Dərsliklə bağlı tqdk-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər



Yüklə 182,96 Kb.
Pdf görüntüsü
tarix22.05.2018
ölçüsü182,96 Kb.
#45618
növüDərs


 


 

 



 

Respublikanın ümumtəhsil məktəblərinin  

  10-cu sinifləri üçün “Gənclərin çağırışaqədərki 

hazırlığı” dərsliyi 

 

 

                            Müəlliflər:   Həbib Ocaqov 

                                                        Rövşən Qasımov 

 

 

 

 

 

 

Bakı: Təhsil, 2011. 

 

Dərsliklə bağlı TQDK-ya daxil olmuş və açıq  

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər  

əsasında hazırlanmış 

 

 

 

YEKUN RƏY 

 



 

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmunun işlənməsi baxımından; 

2. Dil və yazı üslubu baxımından; 

3. Dizayn və bədii tərtibat baxımından; 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından. 

 

1. Məzmunun işlənməsi baxımından 

 

Qüvvədə  olan  tədris  proqramı  əsasında  hazırlanmış  dərslik  “Giriş”,  7  fəsil 



(“Dövləti  müdafiənin  əsasları”,  “Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin 

Nizamnamələri”,  “Sıra  təlimi”,  “Taktiki  hazırlıq”,  “Silahlar  və  atıcılıq 

hazırlığı”“Hərbi topoqrafiya”“Təhlükəsizlik və fövqəladə hallarda insanların 

mühafizəsi”), fənn proqramı və “Mündəricat”dan ibarətdir. Dərslikdəki materiallar 

44  paraqraf  üzrə  176  səhifəni  əhatə  etmiş,  fənn  üzrə  bilik  və  bacarıqların 

mənimsənməsinə və formalaşdırılmasına yönəlmişdir. 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən, 

fənnin tədrisinə həftədə 2 saat olmaqla, 64 saat vaxt ayrılmışdır. 

Dərslikdə müəyyən qüsurlar var. Bunlar aşağıdakılardır: 

Dərsliyin  ilk  səhifəsində  materialların  verilməsində  hansı  Nizamnamələrə 

istinad edilməsi yazılmayıb. 



Səhifə 5. 5-ci abzasda “1918-ci ilin dekabrın 25-də tam Artilleriya generalı 

S.  Mehmandarov  hərbi  nazir,  dekabrın  29-da  isə  general-leytenant  Ə.Şıxlinski 

nazir  müavini  təyin  olundular”  fikri  qeyd  edilmişdir.  S.  Mehmandarovun  hərbi 

nazir  təyin  edilməsinə  qədər  o  vəzifənin  icraçıları  X.  Sultanov,  İ.Ziyadxanov    F. 



Xoyski olmuşlar. 

Səhifə 11-15. 2-ci paraqrafda “Azərbaycan Silahlı Qüvvələrin qoşun növləri” 

mövzusunda  “Sülhməramlı  qoşunlar,  Sərhəd  qoşunları,  Daxili  qoşunlar,  Dövlətin 



silahlı  təşkilatı    və  Silahlı  Qüvvələrin  vəzifələri,  təyinatı”  haqqında  məlumat 

verilməmişdir. 



Səhifə 12. 3-cü abzasda Hava hücumundan müdafiə qoşunlarından bəhs olunan 

axırıncı cümlədə ayrı qoşun növü olan Hərbi Hava Qüvvələrinin onun tərkibinə aid 

edilməsi doğru deyil. 

Səhifə  23-27. 4-cü paraqrafda “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 

Nizamnamələri haqqında anlayış” mövzusu verilmiş, amma Sıra Nizamnaməsinin 

təsdiq edilmə tarixi göstərilməyib. “Azərbaycan Respublikası Silahlı Qüvvələrin Sıra 




 

Nizamnaməsi  27  may  1992-ci  ildə,  144  saylı  qanun  ilə  təsdiq  edilib”  (Bakı,  Hərbi 

nəşriyyat-1995-ci il). 

Səhifə  27-29.  5-6-cı  paraqraflar  dərslikdə  ayrı  verilməsinə  baxmayaraq, 

proqramda  (səh.173)  bir  yerdə  “Hərbi  hissənin  döyüş  bayrağı.  Hərbi  and-2  saat” 

verilmişdir.  5-ci  paraqrafa  dair  suallar  6-cı  paraqrafın  sonunda  verilib.  Ya  iki 

paraqrafın  bir  başlıq  altında  verilməsi,  ya  da  proqramda  o  mövzuların  ayrı-ayrı 

yazılması məqsədəuyğundur. 

Səhifə  32.  7-ci  paraqrafda  “Hərbi  xidmətə  çağırış”  mövzusu  verilmiş,  lakin 

vətəndaşların hərbi vəzifələri,  müddətli  həqiqi  xidmətə  çağırılan  çağırışçıların  yaş 



həddi, həqiqi  hərbi  xidmət  keçmə və həqiqi  hərbi  xidmət  dövründə  təqvim hesabı 

haqqında məlumatlar  yazılmayıb. 

Səhifə  43-44.  Sonuncu  abzasda  daxil  olmaqla,  “Komandirlərə  (rəislərə)  və 

özündən  böyüklərə  müraciət”  yarımbaşlığına  qədər  olan  abzaslar,  ümumiyyətlə,  

mövzuya aid deyil. Belə ki, paraqrafın adı “Əmr və sərəncamların verilmə qaydası 



və onların icrası” olduğu halda, sözügedən azbaslarda DXN-in 38-45-ci maddələrini 

əhatə  edən  hərbi  nəzakət  və  hərbi  qulluqçuların  davranışları  haqqında  qaydalardan 

bəhs olunur. 

Səhifə  49. III fəslin adı burada və mündəricatda “Sıra təlimi”, lakin proqramda 

(səh.173) “Sıra hazırlığı” yazılmışdır. 



Səhifə  49-53.  “Sıralar  və  onların  idarə  edilməsi”  paraqrafında  sıranın 

elementi sayılan açıq sıralar haqqında məlumat verilməmişdir. 



Səhifə 52. Xəbərdarlıq siqnalları və icra komandasına aid məlumatlar mövzuya 

uyğun deyil. 



Səhifə 53. Komandaların icra etmə qaydası əvvəlki səhifədə verildiyi halda, 14-

cü paraqrafda mahiyyət etibarilə təkrar verilmişdir. 



Səhifə  53-56.  “Yerində  dönmələr.  Yeriş”  mövzusu  dərslikdə  bir  yerdə, 

proqramda  (səh.173)  isə  ayrı  (“Yerində  dönmələr-1  saat”    “Yeriş-1  saat”

göstərilmişdir. 

Səhifə  59.  17-ci  paraqrafın  adı  “Sıradan  çıxma  və  rəisə  yaxınlaşma”  kimi 

yazılmışdır.  Azərbaycan  Respublikası  SQ-nin  Sıra  Nizamnaməsinin  78-ci 

maddəsində “Sıradan çıxma və rəisə yanaşma” verilmişdir. 

Səhifə  80.  24-ci  paraqrafın  adı  “Döyüşdə  əsgərin  vəzifələri”  kimi  verilmiş, 

proqramda isə (səh.174) “Döyüşdə əsgərin vəzifəsi” yazılmışdır. 




 

Səhifə  92.  27-ci  paraqrafın  “Düşmən  nüvə  silahı  işlədərkən  və  atəş 



hazırlığına  başlayarkən  müdafiə  olunmaq  qaydası”  yarımbaşlığı  11-ci  sinif 

“Gənclərin  çağırışaqədərki  hazırlığı”  dərsliyində  yer  almış  “Düşmən  nüvə  silahı 



işlədərkən  və  atəş  hazırlığına  başlayarkən  müdafiə  olunmaq  qaydası”  (Bakı: 

Təhsil, 2011; səh.45-50) paraqrafında təkrar verilmişdir. 



Səhifə  166-171.  Məlumatların  müəyyən  qismi  27-ci  paraqrafın  “Xəbərdarlıq 

siqnalları ilə davranış” yarımbaşlığı ilə eyniyyət təşkil etdiyinə görə burada təkrar 

verilməsinə ehtiyac yoxdur. 



Səhifə  94.  28-ci  paraqrafda  və  mündəricatda  “Kalaşnikov  avtomatının 

quruluşu (maddi hissəsi)” mövzusu verilmiş, proqramda isə (səh.174) “Kalaşnikov 

avtomatının quruluşu və təyinatı” yazılmışdır. 

Səhifə  102.  29-cu  paraqrafın  adı  “Avtomatın  natamam  sökülməsi  və 

yığılması”  kimi  verilməsinə  baxmayaraq,  proqramda  (səh.174)  “Kalaşnikov 

avtomatının natamam sökülməsi və yığılması” verilmişdir. 

Səhifə 120. 34-cü paraqrafın adı “Atışın əsasları və qaydaları” kimi verilmiş, 

proqramda isə (səh.174) “Atəşin mahiyyəti, güllənin başlanğıc sürəti” yazılmışıdır. 



Səhifə 123. 35-ci paraqrafın adı “Trayektoriyanın yaranması” kimi verilmiş, 

proqramda  isə  (səhifə  174-də)  “Trayektoriyanın  yaranması,  güllənin  uçuş 



trayektoriyası” yazılmışdır. 

Səhifə  132.  38-ci  paraqrafda  və  mündəricatda  “Günəşin  vəziyyətinə  və  saata 

görə  üfüqün  səmtinin  təyin  edilməsi”  mövzusu  verilməsinə  baxmayaraq, 

proqramda  (səh.174)  Günəşə  və  saata  görə  üfüqün  səmtinin  təyin  edilməsi” 

(mövzuda yarımbaşlıq kimi göstərilib) və “Günəşə vəziyyətinə görə üfüqün səmtinin 

təyin  edilməsi”  (mövzuda  yarımbaşlıq  kimi  göstərilib)  yazılmışdır.  Dərslikdə  və 

proqramda göstərilən mövzuların adları bir-birinə uyğun gəlmir. 

Həmin paraqrafda göy cisimləri vasitəsilə (Günəşə görə) üfüqün səmtinin təyin 

olunması  haqqında  məlumat  verildiyi  halda,  qütb  ulduzuna  görə  üfüqün  səmtinin 

təyin olunması haqqında məlumat verilməyib. 

Səhifə 163. 44-cü paraqrafın adı  “Mülki müdafiənin xəbərdarlıq siqnalları” 

kimi verilmiş, proqramda isə (səh.174) “Xəbərdarlıq siqnalları” yazılmışdır. 



Səhifə 173.  Proqramda bütün  fəsillər  rum  rəqəmləri ilə göstərilsə də, dərsliklə 

uyğun gəlmir. 




 

Səhifə  173.  Proqramda  “Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin 



təşkilati  quruluşu”  mövzusunun  tədrisi  nəzərdə  tutulsa  da,  dərslikdə  öz  əksini 

tapmamışdır. Proqramda saat çatışmazlığı var. 



Səhifə  175.  Mündəricatda  V  fəsil  “Silahlar  və  atıcılıq  hazırlığı”  yazılmışdır. 

Proqramda  isə  V  fəsil  “Silahlar  və  atəş  hazırlığı”  kimi  göstərilmişdir.  Burada, 

proqramla mündəricat bir-birini tamamlamır. 

 

2. Dil və yazı üslubu baxımından 



 

Dərslikdəki  materiallar  əsasən  konkret,  lakonik  yazılmış,  sadə  və  anlaşıqlıdır. 

Burada, xeyli sayda termin, hərbi texnika və silahların adlarından istifadə edilmişdir. 

Bəzi  hallarda  verilənlərin  izahı  çətinlik  törədir.  Ümumiyyətlə,  hərbi  texnikaların 

taktiki-texniki  göstəricilərinin  rus  dilindən  Azərbaycan  dilinə  tərcümə  edilməsi  çox 

vacib  məsələdir.  Buna  görə  də  dərslikdə  bir  çox  terminlərin  dəyişdirilməsi 

məqsədəuyğundur. 

Dərsliyin dil və yazı üslubu ilə bağlı qüsurlar var. Bunlar aşağıdakılardır: 



Səhifə 7. 7-ci sətirdə “Qarşı Əsassız” sözləri kiçik hərflə yazılmalıdır. 

Yenə həmin səhifədə axırıncı abzasın 4-cü sətrində “meyarı” sözünün əvəzinə 

memarı” sözü yazılmalıdır. 



Səhifə 11. 4-cü abzasda yazılıb: “Motoatıcı qoşunlar düşmənin havadakı və 

yerdəki  hədəflərini avtomat və  pulemyotlardan, artilleriyadan, operativ-taktiki 

və  taktiki  raketlərdən,  tanklardan,  piyadaların  döyüş  maşınlarından,  zirehli 

maşınlardan,  zenit  raketlərindən  istifadə  etməklə  məhv  etmək  qabiliyyətinə 

malikdir”.  Bəzi  ədəbiyyatda

1

  motoatıcı  qoşunlar  təyinatı  belə  verilir:  “Motoatıcı 



qoşunlar – quruda müstəqil və ya başqa qoşun növləri ilə birgə tam miqyaslı döyüş 

əməliyyatlarının keçirilməsi qabiliyyətinə malikdir”. 

Səhifə  11.  Axırıncı  abzasda  “Tank  hissələri”  ifadəsinin  əvəzinə  “Tank  hərbi 

hissələri” ifadəsinin yazılması məqsədəuyğundur.   

Səhifə  12.  2-ci  abzasda  “Artilleriya  qoşunları  operativ-taktiki  və  taktiki 

məqsədli  reaktiv  artilleriya,  minaatan  və  digər  hərbi  texnika  ilə  təchiz 

olunmuşdur”  cümləsinin  “Artilleriya  qoşunları  operativ-taktiki  və  taktiki  raket 

                                                           

1

 - “Quru qoşunların ehtiyatda olan zabitlərinin hazırlanması”, Moskva Hərbi 



nəşriyyatı-1989-cu il, V.F.Sotnikov; səh.10 

 - ru.wikipedia.org-da “Мотострелковые войска” məqaləsi 




 

kompleksləri,  reaktiv  yaylım  atəşi  sistemləri,  özüyeriyən  və  daşınan  artilleriya 



sistemləri, tank əleyhinə idarəedilən raket kompleksləri ilə təchiz olunmuşdur” kimi 

yazılması məqsədəuyğundur



Səhifə  12.  3-cü  abzasda  “Müasir  Hava  Hücumundan  müdafiə  qoşunları 

texniki cəhətdən mürəkkəb hərbi avadanlıqlarla təmin olunmuşdur” cümləsində 

“avadanlıqlar” sözünün əvəzinə  “texnikalarla” yazılması məqsədəuyğundur.  

Səhifə 13. 1-ci abzasda “Hava Hücumundan müdafiə aviasiyasına” ifadəsini 

Hərbi hücumundan müdafiə qoşunlarına” ifadəsi ilə əvəzləmək daha düzgün olar. 



Səhifə 14. 2-ci abzasda yazılıb: “Milli Qvardiya və Mülki Müdafiə qoşunları 

Xüsusi  qoşun  formasıdır”.  Burada,  Xüsusi  qoşunlar  haqqında  məlumat    düzgün 

göstərilib, lakin bu cümlələrin də əlavə edilməsi məqsədəuyğundur: “Xüsusi qoşunlar 



-  Silahlı  Qüvvələrin  döyüş  və  gündəlik  fəaliyyətini  təmin  etməkdən  ötrü  xüsusi 

tapşırıqları  yerinə  yetirmək  üçün  nəzərdə  tutulmuşdur.  Xüsusi  qoşunlar  SQ-nin  hər 

bir növündə vardır. Tərkibinə kəşfiyyat, radiotexnik, topoqrafik, radiasiya, kimyəvi və 

bakterioloji müdafiə, rabitə, təmir, tibb və s. bölmələr daxidir”. 

Səhifə 20. 2-ci abzasda “xüsusi böyük xidmətlərinə görə” ifadəsinin “xüsusilə 

görkəmli xidmətlərinə görə” kimi yazılması məqsədəuyğundur

2



Səhifə  21.  2-ci  abzasda  “hərbi  sənayenin”  ifadəsinin  “hərbi  texnikanın”  kimi 

yazılması lazımdır

3



Yenə  həmin  səhifədə  3-cü  abzasda  “xidməti  vəzifələrini”  ifadəsinin  “öz 



xidmət vəzifələrini” kimi yazılması lazımdır

4



Səhifə  22.  5-ci  sətirdə  “dövlət  sərhədinin”  ifadəsinin  əvvəlinə  “Azərbaycan 

Respublikası” ifadəsinin əlavə edilməsi lazımdır

5



Yenə  həmin  səhifədə  10-cu  sətirdən    sonra  “Azərbaycan  Respublikası  dövlət 

sərhədinin mühafizəsində qüsursuz xidmətə görə” cümləsi əlavə edilməlidir

6



Səhifə 25. Axırdan 2-ci abzasda “hazır vəziyyətdədir” ifadəsi “hazır vəziyyətdə 

olmalıdır” kimi yazılmalıdır

7



                                                           

2

Azərbaycan  Respublikası  Prezidentinin  İşlər  İdarəsinin  Prezident  Kitabxanası. 



“Ordenlər, Medallar, Döş nişanları və Fəxri adlar”; səh.23

 

3



“Azərbaycan Respublikasının "Azərbaycan Bayrağı" ordeninin Statutu”, Azərbaycan 

Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 saylı Qanunu

 

4

Prezident Kitabxanası. “Ordenlər, Medallar, Döş nişanları və Fəxri adlar”; səh.23



 

5

Prezident Kitabxanası. “Ordenlər, Medallar, Döş nişanları və Fəxri adlar”



 

6

Prezident Kitabxanası. “Ordenlər, Medallar, Döş nişanları və Fəxri adlar”



 

7

Azərbaycan Respublikası İntizam Nizamnaməsi, maddə 2



 


 

Səhifə  26.  5-ci  abzasda  “Sıra  təlimi  Nizamnaməsi”  ifadəsi  əvəzinə  “Sıra 



Nizamnaməsi” yazılmalıdır. 

Səhifə  33.  “Hərbi  komissarlıq”  ifadəsinin  əvəzinə  “səfərbərlik  və  hərbi 

xidmətə çağırış şöbələri” sözləri yazılmalıdır. 

Səhifə 35. 5-ci abzas 1-ci bənddə “vicdanla və dönmədən” ifadəsinin əvəzinə 

müqəddəscəsinə və sarsılmazcasına” ifadəsi yazılmalıdır

8



Yenə həmin səhifədə 5-ci abzas 2-ci bənddə “sayıq, namuslu və Azərbaycan 



dövlətinin işinə və mənafeyinə sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz 

qüvvəsini,  hətta  həyatını  belə  əsirgəməmək”  ifadəsinin  “Azərbaycan  dövlətinin 

işinə  və  mənafeyinə  uyğun  sayıq,  namuslu  və  sədaqətli  olmaq  və  bunun  uğrunda 

mübarizədə  öz  qüvvələrini,  hətta  həyatını  belə  əsirgəməmək”  kimi  yazılması 

məqsədəuyğundur

9



Yenə  həmin  səhifədə  5-ci  abzas  8-ci  bənddə  “hərbi  sirri  və  dövlət  sirrini 



qorumaq” ifadəsi “hərbi sirri və dövlət sirrini ciddi saxlamaq” kimi yazılmalıdır

10



Səhifə  36.  4-cü  bəndin  Azərbaycan  Respublikasının  Daxili  Xidmət 

Nizamnaməsinin  138-ci  maddəsinə  uyğun  olaraq,  “dövlət  əmlakını  qorumaq, 



geyimini  və  ayaqqabısını  ehtiyatla  geyinmək,  onları  vaxtında  və  səliqə  ilə  təmir 

etmək, hər gün təmizləmək və göstərilən yerdə saxlamaq” yazılması lazımdır. 

Səhifə  39.  “Hərbi  nişanlara  aşağıdakılar  daxildir:  poqonlar,  döş  və  qol 

nişanları, baş geyimindəki nişanlar, poqon, kant və qaytanlar” cümləsinin “Hərbi 

nişanlara  aşağıdakılar  daxildir:  poqonlar,  döş,  qol  və  baş  geyimindəki  nişanlar, 

kantlar və qaytanlar” kimi yazılması məqsədəuyğundur. 

Yenə həmin səhifədə 3-cü abzasda yazılıb: “Azərbaycan Respublikası Silahlı 

Qüvvələrində əsas fərqləndirmə nişanlarından biri baş geyimində olan  8 guşəli 

ulduzdur”.  Lakin  “Azərbaycan  Respublikası  Silahlı  Qüvvələri  hərbi  qulluqçuların 

hərbi  geyim  forması  və  fərqləndirmə  nişanları  haqqında”  Əsasnamənin  və 

“Azərbaycan  Respublikası  Silahlı  qüvvələri  hərbi  qulluqçularının  hərbi  geyim 

forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə Azərbaycan 

Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli  514 saylı fərmanı ilə, maddə 62-

də  göstərilib  ki,  “Əsgərlərin,  matrosların  və  çavuşların  kokardaları  ucları  yuxarı 



istiqamətlənmiş və onların arasında səkkizguşəli ulduz olan ayparadan  ibarətdir”. 

                                                           

8

Azərbaycan Respublikasının Daxili Xidmət Nizamnaməsi, maddə 138 



9

Azərbaycan Respublikasının Daxili Xidmət Nizamnaməsi, maddə 138

 

10

Azərbaycan Respublikasının Daxili Xidmət Nizamnaməsi, maddə 138



 


 

Yenə həmin səhifədə 4-cü abzasda ilk cümlənin əvvəlində “Azərbaycan” sözü 

yazılmalıdır. 

Səhifə  41.  10-cu  paraqrafın  1-ci  abzasında  “Tutduğu  vəzifəsinə  və  hərbi 

rütbəsinə  görə  bir  hərbi  qulluqçu  başqasına  görə  və  yaxud  tabe  edəndir” 

cümləsinin  “Tutduğu vəzifəsinə və hərbi rütbəsinə görə bir hərbi qulluqçu bir-birinə 



münasibətdə  və yaxud tabe  olandır” kimi yazılması məqsədəuyğundur

11



Yenə  həmin  səhifədə  yeni  paraqrafın  2-ci  abzasında  “Tabelikdə  olanlar 

rəislərə danışıqsız tabe olmalıdırlar” cümləsinin Daxili Xidmət Nizamnaməsinin 9-

cu  maddəsinə  uyğun  olaraq,  “Tabelikdə  olanlar  rəislərinə  sözsüz  tabe  olmağa 



borcludurlar”  kimi yazılması məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  yeni  paraqrafın  3-cü  abzasında  “rəislərdir”  sözünün 

əvəzinə “rəislər  sayılır” ifadəsi yazılmalıdır. 



Yenə  həmin  səhifədə  yeni  paraqrafın  4-cü  abzasında  “Tabeliyinə  görə  ən 

yaxın rəis bilavasitə rəis adlanır” cümləsinin Daxili Xidmət Nizamnaməsinin 10-cu 

maddəsinə uyğun olaraq, “Tabelikdə olana ən yaxın rəis bilavasitə rəis adlanır” kimi 

yazılması məqsədəuyğundur. 

Səhifə  42.  1-ci  abzasın  1-5-ci  bəndlərinə  Azərbaycan  Respublikası  Daxili 

Xidmət Nizamnaməsinin 11-ci maddəsinə uyğun düzəlişlərin verilməsi lazımdır. 



Yenə  həmin  səhifədə  2-ci  abzasda  “Hərbi  rütbəsi  böyük  olanlar  rütbəcə 

kiçik olanları məzəmmət etmək ixtiyarına  malik olub, onlardan hərbi intizama, 

ictimai  qayda-qanuna,  geyim  formasının  səliqəsinə,  həmçinin  davranış 

qaydalarına  riayət  etmələrini  tələb  edə  bilər”  cümləsinin  “Hərbi  rütbəsi  böyük 

olanlar hərbi rütbəsi kiçik olanlara irad tutmaq hüququna malik olub, onlardan hərbi 

intizama, ictimai qayda-qanuna, geyim formasına, həmçinin davranış və salamlaşma  

qaydalarına  riayət  etmələrini  tələb  etmək  hüququna  malikdir”  kimi  verilməsi 

məqsədəuyğundur

12



Yenə  həmin  səhifədə  3-cü  abzasda  “danışıqsız”  sözünün  əvəzinə  “sözsüz” 



yazılmalıdır. 

Səhifə  45.  Paraqrafın  adı  “Hərbi  intizam,  rəğbətləndirilmə  və  intizam 

cəzaları” 

kimi 


verilmişdir. 

Azərbaycan 

Respublikası 

SQ-nin 


İntizam 

Nizamnaməsində  “rəğbətləndirilmə”  sözü  yerinə  “həvəsləndirmə”  yazılıb.  Həmin 

abzasda  “Hərbi  intizam  bütün  hərbi  qulluqçuların  Azərbaycan  Respublikası 

                                                           

11

Azərbaycan Respublikasının Daxili Xidmət Nizamnaməsi, maddə 9



 

12

Azərbaycan Respublikasının Daxili Xidmət Nizamnaməsi, maddə 12



 


10 

 

tərəfindən  qəbul  edilən  hərbi  nizamnamələrdəki  qaydalara  ciddi  riayət  etməsi 



deməkdir”  cümləsinin  “Hərbi  intizam-bütün  hərbi  qulluqçuların  Azərbaycan 

Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara 

ciddi riayət etməsi deməkdir” kimi yazılması lazımdır

13



Yenə  həmin  səhifədə  2-ci  abzasda  “xidməti”  sözünün  əvəzinə  “hərbi” 

yazılmalıdır. 



Yenə  həmin  səhifədə  “Azərbaycan  Respublikasının  Konstitusiyasına  və 

qanunlarına  ciddi  əməl  etsin,  hərbi  andın,  hərbi  nizamnamələrin  tələblərini, 

komandirlərin  (rəislərin)  əmr  və  sərəncamlarını  dəqiq  və  vaxtında  yerinə 

yetirsin”  bəndinin  “Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  qanunlarına 

ciddi  riayət  etsin,  Hərbi  Andın  və  hərbi  Nizamnamələrin  tələblərini  dəqiq  yerinə 

yetirsin,  komandirlərin  (rəislərin)  əmr  və  sərəncamlarına  sözsüz  tabe  olsun”  kimi 

yazılması məqsədəuyğundur. 



Yenə həmin səhifədə “Hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə 

mətinliklə  tab  gətirsin,  borcunu  yerinə  yetirərkən  öz  canını  və  hətta  həyatını 

belə  əsirgəməsin”  bəndinin  “Hərbi  xidmətin  bütün  çətinlik  və  məhrumiyyətlərinə 

mətinliklə  tab  gətirsin,  hərbi  borcunu  yerinə  yetirərkən  öz  qanını  və  hətta  həyatını 

belə əsirgəməsin” kimi yazılması məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  “komandirlərə  (rəislərə)  tabe  olmaqla  bərabər, 

intizam  qaydalarına  əməl  etsin”  bəndinin  “komandirlərə  (rəislərə)  və  böyüklərə 

hörmət etsin, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etsin” kimi yazılması 

məqsədəuyğundur. 



Yenə  həmin  səhifədə  “hərbi  hissədən  kənarda  özünü  ləyaqətli  və  namuslu 

aparsın, özü və başqaları tərəfindən ictimai asayiş qaydalarının pozulmasına yol 

verməsin,  vətəndaşların  şərəf  və  ləyaqətlərinin  qorunmasına  hərtərəfli  səy 

göstərsin”  bəndinin  “hərbi  hissədən  kənarda  özünü  ləyaqətli  və  namuslu  aparsın, 

ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməsin, vətəndaşların 

şərəf  və  ləyaqətlərinin  qorunmasına  hərtərəfli  səy  göstərsin”  kimi  yazılması 

məqsədəuyğundur. 



Səhifə  46.  Axırıncı  abzasda  “Döyüş  Bayrağı”  ifadəsinin  əvvəlinə  “açılmış” 

sözünün əlavə edilməsi məqsədəuyğundur

14



                                                           



13

Azərbaycan Respublikası İntizam Nizamnaməsi, maddə 1

 

14

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi, maddə 22 




11 

 

Səhifə 47. 4-cü abzasda “hərbi rütbəni bir pillə aşağı salmaq, hərbi rütbəni 



bir  pillə  aşağı  salmaqla,  eyni  zamanda  aşağı  vəzifəyə  keçirmək,  çavuş  hərbi 

rütbəsindən məhrum etməklə, eyni zamanda aşağı vəzifəyə keçirmək” ifadəsinin 

hərbi rütbəsini bir pillə aşağı salma, hərbi rütbəsini bir pillə aşağı salmaqla yanaşı, 



aşağı  vəzifəyə  keçirmə,  çavuş  hərbi  rütbəsindən  məhrum  etməklə  yanaşı    aşağı 

vəzifəyə keçirmə” kimi yazılması məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  axırıncı  abzasda  “öz  vəzifəsinə  tam  uyğun  olmaması 

barədə  xəbərdarlıq  etmək,  aşağı  vəzifəyə  keçirmək,  hərbi  rütbəsini  bir  pillə 

aşağı  salmaq”  ifadəsinin  “öz  vəzifəsinə  tam  uyğun  olmaması  barədə  xəbərdarlıq, 

aşağı  vəzifəyə  keçirmə,  hərbi  rütbəsini  bir  pillə  aşağı  salma”  kimi  yazılması 

məqsədəuyğundur

15



Səhifə 48.  2-ci abzasda “əlaçı  döş  nişanından  məhrum  etmə,  aşağı vəzifəyə 



keçirmək, çavuş hərbi rütbələrini bir pillə aşağı salmaq, çavuş hərbi rütbəsindən 

məhrum  etmək”  ifadəsinin  “əlaçı  döş  nişanından  məhrumetmə,  aşağı  vəzifəyə 

keçirmə,  çavuş  hərbi  rütbələrini  bir  pillə  aşağı  salma,  çavuş  hərbi  rütbəsindən 

məhrum etmək” kimi yazılması məqsədəuyğundur. 

Səhifə  50.  Axırıncı  abzasda  “Sıxlaşmış  sıralarda  hərbi  qulluqçular  bir-

birinin  yanında  dirsəkləri  arasında  bir  ovuc  eni  qədər  intervalda  düzülürlər” 

cümləsinin  “Sıxlaşmış  sıralarda  hərbi  qulluqçular  ön  boyu  bir-birinin  yanında 



dirsəkləri  arasında  bir  ovuc  eni  qədər  intervalda  düzülürlər”  kimi  yazılması 

məqsədəuyğundur. 



Səhifə  51.  “Qumbaratan”  sözünün  “qumbaratan  atıcı”  kimi  yazılması 

məqsədəuyğundur. 



Səhifə  55.  4-cü  abzasdakı  cümlənin  “Barmaqlar  yarıbükülmüş  vəziyyətdə, 

ovucun  içi  yerə  baxaraq  qollar  şalvarın  yan  tikişinə  paralel  olmaqla  irəli  çiyin 

səviyyəsinə  qədər  və  geriyə  arxaya  qədər  yellənir”  kimi  yazılması 

məqsədəuyğundur

16



Yenə həmin səhifədə 5-ci abzasda “qolları” sözünün“qollarla kimi yazılması 



məqsədəuyğundur. 

Yenə həminn səhifədə 9-cu abzasda “icra komandasında hərəkəti sol ayaqla 

basmalı,  qollarla  hərəkətin  taktı  ilə  irəliyə  və  geriyə  sərbəst  hərəkət  etməli” 

ifadəsinin  Azərbaycan  Respublikası  SQ-nin  Sıra  Nizamnaməsinin  35-ci  maddəsinə 

                                                           

15

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi, maddə 49



 

16

Azərbaycan Respublikası SQ-nin Sıra Nizamnaməsi, maddə 33



 


12 

 

uyğun  olaraq,  icra  komandasında  hərəkəti  sol  ayaqla  basmalı,  qollarla  hərəkətin 



taktı  ilə  bədən  ətrafında  irəliyə  və  geriyə  sərbəst  hərəkət  etməli”  kimi  yazılması 

məqsədəuyğundur. 



Səhifə  56.  Azərbaycan  Respublikası  SQ-nin  Sıra  Nizamnaməsinin  38-ci 

maddəsinə  uyğun  olaraq,  “SEYRƏK”  sözünün  “SEY-RƏK”  kimi  yazılması  daha 

düzgün olar. 

Səhifə  57.  1-ci  abzasda  “Yerində  dönmə  bu  cür  komandalar  ilə  yerinə 

yetirilir. “Sağa”, “Sola-Dön”, “Geriyə-Marş”. İcra komandası ilə sağa dönmək 

üçün sağ ayağı yerə qoymaq, sol ayaqla addım atmaq və sol ayağın pəncəsi üstə 

dönmək lazımdır. Eyni zamanda dönərək sağ ayağı qabağa atmaq və yerişi yeni 

istiqamətdə  davam  etdirmək  lazımdır”  cümlələrinin  Azərbaycan  Respublikası 

SQ-nin Sıra Nizamnaməsinin 40-cı maddəsinə uyğun olaraq, Yerişdə dönmə bu cür 



komandalar  ilə  yerinə  yetirilir.  “Sağa-Dön”,  “Sola-Dön”,  “Geriyə-Marş”.  İcra 

komandası ilə sağayağın yerə qoyulması ilə eyni vaxtda verilir. Bu komanda ilə sol 

ayaqla bir addım atıb, sol ayağın pəncəsi  üstündə dönməklə  eyni  vaxtda sağ ayağı 

irəli cıxarıbyeni istiqamətdə yeriməli” kimi yazılması doğrudur. 

Həmin  abzasda  “Sola  dönmək  üçün  icra  komandası  verildikdə  sol  ayağı 

yerə  qoymaq,  sağ  ayaq  ilə  irəliyə  addım  atmaq  və  sağ  ayağın  pəncəsi  üstə 

dönmək  lazımdır,  eyni  zamanda  dönərək  sol  ayağı  atmaq  və  eyni  istiqamətdə 

yerişi davam etdirmək lazımdır” cümləsinin Azərbaycan Respublikası SQ-nin Sıra 

Nizamnaməsinin 40-cı maddəsinə uyğun olaraq, Sola dönmək üçün icra komandası 



sol  ayağın  yerə  qoyulması  ilə  eyni  vaxtda  verilir.  Bu  komanda  ilə  sağ  ayaqla  bir 

addım  atıb,  sağ  ayağın  pəncəsi  üstündə  dönməklə  eyni  vaxtda  sol  ayağı  qabağa 

çıxarıbyeni istiqamətdə yeriməli” kimi yazılması doğrudur. 

Yenə  həmin  səhifədə  2-ci  abzasda  “Geriyə-Marş”  –  “icra  komandası 

verildikdə sağ ayağı yerə qoymaq, sol ayaq ilə bir addım atmaq (bir hesabı ilə), 

sağ  ayağı  yarım  addım  irəli,  bir  qədər  sola  və  iki  ayağın  pəncəsi  üstə  kəskin 

surətdə sol qol tərəfə çevirmək (2 hesabla), yeni istiqamətdə sol ayağı ilə yerişi 

davam  etdirmək  (2  hesabla)  lazımdır.  Dönüş  zamanı  qol  ilə  hərəkət  addımın 

taktına  uyğun  edilir”  cümlələrinin  Azərbaycan  Respublikası  SQ-nin  Sıra 

Nizamnaməsinin  40-cı  maddəsinə  uyğun  olaraq,  Geriyə  dönmək  üçün  icra 



komandası sağ ayağın yerə qoyulması ilə eyni vaxtında verilir. Bu komanda ilə bir 

sayı ilə sol ayaqla bir addım da atıb iki sayı ilə sağ ayağı yarım addım qabağa və bir 

qədər  sola  çıxarmalı  və  hər  iki  pəncə  üstündə  qolları  yana  sıxaraq  sol  tərəfə  cəld 


13 

 

dönüb, üç sayı ilə sol ayaqla yerişi yeni istiqamətdə davam etdirməli. Dönmələr vaxtı 



qolları addımın taktı ilə hərəkət etdirməli” kimi yazılması doğrudur. 

Səhifə  59.  3-cü  abzasda  “Hərbi  qulluqçu  qarşıdakı  cərgədən  çıxırsa,  o” 

cümləsinin Azərbaycan Respublikası SQ-nin Sıra Nizamnaməsinin 78-ci maddəsinə 

uyğun  olaraq,  Hərbi  qulluqçu  ikinci  cərgədən  çıxırsa,  o  kimi  yazılması 

məqsədəuyğundur. 



Səhifə  61.  1-ci  abzasdan  sonra  Azərbaycan  Respublikası  SQ-nin  Sıra 

Nizamnaməsinin 79-cu maddəsi yazılmalıdır. 



Səhifə  74.  1-ci  abzasda  “Motoatıcı  manqanın  yürüş  və  döyüş  nizamı” 

mövzusunda  “Müdafiə  olunan  manqa  100  m-dək  enində  mövqe  tutur” 

cümləsindən  sonra  “Müdafiə olunan  manqa 100  m-dək  enində  mövqe  tutur.  Manqa 

müdafiədə  əsgərlər  arası  12-14  m  (15-20  addım)  məsafədə  döyüş  düzülüşündə 

yerləşirlər” cümlələrinin əlavə edilməsi lazımdır

17



Səhifə 82. 1-ci abzasda “Qısa qaçışlar zamanı nəfəsi dərmək üçün dayanma 

yerləri arasında məsafə ərazidən və düşmənin atəşindən asılı olur və  20 m-dən 

40 m-dək ola bilir” cümləsinin Azərbaycan Respublikası Sıra Nizamnaməsinin 86-cı 

maddəsinə uyğun olaraq, sıçramaların uzunluğu təqribən 20-40 addım olmalıdır” 

kimi yazılması məqsədəuyğundur. 



Səhifə  94.    28-ci  paraqrafın1-ci  abzasındakı  “Kalaşnikov  avtomatı  avtomat 

atıcı  silahlarının  əsas  növlərindən  biridir”  cümləsindən  “avtomat”  sözü 

çıxarılmalıdır. 



Yenə  həmin  səhifədə  2-ci  abzasda  “Dünyada  ilk  avtomat  silah-müasir 

avtomatın ilkin  nümunəsi  olan  tapança-avtomat  rus  silah  ustası  Y.Q.Fyodorov 

tərəfindən yaradılmışdır” cümləsinin “1913-1916-cı illərdə 6,5 mm-lik müasir rus 

və sovet avtomat tüfəngi, rus silah ustası Vladimir Qriqoryeviç Fyodorov tərəfindən 

hazırlanmışdır” kimi yazılması məqsədəuyğundur

18



Səhifə 96.  1-ci  abzasda  yazılıb: “Lülə  güllənin  uçuşunu  istiqamətləndirmək 

üçündür.  Yivlər    gülləyə  fırlanma  hərəkəti  vermək  üçündür”.  Doğrudur,  lakin 

lülə  eyni  zamanda  güllənin  uçması  üçün  başlanğıc  sürət  də  verməlidir”  cümləsi 

yazılmayıb. 

Səhifə 99. 7-8-ci abzaslardakı materiallar şagird səviyyəsinə uyğun deyil. 

                                                           

17

Quru Qoşunların Ümumqoşun Taktikası-1998-ci il, Moskva, Hərbi nəşriyyat və 



Hərbi Bilik 4-5/1993-cü il 

Həmçinin: 

www.zakon-grif.ru

 

18



А.Б.Жук “Стрелковое оружие”–1992, (səh.535)

 



14 

 

Səhifə 100-101. 1-ci abzasda yazılan materiallar şagird səviyyəsinə uyğun deyil. 



Səhifə  101.  2-ci  abzasda  “Çevirgəc-silahı  avtomat  və  ya  tək-tək  atəş  açılan 

vəziyyətlərə  keçirmək  və  avtomatı  qoruyucuya  qoymaq  üçündür”  cümləsində 

çevirgəç” yerinə “Keçirici” yazılsa, doğru olar. 



Səhifə  174.  VI  fəsildə  “Mindəbir  düsturunun  təsdiq  olunması-1saat” 

verilmişdir. Burada “təsdiq”əvəzinə “tətbiq” yazılmalıdır.

 

 

3. Dizayn və bədii tərtibat baxımından 



 

Dərslik  komplektində  tədris  vahidlərinin  izahında  çoxlu  sayda  şəkillərdən,  

sxemlərdən  istifadə  olunması  təqdirəlayiqdir.  Bu  halda  materialların  şagirdlər 

tərəfindən aydın şəkildə başa  düşülməsi asanlaşır. 

Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır: 

Səhifə 12. Şəkil 8-də verilmiş adsız və modifikasiyasız qırıcı təyyarə təsvirinin 

əvəzinə Hərbi Hava Qüvvələrimizin arsenalında olan MİQ-29 (SU-24, SU-25, JF-17, 



L-39, və ya MİQ-25) təyyarəsinin təsvir edilməsi məqsədəuyğun olar. 

Eyni  zamanda,  şəkil  9-da  adsız  və  modifikasiyasız  hərbi  vertolyot  təsvir 

edilmişdir.  Onun  əvəzinə  Hərbi  Hava  Qüvvələrimizin  arsenalında  olan  Mİ-24 

“Super-Hind”(Mİ-8,  Mi-17,  Mi-35,  Ka-32)    hərbi  vertolyotun  təsvir  edilməsi 

məqsədəuyğundur. 



Yenə  həmin  səhifədə  Artilleriya  qoşunları  haqqında  məlumat  verilməklə 

yanaşı, onların arsenalında olan müasir artilleriya  300 mm-lik “SMERÇ” tipli RYAS 



(122 mm-lik DM-21 “Qrad”, 152mm-lik DM “URAQAN”) sistemlərinin təsvirlərinin 

verilməsi lazımdır. 



Yenə həmin səhifədə Zenit Raket Qoşunların  arsenalında olan S-300 “Favorit” 

tipli  ZRK-nin  (57  mm-lik  zenit  topu,  23  mm-lik  zenit  qurğusu)  və  Radiotexnika 

qoşunların  arsenalında  olan  müasir  radiolokasiya  stansiyaların  təsvirinin  verilməsi 

lazımdır. 

Səhifə  15.  Şəkil  11-də  Azərbaycan  Respublikası  Quru  qoşunlarının  döyüş 

bayrağı göstərilməyib

Səhifə  21.  Şəkil  17  və  şəkil  18-də  medallar  (“Hərbi  xidmətlərə  görə”  və 

Sərhəddə fərqlənməyə görə” medalı) düzgün göstərilməyib. 



Səhifə  50.  Şəkil  28-də  hərbi  qulluqçuların  bir  cərgə  və  iki  cərgə  düzülüş 

qaydaları  göstərilib.  Şəkildə  verilmiş  “yönəldici  və  tamamlayıcı”  sözləri 




15 

 

Azərbaycan  Respublikası  Sıra  Nizamnaməsinin  15-ci  maddəsinə  uyğun  olaraq, 



istiqamətləndirici və axırıncı” kimi yazılmalıdır. 

Səhifə  51-52.  Şəkil  30  (“Azad”  vəziyyəti)  və  şəkil  31-i  (“Mərasim  azad” 

vəziyyəti) səhifə 53-də yerləşdirmək məqsədəuyğundur. 



Səhifə  53-55.  “Sıra  addımı”  haqqında  məlumat    səhifə  54-də  verildiyi  halda, 

onu təsvir edən şəkil 32 səhifə 53-də verilmişdir. “Səfər addımı” haqqında məlumat 



səhifə  54-də  verilməsinə  baxmayaraq,  onu  təsvir  edən  şəkil  34  səhifə  57- 

göstərilmişdir. 



Səhifə  57.  Yerində  dönmələr”  mövzusu  verilməsinə  baxmayaraq,  mövzuya 

uyğun olan şəkil 33 səhifə 54-də göstərilmişdir. 



Səhifə  69.  Şəkil  40-da  “Piyadanın  döyüş  maşını  PDM-2”-nin  təsviri  düzgün, 

döyüş  xassələri  isə  səhv  verilmişdir.  PDM-2  nin  döyüş  xassələri  belə  verilməlidir: 

PDM-2  kütləsi-14  ton,  şosse  yolda-65km/saat,  torpaqda  40-50  km/saat,  üzərək-7 

km/saat

19

Və yaxud da məlumatlar qalsın, şəkildə PDM-3 verilsin. 

Səhifə  70.  Şəkil  4-də  Hərbi  zirehli  maşın  ZTR-90  “Berejok”-un  təsviri 

düzgün, döyüş xassələri haqqında məlumat səhv (kütləsi-21 ton, üzərək-9 km/saat, 30 

mm-lik  avtomatik  top  və  30  mm-lik  qumbaraatan  AQS-17  ,  7.62  mm-lik 

cütləşdirilmiş  pulemyot  PKT,  TƏİR  kompleksi  “Konkurs”)  verilmişdir.  ZTR-90 

“Berejok”un  üzərində  30  mm  avtomatik  top  2A42,  7.62  mm-lik  PKTM,  30  mm-lik 

avtomatik  qumbaraatan  AQS-30,  152  mm-lik  TƏİR  qurğusu  “Kornet”  təsvir 

olunmuşdur

20



Səhifə 70. Cədvəl 2-də bəzi məlumatlar yanlış verilmişdir: 



Maşının tipi 

ZT

R-70 



Z

TR-80 


ZT

R-80K 


ZT

R-80A 


ZT

R-80C 


Z

TR-90 


1. Təkər formulu 

2. Döyüş kütləsi, kq 

3. Klirens, mm 

8x8 


12000 

475 


8x8 

13600 


475 

8x8 


13600 

475 


8x8 

14550 


475 

8x8 


14400 

475 


8x8 

20920 

510 

Zirehləmə, mm 

Korpusun önü 



Qüllənin önü 

 

8-10 


 



 



 



-

 

 



 



Maksimal sürət,km/saat 



Şosse ilə 

 

80 


 

80-90 


 

90 


 

80-


90

 

 



80 

 

100 



                                                           

19

 



ru.wikipediya.org

 

20



www.topwar.ru

 



16 

 



Üzməklə 

9-10 


9,5 

9,5 


10 

10 


Şosse 


ilə 

yeriş 


ehdiyatı,km 

400-

600 


600 

600 


600-

800

 

600 



900 

Yanacaq ehtiyatı,litr 

290+120 

300 


300 



Ekipaj(desant),nəfər 



3(7) 

2(8) 

3(3) 


2(8) 

2(8) 


2(10) 

 

Zirehli transportyorların  döyüş xassələrinin aşağıdakı qaydada verilməsi daha dəqiq 

olar

21

: 



Maşının tipi 

ZTR-

70 

ZTR-80  ZTR-

80K 

ZTR-

80A 

ZTR-

80C 

ZTR-90 

Бережок 

1. Təkər formulu 

2. Döyüş kütləsi, kq 

3. Klirens, mm 

8x8 

11500 

475 

8x8 

13600 

475 

8x8 

13600 

475 

8x8 

14550 

475 

8x8 

14400 

475 

8x8 

22000 

525 

Zirehləmə, mm 



Korpusun önü 



Qüllənin önü 

 

8-10 



 

10 

7

 

 

10 

7

 

 

10 

7

 

 

10 

7

 

 

10 

7

 

Maksimal 

sürət,km/saat 



Şosse ilə 



Üzməklə 

 

80 

9-10 

 

80-90 

10 

 

90 

9,5 

 

80 

9

 

 

90 

10 

 

100 

12 

Şosse 

ilə 

yeriş 

ehtiyatı,km 

600 

600 

600 

600 

800 

800 

Yanacaq 

ehtiyatı,litr 

290+

120 

300+

12

0

 

300+

12

0

 

300+12



300+12



300+120 

Ekipaj(desant),nəfər 

2(8) 

3(7) 

3(3) 

3(7) 

2(8) 

3(7) 

 

Səhifə  71.  Şəkil  42-də  “85  mm  top  D-44  artilleriya  silahı”nın  təsviri  düzgün, 

döyüş xassəsi isə səhv verilib. Şəkildəki top 85 mm-lik divizion topu D-44



 

adlanır  



və Qəlpəli-Fuqas mərminin çəkisi-9,54 kq-dır. 

Səhifə  97.  Cədvəl  3-də  “Kalaşnikov  avtomatının  döyüş  xassələrində  bəzi 

məlumatlar dəqiq deyil: 

 

 

                                                           



21

ru.wikipediya.org

 



17 

 

 

Bu cədvəlin verilməsi daha dəqiq olardı

22



Göstəricilər 

Ölçü 

vahidləri 

Silahın növü 

“MKA” 

“AK-74” 

Lülənin çapı 

mm 

7,62 

5,45 

Təsirli atəş məsafəsi 



400-dək 

650 

Atəşin nişangah məsafəsi 



1000 

1000 

Düz atəş məsafəsi: 



Sinə fiquruna 



Hərəkət edən fiqura 



 

 

350 

525 

 

440 

625

 

Toplama atəş məsafəsi: 



 

 

                                                           

22

ru.wikipediya.org



 

Göstəricilər 

Ölçü     

vahidləri 

Silahın növü 

     “MKA” 

“AK-74” 

Lülənin çapı 

mm 

7,62 


5,45 

Təsirli atəş məsafəsi 

400-dək 


400 

Atəşin nişangah məsafəsi 

1000 


1000 

Düz atəş məsafəsi: 

Sinə fiquruna 



Hərəkət edən fiqura 

 

 



350 

525 


 

350 

525

 

Toplama atəş məsafəsi: 



yerüstü hədəflərə 

təyyarələrə və paraşütçülərə 



 

800-dək 



500-dək 

 

 



 

800 


500 

Atəşin sürəti 

atəş/dəq 

təx.600 


600 

Döyüş atəşinin tezliyi: 

növbələrlə atəş zamanı 



tək-tək atəş zamanı 

atəş/dəq 

 

100-dək 



40-dək 

 

100 



40 

Dolu daraqla birlikdə çəkisi 

kq 

3,6 


3,3 

Süngü bıçağın çəkisi 

qr 

450 


450 

Darağın tutumu 

patron 

30 


30 

Güllənin ən uzaq uçuş məsafəsi 

3000 


3000 

Güllənin zədələyici təsir məsafəsi 

1500 


1500 

Güllənin başlanğıc sürəti 



715 


900 


18 

 



yerüstü hədəflərə 



təyyarələrə və paraşütçülərə 



800-dək 

500-dək 

800 

500 

Atəşin sürəti 

atəş/dəq 

təx.600 

600 

Döyüş atəşinin tezliyi: 



növbələrlə atəş zamanı 



tək-tək atəş zamanı 

atəş/dəq 

 

100-dək 

40-dək 

 

100 

40 

Dolu( 

boş

) daraqla birlikdə çəkisi 

kq 

3,6 

3,6 (3,3) 

Süngü bıçağın çəkisi 

qr 

450 

450 

Darağın tutumu 

patron 

30 

30 

Güllənin ən uzaq uçuş məsafəsi 



3000 

3150 

Güllənin zədələyici təsir məsafəsi 



1500 

1350 

Güllənin başlanğıc sürəti 

m/san 

715 

900 

 

Səhifə  106.  Şəkil  72-də    “Döyüş  patronu”  təsvir    edilib  və  hissələrə  ayrılıb 

(1-güllə; 2-barıt atımı; 3-giliz; 4-kapsul (piston). Amma şəkildə göstərilmiş  rəqəmlər 

verilmiş hissələrlə üst-üstə düşmür (şəkildə 2-giliz; 3-barıt atımı kimi göstərilib). 

Səhifə  107.  Şəkil  73-də  “Güllə”  təsvir  edilməsinə  baxmayaraq,  zirehdələn 

yandırıcı güllənin adı yazılmış, lakin nümunəsi göstərilməmişdir. 



Səhifə  134.  Şəkil  90    “Yerli  əşyaların  əlamətlərinə  görə  üfüqün  səmtinin 

təyini”    təsvir  edilib.  Məlumatda  verilir:  “Xaçpərəst  (provaslav  və  protestant) 

kilsələri  həmişə  üzü  şərqə,  arxası  isə  qərbə  tərəf  tikilir.  Zəngləri  qərb  tərəfdə 

yerləşdirilir.  Kilsənin  damında  yerləşdirilən  xaç  dayağının  üzərindəki  xaç, 

cənub-şimal  istiqamətində  yerləşdirilir”.    Məlumat  doğrudur,  lakin  şəkildə  xaç 

kilsə əvəzinə məscid göstərilib. O zaman verilmiş məlumat doğru deyil. 

Səhifə  172.  Tablo  5-də  “7,62  mm-lik  patron”ların  növləri  təsvir  edilmişdir. 

Adi  patron;  İzburaxan  patron  (ucluğu  yaşıl);  Zirehdələn  yandırıcı  patron  (ucluğu 



qırmızı”.  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin  “Atıcı  silahların  təşkili, 

qorunması  və  saxlanması  (Bakı-1995,  Hərbi  nəşriyyat)”  təlimatında  “Yandırıcı 



patron Qırmızı ucluqlu və Zirehdeşən patronun isə ucluqlu Qara rənglə təsvir edilir. 

Zirehdeşən-yandırıcı  patron  güllənin  ucluğu  qara  rənglə    və  qırmızı  kəmərciklə”  

təsvir edilmişdir.



 

 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu 



 


19 

 

Dərslikdə hər mövzu üzrə sual və tapşırıqlar verilmişdir. Bunların içərisindəhəm 



faktoloji biliklərə əsaslanan, həm də öyrənilənlərin tətbiqini tələb edən tapşırıqlar var. 

Bəzi mövzularda ev tapşırıqları da nəzərdə tutulmuşdur. 

Bununla yanaşı, müəyyən qüsurlar da var ki, bunlar aşağıdakılardır: 

Səhifə  15.  Paraqrafın  sonunda  “Respublikamızda  hərbi  kadrlar  hazırlayan 

məktəbləri  sadalayın”  tapşırığı  verilsə  də,  dərslikdə  Azərbaycan  Respublikasının 

Hərbi məktəbləri haqqında heç bir məlumat verilməmişdir. 



Səhifə  32.  1-4-cü  suallar  “Hərbi  hissənin  Döyüş  Bayrağı”  mövzusuna  (5-ci 

paraqraf) aiddir. 



Səhifə  36.  2-ci  sualda  “Əsgərin  xüsusi  vəzifələri  haqqında  danışın”  (8-ci 

paraqraf)  tapşırığı  verilmiş,  lakin  dərslikdə  “Əsgərin  xüsusi  vəzifələri”  haqqında 

məlumat verilməmişdir. 

Səhifə  41.  “Hərbi  qulluçu  üçün  hansı  gün  hərbi  xidmətin  sonu  sayılır” 

sualının mövzuya (9-cu paraqrafa) aidiyyəti yoxdur. Bu sualı 8-ci paraqrafın sonunda 

vermək olar. 

Səhifə  44.  “Hərbi  qulluqçuların  davranış  mədəniyyəti  haqqında  danışın” 

sualının mövzuya (11-ci paraqrafa) aidiyyəti yoxdur. 



Səhifə 56. 1-3-cü suallar “Yerində dönmələr. Yeriş” paraqrafına aid deyil. Bu 

sualların səhifə 53-də verilməsi məqsədəuyğundur. 



Səhifə  74.  3-cü  sualda  “Toplama  atəşi  nə  deməkdir?”  sualı  verilmiş,  lakin 

paraqrafda toplama atəşindən bəhs edilməmişdir. 



Səhifə  128.  4-5-ci  sualların  36-cı  paraqrafın  sonunda  (səh.130)  yerləşdirilməsi 

məqsədəuyğundur. 



Səhifə 171. “Mülki müdafiə sahəsində vətəndaşların nə kimi vəzifələri var” 

sualı ilə bağlı paraqrafda heç bir məlumata rast gəlinmir. 



 

Nəticə 

 

Dərslik  gənclərin  hərbi  vətənpərvərlik  tərbiyəsinin  gücləndirilməsi,  müasir 

texnika  və  silahlara  yiyələnməsi  haqqında  məlumatları  əsasən  təmin  edir.  Dərsliyin 

dili  sadə  və  anlaşılandır.  Buradakı  materialların  izahında  çoxlu  sayda  şəkillərdən, 

sxemlərdən  istifadə  olunması  şagirdlərin  mövzuları  mənimsəmə  prosesini 

asanlaşdırır.  Mövzuların  sonunda  verilmiş  sual  və  tapşırıqlar  isə  öyrənilənlərin 

möhkəmləndirilməsi və tətbiq edilməsi baxımından böyük  əhəmiyyətə malikdir. 



20 

 

Bununla  yanaşı,  proqramda  bəzi  mövzular  və  onlara  aid  saatlar  olmasına 



baxmayaraq, onlar  dərslikdə öz əksini tapmamışdır. 

Dərsliyin  daha  mükəmməl  və  milli  üslubda  hazırlanması  üçün  yeni  və  müasir 

silah,  texnika,  hərbi  avadanlıqlar,  Azərbaycan  Respublikası  Müdafiə  Sənayesi 

Nazirliyinin  istehsal  etdiyi  milli  atıcı  silahlar,  zirehli  maşınlar,  artilleriya  sistemləri  



haqqında məlumat vermək də  yaxşı olar. 

Yüklə 182,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə