Dərsliyə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 01 iyun 2006-cı IL tarixli 426 saylı qərarı ilə qrif



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə1/38
tarix01.09.2018
ölçüsü0,71 Mb.
#66159
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   38


 

Heydərov K.F., Əliyev A.Ə., Nuriyev C.Q., Mehdiyev S.M. 

 

 



 

 

 



Gömrük  

rəsmiləşdirilməsi 

 

 



Ali məktəblər üçün dərslik 

 

 



 

Dərsliyə Azərbaycan Respublikasının 

Təhsil Nazirliyinin 01 iyun 2006-cı 

il tarixli 426 saylı qərarı ilə qrif 

verilmişdir 

 

 



 

 

 



 

 

 



 

 

 



Bakı – “Qanun” – 2006 

 

 



 

 



 

Az2 



 

 

 



 

 

 



Redaktor:Gömrük xidməti general-mayoru, i.e.u.,  

  

   Ş.S.Bağırov 

 

Rəyçilər:Elm və Təhsil Mərkəzi “Təfəkkür”  



  

Universitetinin rektoru, i.e.d., professor,  

  

M.S.Atakişiyev 

 

  



Dövlət İqtisad Universitetinin prorektoru,  

  

Əməkdar elm xadimi, i.e.d, professor  



  

A.Ş.Şəkərəliyev 

 

 



K.F.Heydərov, A.Ə.Əliyev, C.Q.Nuriyev, S.M.Mehdiyev. “Gömrük 

rəsmiləşdirilməsi” Ali məktəblər üçün dərslik. Azərbaycan dilində. Bakı, Qanun, 2006, 

324 səh. 

 

 



 

Dərslik ali məktəblərin bakalavr dərəcəli tələbələri üçün tərtib olunan tədris proqramı əsasında 

hazırlansa da, gömrük xidməti sahəsində çalışan dövlət məmurları, iş adamları, gömrük işi ilə 

maraqlanan mülki şəxslər, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.  

 

 

 



Q 0100010006-097  06-097 

       AB  022051 

 

 

      



  

 

 



 

 

© Qanun – 2003 



  

 

 



 

 

 



 

 

© Heydərov K.F., Əliyev A.Ə.,Nuriyev C.Q., Mehdiyev S.M. 



 

 

 



 

 

 



 

 



 

MÜNDƏRİCAT 



 

 

Ön söz  



Mövzu 1. 

Heydər Əliyev və Azərbaycan Respublikasının gömrük siyasəti  



Mövzu 2. 

Gömrük nəzarətinin təşkili və gömrük rejimləri  



 

Mövzu 3. 

Gömrük ödənişləri  



 

Mövzu 4. 

Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları  



 

Mövzu 5. 

Gömrük rəsmiləşdirilməsinin əsas prinsipləri  



 

Mövzu 6. 

Xarici ticarət əməliyyatlarının  rəsmiləşdirilməsi  



 

Mövzu 7. 

Alqı-satqı müqavilələrində mal göndərişinin bazis şərtləri və Beynəlxalq 

Konvensiyalar  

 

Mövzu 8. 

BYD (Beynəlxalq Yük Daşımaları) barədə gömrük Konvensiyasının  

tətbiqi  

 

Mövzu 9. 

DƏmir yolu ilə daşınan yüklərin gömrük rəsmiləşdirilməsi qaydaları  



 

Mövzu 10. 

Azərbaycan Respublikası gömrük sərhədindən boru kəməri nəqliyyatı  və 

elektrik ötürücü xətləri üzrə keçirilƏn malların gömrük rəsmiləşdirilməsi 

qaydaları  



 

Mövzu 11. 

Gömrük rəsmiləşdirilməsində ilkin əməliyyatların rolu  



 

 

 


 

Mövzu 12. 

Müvəqqəti saxlanc  

Mövzu 13. 

Gömrük brokeri və gömrük daşıyıcısı  



 

Mövzu 14. 

Bəyanetmə  



 

Mövzu 15. 

Fiziki  şəxslərin tərəfindən keçirilən, istehsal və kommersiya fəaliyyəti 

üçün nəzərdə tutulmayan malların gömrük rəsmiləşdirilməsinin  əsas  

xüsusiyyətləri  



Ədəbiyyat  

 

Əlavələr  


 

Ön söz 

 

Ölkəmizin iqtisadi həyatında gömrük işinin öz yeri vardır. Bildiyiniz kimi respublikamızın milli 



iqtisadiyyatı xarici iqtisadi əlaqələrin inkişafından çox asılıdır. Nəzərə alanda ki, Azərbaycan inkişaf etməkdə 

olan digər ölkələr kimi, iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi və dünya təsərrüfat  əlaqələri sisteminə 

inteqrasiya məsələsini eyni zamanda həll etməlidir, onda gömrük işinin təşkilinin nə qədər mühüm əhəmiyyət 

kəsb etdiyini görmək mümkündür. Sizlərə gömrük işinin  əhəmiyyətini xalqımızın Ümummilli Lideri, müasir 

Azərbaycan dövlətinin banisi və memarı Heydər Əliyevin dahiyanə fikirləri ilə çatdırırıq: 

“...Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas  şərt lazımdır. Birincisi, gömrük işçisi gərək bilikli 

olsun, öz peşəsini yaxşı  mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, müstəqil Azərbaycanın 

iqtisadiyyatının möhkəmləndirilməsinə sadiq olsun. İkinci tərəfdən, gərək onun təcrübəsi ola, biliyi ilə yanaşı, 

maddi texniki bazası, müasir texnikası, ləvazimatları olsun. Bunları yaratmaq lazımdır. Bu da sizin 

vəzifənizdir...” (Azərbaycan” qəzeti, 31 yanvar 1997-ci il). 

Azərbaycan xalqının böyük oğlu Heydər  Əliyevin bu tapşırığını özlərinin gələcək fəaliyyət proqramı 

kimi qəbul edən Dövlət Gömrük Komitəsinin rəhbərliyi gömrük rqanlarının maddi-texniki bazasını 

genişləndirmək, müasirləşdirmək və gömrük sistemini inkişaf etdirməklə  bərabər, yüksək səviyyəli gömrük 

işçilərinin hazırlanması üçün də çox işlər görmüşdür. Belə ki, Ümummilli Liderin tapşırığını əldə rəhbər tutan 

K.F. Heydərov dərsliklərin və  dərs vəsaitlərinin hazırlanması üçün hər cür şərait yaratmışdır. Məhz onun 

təşəbbüsü və rəhbərliyi altında “Gömrük işinin əsasları”, “Gömrük hüququ”, “Gömrük statistikası”, “Gömrük 

işinin təşkili və idarə edilməsi”, “Gömrük ekspertizası”, “Gömrük işi – iqtisadi suverenlik və  təhlükəsizlik”, 

“Gömrük işi və dünya iqtisadiyyatının inkişafı” və sairlər hazırlanıb nəşr olunmuşdur.  

Yeni hazırlanan “Gömrük rəsmiləşdirilməsi” dərsliyi gömrük işinin təşkili sahəsində mühüm 

əhəmiyyətə malikdir. Çünki xarici iqtisadi fəaliyyətlə məşğul olan istənilən hüquqi və fiziki şəxs mütləq gömrük 

rəsmiləşdirilməsi proseduru ilə qarşılaşır.  Əksər hallarda bu qaydaları biləmyənlər daha çox gömrük 

orqanlarının işçilərini günahlandırır. Başqa bir qrup iş adamları isə gömrük rəsmiləşdirilməsi qaydalarını daha 

yaxşı gömrük işini daha dərindən öyrənmək istəyirlər. Hazırlanan  ərslik də  məhz bu boşluqların aradan 

qaldırılmasına xidmət edəcəkdir. 

Dərslik 15 mövzudan ibarət olmaqla məntiqi ardıcıllıqla düzülmüşdür. Bu mövzularda Azərbaycan 

Respublikasında gömrük siyasətinin yaranmasında Dahi Heydər  Əliyevin rolu, gömrük nəzarəti və gömrük 

rejimləri, gömrük ödənişləri, gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları; gömrük rəsmiləşdirilməsinin 

əsas prinsipləri; xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi; “İnkoterms” - alqı-satqı müqavilələrində mal 

göndərişinin bazis şərtləri; beynəlxalq yük daşımaları; dəmir yolu ilə daşınan yüklərin gömrük rəsmiləşdirilməsi 

qaydaları; boru kəməri nəqliyyatı  və elektrik ötürücü xətləri üzrə keçirilən malların gömrük rəsmiləşdirilməsi 

qaydaları; gömrük rəsmiləşdirilməsində ilkin əməliyyatların rolu; müvəqqəti saxlanc; gömrük brokeri və 

gömrük daşıyıcısı; bəyanetmə; fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən, istehsalat və kommersiya 

fəaliyyəti üçün nəzərdə tutulmayan malların gömrük rəsmiləşdirilməsinin əsas xüsusiyyətləri və sair mövzular 

ətraflı şərh edilmişdir. 

Dərslik barədə  rəy və  təkliflərinizi Dövlət Gömrük Komitəsinə  və “Qanun” nəşriyyatına çatdıra 

bilərsiniz. 

 

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə