Dilimizin lüğət tərkibində olan sözlərin hamısı müəyyən qrammatik mənaya malik
olur.Bu baxımdan həmin sözlər ayrı-ayrı qruplarda birləşir. Müstəqil mənasına və
qrammatik xüsusiyyətlərinə görə qruplaşan sözlərə nitq hissələri deyilir.Sözün
hansı nitq hissəsinə aid olması onun hansı suala cavab verməsin-dən,əşya,yoxsa
hərəkətlə bağlı olmasından və s. asılıdır.Nitq hissələri bir-birindən leksik-
qrammatik mənalarına görə fərqlənir.Dilimizdə 11 nitq hissəsi var.Bu nitq hissələri
də öz sırasında iki qrupda cəmlənib:
1.Əsas nitq hissələri
2.Köməkçi nitq hissələri
NİTQ HİSSƏLƏRİ
*Ancaq qrammatik mənası
olur,leksik məna ifadə etmir
*Suala cavab vermir
*Ayrılıqda cümlə üzvü olmur
*Şəkilçi qəbul etmir
QOŞMA,BAĞLAYICI,
ƏDAT,MODAL
SÖZLƏR,NİDA
*Müstəqil leksik mənası olur
*Suala cavab verir
*Cümlə üzvü olur
*Şəkilçi qəbul edərək məna
cəhətdən dəyişir
İSİM,SİFƏT,SAY,
ƏVƏZLİK,FEL
KÖMƏKÇİ
ƏSAS
SİNTAKSİS
MORFOLOGİYA
QRAMMATİKA
İSİM
İsim ümumi qrammatik mənasına görə əşyaların, canlı və cansız varlıqların
adlarını bildirir.Kim?, nə? (bəzən də hara?) suallarından birinə cavab olur.
Məsələn: müəllim, şagird, uşaq va s. isimləri kim? sualına; at, quş, ağac, daş və s.
isimləri nə? sualına; Bakı, Təbriz, Gəncə və s. isimləri isə hara? sualına cavab olur.
İsmin əsas səciyyəvi xüsusiyyətləri tək və cəm olması, mənsubiyyətə görə
dəyişməsi və hallanmasıdır.
Konkret və mücərrəd isimlər : Əşya
dedikdə bütün varlıqlar nəzərdə tutulur. Varlıqlar iki cürdür: gözlə görünə bilən və
görünə bilməyən. Bu baxımdan isimlər iki növə bölünür: konkret isimlər və
mücərrəd isimlər.
Konkret isimlər- gözlə görünə bilən əşyaların adlarıdır.
Məsələn:dağ,çiçək,qoyun,insan,meşə,ev və s.
Mücərrəd isimlər- gözlə görünə bilməyən əşyaların adlarıdır.
Məsələn:arzu,xəyal,yuxu,məqsəd və s.
Ümumi və xüsusi isimlər:
İsimlər cəmiyyətdəki tutduğu yerə və həmcinsliyinə görə iki növə bölünür:
1.Ümumi isimlər
2.Xüsusi isimlər
Eynicinsli əşyaların adlarına ümumi isimlər deyilir.Məsələn: insan, ağac, ot, gül,
çiçək, das, quş, balıq, dəftər, kitab, qələm və s.
Varlığı tək olması ilə fərqlənən əşyaların adlarına isə xüsusi isimlər deyilir. Xüsusı
isimlərə, əsasən, aşağıdakılar daxildir:
1. İnsan adları və soyadlar, təxəllüs və ləqəblər: Nizami Gəncəvi, Hüseyn Cavid,
Mirzə Ələkbər Sabir.
2. Coğrafi və astronomik adlar. Azərbaycan, Gəncə, Şuşa, Ay, Ülkər və s.
3. Qəzet, jurnal və əsər adları:"Azadlıq","Ulduz", "Xəmsə" və s.
4. Heyvanlara verilən xüsusi adlar: Alabaş, Qırat, Mərcan və s.
Xüsusi isimlər böyük hərflə yazılır. Qəzet, jurnal, əsər, zavod, cəmiyyət və s. adları
dırnaq içərisində və böyük hərflə yazılır. Məsələn. "Dəli Kür" (əsər), "Azərbaycan"
(jurnal), "Bakı fəhləsi" (zavod), "Vətən" (cəmiyyət) və s. .
Bəzi ümumi isimlər xüsusi isimlərə keçə bilir. Məsələn: arzu,fərəh, ilham, səadət,
vəfa, sədaqət, sevinc, çiçək, bülbül və s. ümumi isimlər şəxs adı
(bəzən də yeməkxana, mağaza, kinoteatr və s adlarını) bildirdikdə xüsusi isim olur.
Nadir hallarda əks hal da baş verir, yəni xüsusi isimlər ümumi isimlərə çevrilir.
Məsələn: Rentgenalman aliminin adıdır, rentgen isə xüsusi şüa ilə işıqlandırılma
alətinin adıdır.
Tək və cəm isimlər:
İsimlər kəmiyyətcə tək və cəm olur. İsimlər cəmdə olarkən lar
2
şəkilçisini qəbul
edir: kitablar. insanlar, evlər, şagirdlər və s.
Qeyd: Bu şəkilçi qoşulduğu sözün son samitindən asılı olaraq, bəzi səkillərdə[-
rar
2
], [-nar
2
], [-dar
2
] kimi tələffüz olunur: qatar- [qatarrar], şəhərlər - [şəhərrər],
qazlar - [qazdar], buludlar [bulutdar], igidlər - [igiddər]. oğlanlar - [oğlannar],
əkinlər –[əkinnər] və s.
Dilimizdə elə isimlər də var ki, onların məzmununda çoxluq,topluluq anlayışı var.
Belə isimlər toplu isimləradlanır. Məsələn: el, xalq, kütlə, camaat. qoşun, sürü, ilxı.
dəstə, partiya . Toplu isimlərin çoxu cəm şəkilçisi qəbul edir: xalqlar, ellər, ellər və
s. Toplu isimlərlə əlaqədə olan xəbər təkdə işlənir. məsələn: El yaylağa köçür.
Xalq azadlığına qovuşdu və s.