3
AZƏRBAYCAN ƏRAZİSİNDƏ İBTİDAİ İCMA QURULUŞU
Azərbaycan ərazisində ilk insan məskənləri
Dünyanın ən qədim mədəniyyət ocaqlarından biri olan Azərbaycanda qədim dövrdə
əlverişli təbii-coğrafi şərait burada
ibtidai insanların məskən salmasına aşağıdakı bir-çox amillər şərait yartmışdı:
•
Şirin su qaynaqlarının olması
•
Bitki və heyvanat aləminin zənginliyi
•
Təbii mağaraların olması və.s
Azərbaycanda ilk insan sürüləri (dəstələri)
1,5 milyon il bundan əvvəl meydana gəlmişdir.
Azərbaycan ərazisində Daş
dövrünün ilk insan məskənləri aşağıdakı abidələr əsasında öyrənilmişdir:
•
Qarabağda –
Azıx və Tağlar mağaraları
•
Kəlbəcərdə -
Zar mağarası
•
Naxçıvanda –
Qazma mağarası
•
Qazaxda
– Daşsalahlı və Damcılı mağaraları
•
Lerikdə -
Buzeyir mağarası
QEYD: Dünyada ən qədim və ilk insan tipi olan
“Bacarıqlı insan”ların qalıqları ilk dəfə
1931-ci ildə Şərqi Afrikada,
Keniya və Tanzaniyada tapılmışdır. Bu qalıqlara əsasən, alimlər ilk insanların
2-3 milyon il bundan əvvəl yaşadığını müəyyən
etmişlər.
İbtidai icma quruluşunun dövrləşdirilməsi
Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü
ibtidai icma quruluşu adlanır. İbtidai icma quruluşu özünəməxsus səciyyəvi
xüsusiyyətlərə malik olmuşdur. Həmin xüsusiyyətlər aşağıdakılardır:
•
İbtidai icma quruluşu başqa dövrlərə nisbətən daha uzun müddət
davam etmişdi
•
İlk insanların yaranması ilə başlamış və uzun inkişaf dövrü keçmişdi
•
Ayrı-ayrı ərazilərdə müxtəlif dövrlərə qədər davam etmişdi
•
İnkişafı və dağılması bir-çox amillərlə (hər hansı bir ölkənin təbii şəraiti, təbii ehtiyyatları və.s ilə) bağlı
olmuşdur
İbtidai icma quruluşunun dövrləri
Tunc dövrü
Dəmir dövrü
Daş dövrü
I BÖLMƏ
4
Daş dövrü
Daş dövrünün özü də şərti olaraq üç dövrə bölünür:
Paleolit dövrü, Mezolit dövrü və
Neolit dövrü. Daş
dövrünün ən qədim
və ilkin mərhələsi
Paleolit dövrü adlanır. Paleolit dövrü şərti olaraq üç mərhələyə bölünür:
Alt Paleolit, Orta Paleolit, Üst
Paleolit.
Alt Paleolit dövrü
Alt Paleolit dövrü – ən qədim və ilk insan tipi olan “Bacarıqlı insan”ın yaranmasından başlayaraq 100 min il bundan
əvvələ qədər davam etmişdir. Alt Paleolit dövründə:
•
Mənimsəmə təsərrüfatı meydana gəldi (İnanların ovçuluq və yığıcılıq vasitəsi ilə təbiətdən hazır məhsulları
mənimsəməsi – mənimsəmə təsərrfatı adlanır. İbtidai insanlar ilk vaxtlar əsasən, xırda heyvanları və iri heyvanların
balalarını ovlayır, yeməli yabanı bitkiləri və giləmeyvələri yığırdılar)
•
Qədim insanların əsas məşğuliyyəti olan
yığıcılıq (yemtoplama) və
ovçuluq meydana gəldi
•
Azərbaycan ərazisində qədim insanlar
ilk dəfə oddan istifadə etməyi öyrəndilər. Onların oddan istifadə etməsi
çox
mühüm hadisə idi. İlk vaxtlar ildırım çaxması və üzvü maddələrin öz-özünə yanması nəticəsində əmələ gəlmiş təbii
oddan istifadə edilmiş, sonralar isə insanlar çaxmaqdaşılarını bir-birinə vurmaqla od əldə etməyi öyrənmişdilər
•
Çaxmaqdaşı, bazalt və obsidiandan (vulkanik şüşə - dəvəgözü) hazırlanan yeni əmək alətləri meydana gəldi, onlardan
– dişli, ucu oymalı, qaşov tipli alətlər, kəsicilər hazırlanırdı
•
İnsanlar kiçik quruplar olan–
ibtidai insan “sürüsü” (ulu icma) halında yaşayırdılar. Ulu icma özünəməxsus
xüsusiyyətlə malik idi. Həmin xüsusiyyətlər aşağıdakılardır:
a)
İlk insan kollektivi olub, icma quruluşunun ilk pilləsində (Alt Paleolitdə) meydana gəlmişdi
b)
Kortəbii şəkildə, təbiət hadisələr qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdı
c)
Qida əldə etmək və vəhşi heyvanlardan qorunmaq məqsədi ilə yaranmışdı
d)
Belə kollektivlər daimi olmayıb, tez-tez dağılır, sonra yenidən yaranırdı
e)
Qəbilə icması formalaşanadək (Üst Pleolit dövrünədək) davam etmişdi
Azərbaycanda Alt Paleolit dövrü insanlarının həyat tərzi – Qarabağın Qusarçay vadisində (indiki Füzuli şəhəri
yaxınlığında) yerləşən
Azıx mağarasında əldə edilən materiallar əsasında öyrənilmişdir. Azıx mağarasınsa:
–
Mağaranın ən qədim dövrünə aid alt təbəqələrindən ibtidai insanların işlətdikləri
adi çay daşlarından hazırlanmış
kobud daş alətləri -
əl çapacaqları, əsrin-qaşov, siyırğac və.s tapılmışdır
–
Mağara sakinləri daş alətlərdən ovlarıqları heyvanı kəsmək , doğramaq işində istifadə etmişlər
–
Nəsli kəsilmiş
müxtəlif vəhşi heyvanların sümükləri aşkarlanmışdı (Bu sümüklərə əsasən, onların ovladıqları vəhşi
heyvanların növləri müəyyənləşdirilmişir)
–
700 min il bundan əvvələ aid ocaq izləri aşkar edilmişdir (Mağara sakinləri ocaqdan əsasən, isinmək, yemək
hazırlamaq və vəhşi heyvanlardan qorunmaq üçün istifadə etmişdilər)
–
İbtidai insanın alt çənə sümüyü tapılmışdır (1968-ci ildə.) İbtidai insanın alt çənə sümüyü tapılması dünyada ən
qədim belə tapıntılardan
dördüncüsü hesab olunur. Bu fakt Azərbaycanın qədim insanın formalaşdığı əraziərdən biri
olduğunu sübut edir.
Antropoloqlar Azıx mağarasında yaşayan ibtidai insanı
“Azıxantrop” (“Azıx adamı”) adlandırmışdılar. Azıx adamının
tapılmış
çənə sümüyü Azərbaycanın qədim insanın formalaşdığı ərazilərdən biri olduğunu sübut edir.
Azıx adamı: