“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир-
ляшдирян, фикирлярини тятбиг едя билян вя онлардан ямяли нятиъя эютцря
билян, ъямий йятя, юлкяйя, халга конкрет файда эятирян инсанлар
алимлярин сырасында хцсуси йер тутурлар”.
Цмуммилли лидер ЩЕЙДЯР ЯЛИЙЕВ
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev mayın 16-da Şamaxı As tro -
fizika Rəsədxanasında əsaslı təmir və
yenidənqurmadan sonra yaradılan şəraitlə
tanış olmuşdur.
Son illərdə Azərbaycanda astronomiya
elminin inkişafı istiqamətində mühüm təd -
birlər həyata keçirilmişdir. Bu baxımdan
Şamaxı Astrofizika Rəsədxanasında aparılan
təmir və yenidənqurma işləri diqqəti cəlb
edir. Azərbaycan astronomiya elmi Nə sir əd -
din Tusi tərəfindən XIII əsrdə Cənubi Azər -
bay
canda yaradılmış məşhur Marağa Rə
-
sədxanası ilə şöhrət qazansa da, XX əsrdə
milli astronomiya elminin inkişafında yeni
əlamətdar bir mərhələ başlanmışdır. 1927-ci
ildən Azərbaycanda astronomiya eks
pe
-
disiyaları fəaliyyət göstərmişdir. Bu eks pe -
di
siyalar Şamaxı da daxil olmaqla Azər
-
baycanın bir sıra rayonlarını tədqiq etmiş,
son nəticədə rəsədxananın tikilməsi üçün
məhz Pirqulu ərazisinə üstünlük verilmişdir.
Rəsədxana 1959-cu ildə Azərbaycanın
tanınmış alimləri Həsən Əliyev və Yusif
Məmmədəliyevin təşəbbüsü ilə yaradılmış,
1960-cı ildə isə fəaliyyətə başlamışdır. Dəniz
səviyyəsindən 1500 metr hündürlükdə yer -
ləşən rəsədxana çətin müşahidə edilən cənub
göyünün öyrənilməsində dünyanın bir çox
rəsədxanaları ilə müqayisədə üstünlüklərə
malikdir. Mütəxəssislərin rəyinə görə, burada
aydın gecələrin sayı il ərzində 200-ə çatır.
2008-ci ildən sonra Şamaxı Astrofizika
Rəsədxanasının həyatında yeni əlamətdar
mərhələ başlanmışdır. Belə ki, Azərbaycanda
elmin inkişafına böyük diqqət göstərən
dövlətimizin başçısı rəsədxananın yenidən
qurulması, burada təmir-bərpa işlərinin apa -
rılması ilə bağlı sərəncamlar imzalamış,
tapşırıqlar vermişdir. Prezident İlham Əli
-
yevin 2008-ci ilin sentyabrında və 2009-cu
ilin iyulunda imzaladığı sərəncamlarla rəsəd -
xananın maddi-texniki bazasının güc lən diril -
məsi və əsaslı təmir-tikinti işlərinin apa rıl -
ması üçün dövlət büdcəsindən və Prezidentin
ehtiyat fondundan ümumilikdə 8 milyon
manat vəsait ayrılmışdır. Sərəncamların icrası
nəticəsində bu elmi-tədqiqat mərkəzinin
maddi-texniki bazası möhkəmlənmiş, əsaslı
təmir və yenidənqurma işləri aparılmış, yeni
binalar inşa olunmuş, müasir qurğular işə
salınmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti akademik Akif Əlizadə döv lə ti -
mizin başçısına məlumat verdi ki, rəsəd
-
2
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
Dünyadakı ən qabaqcıl texnologiyalar Azərbaycanda olmalıdır.
İlham Əliyev
Ïðåçèäåíò Èëùàì ßëèéåâ
Øàìàõû Àñòðîôèçèêà Ðÿñÿäõàíàñûíûí
éåíèäÿí ãóðóëìàñûíû
éöêñÿê ãèéìÿòëÿíäèðìèøäèð
xanada inzibati bina, sərgi və 110 nəfərlik
mühazirə zalları, 6 teleskop binası, o cüm -
lədən 2 metrlik əsas teleskopun binası əsaslı
təmir olunmuş, 110 nəfərlik yeməkxana
tikilmişdir.
Əsaslı təmir və yenidənqurmadan sonra
buradakı inzibati otaqlarda iş şəraiti ən
müasir səviyyəyə çatdırılmışdır. Rəsəd xa -
nanın Bakı şəhər bölməsi, «Günəş fizikası»,
«Günəş və Yer əlaqələri», «Planetlər və kiçik
səma cisimləri» və digər şöbələri vardır.
İkimetrlik əsas teleskopun yerləşdiyi
binada yaradılan şəraitlə tanış olan döv lə ti -
mi zin başçısına məlumat verildi ki, bu bina
ilə yanaşı, horizontal Günəş teleskopunun, 70
və 35 santimetrlik teleskopların, həmçinin
alman teleskopunun binaları da əsaslı təmir
olunmuşdur. Əsas teleskopun idarəetmə sis -
temi tam avtomatlaşdırılmışdır. Rəsəd xana -
nın bütün teleskoplarına müasir və yeni işıq
qəbulediciləri alınmış, xüsusi kameralar və
kriogen qurğusu quraşdırılmışdır. Ümu
-
milikdə rəsədxana astrofizika və fundamental
astronomiya sahəsində keçmiş sovet və
postsovet elmi proqramlarına mühüm
töhfələr vermişdir.
Rəsədxana AMEA tərəfindən təsdiq
olunmuş elmi proqram əsasında fəaliyyət
göstərir. Proqram dünya elminin ən qabaqcıl
və prioritet problemləri ilə uzlaşdırılmışdır.
Rəsədxanada qalaktikanın, ulduzların, pla -
netar dumanlıqların, Günəşin, planetlərin və
kometaların müşahidəsi aparılır. Burada
ulduzlar fizikası, Günəş sistemi cisimlərinin
dinamikası və fizikası, həmçinin Günəş
fizikası istiqamətində elmi işlər görülür.
3
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
Dövlətimizin başçısına Şamaxı Astro
-
fizika Rəsədxanasının əvvəlki və ye
-
nidənqurmadan sonrakı görüntüləri əsasında
bu elmi-tədqiqat mərkəzinin fəaliyyəti barədə
məlumat verildi. Rəsədxananın direktoru
Əyyub Quliyev teleskopların müasir
ləş
-
dirilməsi və avtomatlaşdırılması, gələcəkdə
nəzərdə tutulan işlər, həmçinin əldə olunan
nailiyyətlər barədə danışdı. Bildirildi ki,
burada Günəş fizikası sahəsində tədqiqatlar
aparılmış, yüksək elmi nəticələr əldə
olunmuşdur. Günəş alışmalarının inkişafı,
maqnit sahəsi və Günəş atmosferinin incə
quruluşu ilə bağlı aparılan tədqiqatlarla
yanaşı, ulduz fizikası sahəsində qeyri-
stasionar, dəyişən və qoşa sistem ulduzları,
geniş örtüklü ulduzlar, super sıxlıqlı ulduzlar
da öyrənilir.
Dövlətimizin başçısına son günlərdə
kosmosdan alınan görüntülər, o cümlədən
diametri 6,5 metrdən çox olan teleskoplar
barədə məlumat verildi.
Rəsədxananın yenidən qurulmasını yük -
sək qiymətləndirən və bunun Azərbaycan
elminə bir töhfə olduğunu vurğulayan Pre -
zident İlham Əliyev dedi:
– Son illər burada aparılan tikinti-qu
-
ruculuq işləri öz bəhrəsini vermişdir. Şamaxı
Rəsədxanası uzun illərdir ki, fəaliyyət
göstərir. Vaxtilə buraya böyük investisiyalar
qoyulmuşdu. Amma sonra bu şəkillər də
göstərir, mən də burada birinci dəfə olarkən
görmüşəm ki, yararsız vəziyyətə düşmüşdü.
Həm burada elmi araşdırmalar aparmaq üçün
problemlər yaranmışdı, həm də alimlərin
yaşayış səviyyəsi çox ağır idi. Vaxtilə tikilmiş
4
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
Dostları ilə paylaş: |