Dərsliklərin gender analizi Tbilisi 2012 IL Mündəricat Tədqiqi məsələnin icmalı



Yüklə 244,47 Kb.
səhifə1/3
tarix19.11.2017
ölçüsü244,47 Kb.
#11137
növüDərs
  1   2   3


İctimai elmlərin tədrisi zamanı

cinslərin bərabərliyi məsələsi

Dərsliklərin gender analizi

Tbilisi

2012 il

Mündəricat


Tədqiqi məsələnin icmalı

3

Tədqiqat haqqında ümumi məlumat

5

Tədqiqatda istifadə olunan terminlərin izahatı

6

Tədqiqatın məqsədləri və hipotezi

7

Tədqiqat obyekti

7

Tədqiqat zamanı istifadə edilən metodlar

9

Tədqiqatın nəticələri

9







Cinslərin bərabərlik məsələlərinin

tarix dərsliklərində təsviri;










Dərslik müəlliflərinin gender tərkibi

10

Dərslik illüstrasiyalarında cinslərin reprezentasiyası

10

Tarixi mənbələrdə və dərs fəallıqlarında cinslərin reprezentasiyası

12

Dərslikdə təqdim edilən məşhur insanlar

12

Qadın və kişinin əmək fəaliyyəti və gender rolları

13

Gender kəsiyində öyrənilən məsələlər dərsliklərdə müzakirə olunmuşdurmu və ya yox

13







Cinslər bərabərliyinin Vətəndaş təhsili dərsliklərində təsviri:




Dərslik müəlliflərinin gender tərkibi

20

Dərslik illüstrasiyalarında cinslərin reprezentasiyası

20

Dərslikdə təqdim edilən məşhur insanlar

23

Qadın və kişinin iş fəaliyyəti və gender rolları

24

Dərsliklər gender bərabərliyi məsələlərinin nəzəri biliyini verirlərmi

27

Dərs fəallıqlarında gender nəzəri

28







Nəticələr

31

Ümumi tövsiyələr

33

Əlavə 1. Tarix

36

Əlavə 2. Vətəndaş təhsili

42


Tədqiqi məsələlərin icmalı

2010-cu ilin martın 26-da Gürcüstan parlamenti “Gender bərabərliyi haqqında” qanun qəbul etdi, onun əsas məqsədi qanunvericilik səviyyəsində cinsi əlaməti ilə insanların bərabərliyi prinsiplərinin möhkəmlənməsi və gender bərabərliyinə nail olmaq üçün müvafiq qanunvericilik zəminlərinin yaradılması idi.

Qanun cinsi əlaməti ilə sosial və ictimai həyatın müxtəlif sahələrində əmək münasibətləri, təhsil və elm sahəsi, sağlamlığın müdafiəsi və sosial sahə, ailə münasibətləri, informasiya resurslarından faydalanma, seçki hüquqlarının gerçəkləşdirilməsi kimi və s. insanların bərabərliyini tanıyır.

Qanunla bəyan edilən gender bərabərliyinin real həyatda bərqərar olunmasına dəstəyin verilməsi üçün təhsil sahəsində gender yanaşmalarının tətbiqi vacibdir. Dərs intizamlarının öyrənilməsi gender stereotiplərinin formalaşmasında mühüm rol oynayır və eləcə də artıq kök salmış stereotiplərin dəyişdirilməsinə dəstək verir.

Gürcüstan 1994-cü ildən qadın diskriminasiyasının hər formada qarşısının alınması haqqında Birləşmiş Millətlər konvensiyasına qoşuldu və bu konvensiyasının tələblərinin bütün həyat sahələrində yerinə yetirilməsi öhdəliyini üzərinə götürdü, o cümlədən təhsildə də. Konvensiyanın mətnində deyilir: “... Qadın və kişi rolunun stereotip konsepsiyalarının qarşısı alınsın... Məktəb dərslikləri və proqramlarının sınaqdan keçirilmə metodlarının adaptasiya yolu ilə”1.

Eləcə də Gürcüstan 1995-ci ildə Pekin fəaliyyət platformasına birləşdi və üzərinə öhdəlik götürdü ki, qadınların vəziyyətinin yaxşılaşdırılmasının milli planını işləyib hazırlasın. Bu plan 1998-2000-ci illərdə işlənib hazırlandı, onda eləcə də məktəb dərsliklərinin gender analizinin həyata keçirilməsinin zərurəti əks olunurdu.



1999-cu ildə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının qadağan olunması haqqında Konvensiyada (CEDAW) Gürcüstanın hesabatı ilk dəfə qeyri-hökümət qadın təşkilatı tərəfindən təqdim edildi. Dövlət hesabatı ilə birlikdə qeyri-hökümət qadın təşkilatları tərəfindən alternativ b.a. kölgəli hesabat da hazırlandı. Bundan sonra komitə tərəfindən Gürcüstanda qadınların vəziyyətinin yaxşılaşdırılması, gender stereotiplərinin qarşısının alınması üçün tövsiyələr işlənib hazırlandı. Buna cavab olaraq Gürcüstan prezidentinin “Gürcüstanda qadın hüquqlarının qorunmasının möhkəmlənməsi tədbirləri haqqında” sərəncamı buraxıldı. Bu sərəncamın maddələrindən birinə əsasən, Təhsil Nazirliyinə dərsliklərin gender analizi tapşırıldı, hansı ki, hələ 1998-2000-ci illərin iş planı çərçivəsində həyata keçirilməli idi: “Həyatın bütün sahələrində qadın və kişilərin bərabərliyinin bərqərar olunması məqsədilə stereotiplərin qarşısının alınması üçün Gürcüstanın Təhsil Nazirliyi dərsliklərin gender analizini keçirsin”.
2006-cı ilin iyulun 24-də Gürcüstan Parlamenti gender bərabərliyinin dövlət konsepsiyasını qəbul etdi, 2007-ci ildə isə gender bərabərliyinin siyasətinin həyata keçirilmə tədbirlərinin 2007-2009-cu illərin iş planını təsdiq etdi. İş planı ilə gender bərabərliyinin əldə edilməsi üçün təhsil sahəsində növbəti tədbirlər planlaşdırıldı:

  • Təhsil sisteminin bütün pillələrində genderlə əlaqədar stereotiplərin yeni, gender bərabərliyi yönümlü nəzərlə əvəz edilməsi;

  • Təhsil proqramları və dərsliklərdə gender aspektlərinin nəzərə alınması;

  • Təhsil Nazirliyinin təhsil standartlarını işləyib hazırlayan müvafiq qrupda gender məsələləri üzrə ekspertlərin cəlb olunması;

  • Dərsliklərin gender ekspertizasının dərsliklərdə gender bərabərliyinin nəzərə alınması ilə həyata keçirilməsi;

  • Müəllimlərin ardıcıl təhsil sisteminə gender məsələlərinin tədris komponentinin cəlb olunması (gender bərabərliyinin baza məsələləri haqqında informasiyanın müəllimlərin ardıcıl təhsil proqramına cəlb olunması).

2006-cı ildə Gürcüstanın Qadınlar Təşkilatı koalisiyasının işçi qrupu “Qadın və təhsil” ATƏT-in demokratiya və insan hüquqlarının müdafiəsi bürosu layihəsi çərçivəsində tədqiqat zamanı ibtidai siniflərin dərsliklərinin gender analizi həyata keçirildi. Tədqiqatın əsas nəticəsi dərsliklərdə kifayət qədər gender stereotipli tərkibinin təsdiq edilməsi idi. Müvafiq olaraq tərəfimizdən həyata keçirilən məktəb dərsliklərinin analizi bu növdə ikinci tədqiqatdır.
Tədqiqat haqqında ümumi məlumat
Verilən tədqiqat Vətəndaş İnteqrasiyası və Millətlərarası Əlaqələr Mərkəzinin “ Təhsil siseminin islahatları prosesində qeyri-gürcüdilli məktəblərə kömək” layihəsi çərçivəsində həyata keçirildi. Layihə ATƏT-in Milli azlıqlar üzrə ali komisarı ofisinin maliyyə dəstəyi ilə həyata keçirilirdi. Tədqiqatı təhsil və gender məsələləri üzrə ekspertlər həyata keçirdilər: Manana Cavaxişvili, İrma Xomeriki, Tamar Abramişvili.
Tədqiqatda istifadə edilən terminlərin izahatı:

gender – ictimai həyatın bütün sahələrində ifadə olunan və sosiallaşmanın səbəb olduğu bu və ya digər cinsə olan fikirləri nəzərdə tutan cinslər arasında əlaqələrin sosial aspektidir.

Gender bərabərliyi – qadın və kişinin bərabər hüquq-öhdəliklərini, məsuliyyətini, şəxsi və ictimai həyatın bütün sahələrində bərabərhüquqlu iştirakını nəzərdə tutan insan hüquqlarının bir hissəsi; burada nəzərdə tutulur ki, qadın və kişinin öz potensialını tam gerçəkləşdirməsi üçün, proseslərdə eyni şəkildə iştirak etməsi və ictimai mənfəətdən, imkanlardan və ehtiyatlardan eyni şəkildə faydalanması üçün bərabər imkanları və həyat şansları var. Onların maraqları eyni səviyyədə nəzərə alınmalıdır, onların göstərdikləri xidmət eyni şəkildə dəyərləndirilməlidir.

Gender diskriminasiyası– cinsi əlaməti ilə hər hansı bir ayrı-seçkilik, ayırma və ya məhdudiyyət, hansı ki, hüquqların və əsas azadlıqların fərqli tanınması ilə ifadə olunur, imkanların qeyri-bərabər göstərilməsi, zəifləmə və ya inkaretmə ilə və birbaşa və ya dolayı diskriminasiya forması ilə həyata keçirilir.

Birbaşa diskriminasiya– hüquqi aktın, proqramın və ya digər ictimai siyasətin əsasında şəxsin cinsi əlaməti ilə diskriminasiyalı vəziyyətinə qoyulması.

Dolayı diskriminasiya– hüquqi akt, proqram və ya digər ictimai siyasət, hansı ki, birbaşa diskriminasiyaya işarə etmir, amma hansının həyata keçirilməsi diskriminasiya nəticəsinin yetişməsi ilə əlaqədardır.

Gender analizi – qadın və kişiyə bu və ya digər siyasətin, proqramın, strateji yanaşmanın, təsisatın fərqli təsirinin aşkarlanmasını və öyrənilməsini nəzərdə tutur. İstənilən materialın onda gender nisbətinin (bərabərliyin və ya onların azlığının) aşkarlanması üçün səylə öyrənilməsi.

Gender stereotipi – qadın və kişi bacarıqları, xassələri və sosial hərəkəti üzrə geniş şəkildə yayılmış və bir çox hallarda dəqiq olmayan fikirlər. Stereotiplər gender rollarının mənimsənilməsinə dəstək verir və uşaqlar üçün sosiallaşma modellərini təqdim edirlər.

Gender rolları - cəmiyyət üçün qadın və kişinin ənənəvi şəkildə qəbul edilən rolları. Obyektiv əsas xaricində sosiallaşdırma nəticəsində formalaşmış rollar, hansılar insanın davranışını məhdudlaşdıra bilərlər.

Tədqiqatın məqsədləri və ehtimalı:
Tədqiqatın məqsədi baza pilləsinin tarix və vətəndaş təhsili dərsliklərinin nə dərəcədə gender bərabərliyi baxımından taraz olduğunu aşkarlamaq idi. Xüsusilə də:

  • Gender bərabərliyi məsələlərini əks etdirirdimi və ya yox;

  • Cinslərin bərabərliyi haqqında şagirdlərin arasında müsbət yanaşmaları möhkəmləndirirdimi və ya yox;

  • Dərs materiallarında gender stereotiplərinə təsadüf edilirdimi;

  • Təhsil sistemində gender nəzərinin inteqrasiyasına dəstəyin verilməsi üçün mövcud analiz əsasında tövsiyələrin işlənib hazırlanması.

İlkin nəzərlərlə, ümumtəhsil sisteminin baza pilləsində (VII-IX sinif) ictimai elmlərin tədrisi cinslərin bərabərlik ideyasının inkişafına dəstəyin verilməsini təmin edə bilmir.
Tədqiqat obyekti:
Tədqiqat çərçivəsində Gürcüstan Elm və Təhsil Nazirliyi tərəfindən 2012-ci ildə qrif verilmiş baza pilləsinin Tarix və Vətəndaş təhsilində bütün dərslikləri, cəmi 8 dərslik öyrənildi. Analiz zamanı baza pilləsinə üstünlük verildi, çünki orta pillədə şagirdlərin hamısı təhsilini davam etdirmir (xüsusilə də milli azlıqların nümayəndələri).
Gürcüstanın Elm və Təhsil Nazirliyi tərəfindən 2012-ci ildə qrif verilmiş növbəti dərsliklər:


  1. Tarix, 7-ci sinif, E. Medzmariaşvili, M. Papaşvili, R. Dauşvili, T. Papaskiri, L. Qiorqobani, “Klio” nəşriyyatı

  2. Tarix, 7-ci sinif, Q. Sanikidze, L. Qordeziani, L. Pirtsxalava, “Bakur Sulakauri” nəşriyyatı.

  3. Tarix, 8-ci sinif, E. Medzmariaşvili, T. Papaskiri, M. Papaşvili, R. Dauşvili, O. Canelidze, A. Tabuaşvili, T. Xatiaşvili, M. Kavtiaşvili, “Klio” nəşriyyatı

  4. Tarix, 8-ci sinif, Q. Sanikidze, R. Qaçeçiladze, L. Qordeziani, N. Kiğuradze, Z. Miminoşvili, “Bakur Sulakauri” nəşriyyatı.

  5. Gürcüstan tarixi, 9-cu sinif, O. Canelidze, A. Tabuaşvili, L. Tavadze, N. İremaşvili, “Klio” nəşriyyatı

  6. Gürcüstan tarixi, 9-cu sinif, N. Asatiani, M. Lortkipanidze, P. Lomaşvili, R. Metreveli, Q. Sanikidze, Q. Otxmezuri, “Bakur Sulakauri” nəşriyyatı.

  7. Vətəndaş təhsili, 9-cu sinif, N. Talaxadze, T. Kaldani, T. Breqvadze, İ. Petriaşvili, “CEED” nəşriyyatı

  8. Vətəndaş təhsili, 9-cu sinif, T. Meipariani, L. Mikiaşvili, İ. Calağania, M. Qonaşvili, M. Tokmazişvili, D. Şavloxaşvili, R. Dalakişvili, “Sakartvelos Matsne” nəşriyyatı



Tədqiqat zamanı tətbiq olunan metodlar

Dərsliklərin gender analizinin həyata keçirilməsi üçün həm kəmiyyət, eləcə də keyfiyyət metodlarından istifadə olunur.

İllüstrasiyalarda və mətndə qadın və kişi qəhrəmanlarının reprezentasiyasının kəmiyyət göstəriciləri öyrənildi.

Həm mətn və eləcə də illüstrasiyalar keyfiyyət metodları ilə də öyrənildi. Kişi və qadın xüsusiyyətləri, əmək fəaliyyəti və gender rolları (ailə statusu, peşəkar fəallıqlar) kimi kateqoriyaları da ayırdıq. Eləcə də dərsliklərin gender bərabərliyi haqqında nəzəri biliyin verilməsini və dərsliklərdə öyrənilən məsələlərin gender sahəsində təhlil edilib-edilmədiyini də öyrəndik.

Aşağıda sadalanan ölçüləri dərsliklərin tədqiqi zamanı mühüm hesab etdik. Çünki kişi və qadının bərabər iştirakı həm dərsliklərin yaradılma prosesində, eləcə dərsliyin mətni və illüstrasiyalarında cinslərin əks etdirilməsi müəyyən qismdə mövzu haqqında hər iki cinsin əks etdirilməsinə və tarazlaşdırılmış gender şəklinin yaradılmasına səbəb olur.
Tədqiqatın nəticələri
İctimai elmlər dərsliklərində cinslərin bərabərlik məsələlərinin əks etdirilməsi zamanı ümumi istiqamətlər ayırd edildi, amma daha dəqiqlik üçün sizə mövzuların əsasında analizi təqdim edirik. Təhsil sahəsinə cəlb olunan şəxslər üçün dərsliklərin analizinin təkcə ümumiləşdirilmiş nəticələri deyil, tədqiqi məsələlərin öyrənilməsi nəticəsində fənlərin, o cümlədən ayrı-ayrı dərsliklərin əsasında alınan ilkin göstəricilər də maraqlıdır. (Baxın, Əlavə 1. Tarix, Əlavə 2. Vətəndaş təhsili).

Tarix dərsliklərində cinslərin bərabərlik məsələlərinin göstərilməsi
Dərsliklərin müəlliflərinin gender tərkibi

Dərsliyin müəlliflərinin əksəriyyəti, 66%-i kişi cinsindən, qadın-müəlliflər isə yalnız 34 %-i təşkil edirdilər.



Dərsliklərin illüstrasiyalarında cinslərin reprezentasiyası

Dərsliklərin illüstrasiyalarında cinslərin reprezentasiyasının kəmiyyət göstəriciləri növbətilərdir: yalnız kişi cinsi təsvir olunmuş illüstrasiyaların sayı (77%), aydın şəkildə yalnız qadın cinisinin şəkilli illüstrasiyalarından (cəmi 7%) çoxdurlar. İllüstrasiyaların 16%-dən çoxu hər iki cins nümayəndələri ilə təsvir olunurlar.

İllüstrasiyaların kəmiyyət analizi göstərdi ki, illüstrasiyalar müxtəlif cinsləri eyni şəkildə göstərmirlər. Kişilər təsvir edilən illüstrasiyalar təxminən 10 dəfə artıqdır, nəinki qadınlar təsvir olunan illüstrasiyalar.
Cinslərin tarixi mənbələrdə və dərs fəallıqlarında reprezentasiyası

Həm “Bakur Sulakauri” nəşriyyatı tərəfindən tərtib edilən dərsliklərdə (hər üç sinifdə), eləcə də “Klio” dərsliklərində (hər üç sinifdə) qadın və ya qadınlar qrupu haqqında söhbət aparılan və ya qadın müəllifi olan təxminən 20-22 tarixi mənbənin olması faktı çox vacibdir. Eləcə də dərslikdə verilən fəallıqda, tapşırıqlarda “Bakur Sulakauri nəşriyyatı” tərəfindən tərtib olunan dərsliklərdə (hər üç sinifdə), eləcə də “Klio” dərsliklərində (hər üç sinifdə) təxminən 11-12 dərs fəallığında qadın cinslərinin reprezentasiyasına təsadüf edilir.



Dərslikdə təqdim olunan məşhur insanlar

Qadınların cinsiyyəti və onların rolları və xidmətləri dərslikdə çox az verilir. Tanınmış insanların əksəriyyətini kişilər təşkil edirlər.

Dərslikdə qadın cinsinin cəmi 80-ə qədər tarixi şəxsiyyəti verilir.

“Klio” nəşriyyatı tərəfindən tərtib olunan dərslikdə tarixi qadın şəxsiyyətlərin reprezentasiyası daha çoxdur, nəinki “Bakur Sulakauri nəşriyyatı” tərəfindən tərtib edilmiş dərsliklərdə. Məsələn, əgər “Klionun” 8-ci sinif dərsliyində 10 tarixi qadın şəxs təsəvvür edilmişdirsə (20 dəfə), o zaman “Bakur Sulakauri nəşriyyatı” tərəfindən eyni sinfin dərsliyində - 5 (12 dəfə) və s. Əsas odur ki, ümumilikdə, 2000 səhifədən çox olan hər altı dərslikdə, tarixi qadın şəxsiyyətlərin sayı çox azdır. Qədim dövrlərdən 21-ci əsrə qədər cəmi 80-ə yaxın tarixi qadın şəxsiyyətinin adı çəkilmişdir.


Qadın və kişinin iş fəaliyyəti və gender rolları

Hər iki nəşriyyatın dərsliklərinin mətn və illlüstrasiyalarında qadının rolu kişinin rolu ilə müqayisədə passivdir.


Kişi şah-hökmdar, qərarlar qəbul edən, döyüşçü, sərkərdə və ya carçı, fəal xadimdir. O tarixi “yaradır”, qadın isə passiv “əhəmiyyətsiz” bir roldadır.

İllüstrasiyalarda kişilər, onlara həvalə edilən rollarından irəli gələrək, çox aktiv, məqsədli, döyüşkəndirlər, qadınlar isə əsasən əməklə və ya əyləncə ilə məşğuldurlar; belə bir illüstrasiyalar qadınların – “passiv”, kişilərin isə “mühüm” rollarının yanlış stereotip fikrinin möhkəmlənməsinə xidmət edir.



Dərslikdə öyrənilən məsələlər gender tərəfindən təhlil olunurmu

Bu dərslikdə əks edilən tarixi proseslər və tarixi şəxsiyyətlər necədir?

Bu sualın cavabı qısaca olaraq belə formalaşdırıla bilər: bu, “kişilərin tarixidir”, bu, müharibələrin, dövlət xadimlərinin tarixidir.

Daha geniş olaraq məsələ belədir:

Tarix dərsliklərinin əsasən bəşəriyyətin siyasi (mübarizələr, münaqişlər) tarixini ötürdüklərinə görə, əlbəttə ki, onlar daha çox məhz kişilərin fəaliyyətini və tarixlərini nəql edirlər. Təəssüflər olsun ki, siyasi, iqtisadi, məişət, mədəni tarixə dərsliklərdə daha az yer verilir. Müvafiq olaraq tarix də elə formalaşmışdır ki, qadınlar mühüm qərarların qəbul edilməsində iştirak etmirdilər, iştirak edə bilmirdilər, höküməti idarə etmirdilər və buna uyğun olaraq da ölkə üçün “mühüm” məsələlərin qəbulunda iştirak etmirdilər. Amma dərslik müəllifləri qadınların reprezentasiyası imkanını real faktlar mövcud olan konkret tarixi kontekstdə buraxmalı deyildilər. Məsələn, Misir tarixi (qadın-firon Hatşepsut, qadın-firon Kleopatra) və başqa analoji hallar (məsələn, Fransa böyük inqilabı zamanı 6000 qadının Versala yürüşü, 1918-ci ildən Gürcüstan qadınları üçün səs hüququnun verilməsinin önəmli faktı və s.). Konkret tarixi şəxsiyyət olan qadınlar öz ölkələrinin həyatında mühüm rol oynayırdılar.

Tarix dərsliklərini oxuduqda belə bir hiss yaranır (xüsusilə də 8-ci sinif dərsliklərini təhlil etdikdə, çünki bu sinfin dərslikləri münaqişələr tarixinə aiddir) ki, qadınlar ümumiyyətlə görünmürdülər, tarixi proseslərdə iştirak etmirdilər.

Bu cəhətdən xüsusilə nəzərəçarpan “Bakur Sulakauri” nəşriyyatının 8-ci sinif dərsliyidir. Misal üçün, bu dərslikdə sadəcə faktların konstatasiya səviyyəsində İsrail qoşunlarında qadınların xidmətinin (əsgər qadının şəkli, səh.161) və Atatürk islahatları haqqında söhbət etdikdə qadınlara seçki hüquqlarının verilməsi, çoxarvadlılıq və çadra daşınmasının qadağan edilməsi, qızlar üçün məktəbdə təhsil almağın (səh.229) zərurəti göstərilir. Bu halda biz dərslik müəlliflərinin gender hissiyatını, imkan daxilində qadınları nümayiş etdirmək arzusunu görə bilmirik. Dərsi tarixi mənbə müşaiyət etməsinə baxmayaraq, türk qadınlarının həmin dövr üçün vəziyyətlərini müzakirə mövzusuna çevirə biləcək ağır vəziyyətini əks etdirən Kamal Atatürkün çıxışından bir parçadan sonra dərs fəallığı gəlmir.

Digər tərəfdən, “Klio” nəşriyyatının 8-ci sinif dərsliyi də eyni mövzularla əhatə olunur, amma qadınların reprezentasiyası burada daha genişdir. Misir tarixi dərsi Nefertiti haqqında hekayəni nəql edir, eləcə də dərsi tapşırıq müşaiyət edir, hansında şagird Misirin məşhur çariçalarının adlarını sadalamalı, həm də suala cavab verməlidir: “Misir cəmiyyətində qadınlar hansı rolu tuturdular?” (səh.283). Belə ki, dərsliklərin müəllifləri Misir çarlığında qadınların tarixini müəyyən hissədə təsvir etmiş və eləcə də şagirdlərə qadınların rolu haqqında müzakirə mövzusunu vermişlər.

Qədim yunan tarixini də təhlil etdikdə tapşırıq verilmişdir: “Qızlar necə bir təhsil alırdılar? Onlar nə üçün məktəbdə oxumurdular? Onlar cəmiyyətdə hansı rolu yerinə yetirirdilər?”, eləcə də “Qızlar və oğlanların Qədim Şərqdə təhsili” mövzusu verilir (səh.288).


İntibah dövrünü təhlil etdikdə oxuyuruq: “qadınlara yalnız at minmək, rəqs etmək, mahnı oxumaq və arfada ifa etmək öyrədirdilər. Onlar yaxşı həyat yoldaşı və ana olmalı idilər”, bunlardan sonra növbəti tapşırıq gəlir: “ Fikirləş, İntibah dövrünün humanistik cəmiyyətində qadınlar hansı yeri tuturdular; qızlara nə üçün riyaziyyat və ritorikanı öyrətmirdilər? Fikirləş, qızların və oğlanların fərqli təhsil almalarına səbəb nə idi”. Düşünürük ki, məhz burada gender rollarının və stereotiplərinin formalaşması vurğulanır. Eyni dərslikdə söhbət həm də olimpiya oyunlarına qadınların buraxılmamasından gedir (səh.297).

“Bakur Sulakauri nəşriyyatının” 7-ci sinif dərsliyində Misir fironları arasında qadın-fironlar haqqında məlumat verilmir. Tarixi proseslərin təsvirində (tarixi mənbələrdə) qadınların fəallığının kifayət qədər görünmədiyi şərtlərdə, fikrimizcə, müəlliflər kollektivi, Misirdə qadın-fironları Hatşepsut və Kleopatranı təsvir etmək imkanını buraxmamalı idilər.

Eyni dərslikdə 2 dərs tam olaraq uşaqların hüquqlarına verilir, bu da sözsüz ki, çox vacibdir, amma yaxşı olardı ki, qadın hüquqlarına da diqqət yönəldiləydi.

Gender stereotiplərinin möhkəmlənməsi cəhətindən, qeyd edilən dərslikdə Orta Əsrlərdə kəndlilərin vəziyyəti və fəaliyyətini təsvir etdikdə qeyd olunur: “kişilər ailə üçün lazımi əşyaları hazırlayırlar, qadınlar isə bəzəyir, toxuyur və paltar tikirdilər” (səh.263). Bu cümləni, gender nöqteyi-nəzərindən, düzgün hesab etmirik, bu nəzər gender stereotipinin möhkəmlənməsinə dəstək verir ki, tarixdə kişilər daha öhəmli iş görürdülər, nəinki qadınlar. Kişilərin “lazımi əşyalar hazırladıqları” kişini fəaliyyətinin qadının fəaliyyəti ilə münasibətdə üstünlüyünü qeyd edir, qadının işi mühüm və lazımi hesab edilmir. Qadın az əhəmiyyətli hallarda görünür. Məsələn, Orta əsr turnirlərinin himayədarları qadınlar idilər (səh.267). Cəngavər poeziyasının inkişafını təhlil etdikdə və ümumiyyətlə, Orta əsrlərdə cəngavərlik mədəniyyətinin formalaşmasının özünəməxsusluqlarını analiz etdikdə qadınlar haqqında geniş söhbət aparılır. Şübhəsiz ki, cəngavərlik poeziyasının inkişafında qadın başlıca ilhamverici (kişilər üçün) idi, amma bu halda da əsas oyunçu kişi olurdu. Bundan irəli gələrək, şagiddə yanlış təsəvvür yarana bilər, qadının az əhəmiyyəti, ikincidərəcəli rolu haqqında stereotip fikri formalaşa bilər.


Amma buradaca eyni dərsliyin müəlliflər kollektivinin işinin xeyrinə qeyd etmək lazımdır ki, Orta əsrlər Yaponiya tarixi dərsinə yaponiyalı qadınının “Xəzinə haqqında hekayə” romanı haqqında (səh.238) məlumat əlavə olunur. Bu da həmin dövrün qadın-intellektuallarının göstərilməsi üçün çox vacib idi: “Bu əsər tarixdə real hadisələrə əsaslanan ilk roman hesab edilir”. Bu romanın müəllifinin qadın olması təəccüb doğurur, çünki həmin dövrlərdə qadınların təhsil almaq və səyahət etmək üçün məhdud imkanları var idi.“1 Eləcə də romanın qadın müəllifinin böyük yazıçılıq məharəti qeyd edilmişdir; bu faktın illüstrasiyası üçün yaxşı olardı ki, informasiya ilə birlikdə dərslikdə bu əsərdən bir parça da veriləydi.
“Klio” nəşriyyatının 7-ci sinif dərsliyində bizim üçün maraqlı cəhətdən, məzmunca ən yaxşı vəziyyəti ayırd edilir. Misirin ən qədim tarixi haqqında söhbət apardıqda Misirin məşhur qadın-fironu Hatşepsutunun adı çəkilir, o kişi paltarı və süni saqqal daşıyırdı. Amma buradaca tapşırıq vermək olardı, şagirdlər sual verirlər, onun fikrincə, qadın-firon belə hərəkət etməli olmuşdu? Bu tapşırıq şagirdə gender rollarının, həmin dövrün cəmiyyətində qadının vəziyyəti haqqında müzakirəyə yardım edəcəkdir.
Digər tərəfdən, müəlliflər yazırlar: Şərq ölkələrində Misir qadınlarının daha çox hüquqları var idi. Qadının əri ilə yanaşı əmlakı və irs qəbul etmək hüququ var idi. Bir çox vəzifələr onun üçün əlçatılmaz idi, amma öz işini yarada bilərdi. Ali təbəqənin qadınları kahinə ola bilərdilər (səh. 47). Mətni tapşırıq müşaiyət edir: “Fikirləş, Misir cəmiyyətində qadının vəziyyətini/məşhur qadın fironunu yadına sal ”.
Sparta cəmiyyətinin həyatını təsvir etdikdə eyni dərslikdə yazılır: “Əgər mübarizə zamanı oğlan zəiflik göstərsəydi, onu dərəyə atırdılar“ (səh.76). Eləcə də “Qadın və uşaqlar vətəndaşlıq hüquqlarından məhrum idilər” (səh.78) dərsinə əlavə olunan tapşırıqda şagirdə qadının iş fəaliyyətini təsvir etmək tapşırılırdı. Düşünürük ki, şagird üçün Spartada qadının vəziyyətini müzakirə etmək tapşırığının verilməsi adekvat olardı.

Mayya sivilizasiyası haqqında dərsdə əmək bölgüsü barədə söhbət etdikdə oxuyuruq: “qadınlar evə qulluq edir, uşaqları böyüdür və yemək hazırlayırdılar” (səh.190); asteklər haqqında isə yazırdılar: “astek oğlanlar və qızların doğulduqlarından cəmiyyətdə fərqli rolları var idi”. Oğlan doğulanda söyləyirdilər: “başa düşməlisən ki, sənin yerin doğulduğun yerdə deyil”. Qız doğulduqda isə: “ürək bədəndə olduğu kimi, sən də evdə olmalısan”. Astek qadınların həm əmlak, eləcə də irs qəbul etmək hüquqları var idi.... Qadınlara evdə iş görmək, parçalar hazırlamaq və uşaqları tərbiyə etmək həvalə olunurdu. Amma onlardan bəziləri kahinə olurdular” (səh.195); “qızlara evdə xörək hazırlamaq, alış-veriş etmək”, ”uşaqlara qulluq etmək və toxumaq öyrədirdilər”, oğlanlara isə məktəbdə təhsil verilirdi. Verilən parçada, bizim fikrimizcə, tarixi prosesdə qadın və kişinin fərqli gender rollarının bölgüsünü göstərmək yaxşı olardı.

Eyni dərslikdə İntibah dövrü haqqında söhbət etdikdə, oxuyuruq: “qadının əsas rolu evə nəzarət etmək, evi yığışdırmaq, təmizləmək, yemək hazırlamaq, uşaqlara qulluq etmək idi” (səh.211). Eləcə də qadının vəziyyəti haqqında müzakirələr aparmaq üçün tapşırıq verilir. Eləcə də Avropa şəhər məişətini təsvir etdikdə (səh.227) qadının roluna diqqət verilir, onda qadının ənənəvi rolu, orta əsrlər cəmiyyətində vəzifələri göstərilir.

9-cu sinif dərslikləri Gürcüstan tarixinə həsr edilir. Burada da “Klio” nəşriyyatının dərsliklərində qadının reprezentasiyası daha çox göstərilir. Burada söhbət çariça Darecandan, Ekaterine Çavçavadzedən, Marcori Uordropdan gedir, hərçənd onlar haqqında “Bakur Sulakauri nəşriyyatının” müəlliflər kollektivi söhbət aparmır.

Ümumiyyətlə demək olar ki, Gürcüstan tarixinin 9-cu sinfinin hər iki dərsliyində Gürcüstan tarixində qadınların rolu haqqında söhbət azdır, yalnız çariça Tamaranın şəxsiyyətinə diqqət yönəldilmişdir.

Ümumiyyətlə, məzmun baxımından tədqiqat göstərdi ki, gender həssaslığının olması və gender stereotipləri ilə mübarizənin istəyi halında tarix dərsliklərini tərtib etdikdə qadınların reprezentasiyasını, qadınların rolu və yerini, əhəmiyyətini göstərmək tamamilə mümkün idi.

Tarix dərsliklərinin kəmiyyət analizi göstərdi ki, qadınların reprezentasiyası həm mətndə, eləcə də illüstrasiyalarda, tarixi mənbələr və dərs fəallıqlarında azdır və kişilərin reprezentasiyasından geri qalır.


Yüklə 244,47 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə