Dərsliklə bağlı tqdk-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
tarix07.08.2018
ölçüsü0,81 Mb.
#61003
növüDərs



 

 



 

Respublikanın ümumtəhsil məktəblərinin  

  10-cu sinifləri üçün “Azərbaycan tarixi”  dərsliyi 

 

 

       Müəlliflər: Tofiq Vəliyev 

                                                 Rəhim Əliyev 

 

 

 

    Həcər Əlişova 

                    Kifayət Məmmədova 

 

 

Bakı: Çaşıoğlu, 2012. 

 

 

Dərsliklə bağlı TQDK-ya daxil olmuş və açıq  

müzakirələrdə bildirilmiş  qeydlər, iradlar və təkliflər 

əsasında hazırlanmış 

 

YEKUN RƏY 

Şövkət Tağıyeva

 

Əkbər Qocayev 


 

 



Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

 

1. Məzmunun işlənməsi baxımından; 

2. Dil və yazı üslubu baxımından; 

3. Dizayn və bədii tərtibat baxımından; 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından. 

 

1. Məzmunun işlənməsi baxımından 

 

Dərslik  hazırda  respublikanın  ümumtəhsil  məktəblərində  qüvvədə  olan  tədris 



proqramı  əsasında  hazırlanaraq,  3  bölmə  (“Azərbaycan  XIX  əsrin  30-50-ci 

illərində”,  “Şimali  Azərbaycan  XIX  əsrin  60-90-cı  illərində”,  “Azərbaycan  XX 

əsrin əvvəllərində”) 16 fəsil və 240 səhifədən ibarət olmaqla, 61 paraqrafı əhatə edir. 

Tədris  proqramında  nəzərdə  tutulan  mövzular  dərslikdə  tam  əhatə  olunmuş, 

proqramdan  kənar  heç  bir  mövzu dərsliyə  daxil  edilməmişdir.  Azərbaycan tarixinin 

XIX  əsrin  30-cu  illərindən  XX  əsrin  20-ci  illərinə  qədər  olan  dövrünü  əhatə  edən 

dərslik  şagirdlərdə  Vətən  tarixinin  müvafiq  dövrü  ilə  bağlı  biliklərin 

formalaşdırılmasına  əsasən  imkan  verir.  Dərslik  “Giriş”lə  başlayır.  Burada, 

dərslikdəki  materiallar  haqqında  ümumi  məlumat  öz  əksini  tapmışdır.  Bəzi 

paraqrafların  sonunda  “Sənəd”  başlığı  altında  əlavə  oxu  materiallarının  verilməsi 

təqdirəlayiqdir. 

Bununla yanaşı, dərslikdə müəyyən qüsurlar  var. Bunlar aşağıdakılardır: 



Səhifə  12.  2-ci  abzasda  “İlk  mərhələdə  ordu  qərargahları  ətrafında 

təsərrüfatlar  və  hərbi  məskənlər  yaratmaq  nəzərdə  tutulmuşdu”  cümləsinin 

ardınca  nəticəsi  verilməyib.  Buraya  “Lakin  hərbi  xidmətini  başa  vurmuş  əsgərlər 



burada  qalmaq  istəmirdilər  və  evlərinə  qayıdırdılar.”  fikrinin əlavə  olunması  təklif 

edilir. 


Yenə  həmin  səhifədə  almanların  hansı  krallığın  ərazisindən  köçürülməsinin 

yazılması mühüm deyil. 



Səhifə  13.  1823-cü  ildə  Qarabağ  xanlığı  mövcud  olmadığından,  “Qarabağ 

əyaləti” və ya “ləğv edilmiş Qarabağ xanlığının ərazisində

 

yazmaq daha doğru olar. 



Səhifə 14.“Əhalinin sosial tərkibi” yarımbaşlığında 2-ci təbəqəyə aid olanların 

kimliyi bilinmir. 




 

Yenə  həmin  səhifədə  sonuncu  abzasda  3-cü  cümlədə  şeyxülislam  vəzifəsinin 

1829-cu  ildə  yaradıldığı  göstərilir.  4-cü  cümlədə  isə  bu  vəzifənin  1823-cü  ildə  artıq 

mövcud olduğu yazılır. Həmçinin sünnilikdə “axund” titulunun mövcudluğu barədə 

dəqiqləşdirilmə aparılmalıdır. 

Səhifə  15.  Alban  katolikosluğu  haqqında  əlavə  məlumata  ehtiyaca  var.  Onun 

ləğvində çarizmin siyasi məqsədləri haqqında məlumat  vermək lazımdır. 



Səhifə  16.  Təsdiq  edilməmiş,  kağız  üzərində  qalmış  Qriboyedov-Zavileyski 

layihəsindən dərslikdə bəhs olunmasının mənası yoxdur. 



Səhifə  20.  Xanabad  manufakturası  fabrik  deyildi.  İlk  ipək  fabriki  1861-ci  ildə 

Nuxada Alekseyev və Voronin qardaşları tərəfindən yaradılıb. 



Səhifə 22. 3-cü abzasda 1821-ci il 8 oktyabr çar fərmanına görə gətirilən əcnəbi 

mallardan alınan gömrük rüsumunun dəqiqləşdirilməsi məsləhətdir. 



Səhifə  27.  Şeyx  Şaban  və  Həmzət  bəyin  rus  zabitləri  tərəfindən  ələ  alınması 

düzgün təqdim edilmir. Əslində, onlar tələblərinin bir qisminin yerinə yetirilməsindən 

sonra müqaviməti dayandırmışlar. 

Səhifə 32. Quba üsyanının başçısı Hacı Məhəmmədin edam olunması, Yarəlinin 

xilas  olması  göstərilir.  Burada,    ya  çar  hökumətinin  ikili  siyasəti,  ya  da  Hacı 

Məhəmmədin Yarəlinin razı olduğu şərtlərlə razılaşmaması vurğulanmalıdır. 

Səhifə  41.  2-ci  abzasın  axırında  yazılmış  “Bəylər  həmçinin  kənd 

idarəçiliyindən  uzaqlaşdırıldılar”  cümləsindən  aydın  olur  ki,  1841-ci  ilədək  kənd 

və mahal idarəçiliyi bəyin əlində olub. Buna görə də səhifə 14-də 3-cü abzasın 3-cü 

cümləsində  “idarəetmədə  iştirak  etməmək”  sözlərindən  əvvəl  “əyalət  və  dairə 

idarəetməsində iştirak etməmək şərti ilə” sözləri yazılmalıdır. Çünki əyalət və dairəni 

yalnız komendant idarə edirdi. 



Səhifə  42.  Xronoloji  ağırlığı  qaldırmaq  məqsədilə  5-ci  abzasda  verilmiş  ayın 

tarixlərini ixtisar etmək məqsədəuyğundur. Yalnız ilin göstərilməsi kifayətdir. 



Səhifə 43. 2-ci abzasda “verilirdi” sözünün “qalırdı” kimi yazılması yaxşı olar. 

Çünki  təhkimçilik  hüququ  olmadığı  üçün  Azərbaycanda  kəndlilər  həmişə  köçə 

bilirdi. 

Səhifə  47.  5-ci  abzasda  verilən  Nəmin  və  Gərgər  xanlıqlarının  hansı  ərazidə 

yerləşdiyini qısa yazmaq olar. 



Səhifə 48.  Babilər hərəkatı  haqqında  məlumat  sistemli  deyil.  Hərəkatın  səbəbi 

və rəhbərləri haqqında lazımi məlumat verilməmişdir. 




 

Səhifə  50.  1-ci  abzasda  məktəblərin  açıldığı  şəhərlərin,  xüsusilə  illərin 

sadalanması mövzunu olduqca yükləyir. 

Səhifə  57.  2-ci  abzasda  mətbəələrin  Azərbaycan  türkcəsində  ədəbiyyat 

buraxmağa imkan verilməməsinin səbəbi göstərilməmişdir. 



Səhifə 59. Aşağıdakı şeir parçası “Durnalar” şeirinin başqa bəndi ilə əvəz edilsə

şairin sürgün həyatı daha dolğun əks olunar. 



Səhifə 65. 2-ci cümlədə yazılıb: “Mərkəzi Rusiya ilə müstəmləkələr arasında 

iqtisadi  əlaqə  ikitərəfli  xarakter  daşıyırdı”.  Lakin  mətndə  bu  xarakterin ikitərəfli 

olması göstərilmir. 



Səhifə 71. 2-ci abzasda Rusiyada hakimlərin seçildiyi yazılır. 10-cu  sinif “Yeni 

tarix”  dərsliyində  (Bakı:  Çaşıoğlu,  2010;  səh.26,  axırıncı  abzas)  isə  hakimlərin 

hökumət  tərəfindən  təyin  edildiyi  göstərilir.  Ziddiyyətin  aradan  qaldırılması  təklif 

edilir. 


Səhifə  75.  “Qafqaz  ipəkçilik  stansiyası”nın  məhz  hansı  yerlərdə  şöbələrinin 

olmasının göstərilməsi vacib deyil. 



Səhifə 78-85. Bu paraqrafda 20-dən çox xronoloji fakt var. 

Səhifə 87. 2-ci abzasın 1-ci cümləsində “yeyinti” sözü ixtisar edilməlidir, çünki 

yarımbaşlıqda yalnız ipək emalı haqqında yazılmışdır. 



Səhifə  97-99.  Milli  məfkurənin  formalaşması  şagirdin  başa  düşəcəyi  şəkildə 

izah edilsə, yaxşı olar. Bu prosesin özülünü təşkil edən A.Bakıxanov, M.F.Axundov, 

H.Zərdabi,  M.Ə.Sabir,  C.Məmmədquluzadə,  Ü.Hacıbəyov  varislik  xətti  şagirdlərə 

aşılanmalıdır. 



Səhifə  100.  Zaqatala  üsyanı  ilə  bağlı  mövzuda  1-2-ci  abzasların  mövzudan 

çıxarılması  və  19-cu  paraqrafa  keçirilməsi  məqsədəuyğundur.  Ona  görə  ki,  həmin 

abzasları öyrənən şagird  Zaqatala üsyanının səbəblərini düzgün anlaya bilmir. 

Səhifə 101. 4-cü abzasda yazılıb: “Üsyan geniş sosial təbəqələri əhatə edərək 

ümummilli  səciyyə  daşıyırdı”.  Lakin  səhifə  102-  axırıncı  abzasda  göstərilir  ki, 

“Üsyan  mütəşəkkil  xarakter  daşımırdı,  yalnız  Zaqatala  dairəsi  ilə 

məhdudlaşırdı”. Cümlələr arasında ziddiyyəti aradan qaldırmaq üçün düzəliş etmək 

təklif edilir. 



Səhifə  102.  Ən  fəal  üsyan  iştirakçıları  edam  olunduğu  halda,  üsyan  başçısının 

sürgünə göndərilməsi sual doğurur. Həmçinin, sonuncu abzasda üsyançıların kimdən 

kömək gözlədikləri də bəlli olmur. 



 

Səhifə 103-106, 164-165. Qaçaqçılıq hərəkatının Sovet ideologiyasından qalmış 

ideoloji miras olaraq kəndli hərəkatı kimi təqdim edilməsi, bütünlüklə təqdir edilməsi 

düzgün  deyil.Çünki  müstəmləkə  rejiminə  qarşı  etiraz  edən  bəylər  də  qaçaq  düşür, 

bəzən isə quldurlara da qaçaq deyilirdi.  

Səhifə 107. 1886-cı ildə xalisə torpaqlarının satılmasının səbəbi var, məqsədi isə 

verilmir. 



Səhifə  111.  Xronoloji  ardıcıllıq  baxımından  3-cü  abzasın  2-ci  abzasdan  əvvəl 

verilməsi məqsədəuyğundur. 



Səhifə  137.  2-ci  abzasın  2-ci  cümləsinə  H.  Z.  Tağıyevin  adının  salınması 

məsləhətdir. 



Səhifə 139. 1-ci abzasda gəmi təmiri zavodları ilə bağlı yalnız xarici şirkətlərin 

adı  çəkilir.  Azərbaycanlı  kapitalistlərin  adları  sadalanır,  lakin  müəssisələrinin  adı 

göstərilmir. 

Səhifə 142-143. İki müxtəlif istehsal sahəsinin eyni yarımbaşlıqda (“Gön-dəri 

və şərab istehsalı”, “Tütün və balıq sənayesi”) verilməsi qarışıqlıq yaradır. 

Səhifə  157.  1-ci  abzasda  Fərrux  bəy  Vəzirovun  kəndlilərin  qayğısına 

qalmasından  bəhs  olunduğu  halda,    səhifə  154-də  kəndlilərin  əleyhinə  canişin 

idarəsinə etiraz məktubu göndərdiyi yazılır. 

Səhifə 163. Axırıncı sətirdə Bakıda qırğının tarixi 6-9 fevral, səhifə 168-də 2-ci 

sətirdə isə 6-10 fevral göstərilmişdir. Dəqiqləşdirilməsi məsləhətdir. 



Səhifə  177.  Difai  partiyasının  yarandığı  il  qeyd  olunmadığı  halda, 

xronologiyada verilmişdir. 



Səhifə 182-183. İ. Ziyadxanovun I Dumadakı çıxışından bir parçanın mövzunun 

sonunda verilməsi təklif edilir. 



Səhifə 184. 6-cı abzasda İran tarixçilərinin azərbaycanlı inqilabçıların Tehrana 

çatmasını  yakobinçilərin  Parisə  daxil  olmalarına  bənzətdiyini  qeyd  etmək 

məqsədəuyğun  deyil.  Müasir  ədəbiyyatda  yakobinçilər  heç  də  birmənalı  olaraq 

müsbət tərəfdən təsvir olunmurlar. 



Səhifə 193. Teymur Novruzov “Müqəddəs Georgi” ordeninin dörd dərəcəsi ilə 

deyil, dördüncü dərəcəsi ilə təltif edilmişdi. 



Səhifə  194.  “Tatar  süvari  alayı”nın  niyə  belə  adlanması  izah  edilməlidir. 

Məsələn,    səhifə  115-də  adı  “rus-Azərbaycan  məktəbi”  kimi  çəkilən  məktəb, 

əslində,  “rus-tatar  məktəbi”  kimi  adlandırılmışdır.  O  dövrdə  Rusiyada 

azərbaycanlılar daha çox “Qafqaz tatarları” kimi adlandırılırdılar. 




 

Dərsliyin  mətni  müxtəlif  faktlar,  adlar,  rəqəmlərlə  yüklənmişdir.  Onların  bir 



qismi çıxarılsa, bir qismi isə sxem, cədvəl və s. köməkçi materiallar şəklində verilsə, 

daha  yaxşı  olar.  Dərslik  daha  çox  təsərrüfat  və  mədəniyyət  tarixi  xarakteri  daşıyır, 

statistik,  demoqrafik  və  lazımsız  xronoloji  faktlarla  həddindən  artıq  yüklənmişdir. 

Mədəniyyət bölmələri şagirdlərin qavraması üçün xüsusilə çətindir. Nəzərə alınsa ki, 

dərslikdə ümumiyyətlə 17 paraqraf mədəniyyətə həsr olunub, onda dərsliyin üçdə biri 

mədəniyyətdən bəhs edir. Həmçinin, dərslikdə Cənubi Azərbaycan tarixi daha geniş 

şəkildə işıqlandırılmalıdır. 

Dərsliyin  rus  dilində  olan  variantında  uyğunsuzluq,  yanlış  tərcümə  xətası  var. 

Məsələn, səhifə 7-də “Qafqazın baş hakimi” ifadəsi yanlış olaraq “Наместник на 

Кавказе” kimi tərcümə olunmuşdur. Bu ifadə “Главный правитель Кавказа” kimi 

verilməlidir. 



 

2. Dil və yazı üslubu baxımından 

 

Dərsliyin dili sadə deyil. Bəzi abzaslar bir cümlədən ibarətdir. Bəzi cümlələrdə 



sözlərin  sayı  çoxdur.  Termin  və  ifadələrin    bəzilərinin  açıqlaması  verilsə  də,  bir 

çoxlarının açıqlanması verilməmişdir. 



Səhifə  7.  3-cü  cümlədə  Car-Balakən  dairəsinin  “yaradıldığı”,  lakin  səhifə 

40-da1846-cı il fərmanına əsasən“təşkil edildiyi” yazılmışdır. Burada “yenidən təşkil 

edildi” yazılması və  ya da yaradılma tarixinin eyni götürülməsi təklif edilir. 

Səhifə 10. “Katolikos” sözünün izahı verilməlidir. 

Yenə  həmin  səhifədə  3-cü  abzasda  XV  maddə  ilə  bağlı  cümlə  35  sözdən 

ibarətdir. 



Səhifə  11.  Şavrovun  sitatının  erməni-müsəlman  müharibəsindən  bəhs  edilən 

paraqrafda verilməsi daha düzgün olar. 



Yenə həmin səhifədə “desyatin” sözünün izahı verilməlidir. 

Yenə  həmin  səhifədə  4-cü  abzasda  34,8  %  yerinə  üçdə  birindən  çox  yazılsa, 

daha yaxşı olar. 



Səhifə  13.  1-ci  abzasda    aşağıdan  2-ci  cümlənin“Əgər  Qarabağ  xanlığında 

1823-cü  ildə  əhalinin  sayı  19  min  idisə,1833-cü  ildə  bu  rəqəm  38  mindən  çox 

olmuşdu.” kimi verilməsi təklif edilir. 

Səhifə  14.Sünnü,  şiə  və  axund,  şeyxülislam,  müfti  vəzifəsində  olanların 

adlarının ixtisar edilməsi məsləhətdir. 




 

Yenə həmin səhifədə sonuncu abzasın sonuncu cümləsini ixtisar etmək olar. 



Səhifə 15. “Mürtəce” sözünün izah edilməsi məqsədəuyğundur. 

Səhifə 16. 1-ci cümlə 27 sözdən ibarətdir. 

Səhifə 18. 2-ci abzasda 1-ci və 2-ci cümlələrin yeri dəyişilsə, xronoloji ardıcıllıq 

doğru olar. 



Yenə  həmin  səhifədə  3-cü  abzasda  “pud”  sözünün  izahı  verilməlidir.  Həmin 

abzasın sonuncu cümləsini ixtisar etmək olar. 



Səhifə 19. 1-ci cümlə 34 sözdən ibarətdir. 

Səhifə 21. “Zəy” sözünün izahı verilməmişdir. 

Səhifə  25.  Sonuncu  abzas  3-cü  cümlədə  “qar  bağladığından”  sözlərini  “buz 

bağladığından”, yaxud “dağ keçidlərini qar bağladığından” kimi yazmaq olar.  

Səhifə 31. Axırıncı cümlədə “dağ mahalları” ifadəsini dəyişmək təklif edilir. 

Səhifə 34. Sonuncu abzasda “rutullu” ifadəsinə aydınlıq gətirilməlidir. 

Səhifə 35. “İndən belə” ifadəsinin “bundan sonra” və ya “indidən belə” ifadəsi 

ilə əvəz olunması məsləhətdir. 



Səhifə 36. 1-ci abzasda mötərizədə verilmiş adları çıxarmaq olar, çünki onların 

bir neçəsinin adları sonrakı abzasda yenə çəkilir. 



Səhifə 38. “Pozen” əvəzinə “Rozen” yazılmalıdır. 

Səhifə 45. 5-ci abzasda 2-ci cümlə 42 sözdən ibarətdir. 

Səhifə 47. 3-cü abzasda verilmiş “renta” sözünün mənası açılsa, yaxşı olar. 

Səhifə 49-50. 1-ci yarımbaşlıqda 18 xronoloji fakt verilmişdir. 

Səhifə 54. Aşağıdan 2-ci abzas 2-ci cümləni ixtisar etmək olar. 

Səhifə  55.  Mirzə  Cəfər  Topçubaşovdan  bəhs  edən  abzasın  dili  çox  ağırdır. 

Sadələşdirilsə,  daha  asan  mənimsənilər.  Həmin  abzasın  sonuncu  cümləsində 



“şöbəsinə” deyil, “şöbəsinə”  yazılmalıdır. 

Səhifə  57.  6-cı  abzasda  verilən  “qitə”  sözünün  mənası  açıqlansa,  daha  aydın 

olar. 


Səhifə 62. “Parter” sözünün mənası göstərilsə, yaxşı olar. 

Səhifə 63. 3-cü abzas “Zinət üt-təvarix” əsərinin mənası göstərilmir. 

Səhifə 67. 1-ci cümlədə “K” hərfinin mənasını açmaq yaxşı olar. 

Səhifə  69.  Sərbəst  sütunda  “mərkəzləşdirmə”deyil,  “mərzləşdirmə” 

yazılmalıdır. 



Səhifə  75.  5-ci  abzasda  “kümdarlıq”  anlayışı  ipəkçilik  mənasında  işlənsə  də,  

səhifə 140-da “kümdar” sözünün izahı barama yetişdirən kəndli kimi göstərilir. 


 

Səhifə  84.  Sonuncu  abzasda  “ələ  keçirərək”  ifadəsinin  “alaraq”  kimi 

yazılması, həmçinin ödənmiş məbləğin ixtisar edilməsi məqsədəuyğundur. 

Səhifə 90. 2-ci abzasın 3-cü cümləsi  səhifə 86-da sonuncu cümlənin təkrarıdır. 

Səhifə  99.  “Mesenat”,  “panislamist”  və  “pantürkist”  sözlərinin  izahına 

ehtiyac var. 



Səhifə  101.  İngiloylar  hal-hazırda  özlərini  türksoylu  hesab  etmirlərsə,  sərbəst 

sütundakı  izahda  onların  türksoylu  tayfa  kimi  təqdim  edilməsinə  yenidən 

baxılmalıdır. 

Səhifə  106.  6-cı  abzasda  “tütünçü  fəhlələrin”  ifadəsinin  “tütün  fabriki 

fəhlələrinin”  kimi  yazılması  məqsədəuyğundur.  Həmin  cümlədə  “tələblərinin” 

sözündən  sonra  “əksəriyyətinin”  sözünün  işlənməsi  doğru  olar.  Çünki  əvvəlki 

abzasda maaş artımı tələbinin yerinə yetirildiyi yazılır. 

Səhifə  107.  2-ci  abzasda  “qoyunun”  sözünün  əvəzinə  “qoyun”  yazılması 

məqsədəuyğundur. 



Səhifə  108.  1-ci  yarımbaşlığın  son  2  cümləsindəki  məlumatlar    səhifə  111-də 

təkrar verilmişdir. 



Səhifə  120.  4-cü  abzasda  işlənmiş  “litoqafiya”  və  “poliqrafiya”  sözlərinin 

izahına ehtiyac var. 



Səhifə 121. “Sxolastika” sözünün izahı verilməyib. 

Səhifə123.  “İncəsənətimizin  tarixində”  ifadəsinin  “incəsənət  tariximizdə”, 

“Bakı yadrosu” ifadəsinin “Bakı özəyi” kimi təqdim edilməsi məqsədəuyğundur. 

Səhifə 124. “Butafor” sözünün mənası verilməmişdir. 

Səhifə 131-132. Xalxali, Şükuhi, Ləli kimi Cənubi Azərbaycan şairlərinin həyat 

və yaradıcılıq illərinin verilməsinə lüzum yoxdur. 



Səhifə 135. 4-cü abzasda “Sell” deyil, “Şell” yazılmalıdır. 

Səhifə 154. 3-cü abzasın 6-cı cümləsində “həmçinin” əvəzinə “amma” yazılsa, 

cümlə ifadə baxımından daha doğru alınar. 



Səhifə  162.  Fəhlələrin  tələblərini  sadalamaqdansa,  “Mazut  konstitusiyası” 

nəticəsində  əldə  etdikləri  güzəştlər  göstərilsə,  daha  yaxşı  olar.  Məsələn,  onlar  8 

saatlıq iş günü tələb etsələr də, 9 saatlıq iş gününə nail olmuşdular. Deməli, tələblərin 

heç də hamısı yerinə yetirilməmişdi. 



Səhifə 192. 2-ci abzasın 1-ci cümləsinin “Müharibə dövründə Avropadakı Qərb, 

Şərq,  Balkan  cəbhələri  ilə  yanaşı,  Qafqaz  cəbhəsi  də  vardı”  kimi  yazılması 

məqsədəuyğundur. 




10 

 

Səhifə  194.  Azərbaycanlılardan  ibarət  diviziyanı  təkcə  çar  generalları  deyil, 

həmin  diviziyanın  üzvlərinin  də  “vəhşi  diviziya”  adlandırmaları  “vəhşi”  sözünün 

cəsurqorxmazipə-sapa yatmayan” mənasında işləndiyini göstərir. 



Səhifə  204.  4-cü  sətirdə  “milli-ərazi  muxtariyyəti”  sözündən  sonra  vergül 

işarəsi qoyulmalıdır. 



 

3. Dizayn və bədii tərtibat baxımından 

 

İllüstrasiyalar zəifdir. Xəritələr azdır və tematik deyil. 



Səhifə  11.  Köçürmə  ilə  əlaqədar  xəritənin  verilməsi,  erməni,rus  və  almanların 

ərazilərinin  həmin xəritədə göstərilməsi təklif edilir. 



Səhifə  31.  Hacı  Məhəmmədin  şəkli  Şeyx  Şamil  və  Yarəli  ilə  müqayisədə 

üsyançı kimi verilməmişdir. 



Səhifə 48. Zərrintacın şəklindəki kəndirin təsviri anlaşılmazdır. 

Səhifə 61. “Şikəstin sağalması”əsərinin təsvirini vermək məqsədəuyğundur. 

Səhifə 72.  Yelizavetpol  quberniyasına  aid  olan  Ərəş  qəzası  yanlış  olaraq  Bakı 

quberniyasının  tərkibində  göstərilmişdir.  Həmçinin,  Dərbənd  Samur  çayından 

şimalda verilməlidir. 

Səhifə 104. Qaçaq Nəbinin fəaliyyət göstərdiyi əraziləri xəritədə göstərmək olar. 

Səhifə 169. Xəritədə tarixi Azərbaycan torpaqları bir rəngdə verilmişdir. Bunun 

ştrixlərlə ayrılması  daha yaxşı olar. 



Səhifə 136-137. İllüstrasiyalar çox solğundur. 

 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

Sərbəst  sütunda  düşündürücü  sual  və  tapşırıqların  qoyulması  şagirdin  tarixi 



təfəkkürünü inkişaf etdirmək baxımından təqdirəlayiqdir. 

Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır: 



Səhifə  15.  2-ci  sualda  əhalinin  sosial  təbəqələrinin  tərkibi  soruşulmuş,  lakin 

mətndə 2-ci təbəqə göstərilməmişdir. 



Səhifə 33. 2-ci sualda “məccani” deyil, “məcburi” yazmaq lazımdır. 

Səhifə  75.  Axırıncı  abzasda  tütünçülüyün  yeni  sahə  olduğu  yazılmış,  lakin 

sərbəst  sütundakı  tapşırıqda  tütün  bitkisinin  Azərbaycana  nə  vaxt  gətirildiyini 

xatırlamaq  tapşırılmışdır.  Əmtəə  tütünçülüyünün  yeni  sahə  olduğu  yazılsa,  daha 

doğru olar. 




11 

 

Səhifə  87.  Şagirddən  Nuxa  şəhərinin  niyə  “Qafqaz  Lionu”  adlandırılmasının 

səbəbi  soruşulur.  Halbuki  Lionun  Fransa  toxuculuğundakı  mövqeyi  müasir 

dərsliklərdə izah edilmir. 



Səhifə  155.  Sərbəst  sütundakı  sualın  cavabı  haqqında  mətndə  məlumat 

verilməmişdir. 



 

Nəticə 

 

1. Ümumiyyətlə, dərsliyin əhatə etdiyi zaman çərçivəsi 10-cu sinif “Yeni tarix”  



dərsliyindəki zaman çərçivəsi ilə uyğun gəlmir. Bu, 9-cu sinif dərsliklərinin müxtəlif 

illərdə  baş  verən  hadisələrlə  başa  çatması  ilə  bağlıdır.  Bunun  aradan  qaldırılması 

üçün proqramlar üzərində xronoloji baxımdan unifikasiya aparılması zəruridir.

 

2.  Dərsliyin  mətni  müxtəlif  faktlar,  adlar,  rəqəmlərlə  yüklənmişdir.  Onların 

azaldılması  materialların  mənimsənməsini  asanlaşdırar,  əvəzinə  daha  vacib  fakt  və 

izahların verilməsinə şərait yaradar. 

3.  Mənası  verilməmiş  sözlərin  açıqlanması,  habelə  xəritə  və  illüstrasiyaların 

zənginləşdirilməsi dərsliyi daha oxunaqlı edər. 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə