Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə1/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   65



 
             
 
“Nitq mədəniyyəti”   
 
Dərsliyin  məqsəd  və  vəzifələri  ilə  əlaqədar  olaraq  nitq  mədəniyyəti  dil 
normalarının  məcmusu  kimi  götürülmüĢ,  bu  sahədəki  mövzular  anlaĢıqlı  və 
yığcam  Ģəkildə  interaktiv  metodun  tələblərinə  uyğun  Ģərh  olunmuĢdur.  Proqram 
əsasında  yazılmıĢ  dərslikdə  nəzəri  məlumatlar  daha  çox  praktik  yönümlüdür, 
tələbələrin  nitq,  vərdiĢ  və  qabiliyyətlərini  inkiĢaf  etdirib  yüksəltmək  üçün  hər 
mövzudan  sonra  onunla  bağlı  müxtəlif  xarakterli  mətnlər,  suallar,  tapĢırıqlar, 
linqvistik  təhlilə  xidəmt  edən  çalıĢmalar  verilmiĢdir.  Sonda  tələbə  və  məzunların 
gündəlik  həyatda  qarĢılaĢdıqları  hadisə  və  məsələləri  yuxarı  instansiyalara 
çatdırmaq  məqsədi  daĢımaqla  yazılı  nitqə  aid  olan  rəsmi  -  kargüzarlıq  üslübunun 
əsas sənəd növləri - əməli  yazılar öz əksini  tapmıĢdı. 
 
 
Süleyman  Səfər oğlu Hüseynov. Nitq mədəniyyəti.  Dərslik.   
Bakı, “Yazıçı” nəĢriyyatı, 2010. 240 səh 
Elmi redaktoru: Filologiya elmləri doktoru, professor, A.M.BABAYEV 
Rəyçilər:   Filologiya elmləri doktoru, professor, N.Ə.ABDULLAYEV 
Filologiya elmləri doktoru, professor, C.Ə.CƏFƏROV 
 
 
 
                    
   Azərbaycan Respublikasının Konstitutsiyası. 
 
Maddə 21. Dövlət dili  
I.Azərbaycan  Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan  
Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.  
 
 
Hər  bir  Azərbaycan  vətəndaşı,  hər  bir  azərbaycanlı  öz  ana  dilini  – 
Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. 
 
   
 
 
 
 
 
 
 
 
Heydər Əliyev  
 
  
«Azərbayjan Respublikasının Təhsil Nazirliyi orta və ali məktəblərdə Azərbayjan 
dilinin  tədrisi  və  Azərbayjan  dilində  təhsilin  keyfiyyəti  ilə  bağlı  əsaslı  dönüş 
yaratmaq istiqamətində qəti tədbirlər həyata keçirsin…» 
 
Azərbaycan Respublikası Prezidentinin      
18 iyun 2001-ci il tarixli fərmanından 
 



 
   
 
AZƏRBAYCAN DİLİ HAQQINDA ÜMUMİ MƏLUMAT 
 
Azərbaycan  dili  ən  qədim  və  zəngin  dillərdən  biridir.  Bu  dil  xalqımızın  milli 
sərvətidir.  Azərbaycan  xalqının  varlığını  Ģərtləndirən  ən  mühüm  amillərdəndir.  Bu 
dildə  hələ  yüz  illərlə  bundan  əvvəl  dünya  ədəbiyyatı  xəzinəsinin  ən  gözəl  inciləri 
yaradılmıĢ,  böyük  elmi  əsərlər  yazılmıĢdır.  Azərbaycan  dili  hər  cür  zorakı  təsirə 
qarĢı uzun əsrlər boyu ciddi mübarizə aparmıĢ və həmiĢə də qalib gəlmiĢdir. Bu dil 
ağır  mübarizə  Ģəraitində  öz  varlığını  mühafizə  etmiĢ,  daha  da  təkmilləĢmiĢ, 
zənginləĢmiĢ  və xüsusi inkiĢaf  yolu keçmiĢdir. 
Azərbaycan  dili  türk  dilləri  ailəsinin  oğuz  qrupuna  daxildir.  Hal-hazırda 
dünyada  60  milyona  yaxın  azərbaycanlı  bu  dildə  danıĢır  və  ünsiyyət  yaradır. 
Azərbaycan  dili  eyni  zamanda  Zaqafqaziyada  və  Yaxın  ġərqdə  ümumünsiyyət  dili 
kimi    mühüm  əhəmiyyətə  malikdir.  Azərbaycana  gəlmiĢ  görkəmli  ictimai-siyasi 
xadimlər, 
xüsusən, 
görkəmli 
fransız  yazıçısı  A.Düma,  rus  yazıçıları 
M.Y.Lermontov,  Bestujev-Marlinski  və  baĢqaları  bu  dilə  yüksək  qiymət  vermiĢ, 
onu    XIX  əsrdə  Avropada  geniĢ  yayılmıĢ  fransız  dili  ilə  müqayisə  etmiĢlər. 
Dünyanın  elm,  sənət  və  ədəbiyyat  korifeylərinin  nadir  əsərləri  bu  dilə  tərcümə 
edilmiĢ  və  geniĢ  təbliğ  olunmuĢdur.  Ġ.Nəsimi,  M.Füzuli,  M.Ə.Sabir,  S.Vurğun, 
M.ġəhriyar  və bir sıra ölməz sənətkarlar  bu dildə yazıb-yaratmıĢlar. 
Respublikamız  müstəqillik  əldə  etdikdən  sonra  Azərbaycan  dili  ictimai-siyasi 
və  sosial-iqtisadi  həyatın  bütün  sahələrində geniĢ Ģəkildə iĢlənməyə baĢlandı. Onun 
dövlət  dili  kimi  statusu  möhkəmləndi,  hərtərəfli  inkiĢafı  üçün  mütərrəqi  addımlar 
atıldı.  Artıq  dilimiz  bütün  sahələrdə  dövlət  qayğısı  ilə  əhatə  olunmuĢdur. 
Azərbaycan  xalqının  ümummilli  lideri  H.Ə.Əliyevin  “Dövlət  dilinin  tətbiqi  iĢinin 
təkmilləĢdirilməsi    haqqında  ”  18  iyun  2001-ci  tarixli  fərmanı,  Azərbaycan  dili  və 
Əlifba  günlərinin  təsis  edilməsi    bu  dahi  Ģəxsiyyətin  ana  dilimizə  olan  yüksək 
məhəbbətinin,  böyük  ehtiramının  bariz  nümunəsidir.  H.Ə.Əliyevin  Azərbaycan 
dilinin  imkanlarından  məharətlə  istifadə  etmək  bacarığı,  onun  böyük  natiqlik 
istedadı  dilimizə  olan  sevgini  daha  da  artırır.  “Ana  dili  günü”,  “Azərbaycan  dili 
günü”  bayramlarının  təsis  edilməsi  isə  dilimizə  dövlət  qayğısının  yeni  təzahürü 
olmuĢdur.  
Azərbaycan 
Respublikasının  Konstitusiyasına  görə  Azərbaycan  dili 
Azərbaycan  Respublikasının  dövlət  dilidir.  Bu  barədə  Azərbaycan  Respublikası 
Konstitusiyasının  21-ci  maddəsində  yazılır:  “I.Azərbaycan  Respublikasının  dövlət 
dili    Azərbaycan  dilidir.  Azərbaycan  Respublikası    Azərbaycan  dilinin  inkiĢafını 
təmin  edir”. 
Azərbaycan  dili  Azərbaycan  Respublikasında  yaĢayan  azərbaycanlıların  milli 
dili  olmaqdan  əlavə,  Azərbaycanda  yaĢayan  bütün  xalqların  millətlərarası  ünsiyyət 
dilidir.  Buna  görə  də  azərbaycanlılarla  yanaĢı,  burada  yaĢayan  bütün  xalqlar 
Azərbaycan dilini  ədəbi dil səviyyəsində  öz ana dilləri  kimi  bilməlidir.   
Azərbaycan  Texniki  Universitetinin  bakalavr  səviyyəsinin  I  kursunda  təhsil 
alan  tələbələr  üçün  nəzərdə  tutulmuĢ    “Azərbaycan  dili  və  nitq  mədəniyyəti” 
fənninin  məqsədi  anadilli  və  qeyri-anadilli  tələbələrə  Azərbaycan  dilini  mükəmməl 
mənimsətmək,  nitq  mədəniyyəti  üzrə  dərin  biliklər  aĢılamaq,  onlarda  Ģifahi  və 



Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə