Dəyişikliklərin ümumi xarakteristikası



Yüklə 531 b.
tarix02.04.2018
ölçüsü531 b.
#35709



Dəyişikliklərin ümumi xarakteristikası

  • Dəyişikliklərin ümumi xarakteristikası

  • Dəyişikliklərin hüquqi, makroiqtisadi əsasları və prosedur məsələləri

  • Büdcə gəlirlərində dəyişikliklər və onun qiymətləndirilməsi

  • Büdcə xərclərində dəyişikliklər və onun qiymətləndirilməsi

  • Büdcə kəsirində dəyişikliklər və onun qiymətləndirilməsi

  • Büdcə proqnozlaşdırılması

  • Tövsiyyələr





  • Dəyişikliklər nəticəsində:

  • 2010-cu ilin büdcə gəlirləri 1490 mln. manat (14,9%) artırılaraq 11505,0 mln. manat,

  • Büdcə xərcləri isə 1011,3 mln. manat (9,0%) artırılaraq 12275,3 mln. manat

  • Büdcənin gözlənilən kəsiri 478,7 milyon manat azaldılaraq 770,3 milyon manat müəyyən edilib.

  • Bununla da dövlət büdcəsinin gözlənilən kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbəti 3,9%-dən 2,3%-ə düşüb.



  • Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddədsinin 7-ci bəndində göstərilir ki, qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.

  • Büdcə sistemi haqqında” qanunda büdcəyə yenidən baxılması yalnız büdcə gəlirlərinin gözləniləndən az yerinə yetirilməsi və büdcə kəsirinin artması hallarında nəzərdə tutulur və belə dəyişikliklər rüblük göstəricilər əsasında aparılır.



ÜDM-in artımı proqnozdan əhəmiyyətli dərəcədə fərqlənmir.

  • ÜDM-in artımı proqnozdan əhəmiyyətli dərəcədə fərqlənmir.

  • Büdcə gəlirləri proqnozla müqayisədə cəmi 0,5% artıq yerinə yetirilib.

  • 2010-cu ilin yanvar-aprel aylarında büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% azalıb.

  • Xərclər 15,1% kəsirlə yerinə yetirilib. Kəsir bütün bölmələri, həmçinin artırılması nəzərdə tutulan dövlət investisiya, iqtisadi fəaliyyət, səhiyyə və əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərcləri əhatə edir.



  • Azərbaycan Respublikası Milli Məclisinin daxili nizamnaməsinin 16-cı maddəsində göstərilir ki, Milli Məclisdə qanun layihələrinə, bir qayda olaraq, üç oxunuşda baxılır.

  • Nizamnamənin 8-ci maddəsində göstərilir ki, Milli Məclisin iclaslarında baxılacaq qanun layihələri iclasa azı 3 gün qalmış deputatlara paylanılır.



  • Büdcə gəlirlərinin 1490 mln. manat (14,9%) artımının 490 mln. manatı büdcə gəlirlərinin, 1 mlrd. manatı isə ARDNF-dən əlavə transfert hesabına təmin edilməsi nəzərdə tutulur.

  • Büdcə gəlirlərinin artımının 320 mln. manatı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə mənfəət vergisininin, 120 mln. manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) üzrə ixrac vergisinin, 50 mln. manatı isə ARDNF-dən büdcəyə transfertlərin büdcə xərclərinə yönəlməsi nəticəsində yaranan ƏDV artımı hesabına təmin ediləcək.



  • ARDNF-dən transfetrləri 5915 milyon manat (51,4% )

  • Vergilər Nazirliyi – 4470 milyon manat (38,8 %)

  • Gömrük Komitəsi – 820 milyon manat (7,12%)

  • Sair daxilolmalar – 309 milyon manat (2,68%)





  • Mərkəzləşdirilmiş gəlirlər – 11079 milyon manat (96,3%)

  • Yerli gəlirlər – 425,68 milyon manat (3,7%)



Büdcə xərclərinin nəzərdə tutulan 1011,3 mln. Manatlıq artımın

  • Büdcə xərclərinin nəzərdə tutulan 1011,3 mln. Manatlıq artımın

  • 300 mln. manatı Kür, Araz və başqa çayların daşması nəticəsində bəzi regionlara dəymiş ziyanın aradan qaldırılmasına,

  • 608,5 mln. manatı dövlət əsaslı vəsait qoyuluşuna,

  • 99,3 mln. manatı bəzi səhiyyə proqramlarının, elmin maddi-texniki bazasının möhkəmləndirilməsi, kommunal sistemdə tədbirlər, xarici ölkələrdə səfirliklər və diplomatik nümayəndəliklər üçün binaların alınması və digər tədbirlərə



Artımdan sonra 2010-cu il büdcəsində dövlət əsaslı vəsait qoyuluşlarının həcmi 4157,5 mln. manata çatır ki, bu da büdcə xərclərinin 33,9%-ni təşkil edir.

  • Artımdan sonra 2010-cu il büdcəsində dövlət əsaslı vəsait qoyuluşlarının həcmi 4157,5 mln. manata çatır ki, bu da büdcə xərclərinin 33,9%-ni təşkil edir.

  • Artırılmış vəsaitin 400 mln. manatı müdafiə və təhlükəsizlik istiqamətinə yönəldiləcək. Bunun da əsaslandırılması “ölkəmizin yerləşdiyi bölgələrdə yaranmış geosiyasi vəziyyətə uyğun olaraq, onun müdafiə qabiliyyətinin daha da artırılması və təhlükəzsiliyin təmin edilməsindən” ibarətdir.

  • Beləliklə də, müvafiq dəyişikliklər müdafiə sənayesinə investisiya qoyuluşları məqsədi daşısa da, müdafiə xərclərinə deyil, investisiya xərc maddəsinə daxil edildiyindən müdafiə xərcləri bölməsinin büdcə xərclərindəki əvvəlki payı 10,7 faizdən 9,8 faizə qədər azalır.



2010-cu ilin dövlət büdcəsinin gözlənilən kəsirinin 478,7 mln. manat azaldılaraq 770,3 mln. Manat olacaq

  • 2010-cu ilin dövlət büdcəsinin gözlənilən kəsirinin 478,7 mln. manat azaldılaraq 770,3 mln. Manat olacaq

  • Dəyişikliklərdən sonra isə büdcənin faktiki kəsiri 68,9 mln. manat olacaq ki, onun da örtülməsində hər hansı problemin olması gözlənilmir.



Dövlət büdcəsi və icmal büdcənin hesablanmasında istifadə edilmiş neftin qiyməti 45 dollardan 60 dollara qaldırılıb.

  • Dövlət büdcəsi və icmal büdcənin hesablanmasında istifadə edilmiş neftin qiyməti 45 dollardan 60 dollara qaldırılıb.

  • İstər neftin qiyməti, istərsə də büdcənin ayrı-ayrı gəlir və xərc istiqamətləri, habelə orta müddətə dövlət büdcəsi və icmal büdcəsinin gəlirləri və xərc istiqamətləri üzrə faktiki icranın proqnozlardan kəskin fərqlənməsi hökumətin bu sahədə problemlərinin olduğunu göstərir.

  • Dövlət büdcəsinə hər il, may-iyun aylarında düzəlişlər edilməsinin bir səbəbi də bu problemlərlə, daha dəqiq desək proqnozlaşdırmadakı qeyri-dəqiqliklə bağlıdır.



Büdcəyə yenidən baxılması üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi vacibdir. İndiki qanunvericilik yalnız gəlirlərin kəsirlə icrası halında dövlət büdcəsinə dəyişikliyin edilməsini nəzərdə tutur. Odur ki, təkmilləşdirmə izafi gəlirlərin yaranması hallarını da özündə ehtiva etməli və bu prosesi də reqlamentləşdirməlidir.

  • Büdcəyə yenidən baxılması üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi vacibdir. İndiki qanunvericilik yalnız gəlirlərin kəsirlə icrası halında dövlət büdcəsinə dəyişikliyin edilməsini nəzərdə tutur. Odur ki, təkmilləşdirmə izafi gəlirlərin yaranması hallarını da özündə ehtiva etməli və bu prosesi də reqlamentləşdirməlidir.

  • Büdcə dəyişikləri ilə bağlı hökumətin müvafiq hesabatında və Hesablama Palatasının rəyində bu dəyişikliklərin hüquqi əsasları və məqsədləri, qanunvericiliyə istinadlarin əks olunması vacibdir. Belə istinadlar dəyişikliklərin qanunvericiliyə uyğunluğunu göstərə bilər.

  • Hökumətin uzunmüddətli tarazlı və dayanıqlı büdcə strategiyasının formalaşdırması vacibdir. Belə siyasət formalaşarsa, növbəti il və orta müddətə büdcə siyasəti də bu strategiya əsasında qurula bilər və reallığa söykənmiş olar.



Dürüst büdcə proqnozlaşdırması işinin təşkili olduqca vacibdir. İstər neftin qiyməti, istərsə də büdcənin ayrı-ayrı gəlir və xərc istiqamətləri, habelə orta müddətə dövlət büdcəsi və icmal büdcənin gəlirləri və xərc istiqamətləri üzrə faktiki icranın proqnozlardan kəskin fərqlənməsi hökumətin bu sahədə problemlərinin olduğunu göstərir. Dövlət büdcəsinə hər il may-iyun aylarında düzəlişlər edilməsinin bir səbəbi də bu problemlərlə, daha dəqiq desək proqnozlaşdırmadakı qeyri-dəqiqliklə bağlıdır.

  • Dürüst büdcə proqnozlaşdırması işinin təşkili olduqca vacibdir. İstər neftin qiyməti, istərsə də büdcənin ayrı-ayrı gəlir və xərc istiqamətləri, habelə orta müddətə dövlət büdcəsi və icmal büdcənin gəlirləri və xərc istiqamətləri üzrə faktiki icranın proqnozlardan kəskin fərqlənməsi hökumətin bu sahədə problemlərinin olduğunu göstərir. Dövlət büdcəsinə hər il may-iyun aylarında düzəlişlər edilməsinin bir səbəbi də bu problemlərlə, daha dəqiq desək proqnozlaşdırmadakı qeyri-dəqiqliklə bağlıdır.

  • Sel nəticəsində regionlara dəymiş ziyanın aradan qaldırılması üçün ayrılmış vəsaitlərin istifadəsi üzərində maliyyə nəzarəti və vətəndaş nəzarətinin təmin olunması üçün Hesablama Palatası və vətəndaş cəmiyyəti qurumlarının səylərini artırması vacibdir.



Yüklə 531 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə