Dilçi alim Firidun Ağasıoğlu özünün "Azər xalqı" kitabında bildirir ki, XLX əsrdən üzübəri V



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix14.12.2017
ölçüsü0,59 Mb.
#15637
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   24


 

M. R. Yengi 

Bəxtiyar Tuncay 

 

 

 

 

 

 

 

 

Kür-Araz mədəniyyəti və türk damğaları: 

Damğadan yazıya keçid 

 

 

Redakor: Elman Cəfərli 

 

 

 

 

 

 

 

Bakı  2013 

 

 

 


 

 

 

Qədim əkinçilər  

 

             Tarixdə  Eneolitdən  sonra  gələn  dövr  Tunc  dövrü  adlanır. Bu  dövr  eradan 

əvvəl lV minilliyin sonu  - lll minilliyin əvvəllərindən başlayaraq eradan əvvəl  ll 

minilliyin  əvvəllərinədək  davam  edir.  Misin  qalay  və  ya  sürmə  ilə  qarışığından 

alınan tunc daha möhkəm və əlverişli metal olduğundan insan fəaliyyətinin bütün 

sahələrinə  yaramışdır.  Ondan  müxtəlif  növ  silahlar,  əmək  alətləri,  məişət 

avadanlığı,  bəzək  əşyaları  və  sairə  hazırlanmışdır.  Arxeoloji  tədqiqatlar 

göstərmişdir  ki,    Azərbaycan    ərazisi  Tunc  dövrü  abidələri  ilə  zəngindir. 

Azərbaycan  ərazisində  Tunc  dövrü  bir  neçə  inkişaf  mərhələsi  keçmişdir.  Həmin 

mərhələlər  şərti  olaraq  ilk, orta  və  son  Tunc  dövrləri  adlanırlar. Bu  mədəniyyətin 

əsas təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır. 

Kür-Araz  mədəniyyətinə  uyğun  gələn  ilk  Tunc  dövrü  Azərbaycanda 

eradan  əvvəl  lV  minilliyin  ikinci  yarısından  lll  minilliyin  sonuna  qədərki  dövrü 

əhatə  edir.  Ölkəmizin  bu  dövrə  aid  Babadərviş,  Göytəpə,  Qarahacılı,  Ağtəpə, 

Üçoğlan, Cüttəpə, Dəyirmanyeri, Mişarçay, Qaraköməktəpə, Günəştəpə, Xantəpə, 

Kültəpə,  Sərkərtəpə  və  sairə  kimi  yaşayış  məskənləri  bir  qayda  olaraq  çay 

kənarında, bulaqların yaxınlığında, başqa sözlə, yaşayış və təsərrüfat üçün əlverişli 

sahələrdə,  strateji  baxımdan  yaxşı  mühafizə  edilən  təbii  təpə  üzərində  salınırdı. 

Füzuli  rayonu  ərazisindəki  Qaraköməktəpə,  Təbriz  yaxınlığındakı  Yanıqtəpə, 

Urmiya ətrafındakı Göytəpə kimi bəzi yaşayış məskənləri qalın müdafiə divarı ilə 

əhatə edilmişdi. 

Bu  dövrün  Cüttəpə,  Üçoğlan,  Qarahacılı,  Qaraköməktəpə,  Qobustandakı 

―Dairə‖ və sairə kimi bəzi yaşayış məskənləri əvvəllər yaşayış olmayan  sahələrdə,   

Kültəpə,  Babadərviş,  Yanıqtəpə,  Göytəpə  və  sairə   kimi  məskənlər isə Eneolit  

dövrü  kəndlərinin    yerində    yaranmışdı.  Bu    məskənlərdə  bir  neçə  tarixi  dövrün 

izləri qalmışdır. 

Tanınmış arxeoloq alim Rəşid Göyüşovun yazdığına görə, İlk Tunc dövrü 

tuncun  kəşfi  ilə  başlanır.  Bu  dövr  üçün  başlıca  xarakterik  xüsusiyyətlərindən  biri 

həmin  dövr  mədəniyyətinin ümumi  Qafqaz  miqyasında  eyniliyidir. Azərbaycanda 

ilk  Tunc  dövrü  abidələri  elmi  ədəbiyyatda  ―Kür  –  Araz  mədəniyyəti‖  adı  ilə 




məşhurdur.  Hazırda  müəyyən  olunmuşdur  ki,  ilk  Tunc  dövrünə  aid  Kür  –  Araz 

mədəniyyəti  üçün  xarakterik  olan  abidələrin  yayılma  ərazisi  olduqca  genişdir. 

Tədqiqatçılar  Kür  –  Araz  mədəniyyətinin  izlərinə  bütün  Qafqazda, İranın  şimal  – 

qərbində (Güney Azərbaycanda və bugünkü İranın ona bitişik ərazilərində), Şərqi 

Anadoluda, Dağıstanda, Çeçen – İnquşetiyada və b. yerlərdə təsadüf etmişlər.           

Alim  yazır  ki,  həmin  dövrü  səciyyələndirən  abidələrin  yayılma  arealı  və 

onların  sıxlığı  haqlı  olaraq  belə  nəticəyə  gəlməyə  imkan  verir  ki,  ilk  Tunc 

dövründə  Azərbaycan  ərazisində  əhalinin  sayı  xeyli  artmışdı.  Bu  dövr,  başlıca 

olaraq, məişət abidələri – yaşayış məskənləri vasitəsilə izlənməkdədir. Naxçıvanda 

l Kültəpənin ll təbəqəsi, ll Kültəpənin alt təbəqəsi, Babadərviş yaşayış yerinin üst 

qatı, Mingəçevir abidələri kompleksinin ilk dövrü, Kültəpə, Meynətəpə, Uzuntəpə 

və  digr  abidələr  Kür  –  Araz  mədəniyyətini  səciyyələndirən  maddi  –  mədəniyyət 

qalıqları  ilə  olduqca  zəngindir.  Bu  mədəniyyətin  izlərinə  Qobustan  abidələri 

kompleksində  də  təsadüf  olunmuşdur.    Göstərilən  abidələrdə  aparılmış  arxeoloji 

qazıntılar,  həmin  dövrdə  məhsuldar  qüvvələrin  inkişaf  səviyyəsini,  yaşayış 

məskənlərinin  xarakterik  cəhətlərini,  İlk  Tunc  dövrü  üçün  səciyyəvi  olan  bir  sıra 

adət  -  ənənələri,  həmçinin  Kür  –  Araz    mədəniyyəti  sakinlərinin  həyatında  baş 

vermiş digər iqtisadi, ictimai və ideoloji dəyişiklikləri üzə çıxarmışdır.  

Tunc  dövrünün  Azərbaycan  türklərinin  həyatına  daxil  etdiyi  ən  önəmli 

yeniliklərdən  biri  əkinçilikdə  kotandan,  öküzdən  və  qoşqu  alətlərindən  istifadə 

edilməsi idi. Q. Cavadovun apardığı tədqiqatlar qara kotanın Qafqaz mənşəli şum 

aləti  olduğunu  təsdiq  edir.  Bu  şum  aləti  Qafqaz  xalqlarının  çoxunda  olub, 

azərbaycanlılarda  ―kotan‖,  ləzgilərdə  və  Şahdağ  qrupu  xalqlarında  ―kutan‖, 

gürcülərdə  ―qutani‖,  çeçenlərdə  ―quton‖,  avarlarda  ―kutan‖,  balkarlarda  ―qotan‖, 

darginlərdə  ―qutan‖,  udunlərdə  ―kotan‖,  osetinlərdə  ―quton  //  qoton‖,  farslarda 

―qutan‖ adlandırılır. 

 

       


 

 

Azərbaycanın  əksər  etnoqrafik  zonalarında  yayılan  bu  alət  əhali  arasında 



―qara kotan‖ ad ilə tanınmaqdadır. Bu söz birləşməsi Azərbaycan folklorunda da 

özünə möhkəm yer etmişdir: 

 

“Qara kotan ağırdır, 

Öküzlərin yağırdır. 

Qarmax tellim çəkməyir, 

Xınalım da sağırdır”. 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə