Dil Birinci Fesil: Dilin Mahiyyəti



Yüklə 5,01 Kb.

səhifə1/47
tarix06.05.2018
ölçüsü5,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   47



Əbülfəz Rəcəbov 
Dil,  Cəmiyyət,  Şüur 
 

 
Oxucuya 

 
Dil 
 
Birinci Fesil: Dilin Mahiyyəti 

 
İşarədən Nitqədək 

 
Nitq və Fəaliyyət 

 
Əmək, Cəmiyyət və Dil 

 
Sözlər və Şeylər 

 
Dilin və Nitqin Funksiyaları 
 
 
 
OXUCUYA 
İnsanlar arasında ən mühüm ünsiyyət vasitəsi olan dil haqındakı bu kitabda dilin bəzi fəlsəfi 
məsələlərindən bəhs edilir. Həmçinin dilin mahiyyəti, onun insan həyatında oynadığı rol, dilin yaranması, 
işarədən nitqə doğru inkişafı fəlsəfi baxımdan araşdırılır. Adətən, elmi ədəbiyyatda iddia edilir ki, dil əmək 
fəaliyyəti zamanı cəmiyyətdə yaranmışdır, cəmiyyətdən kənarda dil yarana bilməzdi. Bu zaman unudulur ki, 
cəmiyyət özü də dilsiz mövcud ola bilməzdi. Qəribə vəziyyətdir: dil cəmiyyətsiz, cəmiyyət də dilsiz 
yaranmır. Bəs, onda necə olmuşdur ki, birinin varlığı digərini şərtləndirən və nə zamansa ikisi də mövcud 
olmayan bu iki ictimai hadisə əmələ gəlmişdir? Nitqin insan fəaliyyəti ilə əlaqəsi necə olmuşdur? Hansı 
əvvəl yaranmışdır: əmək, cəmiyyət, yaxud dil? Sözlərin əşyalara, əşyaların sözlərə münasibəti necədir? 
Əşyaların adları, ümumiyyətlə adlandırma təsadüfi, yaxud şüurlu olmuşdur? Dil və nitq arasındakı 
münasibət necədir? Müasir insanın həyatında dil nə kimi əhəmiyyətə malikdir? Bütün bu suallara müəllif 
tarix elmi baxımından yox, dilçilik və fəlsəfi elmlər baxımından cavab verməyə çalışmışdır. 
Kitabda dil və şüur arasındakı münasibətlərə elmi baxımdan yanaşılır, bu münasibətlər fəlsəfə və 
psikologiya elmlərinin, xüsusən neyropsikologiyanın son nailiyyətləri əsasında araşdırılır. Bu nöqteyi-
nəzərdən dil və cəmiyyət, dil və tarix problemlərinin tədqiqinə də kitabda geniş yer verilmişdir. 
Kitab qabaqcıl dünya elminin mütərəqqi ideyaları əsasında yazılmışdır. Müəllif elmi ədəbiyyatda irəli 



sürülmüş fikir, ideya, nəzəriyyə və fərziyyələrə tənqidi yanaşmış, bunların müsbət və mənfi cəhətlərini 
oxucuya izah etməyə çalışmışdır. 
Nəzərdən keçirilən və tədqiq edilən problemlərin mühüm bir qismi nəinki Azərbaycan dilində 
(Azərbaycan dilçiliyində yox!), eyni zamanda elmdə ilk dəfə qaldırılır. Muəllif bir sıra hallarda bu 
problemlərin həllində müasir elmi ideyalarla təzad təşkil edən fikirlər irəli sürur, bəzən müasir dilçilikdə 
qəbul edilməyən, bəzən isə tənqid edilən (rədd edilən desəydik, daha doğru olardı) ideyalara isnad edir. 
Lakin qeyd edilməlidir ki, müəllif dilin fəlsəfi məsələlərini tədqiq və izah edərkən hər yerdə dialektik və 
tarixi materializm fəlsəfi müddəalarından çıxış edir. 
Qeyd edilməlidir ki, indiyədək tədqiqatçılar dilin fəlsəfə ilə bağlı problemlərindən danışarkən öz 
fikirlərini sübut etmək üçün Marks və Enqelsin əsərlərindən sitatlar gətirmiş, onların fikirlərinə 
əsaslanmışlar. Lakin heç kəs onların fikirlərindəki mənanın dərinliyinə diqqət yetirməmişdir. Marks və 
Enqels öz əsərlərində dil və təfəkkürün münasibətindən danışmamışlar, dil və şüurun münasibətindən bəhs 
etmişlər, halbuki istər Azərbaycan, istərsə də ümumiyyətlə sovet dilçiləri bu barədə həmişə Marks və 
Enqelsin məşhur sözlərinə müraciət etmişlər («Dil də şüur qədər qədimdir». «Dil başqa insanlar üçün 
mövcud olan və yalnız bununla da mənim özüm üçün mövcud olan praktik real şüurdur» və s.). Onların 
fikrincə, guya şüur və təfəkkür eyni hadisədir. Əksinə Marks və Enqels dil və təfəkkürün münasibətindən 
danışmaq istəsə idilər, «şüur» sözünü yox, «təfəkkür» sözünü işlədərdilər. Məhz bu kimi səbəblərə görə 
müəllif Marks və Enqelsin fikirlərinə müraciət etdikdə onların indiyədək verilmiş izahından çıxış etmir, 
əksər hallarda öz şərhini təqdim edir. 
Lakin nəzərə almaq lazımdır ki, bu kitabda təqdim edilən dilin fəlsəfi problemlərinin əksəriyyəti 
elmdə ilk dəfə qaldırılır. Ona görə də güman edirəm ki, səhvlərim, yanlış, yaxud dolaşıq fikirlərim olmamış 
olmaz. Kitabda rast gələcəyiniz nöqsanlar və ümumiyyətlə kitabda qaldırdığım məsələlər barəsində fikir, 
məsləhət, arzu və təkliflərinizi mənə bildirsəniz, qabaqcadan öz minnətdarlığımı bildirirəm. 
 
Dil 
İnsanı ətraf mühitə hakim edən, bütün canlıların fövqündə saxlayan dildir. İnsan dildən hər gün, hər 
saat istifadə edir. Çox vaxt insan həyatında idrakın, şüurun, təfəkkürün əhəmiyyətini ön plana çəkir, 
bunlarsız insanın insan kimi ümumiyyətlə mövcud ola bilməyəcəyini söyləyirlər. Bu zaman unudurlar ki, 
idrakın şüurun, təfəkkürün yaranması və formalaşmasında dilin əhəmiyyəti böyükdür. Dil olmasa idi idrak, 
şüur, təfəkkür haqqında, müasir insanın özü haqqında bu gün söhbət belə ola bilməzdi. İnsanı insan edən 
dildir. 



İnsan həyatında oynadığı nəhəng rola görədir ki, dilin yaranması, gerçəkliklə, şüurla, təfəkkürlə 
əlaqəsi, ümumiyyətlə dil problemi bütün dövrlərdə filosofları maraqlandırmış, dilçilik elmi yaranandan onun 
mərkəzi mövzusuna çevrilmişdir. «Dil nədir?» sualı dilçiləri dil haqqında elmin bütün tarixi boyu 
maraqlandırmışdır. Bu suala çoxlu və müxtəlif cavablar verilmişdir. Cavablar, müəlliflərinin elmi 
dünyagörüşünü əks etdirmiş, dilin tədqiqat metodlarının, dilin inkişafı, forma və qanunauyğunluqlarının 
müəyyənləşdirilməsinə ciddi təsir göstərmişdir. 
Dilçilik elmi dilin mahiyyəti və təbiəti haqqındakı müddəalarında dialektik materializm fəlsəfəsinin 
prinsiplərinə əsaslanır. Bu müddəalara görə, dilin əsas funksiyaları kommunikativ (ünsiyyət), fikir (təfəkkür, 
nominativ - dil fikir alətidir), estetik-emosional və inikas funksiyalarıdır. Dil məhz kommunikativ və fikri 
formalaşdırma aləti funksiyaları sayəsində ictimai hadisə olur. Dilçilik elmi də dilə bu baxımdan - ictimai 
hadisə olması nöqteyi-nəzərindən yanaşır, dilin təbiətini, inkişaf qanunauyğunluqlarını, dillə şüurun və 
təfəkkürün, dillə cəmiyyətin qarşılıqlı əlaqə və münasibətlərini bu baxımdan öyrənir. 
Dilə strüktur baxımından yanaşsaq, ona belə bir tərif verə bilərik: dil işarələr və onlar arasında əlaqələr 
sistemidir. Dilə onun funksiyaları, cəmiyyətdəki rolu və insan həyatındakı əhəmiyyəti baxımından 
yanaşdıqda isə ona belə bir tərif vermək olar: dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsi, insan 
fikrinin, təfəkkürünün formalaşması vasitəsi, insanların estetik-emosional hisslərinin ifadə vasitəsi, insanın 
mənəvi aləminin, əxlaqının, davranışının, xalqın mənəvi ruhunun formalaşması vasitəsidir. Biz bu tərifin son 
və ən kamil tərif olması fikrindən uzaq olsaq da, bizcə, o, Dilə indiyədək verilmiş təriflərin ən əhatəlisi, 
mükəmməlidir. Dilsiz cəmiyyət, deməli, insanın özü mövcud ola bilməz." Dil insanın insan kimi varlıq 
formasıdır. 
Bütün bunlar dilin fəlsəfi tərifidir. Dilçilik elmi isə dili sırf dilçilik baxımından öyrənir. Dil hər şeydən 
əvvəl dil haqqında elmin, dilçiliyin tədqiqat obyektidir, predmetidir. Dilin nəzəri problemlərini - dil və şüur, 
dil və təfəkkür, dil və cəmiyyət, dilin təbiəti və mahiyyəti, dilin inkişaf qanunauyğunluqları, dilin qnoseoloji 
və ontoloji problemləri-dilçiliyin bəzən obrazlı surətdə dilin fəlsəfəsi adlandırılan ümumi dilçilik adlanan 
sahəsində öyrənilir. 
Nəzəri dilçilik hər şeydən əvvəl dilin mahiyyəti problemini aydınlaşdırmaqla məşğul olur, çünki ən 
mühüm ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq 
qabiliyyəti və s. ilə əlaqədardır. Məhz buna görə dilçilik dilin mahiyyəti məsələləri ilə az ya çox əlaqədar 
olan digər elm sahələri ilə «kəsişir», beləliklə, aralıq elm sahələri yaranır. 
Əlbəttə, dil özü özündə olan, özü özü üçün olan varlıq, hadisə deyildir. O, obyektiv gerçəklikdə 
mövcud olan digər varlıq və hadisələrlə sıx əlaqədardır. Dilin təbiətini düzgün müəyyənləşdirmək üçün onun 
digər obyektiv hadisələrlə əlaqəsini dialektik materializm mövqeyindən aydınlaşdırmaq lazımdır. Dilçiliyin 
tarixi dili başqa hadisələrlə yaxınlaşdırmaq halları ilə doludur. Nəzəri dilçilikdə dilin təfəkkürlə 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə