Dil, Cəmiyyət, Şüur



Yüklə 314,33 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix25.11.2017
ölçüsü314,33 Kb.
#12255
  1   2   3   4   5   6   7   8   9   ...   13


Əbülfəz Rəcəbov 



Dil,  Cəmiyyət,  Şüur 

 



Oxucuya 

 



Dil 

 



1 ci fesil: Dilin mahiyyəti 

 



İşarədən Nitqədək 

 



Nitq və Fəaliyyət 

 



Əmək, Cəmiyyət və Dil 

 



Cözlər və Şeylər 

 



Dilin və Nitqin Funksiyaları 

 

 

OXUCUYA 

İnsanlar arasında ən mühüm ünsiyyət vasitəsi olan dil haqındakı bu kitabda dilin bəzi fəlsəfi məsələlərindən 

bəhs edilir. Həmçinin dilin mahiyyəti, onun insan həyatında oynadığı rol, dilin yaranması, işarədən nitqə doğru 

inkişafı fəlsəfi baxımdan araşdırılır. Adətən, elmi ədəbiyyatda iddia edilir ki, dil əmək fəaliyyəti zamanı cəmiyyətdə 

yaranmışdır, cəmiyyətdən kənarda dil yarana bilməzdi. Bu zaman unudulur ki, cəmiyyət özü də dilsiz mövcud ola 

bilməzdi. Qəribə vəziyyətdir: dil cəmiyyətsiz, cəmiyyət də dilsiz yaranmır. Bəs, onda necə olmuşdur ki, birinin varlığı 

digərini şərtləndirən və nə zamansa ikisi də mövcud olmayan bu iki ictimai hadisə əmələ gəlmişdir? Nitqin insan 

fəaliyyəti ilə əlaqəsi necə olmuşdur? Hansı əvvəl yaranmışdır: əmək, cəmiyyət, yaxud dil? Sözlərin əşyalara, əşyaların 

sözlərə münasibəti necədir? Əşyaların adları, ümumiyyətlə adlandırma təsadüfi, yaxud şüurlu olmuşdur? Dil və nitq 

arasındakı münasibət necədir? Müasir insanın həyatında dil nə kimi əhəmiyyətə malikdir? Bütün bu suallara müəllif 

tarix elmi baxımından yox, dilçilik və fəlsəfi elmlər baxımından cavab verməyə çalışmışdır. 

Kitabda dil və şüur arasındakı münasibətlərə elmi baxımdan yanaşılır, bu münasibətlər fəlsəfə və psikologiya 

elmlərinin, xüsusən neyropsikologiyanın son nailiyyətləri əsasında araşdırılır. Bu nöqteyi-nəzərdən dil və cəmiyyət

dil və tarix problemlərinin tədqiqinə də kitabda geniş yer verilmişdir. 

Kitab qabaqcıl dünya elminin mütərəqqi ideyaları əsasında yazılmışdır. Müəllif elmi ədəbiyyatda irəli sürülmüş 

fikir, ideya, nəzəriyyə və fərziyyələrə tənqidi yanaşmış, bunların müsbət və mənfi cəhətlərini oxucuya izah etməyə 

çalışmışdır. 

Nəzərdən keçirilən və tədqiq edilən problemlərin mühüm bir qismi nəinki Azərbaycan dilində (Azərbaycan 

dilçiliyində yox!), eyni zamanda elmdə ilk dəfə qaldırılır. Muəllif bir sıra hallarda bu problemlərin həllində müasir 

elmi ideyalarla təzad təşkil edən fikirlər irəli sürur, bəzən müasir dilçilikdə qəbul edilməyən, bəzən isə tənqid edilən 

(rədd edilən desəydik, daha doğru olardı) ideyalara isnad edir. Lakin qeyd edilməlidir ki, müəllif dilin fəlsəfi 

məsələlərini tədqiq və izah edərkən hər yerdə dialektik və tarixi materializm fəlsəfi müddəalarından çıxış edir. 

Qeyd edilməlidir ki, indiyədək tədqiqatçılar dilin fəlsəfə ilə bağlı problemlərindən danışarkən öz fikirlərini 

sübut etmək üçün Marks və Enqelsin əsərlərindən sitatlar gətirmiş, onların fikirlərinə əsaslanmışlar. Lakin heç kəs 

onların fikirlərindəki mənanın dərinliyinə diqqət yetirməmişdir. Marks və Enqels öz əsərlərində dil və təfəkkürün 

münasibətindən danışmamışlar, dil və şüurun münasibətindən bəhs etmişlər, halbuki istər Azərbaycan, istərsə də 

ümumiyyətlə sovet dilçiləri bu barədə həmişə Marks və Enqelsin məşhur sözlərinə müraciət etmişlər («Dil də şüur 

qədər qədimdir». «Dil başqa insanlar üçün mövcud olan və yalnız bununla da mənim özüm üçün mövcud olan praktik 

real şüurdur» və s.). Onların fikrincə, guya şüur və təfəkkür eyni hadisədir. Əksinə Marks və Enqels dil və təfəkkürün 

münasibətindən danışmaq istəsə idilər, «şüur» sözünü yox, «təfəkkür» sözünü işlədərdilər. Məhz bu kimi səbəblərə 




görə müəllif Marks və Enqelsin fikirlərinə müraciət etdikdə onların indiyədək verilmiş izahından çıxış etmir, əksər 

hallarda öz şərhini təqdim edir. 

Lakin nəzərə almaq lazımdır ki, bu kitabda təqdim edilən dilin fəlsəfi problemlərinin əksəriyyəti elmdə ilk dəfə 

qaldırılır. Ona görə də güman edirəm ki, səhvlərim, yanlış, yaxud dolaşıq fikirlərim olmamış olmaz. Kitabda rast 

gələcəyiniz nöqsanlar və ümumiyyətlə kitabda qaldırdığım məsələlər barəsində fikir, məsləhət, arzu və təkliflərinizi 

mənə bildirsəniz, qabaqcadan öz minnətdarlığımı bildirirəm. 

 

 

Dil 

İnsanı ətraf mühitə hakim edən, bütün canlıların fövqündə saxlayan dildir. İnsan dildən hər gün, hər saat istifadə 

edir. Çox vaxt insan həyatında idrakın, şüurun, təfəkkürün əhəmiyyətini ön plana çəkir, bunlarsız insanın insan kimi 

ümumiyyətlə mövcud ola bilməyəcəyini söyləyirlər. Bu zaman unudurlar ki, idrakın şüurun, təfəkkürün yaranması və 

formalaşmasında dilin əhəmiyyəti böyükdür. Dil olmasa idi idrak, şüur, təfəkkür haqqında, müasir insanın özü 

haqqında bu gün söhbət belə ola bilməzdi. İnsanı insan edən dildir. 

İnsan həyatında oynadığı nəhəng rola görədir ki, dilin yaranması, gerçəkliklə, şüurla, təfəkkürlə əlaqəsi, 

ümumiyyətlə dil problemi bütün dövrlərdə filosofları maraqlandırmış, dilçilik elmi yaranandan onun mərkəzi 

mövzusuna çevrilmişdir. «Dil nədir?» sualı dilçiləri dil haqqında elmin bütün tarixi boyu maraqlandırmışdır. Bu suala 

çoxlu və müxtəlif cavablar verilmişdir. Cavablar, müəlliflərinin elmi dünyagörüşünü əks etdirmiş, dilin tədqiqat 

metodlarının, dilin inkişafı, forma və qanunauyğunluqlarının müəyyənləşdirilməsinə ciddi təsir göstərmişdir. 

Dilçilik elmi dilin mahiyyəti və təbiəti haqqındakı müddəalarında dialektik materializm fəlsəfəsinin 

prinsiplərinə əsaslanır. Bu müddəalara görə, dilin əsas funksiyaları kommunikativ (ünsiyyət), fikir (təfəkkür, 

nominativ - dil fikir alətidir), estetik-emosional və inikas funksiyalarıdır. Dil məhz kommunikativ və fikri 

formalaşdırma aləti funksiyaları sayəsində ictimai hadisə olur. Dilçilik elmi də dilə bu baxımdan - ictimai hadisə 

olması nöqteyi-nəzərindən yanaşır, dilin təbiətini, inkişaf qanunauyğunluqlarını, dillə şüurun və təfəkkürün, dillə 

cəmiyyətin qarşılıqlı əlaqə və münasibətlərini bu baxımdan öyrənir. 

Dilə strüktur baxımından yanaşsaq, ona belə bir tərif verə bilərik: dil işarələr və onlar arasında əlaqələr 

sistemidir. Dilə onun funksiyaları, cəmiyyətdəki rolu və insan həyatındakı əhəmiyyəti baxımından yanaşdıqda isə ona 

belə bir tərif vermək olar: dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsi, insan fikrinin, təfəkkürünün formalaşması 

vasitəsi, insanların estetik-emosional hisslərinin ifadə vasitəsi, insanın mənəvi aləminin, əxlaqının, davranışının, 

xalqın mənəvi ruhunun formalaşması vasitəsidir. Biz bu tərifin son və ən kamil tərif olması fikrindən uzaq olsaq da, 

bizcə, o, Dilə indiyədək verilmiş təriflərin ən əhatəlisi, mükəmməlidir. Dilsiz cəmiyyət, deməli, insanın özü mövcud 

ola bilməz." Dil insanın insan kimi varlıq formasıdır. 

Bütün bunlar dilin fəlsəfi tərifidir. Dilçilik elmi isə dili sırf dilçilik baxımından öyrənir. Dil hər şeydən əvvəl dil 

haqqında elmin, dilçiliyin tədqiqat obyektidir, predmetidir. Dilin nəzəri problemlərini - dil və şüur, dil və təfəkkür, dil 

və cəmiyyət, dilin təbiəti və mahiyyəti, dilin inkişaf qanunauyğunluqları, dilin qnoseoloji və ontoloji problemləri-

dilçiliyin bəzən obrazlı surətdə dilin fəlsəfəsi adlandırılan ümumi dilçilik adlanan sahəsində öyrənilir. 

Nəzəri dilçilik hər şeydən əvvəl dilin mahiyyəti problemini aydınlaşdırmaqla məşğul olur, çünki ən mühüm 

ünsiyyət vasitəsi olan dil bu və ya digər dərəcədə cəmiyyət, tarix, şüur, təfəkkür, psixika, fərdin nitq qabiliyyəti və s. 

ilə əlaqədardır. Məhz buna görə dilçilik dilin mahiyyəti məsələləri ilə az ya çox əlaqədar olan digər elm sahələri ilə 

«kəsişir», beləliklə, aralıq elm sahələri yaranır. 

Əlbəttə, dil özü özündə olan, özü özü üçün olan varlıq, hadisə deyildir. O, obyektiv gerçəklikdə mövcud olan 

digər varlıq və hadisələrlə sıx əlaqədardır. Dilin təbiətini düzgün müəyyənləşdirmək üçün onun digər obyektiv 




Yüklə 314,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə