Dərsliklə bağlı tqdk-ya daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər



Yüklə 31,79 Kb.
Pdf görüntüsü
tarix17.10.2017
ölçüsü31,79 Kb.
#5227
növüDərs



 

 



 

Respublikanın ümumtəhsil məktəblərinin 

10-cu sinifləri üçün “İnformatika” dərsliyi 

 

 

                                      Müəlliflər: İsmayıl Sadıqov 

                    Ramin  Mahmudzadə 

 Naidə İsayeva 

 

 

Bakı: Bakı Nəşr, 2012. 

 

 



 

Dərsliklə bağlı TQDK-ya daxil olmuş

 

və açıq  

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər 

əsasında hazırlanmış 

 

 

YEKUN RƏY 


 

Yekun



 

rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır: 



1. Məzmunun işlənməsi baxımından; 

2. Dil və yazı üslubu baxımından;  

3. Dizayn və bədii tərtibat baxımından; 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından.  

 

1. Məzmunun işlənməsi baxımından 

 

Dərslik  hazırda  respublikanın  ümumtəhsil  məktəblərində  qüvvədə  olan  tədris 



proqramı  əsasında  hazırlanaraq,  5  fəsildən  (“İnternet  xidmətləri”,  “Verilənlər 

bazası”

“Nəşr 

məhsullarının 

yaradılması”

“Veb-Proqramlaşdırma”

“İnformasiyanın  qorunması”)  və  128  səhifədən  ibarətdir.  Dərslikdə 

“Praktikum”ların  və  müəllimlərə  kömək  üçün  “Proqram”ın  verilməsi 

təqdirəlayiqdir. 

Dərslikdəki 

materiallar 

fənn 

üzrə 


bilik 

və 


bacarıqların 

formalaşdırılmasına  imkan  verir.  Bununla  yanaşı,  dərslikdə  müəyyən  qüsurlar  var. 

Bunlar aşağıdakılardır: 

Səhifə  6-da  verilmiş  “Elektron  poçt  ən  geniş  yayılmış  şəbəkə  xidmətidir” 

cümləsinin  “Elektron  poçt  geniş  yayılmış  şəbəkə  xidmətidir”  kimi  verilməsi 

məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  “Elektron  poçt”  yarımbaşlığı  altında  verilmiş  mətnin  

2-ci  abzasında  “göndərişlər” ifadəsi  “məktublar” kimi  göstərilməlidir.  3-cü  abzasın 

1-ci cümləsində “rabitənin yüksək keyfiyyəti” ifadəsi aydın olmadığı üçün artıqdır. 

Bu  abzasın  2-ci  cümləsində  “gecə-gündüz”  ifadəsinin  “fasiləsiz”  kimi  göstərilməsi 

tövsiyə  edilir.  Həmin  cümlədə  “istifadəçi  tələb  edənədək”  ifadəsinin  hansı  məna 

daşıdığı  aydın  deyil.  Bu  abzasın  son  cümləsində  faylların  növlərinin  adları 

sadalandığından “başqa növ faylları” ifadəsi artıqdır.  

Yenə  həmin  səhifədə  “Telekonfrans”  yarımbaşlığı  altında  verilmiş 

“Telekonfrans elektron poçtun bir növüdür” cümləsinin dəqiqləşdirilməsi tövsiyə 

olunur, çünki telekonfrans elektron poçtun növü deyil. 



Səhifə  7-də  “Ən  məşhur  İnternet-peycinq  sistemi  ICQ  (ay-si-kyu) 

proqramıdır”  cümləsinin  “Geniş  istifadə  olunan  İnternet-peycinq  sistemi  ICQ 

(ay-si-kyu) proqramıdır” kimi verilməsi məqsədəuyğundur.  

Səhifə  10-da  elektron  yazışmalara  əlavə  olan  qaydaların  1-ci  bəndinin  

2-ci cümləsinin “Yadda saxlayın” ifadəsi ilə başlanması tövsiyə edilir. 




 

Səhifə 17-də sonuncu cümlədə “... yazı sahələrdən təşkil olunub” ifadəsinin 

“...  yazı  sahələr  üzrə  doldurulur”  kimi  verilməsi  məqsədəuyğun  hesab  edilir. 

Ümumiyyətlə,  burada  “database”  üçün  ilkin  sahələrin  müəyyənləşdirilməsi  və 

sonradan yazıların daxil edilməsi haqqında fikrin verilməsi tövsiyə edilir. 

Səhifə  18-də  “İnformasiya”  bölməsində  verilmiş  4-cü  cümlənin  “bir  blokda 

eyni saylı otaqları olan mənzillər kimi baxmaq olar” kimi bitməsi məqsədəuyğundur. 

Yenə  həmin  səhifədə  “Verilənlər  bazasının  idarəolunması  sistemi” 

mövzusunda “Bu üsuldan təcrübəli proqramçılar istifadə edirlər” cümləsinin “Bu 



üsuldan  təcrübəli  proqramçılar  istifadə  edə  bilər”  kimi  verilməsi  tövsiyə  edilir. 

Çünki  təcrübəli  proqramçılar  yalnız  nadir  hallarda  bu  alqoritmik  dillərdə  baza 

yaratmağı qarşısına məqsəd qoyur.  

Səhifə 92-də 1-ci abzasın 1-ci cümləsi aktuallığını illər ərzində itirdiyinə görə 

bu fikrin redaktə edilməsi məqsədəuyğun hesab edilir. 



Səhifə 93-də 3-cü abzasın sonuncu cümləsinin “... formasını dəyişir və adətən 

əl şəkli alır” kimi bitməsi tövsiyə edilir. 

Səhifə  99-100-dəki  nümunədə  istifadə  edilən  teqlər  haqqında  məlumat 

verilməsi tövsiyə edilir. Məsələn, H2, HR və s. 



Səhifə 111-də  sonuncu  abzasda    “Proqramın yüklənməsindən  əvvəl, yaxud 

sonra  virus  aktivləşərək  fəaliyyətə  başlayır”  cümləsində  proqramın  hara 

yüklənməsindən  danışıldığı  məlum  deyil.  Çünki  əgər  proqramın  yerinə  yetirilməsi 

nəzərdə tutulursa, bu zaman “əvvəl” deyilməsi yanlışdır. 

Yenə  həmin  səhifədə  “Virusun  fəaliyyət  ssenarisi  təxminən  belədir” 

cümləsindən sonrakı alqoritm konkret virus üçündür və bu mütləq deyil. Ona görə də 

cümlənin “Virusun fəaliyyət ssenarisi müxtəlif ola bilər, məsələn belə” kimi verilməsi 

tövsiyə edilir. 



Səhifə  112-də  ziyanverici  proqramların  əlamətləri  sırasında  3-cü  əlamət  çox 

vaxt texniki nasazlıq üzündən baş verir. 5-ci əlamətdə “kompüterin tez-tez sıradan 



çıxması”  deyil,  “kompüterin  tez-tez  donması”  kimi,  7-ci  əlamətdə  “yoxa  çıxması” 

deyil,  “gizlədilməsi”  kimi,  8-ci  əlamətdə  “sərt  diskə  tez-tez  müraciət”  deyil,  “sərt 



diskə  tez-tez  müraciətlərin  olması”  kimi,  9-cu  əlamətdə  isə  “brauzerin”  deyil, 

yerinə yetirilən proqramın” kimi verilməsi tövsiyə edilir. 



Səhifə  114-də  “Kompüterdə  virus  əlamətləri  aşkarlandıqda  nə  etməli?” 

sualı  altında  verilmiş  1-ci  addımın  “kompüteri  lokal  şəbəkədən  və  İnternetdən 



ayırın (əgər qoşulmuşsa)” əvəzinə “kompüteri bütün növ şəbəkələrdən ayırın”, 2-ci 


 

addımın  “əməliyyat  sistemi  kompüterə  düşmüş  virus  nəticəsində  sərt  diskdən 



yüklənmirsə,  onda  onu  CD  diskdən  yükləməyə  çalışın”  əvəzinə  “əməliyyat 

sistemini  təhlükəsiz  rejimdə  işə  salmağa  çalışın  və  ya  CD  diskdən  bərpa  etməyə 

çalışın”,  3-cü  addımın  “antivirus  proqramını  başladın”  əvəzinə  “antivirus 

proqramının  xüsusi  təmizləyici  utilitini  başladın”  kimi  verilməsi  məqsədəuyğun 

hesab edilir. 



Səhifə  116-da  bir  kompüterə  iki  və  daha  artıq  antivirusun  yazılma  təhlükəsi 

haqqında məlumatın verilməsi tövsiyə edilir. 



Səhifə  117-119-da  göstərilmiş  pəncərələr  hər  il  təzələndiyi  üçün  bütöv 

səhifələrin daha səmərəli istifadəsinə xələl gətirir.  

 

Dil və yazı üslubu baxımından 

 

Dərslikdə  verilmiş  materialların  dili  və  üslubu  şagirdlərin  yaş  səviyyəsinə 

uyğundur. İstər mövzuların izahı, istərsə də tapşırıqların mətnləri şagirdlər tərəfindən 

aydın şəkildə başa düşüləndir. Təqdim edilmiş materiallarda qrammatik və orfoqrafik 

qaydalara əməl olunmuşdur. 

Səhifə 116-da proqramın adı “McAfee” kimi yazılmalıdır. 

 

Dizayn və bədii tərtibat baxımından 

 

Dərsliyin  dizayn  və  bədii  tərtibatı  xoşagələndir.  Şəkillər  mövzulara  uyğundur 



və məzmunu tamamlayır.  

Səhifə 8 və 124-də sonuncu abzasda artıq “-” işarələrinə rast gəlinir. 

Səhifə  120-də  dərsliyin  rus  dilində  olan  variantında  axırdan  ikinci  abzasda 

artıq “-” işarələrinə rast gəlinir. 

 

Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

Dərslikdəki  tapşırıqlar  elmi-metodiki  baxımdan  məzmuna  uyğundur.  Burada, 



biliklərin tətbiqini tələb edən, müqayisəli təhlil üzərində qurulmuş, idrakı bacarıqların 

formalaşdırılmasına yönəlmiş tapşırıqlara üstünlük verilmişdir.  



 

 


 

Nəticə 

 

1.  Dərslikdə  tədris  proqramındakı  mövzular  tam  əhatə  olunub,  oradakı  faktlar, 



hər  bir  anlayışa  dair  verilən  izah  özündən  əvvəlki  məlum  faktlara  əsaslanaraq  

elmi-metodiki baxımdan dəqiq ifadə edilib.  

2. Dərslikdə şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınıb.  

3. Dərslik fənn üzrə bilik və bacarıqların formalaşdırılmasına imkan verir. 

4. Dərslikdə müəyyən mövzular üzrə bir sıra qüsurlara, texniki səhvlərə də rast 

gəlinir. 



 

Yüklə 31,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə