carçılarıyıq”. 

Səhifə 87. § 17-nin adı “Bədii təsvir və ifadə vasitələri” olmalıdır. 

Səhifə  115-118.  Rəsmi  və  işgüzar  sənədlərə  konkret  nələrin  aid  edilməsinin 

göstərilməsi məqsədəuyğundur.  

 

2. Dil və yazı üslubu baxımından 

 

Dərslik  dil  və  üslub  baxımından  ənənəvi  dərsliklərə  verilən  tələblərə  əsasən, 



uyğundur. Bununla yanaşı, müasir tələbləri nəzərə alaraq, dil qaydalarına dair nəzəri 

məlumatlarda, eləcə də bəzi çalışmaların şərtində şagirdlərin yaş  və bilik səviyyəsi, 

qavrama  xüsusiyyətləri nəzərə  alınaraq, müəyyən  sadələşdirmələr  aparmağa  ehtiyac 

vardır.  Xüsusən  dil  qaydaları  dil-üslub  baxımından  ali  məktəb  dərsliklərindən 

fərqlənmir.  Məsələn,  Publisistik  üslub  (səh.  98),  Məişət  üslubu  (səh.105),  Məişət 

üslubunun yaranma şəraiti (səh.109) və s. 



Səhifə 7. “Zir-zibil” sözü orfoqrafiya lüğətində bitişik verilib. 

Səhifə  9.  Aşağıdan  ilk  iki  sətirdə  “həkimim,  həkiməm”  sözlərindəki  şəkilçi 

qrammatikdir, ancaq leksik şəkilçi işarəsi qoyulub.  



Səhifə  13.  “Yiyəlik  halda  olan  isim  başqa  sözlə  əlaqəyə  girib,  hər  hansı 

cümlə  üzvü  olur”  cümləsinə  “birlikdə”  sözü  əlavə  olunmalıdır  ki,  fikir  düzgün 

anlaşılsın.  

Yenə həmin səhifədə ikinci qeyddə “həmişə” sözü əvəzinə, “bir qayda olaraq” 

yazılmalıdır.  Çünki  qeyri-müəyyən  yiyəlik  halda  olan  söz  istisna  halda  aid  olduğu 

sözdən aralansa da, müəyyən təsirlik hala düşmür (Bir kitab sənə almışam).  

Səhifə 22. “O, bu” əvəzliklərindən sonra fel və köməkçi nitq hissələri gəldikdə 

(modal söz istisnadır) vergül işarəsinin qoyulmaması göstərilir. Halbuki feli sifət də 

istisna təşkil edir. 

Səhifə 37. Səhvən “göndərilmiş” sözünün son şəkilçisinin (-miş) üstündə leksik 

şəkilçinin işarəsi qoyulmuşdur. 



Səhifə 46-47. “Müstəqil lüğəvi məna ifadə edən, qrammatik kateqoriyalara 

malik  olan  əsas  nitq  hissələrindən,  cümlədə  həmin  sözlər  arasında  qrammatik 

əlaqələr yaradan köməkçi nitq hissələrindən fərqli olaraq nidalar nə leksik, nə 

də qrammatik məna daşıyır” cümləsi çətin anlaşılır. 


 

Səhifə  62.  Çalışma  92-də  “Qız  getdi,  amma  mənim  ürəyimi  də  özüylə 



apardı” cümləsinin başqa bir cümlə ilə əvəz olunması daha məqsədəuyğundur. 

Səhifə 64. Vasitəsiz nitqə aid verilmiş nümunədə dırnaq işarəsi qoyulmamışdır. 

Səhifə 66. “Xitab” bəhsində “Gözəl qız, hara yollanırsan?” cümləsinin başqa 

bir cümlə ilə əvəz olunması daha məqsədəuyğundur. 



Səhifə  73.  “Qeyd  3-də”  düzəliş  olmalıdır:  “Qarşılaşdırma  budaq  cümləli 

tabeli  mürəkkəb  cümlə  xüsusiləşmiş  zərfliklər  vasitəsi  ilə  sadə  cümləyə  çevrilə 

bilir”. 

Səhifə  84.  M.Arazın  “Azərbaycan-dünyam  mənim”  şeirinin  “Azərbaycan 

qatarı  yollara  çıxdı”    misrasında  da  ədatı  düşüb.  Şeirin  qeyd  olunan 

misrası“Azərbaycan qatarı da  yollara çıxdı kimi olmalıdır. 



Səhifə 85.  “Poetizm-bədii  sözdür”  cümləsində  tire  artıqdır. Belə  vəziyyət  bir 

neçə dəfə təkrar olunur. 



Səhifə 91. “Qədim” sözü ilə başlayan abzasda çətin, anlaşılmayan cümlələr var. 

Səhifə 105. “Məişət dili, dediyimiz nitq təzahürü də yazılı dilə qarşı durur” 

cümləsində vergül artıqdır. 



Səhifə 106. Üç nöqtədən sonrakı hissə bütünlükdə anlaşılmazdır. 

“Adətən” modal sözündə vergül işarəsindən hər yerdə istifadə etmək lazımdır, 

halbuki bəzi yerlərdə qoyulur (səh.47, 71, 77). 



 

3. Dizayn və bədii tərtibat baxımından 

 

Dərsliyin  bədii  tərtibatı  və  dizaynı  qənaətbəxşdir.  Tədris  proqramına  uyğun 



olaraq,  dil  qaydaları  fərqləndirilmiş  şəkildə  verilmişdir.  Dil  qaydalarına  aid 

çalışmaların şərtləri də göy rənglə fərqləndirilmişdir. Lakin dərslikdə dil qaydalarına 

aid  illüstrativ  materiallardan,  cədvəllərdən,  rəsmlərdən  istifadə  olunmamışdır.  Belə 

cədvəl  və  sxemlərin,  rəsmlərin  verilməsi  əyanilik,  dil  qaydalarının  mənimsənilməsi 

baxımından məqsədəuyğun olar. 

Çalışmalardakı şeir nümunələri nəsrdən fərqli olaraq, kiçik şriftlərlə verilmişdir.  

 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

Dərslikdəki  tapşırıqlar  elmi-metodiki  tələblərə  müvafiqdir.  Şagirdlərin  dil 



qaydaları  üzrə  mənimsədiyi  biliklərin  praktikada  tətbiqinə,  nəticə  etibarilə  nitq 


 

mədəniyyətinin  formalaşdırılmasına  zəmin  yaradır.  Müxtəlif  formatlı tapşırıqlardan, 



çalışmalardan, test tapşırıqlardan istifadə olunub. 

Bununla  yanaşı,  tapşırıqlarda  elmi-metodiki  baxımdan  təkmilləşdirilməyə 

ehtiyacı olan məsələlər də var. 

Səhifə 8. İsmə aid 1-ci çalışmada şagirdlərə mətndəki mücərrəd mənalı isimləri 

seçib  yazmaq  tapşırığı  verilir.  Həmin  mətn  üzrə  digər  tapşırıqlarda  isə  felin 

qrammatik  məna  növləri,  sinonimlər,  tələffüzü  ilə  yazılışı  bir-birindən  fərqlənən 

sözləri  seçib  tələffüz  formasında  yazmaq  tələb  olunur.  Beləliklə,  isim  mövzusu  bir 

növ kənarda qalır, digər mövzular üzrə tapşırıqlar şagirdi əsas hədəfdən yayındırır. 

Səhifə  63-65.  Vasitəli  və  vasitəsiz  nitq    haqqında  nəzəri  məlumat  əsasən,  orta 

əsrlərə  aid  bədii  nümunələr  əsasında  şərh  olunur,  klassik  ədəbiyyatdan  (məsələn, 

M.Füzulinin  “Şikayətnamə”,  “Meyvələrin  söhbəti”  əsərlərindən)  nümunələr 

verilib. Müasir şagirdin söz birləşməsi və cümlənin sintaktik vahid olmasını bilməsi 

üçün  klassik  ədəbiyyatdan  nümunələrin  verilməsi  məqsədəuyğun  deyil.  Məsələn, 

dərslikdə  klassik  şeir  dilində  dialoq  tipində  vasitəsiz  nitqin  yığcamlığa  xidmət 

etməsinə sübut kimi aşağıdakı nümunə göstərilir: 

“Dilbər aydır: ey Nəsimi, sabir ol, qılma fəğan, 

Mən bu gün səbr eyləsəm, danla, fəğanı neylərəm?”   

Dil  dərslərinin  başlıca  məqsədi  şagirdlərin  nitq  mədəniyyətini  formalaşdırmaq 

olduğundan, müasir nitq modellərinə üstünlük verilməlidir. 

Səhifə  66.  Xitab  haqqında  nəzəri  məlumatdan  sonra  “a,  ey,  ay”  vasitəsilə 

yaranan xitablara aid tapşırığın verilməsi faydalı olar. 



Səhifə 67. Çalışma 97-nin şərti şagird üçün aydın ifadə edilməyib: “Xitabların 

bədii  rəmzini  açın”.  Şagirdin  müstəqil  şəkildə  bu  tapşırığın  şərtini  başa  düşməsi 

mümkün deyil. 

Fənn üzrə proqramda rabitəli nitqin inkişafına 16 saat ayrılmışdır. Bu bölmədə 

aşağıdakıların mənimsədilməsi nəzərdə tutulur:  



Nitq. 

Nitq 

fəaliyyətinin  növləri:  başqasının  nitqini  qavramaqla 

bağlı(dinləyib anlama, oxu), öz fikrini ifadə etməklə bağlı ( danışma, yazı). 

Bədii  və  elmi  üslublarda  təsviri  və  mühakimə  xarakterli    yazılı  və  şifahi 

mətnlər (inşalar). 

Əməli yazı: hesabat, protokol, iş planı. 

Verilmiş tapşırıqların icrası şagirdlərin mətnin təhlili, tərtibi, təkmilləşdirilməsi 

üzrə  bacarıqlara  yiyələnməsini  nəzərdə  tutur.  Lakin  proqramda  16  saat  ayrılsa  da, 



10 

 

dərslikdə rabitəli nitqin inkişafı ilə bağlı çalışma və tapşırıqlar verilməmiş, təsviri və 



mühakimə xarakterli yazılı və şifahi inşalar, hesabat, protokol, iş planı yazılması kimi 

əməli yazı növləri üzrə iş, demək olar ki, nəzərdə tutulmamışdır.  

Fənn proqramında (səh.158) il ərzində keçilmişlərin təkrarına 5 saat ayrılmışdır. 

Dərsliyin son bölməsində isə 5-11-ci sinifdə keçilənlərin təkrarı və sistemə salınması 

üçün çalışma və tapşırıqlar nəzərdə tutulmuşdur.  

Dərsliyin  gələcək  nəşrlərində  fənn  proqramı  ilə  dərslik  arasındakı  bu  kimi 

uyğunsuzluqların aradan qaldırılması zəruridir. 

 

Nəticə 

 

1.  Dərslikdəki  materiallar  şagirdlərdə  qüvvədə  olan  tədris  proqramına  uyğun 



bilik, bacarıq və vərdişlərin formalaşdırılması ilə bağlı elmi-nəzəri, metodik tələblərə 

əsasən, cavab verir. 

2.  Tədris  materiallarının  təqdimatında  şagirdlərin  yaş  səviyyəsi  əsasən,  nəzərə 

alınmışdır. 

3.  Şagirdlərin  nəzəri  materialı  daha  yaxşı  mənimsəməsi,  yaradıcı  tətbiqetməsi 

üçün  biliklərin  tətbiqini  tələb  edən,  müəyyən  qədər  məntiqi  düşüncəyə  əsaslanan 

tapşırıqların sayının və çeşidliliyinin artırılması tövsiyə edilir. 

4.  Aşağı  sinif  dərsliklərindəki  nəzəri  məlumatlar  ilə  ziddiyyət  yaradan,  elmi 

mübahisə doğuran məqamların ixtisar olunması tövsiyə edilir. 

5.  Bir  çox  mövzuların  izahı  zamanı  cümlələrin  şagirdlərin  yaş  və  bilik 



səviyyəsinə uyğun olaraq redaktə edilməsi təklif edilir.

 

Yüklə 68,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə