Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə1/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
  1   2   3   4   5   6   7   8   9   ...   78


 
 
DĠLQƏM  ĠSMAYILOV 
 
               
 
 
 
 
 
 
 
L Ġ B E R A L Ġ Z M 
                
 
 
  
 
 
 
 
 
 
 
 
 
   
BAKI – 2013 
 


 

Elmi redaktor:          F.M.QURBANOV 
                                  fəlsəfə elmləri doktoru, professor 
                                   
 
Rəyçilər:                  Ə.M.TAĞIYEV 
                                 fəlsəfə elmləri doktoru, professor 
                             
                                 R.S.HAJIYEV 
                                 fəlsəfə üzrə fəlsəfə doktoru 
                                 
 
 
Dilqəm  Yunis  oğlu  Ġsmayılov  –  Liberalizm.  «Xəzər 
Universiteti» nəĢriyyatı.  Bakı, 2013, 246 səh. 
 
 
Monoqrafiyada  liberalizm  ideologiyasının  yaranması, 
formalaşması  və  inkişaf  tarixindən  bəhs  olunur.  Kitabda  libera-
lizmin  bir  ideologiya  kimi  formalaşmasında  İntibah  dövrü 
mütəfəkkirlərinin, maarifçilərin və digər filosofların, ideoloqların 
və  siyasətçilərin  təlimlərinin  rolunun  şərhi  verilir.  Liberalizmin 
fəlsəfi-ideoloci,  ideya-siyasi    jərəyan  kimi  müasir  vəziyyəti, 
liberalizmlə  digər  ideologiyaların  qarşılıqlı  təsiri,  müxtəlif 
ideologiyaların daşıyıjıları kimi siyasi partiyalar təhlil olunur. 
Monoqrafiya  filosoflar,  politoloqlar,  sosioloqlar,  tələbələr 
və  aspirantlar,  habelə  geniş  oxuju  kütləsi  üçün  nəzərdə 
tutulmuşdur. 
 
 
 
ĠSBN 978-9952-8088-5-8 
 
©
D.Ġsmayılov 


 

MÜNDƏRĠCAT 
                                    
ÖN SÖZ 
 
I FƏSĠL.   
DEMOKRATĠYA VƏ ĠDEOLOGĠYA PROBLEMLƏRĠ 
 
1.1. 
Bizə liberal dəyərlərə əsaslanan demokratik cəmiyyət 
qurmaqdan başqa yol yoxdur 
1.2. 
Siyasi plüralizm və ideologiya problemləri 
 
II FƏSĠL. 
LĠBERALĠZM ĠDEOLOGĠYASININ 
YARANMASI TARĠXĠ VƏ FORMALAġMASI 
2.1. 
J.Lokka qədər liberalizmin inkişaf yolu haqqında 
2.2. 
Liberalizm ideologiyasının inkişafında xüsusi rol  
oynayan İngiltərə inqilabı və Jon Lokk 
2.3. 
XVIII əsr liberal fikrin böyük əsri kimi. Fransız  
maarifçiləri və filosofları, ingilis filosofları və  
utopik sosialistlərinin  sosial-siyasi görüşləri 
2.4. 
Liberalizmin müasir vəziyyəti haqqında 
 
III FƏSĠL.  
LĠBERALĠZMLƏ DĠGƏR SĠYASĠ ĠDEOLOGĠYALARIN 
QARġILIQLI TƏSĠRĠ 
3.1. 
Liberalizm və konservatizm 
3.2. 
Liberalizm və sosializm 
 
IV FƏSĠL. 
ĠDEOLOJĠ DƏYƏRLƏRĠN DAġIYICILARI 
4.1. 
Səmiyyətin demokratikləşməsində siyasi  
pratiyaların rolu 
4.2. 
Müxtəlif ideologiya daşıyısıları olan partiyaların  
siyasi mübarizəsinin spesifikliyi 
 
ĠSTĠFADƏ EDĠLMĠġ ƏDƏBĠYYATIN SĠYAHISI 
 


 

ÖN SÖZ 
 
Bizim  dövrümüzdə  insan  haqlarının  müştərək  qorunduğu, 
hər  kəsin  həddini  bildiyi  və  haqqını  ala  biləjəyi  yeni  dünya 
düzəninə  ehtiyaj  ortaya  çıxmışdır.    Bu  yeni  dünya  düzəni 
demokratiya sahəsində  yeni uğurların  əldə olunmasını tələb edir. 
Bəşəriyyət tarixi boyunja demokratiya, insan haqları yaşadığımız 
dövrdəki  qədər  aktual  olmayıb.  2010-ju  ilin  əvvəllərindən 
başlayan ərəb inqilabları, yəni «ərəb baharı» ilə qlobal miqyasda 
öz xalqlarına zülm edən diktatorlara qarşı mübarizə başlamışdır 
və  bu  mübarizə  davam  etməkdədir.  Artıq  Tunis,  Misir,  Liviya, 
Yəmən  diktatorları  hakimiyyətdən  devrilmiş,  ərəb  inqilabları 
Suriyanı  ağuşuna  almış,  postsosialist  ölkələrinin  qapısını  isə 
döyəjləməkdədir.  Rusiyada  2011-ji  ilin  dekabrında  keçirilmiş  
parlament    seçkilərinin,  habelə  2012-ji  ilin  martında  keçirilmiş  
prezident  seçkilərinin saxtalaşdırılmasına qarşı minlərlə insanın 
kütləvi  çıxışları,  Qazaxıstanda  tətil  edən    neftçilərin  qan  içində 
boğulan  aksiyası bunun ilk simptomlarıdır. 
Artıq  qlobal  miqyasda  belə  bir  fikir  hökm  sürür  ki, 
jəmiyyətlərdə davamlı sabitlik və inkişaf heç vaxt zor, jəmiyyəti 
təzyiq altında saxlamaq üzərində qurula bilməz. Əgər hökumətin 
siyasəti vətəndaşı  qane  etmədiyi  halda    onu  dinj yolla  seçkilərdə 
dəyişə bilirsə, belə ölkələrdə davamlı sabitlik və inkişaf olur. Güj 
və  repressiya  ilə  yaranan  «sabitlik»  isə  həmişə  keçiji  olur. 
Davamlı  sabitlik  üçün  yalnız  hamını  qane  edən,  hamının 
hüquqlarını  təmin  edən  bir  sistem  qurulmalıdır.  Dünya  təjrübəsi 
göstərir ki, bu, demokratiya adlanan sistemdir. 
Demokratik  hüquqi  dövlət,  yəni  insan  hüquqlarının  və 
azadlıqlarının  qorunduğu  dövlət  modeli  məhz  liberal  ideoloci 
əsasda ortaya çıxmışdır. Yeni dünya düzəni şəraitində daha yaxşı 
dünya  üçün  liberalizm    etibarlı  mövqeyə  keçmiş,    insan  haqları 
bəşəriyyətin başlıja hədəfi olmuşdur. 
Sovet  siyasi  sistemi  tarix  səhnəsində  öz  ömrünü  başa 
vurduqdan  sonra  ijtimai  şüurda  qərarlaşan  stereotiplərin  aradan 
qalxması  və  jəmiyyətin  kütləvi  siyasiləşməsi  ilə  liberal  və 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə