Dəyişən Beynəlxalq mühitdə İnkişafa Rəsmi Yardımın rolu



Yüklə 16,88 Kb.
tarix01.11.2017
ölçüsü16,88 Kb.
#7948

Əməkdaşkığın inkişafı gələcək üçün zəmindir

(2013-cü il üçün Yaponiyanın İnkişafa Rəsmi Yardım üzrə məlümatı)



Yaponiyanın Xarici İşlər Nazirliyi

  1. Dəyişən Beynəlxalq mühitdə İnkişafa Rəsmi Yardımın rolu

İnkişafa Rəsmi Yardımın əhtəsində dəyişən mühit

  • Yaponiyanın inkişafla bağlı əməkdaşlığının 60 illik tarixi,Yaponiyanın inkişaf etməkdə olan ölkələrə göstərdiyi yardımlar Yponiyaya etimadın gücləndirilməsinə öz töhvəsini vermişdir.

  • Digər tərəfdən də son illər İnkişafa Rəsmi Yardımın əhtəsindəki mühit əhəmiyyətli dərəcədə dəyişmişdir. Yaponiyanın ətrafındakı siyasi və təhlükəsizliklə bağlı mühitin dəyişdiyi vaxtda azadlıq, demokratiya, insan hüquqları və inkişafa rəsmi yardımın strateji fəaliyyəti vasitəsi ilə olan qanunun qaydası kimi strateji maraqları və fundamental dəyərləri bölüşən ölkələri dəstəkləmək vacibdir.

  • Bundan başqa, qloballaşan iqtisadiyyatı ilə özəl maliyyənin inkişaf etməkdə olan ölkələrə axını artır, belə ki, inkişafa rəsmi yardım bir çox inkişaf etməkdə olan ölkələr üçün sərmayə qoymaq üçün cəlbedici məkan və bazara çevrilir. Hazırda İnkiafa rəsmi yardım infrstrukturun inkişafı, biznes yönümlü insan resurslarının bacarıqlarının və inkluziv biznesin inkişafı üçün özəl maliyyənin bu sahəyə cəlb edilməsi baxımından katalizator rolunu oynayır.

İnsan Təhlükəsizliyi” əsaslanan İnkişafa Rəsmi Yardıma olan ehtiyacların davamı

  • Digər tərəfdən hələ də mövcud konfliktlər, vətəndaş müharibələri və böyük uyğunsuluqlar üzündən inkişafdan faydalana bilməyən bir çox insanlar var. “İnsan Təhlükəsizliyi” Prinsipi üzrə İnkişafa Rəsmi Yardım əsasında belə insanlara yardım etmək mühümdür.

İnkişafa Rəsmi Yardımla əlaqəli iştirakçılar arasında birgə fəaliyyət effekti

  • Özəl şirkətlər, vətəndaş cəmiyyəti, yerli dövlət qurumları və ali məktəblər mərkəzi dövlət strukturları ilə birgə inkişafa cəlb olunublar. İnkişafa rəsmi Yardım birgə fəaliyyət effekti yaradan belə iştirakçıları bir biri ilə əlaqələndirir.

Əməkdaşkığın inkişafı gələcək üçün zəmindir

  • Əməkdaşkığın inkişafı “gələcək üçün zəmindir” prinsipi vasitəsilə Yaponiya özü də daxil olmaqla dünyanın bir bütöv olaraq inkişafı və rifahı naminə balanslı, dünyanın davamlı iqtisadi inkişafını realizə etmək məqsədini daşıyır. İnkişaf etməkdə olan ölkələrə yardımın yalnız həmin ölkələrə deyil, eyni zamanda inkişaf etmiş ölkələr daxil olmaqla bütün beynəlxalq icmaya faydası vardır. Bu ideya digər donorlarla da paylaşdırılır.

  • “Gələcək üçün zəminlik (investisiya)” ideyası altında Yaponiya inkişaf etməkdə olan ölkələrin infrastrukturla bağlı genişlənən tələblərinə ünvanlanan İnkişafa Rəsmi Yardım ilə infrastruktur sisteminin ixracı, qlobal səhiyyə sahəsində “Ümumbəşəri Səhiyyə Əhatəsi”nin təşviqi kimi inkişafla bağlı əməkdaşlığını davam etdirəcək və işdə qadının rolunun üstünlüyünü dəstəkləyəcəkdir.



  1. Cənubşərqi Asiyanın inkişafı və Yaponiyanın rolu

  • 2013-cü il ASİYA-Yaponiya dostluq və Əməkdaşlıq əlaqələrinin 40-cı ildönümü kimi qeyd olunmuşdur. ASİYA-Yaponiya xatirə sammiti üzrə iclas 2013-cü ilin dekabrında Tokioda keçirilmişdir. Yaponiya Cənubşərqi Asiyada əsasən regionda inkişaf və siyası stabilliyə töhvə olan İnkişafa Rəsmi Yardım çərçivəsində inkinfrastruktur və insan resurslarının inkişafına üstünlük vermişdir.

  • Yaponiyanın İnkişafa Rəsmi Yardımı vasitəsi ilə infrastruktutun inkişafı özəl maliyyə axınına gətirib çıxarmışdır ki, bu da öz növbəsində bu inkişafın təsəirin daha da əhəmiyyətli edir. Bu həmçinin Cənubşərqi Asiyada özəl şirkətlətin inkişafına dsətək olmuşdur ki, bu da öz növbəsində regionu sərmayə qoymaq üçün əsas məkanlardan birinə çevirmiş və Yaponiyanın özəl şirkətlərinin vacib biznes partnyorları etmişdir.

  • Myanmarın reforma ilə bağlı səylərini dəstəkləyərək Yaponiya 2012-ci ildə iqtisadi yardım siyasətini yenidən nəzərdən keçirdi və infrastrukturun inkişafı üçün yeni İnkişafa Rəsmi Yardımı çərçivəsində kredit layihələri vasitəsi ilə Myanmara daha kamil yardım proqramı təqdim etmişdir.



  1. Daha dinamik Afrika ilə əl-ələ-TİCAD V (Afrikanın İnkiafı üçün Tokio Beynəlxalq Konfransı) və Yaponiyanın Rolu

  • Yarım səhra Afrika hazırkı əsrdə yüksək əhali artımının səviyyəsinə, zəngin təbii sərvətlərinə, siyası və təhlükəsizlik şəraitinin yaxşılaşması sayəsində böyük iqtisadi inkişafa nail olmuşdur. Nəticədə 2007-ci ildə Afrikaya qoyulan sərmayənin həcmi İnkişafa Rəsmi yardımın məbləğini keçmişdir. Yaponiya infrstrukturun inkişafı vasitəsi ilə Afrikanın iqtisadiyyati üçün mühüm olan trans-sərhəd nəqliyyatını yüngülləşdirməklə məşğul olacaq və biznes yönümlü insan bacarıqlarının inkişafında aparıcı rol oynayan təhsilin keyfiyyətinin artmasını gücləndirmək üçün dəstək verəcəkdir.

  • Digər tərəfdən,bir çox Afrikalı hələ də kasıbçılıqdan əziyyət çəkdiyindən “İnsan Təhlükəsizliyi” nöqteyin nəzərindən millenium inkişaf məqsədləri sahəsində səyləri davam etdirmək çox vacibdir.

  • Yaponiya 2013-cü il Yokohamada “Möhkəm və Davamlı İqtisadiyyat”, “İnkluziv və Zərif Cəmiyyət” və “Sülh və Stabillik” adı altında keçirilənAfrikanın İnkiafı üçün 5-ci Tokio Beynəlxalq Konfransının” mövzusuna uyğun olaraq Afrikanı dəstəkləməkdə davam edəəkdir.

Yüklə 16,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə