DiNİ qurumlarla iŞ ÜZRƏ DÖVLƏt komiTƏSİ



Yüklə 192,78 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü192,78 Kb.
#75261


140

xeyir qapısı

Bu kitab


“DİNİ  QURUMLARLA  İŞ  ÜZRƏ DÖVLƏT  KOMİTƏSİ”

 – nin

DK-1053 d saylı razılığı ilə nəşr edilmişdir

Pulsuzdur



2


3

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Həmd olsun Allaha! Bütün peyğəmbərlərin

və elçilərin sonuncusu peyğəmbərimiz Muhəm-

mədə, onun ailəsinə və bütün səhabələrinə Alla-

hın xeyir duası və salamı olsun.

Uca Allahın: “İnsanlara doğru yolu göstərən,

bu yolun və haqqı batildən ayırd edənin açıq-ay-

dın dəlilləri olan Quran ramazan ayında nazil

edilmişdir. Sizlərdən bu aya çatan şəxslər hə-

min ayı oruc tutmalıdırlar” deyə buyurduğu

razılıq və bağışlanma ayı sayılan bu möhtəşəm

ramazan ayını dirçəltmək üçün qərara gəldik

ki, bu gözəl risalədə fəzilətli ramazan ayında

yerinə yetiriləcək müxtəlif xeyir və yaxşılıq qa-

pıları barəsində olan hədis və əsərləri cəm edək.

Bununla bərabər bütün fərz və nafilə ibadətlə-

rin yerinə yetirilməsinin zəruriliyini də diqqə-

tinizə çatdırmaq istəyirik. Məhz Allahdır istə-

diyini doğru yola yönəldən.

1 – İxlas; Uca Allah buyurur: “Halbuki onla-

ra, dini məhz Allaha məxsus edərək, həniflər

kimi ibadət etmək, namaz qılmaq və zəkat ver-

mək əmr olunmuşdu. Doğru din də elə budur!”

2  –  Allah  üçün  edilən  tövbəni  təzələmək;

“Günəş batdığı yerdən çıxana qədər tövbə edən

şəxsin tövbəsini Allah qəbul edər.” (Muslim).



4

“Həqiqətən Allah bəndəsinin tövbəsini ölüm

boğazına yetişənə qədər qəbul edir.” (Tirmizi).

3  –  Hilalı  (təzə  ayı)  gördükdə  dua  etmək;

“Allahummə əhilləhu aleynə bil-əmni, vəl-ima-

ni, vəs-səlaməti, vəl-islami. Rabbi və Rabbukəl-

lahu.”

1

 (Əhməd və Tirmizi).



4 – Ramazanı imanla və mükafatını yalnız

Allahdan umaraq oruc tutmaq; “Kim Ramazan

ayını imanla, mükafatını yalnız Allahdan uma-

raq oruc tutarsa, keçmiş günahları bağışlanar.”

(Buxari və Muslim).

5 – Şəvval ayının altı gününü oruc tutmaq;

“Ramazanı oruc tutub ardından da şəvval ayın-

dan altı gün oruc tutan şəxs bir il oruc tutmuş

kimidir.” (Muslim).

6 – Ramazan gecələrində imanla və mükafa-

tını yalnız Allahdan umaraq nafilə namazları

qılmaq; “Kim Ramazan gecələrində imanla, mü-

kafatını yalnız Allahdan umaraq nafilə namaz-

ları qılsa, keçmiş günahları bağışlanar.” (Buxa-

ri və Muslim).

7 – Qədr gecəsində imanla və mükafatını

yalnız Allahdan umaraq ibadət etmək; “Hər kəs

Qədr gecəsində imanla, mükafatını yalnız Allah-

1

 Allahım! Onu əmin-amanlıqla, imanla, salamatlıqla və islam-



la başımız üzərinə çıxart! (Ey hilal!) Mənim də Rəbbim, sənin də

Rəbbin Allahdır!




5

dan umaraq ibadət edərsə, keçmiş günahları

bağışlanar.” (Buxari və Muslim).

8 – Ramazanın axır on günündə ibadətləri

artırmaq; “(Ramazanın) axır on günü yetişdik-

də Peyğəmbər r belbağını bərk-bərk bağlayar-

1

 və  gecələri  həm  özü  ibadət  edər,  həm  də



ailəsini yuxudan oyadardı (ki, onlar da ibadət

etsinlər).” (Buxari və Muslim).

9 – Ümrə ziyarəti; “Ramazanda ümrə ziya-

rəti etmək həcc ziyarətinə və ya mənimlə yeri-

nə yetirilən həcc ziyarətinə bərabərdir.” (Buxa-

ri və Muslim).

10 – Etikaf; “Peyğəmbər r ramazan ayının

son on gününü etikafda keçirərdi.” (Buxari və

Muslim).

11 – Oruc tutana iftar yeməyi vermək; “Kim

oruc tutan şəxsə iftar yeməyi verərsə, onun sa-

vabı qədər savab qazanar və bu oruc tutanın

savabından heç bir şey əskiltməz.” (Tirmizi).

12 – Quran oxumaq; “Quran oxuyun! Çünki

o, Qiyamət günü öz sahibinə  şəfaətçi olacaq-

dır.” (Muslim).

13 – Quranı öyrənib başqalarına öyrətmək;

“Sizin ən xeyirliniz Quranı öyrənən və onu

başqalarına öyrədən kimsədir.” (Buxari).

1

 Yəni, ramazanın axır on günündə canla-başla ibadət etməyə



ciddi hazırlıq görərdi.


6

14 – Uca Allahı zikr etmək; “Sizə əməllərini-

zin ən xeyirlisini, Sahibiniz yanında ən təmiz

olanını, dərəcələriniz içində ən yüksəyini, sizin

üçün qızıl-gümüş xərcləməkdən daha xeyirlisi-

ni, düşməninizlə qarşılaşıb onların boyunlarını

vurmağınızdan, onların da sizin boyunlarınızı

vurmasından daha xeyirlisini sizə bildirimmi?

(Əshabələr) dedilər: “Bəli!” O dedi: “(Bu,) Uca

Allahı zikr etməkdir.” (Tirmizi).

15 – Allahdan bağışlanma diləmək; “Kim

Allahdan davamlı şəkildə bağışlanma diləyərsə,

Allah onun hər bir kədərini aradan qaldırar,

hər bir sıxıntısı üçün çıxış yolu açar və ağlına

gəlmədiyi yerdən ona ruzi verər.” (Əbu Davud

və Nəsai).

16 – Kamil şəkildə dəstəmaz almaq; “Kim

gözəl bir şəkildə dəstəmaz alarsa onun günah-

ları bütün bədənindən, hətta dırnaqlarının al-

tından belə çıxar.” (Muslim).

17 – Dəstəmaz aldıqdan sonra şəhadət kəl-

məsini demək; “Kim gözəl bir şəkildə dəstəmaz

aldıqdan sonra “Əşhədu ən lə ilahə illəllahu vəh-

dəhu lə  şərikə ləhu və  əşhədu ənnə Muhəm-

mədən abduhu və Rasuluhu. Allahumməc'alni

minət-təvvabinə vəc'alni minəl-mutətahhirin”

1

1

 Mən  şahidlik  edirəm  ki,  Allahdan  başqa  məbud  yoxdur,  O



təkdir, Onun şəriki yoxdur və  şahidlik edirəm ki, Muhəmməd


7

– deyərsə onun üçün Cənnətin qapıları açılar və

o istədiyi qapıdan içəri daxil ola bilər.” (Muslim).

18 – Dəstəmazı qorumaq; “Sabit olun, amma

bunu tam bacarmayacaqsınız. Bilin ki, sizin əməl-

lərinizin ən xeyirlisi namazdır. Dəstəmazı isə

ancaq mömin qoruya biləcəkdir.” (İbn Macə).

19 – Misvakdan istifadə etmək; “Əgər üm-

mətimə ağır gəlməsəydi, onlara əmr edərdim

ki, hər namazdan əvvəl (dişlərini) misvakla tə-

mizləsinlər.” (Buxari və Muslim).

20 – Dəstəmazdan sonra iki rükət namaz qıl-

maq; “Kim gözəl tərzdə dəstəmaz alıb iki rükət

namaz qılar, qəlbini və üzünü buna yönəldər-

sə, Cənnətə girmək ona vacib olar.” (Muslim).

21 – Azandan sonra dua etmək; “Hər kim

azanı eşitdikdə: “Allahummə Rabbə həzihid-

dəvətit-tammə, vəs-səlatil qaimə, ati Muhəm-

mədənil-vəsilətə vəl-fədilətə, vəb'ashu məqa-

mən məhmudənilləzi vəadtəhu”

1

– desə, Qiya-



mət günü mənim şəfaətimə qovuşar.” (Buxari).

22 – Azanla iqamə arasında dua etmək;

“Azanla iqamə arasında edilən dua cavabsız

Onun qulu və elçisidir! Allahım! Məni tövbə edənlərdən et! Və

məni təmizlənənlərdən et!

1

 Tərcüməsi: “Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan



Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd

etdiyin təriflənən məqama çatdır.”




8

qalmır.” Digər rəvayətdə deyilir: “Səhabələr so-

ruşdular: “Ey Allahın elçisi, biz həmin vaxt nə

deyək?” Peyğəmbər r dedi: ”Allahdan əfv və

salamatlıq diləyin!” (Əbu Davud və Tirmizi).

23 – Beş vaxt namazı qorumaq; “Hər hansı

bir müsəlman fərz namazının vaxtı gəldiyi za-

man gözəl şəkildə dəstəmaz alıb mütiliklə nama-

zını yerinə yetirərsə, böyük günahlar etmədikcə,

bu onun keçmiş günahlarının kəffarəsi olar. Və

bu, beləcə bütün il boyu davam edər.” (Muslim).

24 – Namazları vaxtında qılmaq; “Peyğəm-

bərdən r hansı əməlin daha əfzəl olması barə-

sində soruşduqda o dedi: “Namazı vaxtlı-vax-

tında qılmaq.” (Buxari və Muslim).

25 – Sübh və Əsr namazlarını vaxtında qıl-

maq; “Kim sübh və əsr namazlarını (vaxtında)

qılarsa, Cənnətə girər.” (Buxari).

26 – Cümə namazını qorumaq; “Beş vaxt

namaz, cümə namazı növbəti cüməyə qədər,

ramazan (orucu) növbəti ramazana qədər olan

kiçik  günahlar  üçün  kəffarədir.  Əgər  böyük

günahlardan çəkinilərsə.” (Muslim).

27 – Cümə günündə olan duaların cavabsız

qalmayan saatını axtarmaq; “Həmin gün elə

bir saat var ki, müsəlman olan kəs (həmin vaxt)

namaz qılıb Uca Allahdan bir şey istəsə, Allah



9

ona istədiyini mütləq verər.” (Buxari və Mus-

lim).

28 – Cümə günü əl-Kəhf surəsini oxumaq;



“Kim cümə günü əl-Kəhf surəsini oxuyarsa, bu,

növbəti  cüməyə  qədər  onun  üçün  nur  saçar.”

(Nəsai və Hakim).

29 – Məscidlərə getmək; “Kim səhər və ya ax-

şamüstü məscidə gedərsə, hər gedişində Allah

onun üçün Cənnətdə bir yer hazırlayar.” (Bu-

xari və Muslim).

30 – Məscidülhəramda namaz qılmaq; “Mə-

nim bu məscidimdə qılınan (bir) namaz Məsci-

dülhəram istisna olmaqla, digər məscidlərdə

qılınan min namazdan daha üstündür. Məsci-

dülhəramda qılınan (bir) namaz isə bu məscid

istisna olmaqla, digər məscidlərdə qılınan yüz

min namazdan daha üstündür.” (Əhməd və

İbn Xuzeymə).

31 – Peyğəmbərin r məscidində namaz qıl-

maq; “Mənim bu məscidimdə qılınan (bir) na-

maz Məscidülhəram istisna olmaqla, digər məs-

cidlərdə qılınan min namazdan daha yaxşıdır.”

(Muslim).

32 – Beytülmüqəddəsdə namaz qılmaq; “Üç

məsciddən başqa heç bir yerə (ibadət məqsədi

ilə) səfər etmək olmaz: (bu) – Məscidülhəram,



10

Peyğəmbərin r məscidi və Məscidüləqsadır.”

(Buxari).

33 – Quba məscidində namaz qılmaq; “Ora-

da namaz qılan şəxs ümrə ziyarəti etmiş kimi-

dir.” (İbn Hibban).

34 – Camaat namazını qorumaq; “Camaat

namazı fərdi namazdan iyirmi yeddi dərəcə

üstündür.” (Buxari və Muslim).

35 – Birinci səfdə namaz qılmağa həris olmaq;

“Əgər insanlar azan (verməyin) və (namazda)

birinci sırada (durmağın nə qədər xeyirli və bə-

rəkətli) olduğunu bilsəydilər və (buna nail ol-

maq üçün) püşk atmaqdan başqa bir çarə tap-

masaydılar, hökmən püşk atardılar.” (Buxari

və Muslim).

36 – Duha namazını davamlı qılmaq; “Sizin

hər birinizin gün ərzində bütün fəqərələrinə

görə sədəqə vardır; Belə ki, hər bir təsbih

1

 sə-



dəqədir, hər bir təhmid

2

 sədəqədir, hər bir təh-



lil

3

 sədəqədir, hər bir təkbir



4

 sədəqədir, yaxşı

işləri əmr etmək sədəqədir, pis işlərdən çəkin-

dirmək sədəqədir. Bütün bunları isə duha vax-

tı qılınan iki rükət namaz əvəz edir.” (Muslim).

1

 “Sübhanəllah” demək.



2

 “Əlhəmdulilləh” demək.

3

 “Lə ilahə illəallah” demək.



4

 “Allahu əkbər” demək.




11

37 – Ratibə

1

 namazlarını qorumaq; “Kim



fərz namazlarından əlavə Allah üçün hər gün

on iki rükət ratibə namazını qılarsa, Allah onun

üçün Cənnətdə bir ev bina edər.” (Muslim).

38 – Nafilə namazlarını evdə qılmaq; “Na-

mazlarınızın bir qismini öz evlərinizdə qılın və

oranı qəbirlərə çevirməyin.” (Buxari).

39 – Səcdələrin sayını çoxaltmaq; “Bəndənin

rəbbinə  ən yaxın olduğu məqamı onun səcdə

etdiyi vaxtdır. Elə isə (səcdədə ikən) dualarını-

zı artırın.” (Muslim).

40 – Zikr etmək üçün sübh namazından

sonra namazgahda oturmaq; “Sübh namazını

camaatla birgə qıldıqdan sonra gün çıxana qə-

dər həmin yerdə oturub Allahı zikr edən, son-

ra isə iki rükət nafilə namazı qılan şəxs – tam

olaraq, yenə tam olaraq və yenə tam olaraq –

həcc və ümrə ziyarətinin savabını qazanır.”

(Tirmizi).

41 – Cənazə namazı qılmaq və cənazənin

ardınca getmək; “Kim dəfndə cənazə namazı

qılınana qədər iştirak edərsə, bir qirat, dəfn

edilənə qədər iştirak edərsə, iki qirat savab qa-

zanar. Peyğəmbərdən r  iki  qirat  nədir  deyə

1

 Sübh namazından əvvəl iki, zöhr namazından əvvəl dörd,



sonra isə iki, məğrib namazından sonra iki, işa namazından son-

ra iki rükət qılınan nafilə namazlar.




12

soruşduqda  dedi:  “İki  böyük  dağ qədər.”  (Bu-

xari və Muslim).

42 – Qadının namazı evində qılması; “Qa-

dınlarınıza məscidlərə getməyi qadağan etmə-

yin. Amma (onlar bilməlidirlər ki), evləri onlar

üçün daha xeyirlidir.” (Əbu Davud).

43 – Bayram namazını namazgahda qılma-

ğa həris olmaq; “Peyğəmbər r orucluq və qur-

ban bayramlarında çıxıb namaz qılınan yerə

gedərdi.” (Buxari).

44 – Uşaqları namaz qılmağa alışdırmaq;

“Yeddi yaşından uşaqlarınıza namaz qılmağı

əmr edin. On yaşından isə (namaz qılmadıqla-

rına görə) onları vurun və yataqlarını ayırın.”

(Əbu Davud).

45 – Uşaqları oruc tutmağa alışdırmaq; “Ru-

beyyi bint Muəvviz O demişdir: Biz (hər il

aşura günü) həm özümüz oruc tutar, həm də

uşaqlarımıza oruc tutmağı  əmr edərdik. Biz

onlar üçün yundan oyuncaq düzəldərdik ki,

onlardan biri ağlayıb yemək istədikdə bunu

ona verək, iftar vaxtına qədər (başı qarışsın).”

(Buxari).

46 – Fərz namazlarından sonra Allahı zikr

etmək; “Kim hər namazdan sonra otuz üç dəfə

subhanallah, otuz üç dəfə  əlhəmdulilləh, otuz

üç dəfə Allahu əkbər, sonra da “Lə ilahə illəl-




13

lahu vəhdəhu lə  şərikə ləhu. Ləhul-mulku və

ləhul-həmdu və huvə alə kulli şeyin qadir”

1

 –



deyərsə, günahları dəniz köpüyü qədər olsa

belə bağışlanar.” (Muslim).

47 – Təravih namazını qılmaq; “Fərz na-

mazlarından sonra ən əfzəl namaz gecə nama-

zıdır.” (Muslim).

48 – İftar vaxtı girən kimi orucu açmaq; “İn-

sanlar oruclarını erkən açacaqları müddət ər-

zində xeyir içində olacaqlar.” (Buxari).

49 – İftarı namazdan qabaq etmək; “Peyğəm-

bər r iftarı namaz qılmamışdan öncə edərdi.”

(Əhməd).

50 – İftarı xurma ilə açmaq; “Kim xurma ta-

pa bilsə qoy orucunu onunla açsın, tapa bilmə-

sə, su ilə açsın, çünki su pakdır.” (Əhməd, Əbu

Davud, Tirmizi).

51 – İftar duasını oxumaq; “Zəhəbəz-zəməu,

vəbtəllətil-uruq, və səbətəl-əcru inşə Allah.”

2

(Əbu Davud, Dəraqutni, Hakim).



52 – İftar vaxtı dua etmək; “Oruc tutanın if-

tar vaxtı etdiyi dua cavabsız qalmır.” (İbn Macə).

1

 Allahdan  başqa  məbud  yoxdur,  O  təkdir,  Onun  şəriki  yox-



dur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!

2

 Susuzluq getdi və damarlar islandı. Allah istəsə, savab yazıl-



dı!


14

53 – Ümumiyyətlə dua etmək; “Uca Allah

buyurur: “Mən qulumun barəmdəki zənni ya-

nındayam, Mənə dua etdikcə onunlayam.” (Bu-

xari və Muslim).

54 – Səhur

1

 yeməyi; “Səhur yeməyini yeyin!



Həqiqətən, səhurda bərəkət var.” (Buxari və

Muslim).


55  –  Yemək-içməkdən  sonra  Allaha  həmd

etmək; “Yeməkdən sonra və ya içməkdən son-

ra buna görə Allaha həmd edən bəndədən Allah

(həmişə) razı qalır.” (Muslim).

56  –  Zəkat  vermək;  Uca  Allah  buyurur:

“Halbuki onlara, dini məhz Allaha məxsus

edərək, həniflər kimi ibadət etmək, namaz qıl-

maq və zəkat vermək əmr olunmuşdu. Doğru

din də elə budur!” (əl-Beyyinə, 5).

57 – Fitrə zəkatı; “Oruc tutanın oruc zamanı

danışdığı lağlağı və nalayiq sözlərini təmizlən-

mək və kasıbları yedizdirmək üçün Peyğəmbər

r

 (Ramazan bayramında) fitrə zəkatı verməyi



əmr etdi. Kim bu zəkatı bayram namazından

əvvəl verərsə, fitrə zəkatı kimi qəbul olar. Kim

də bayram namazından sonra verərsə, bu adi

sədəqə kimi qəbul olar.” (Əbu Davud).

1

 Oruc tutan müsəlmanın səhər dan yeri sökülməmişdən əv-



vəl yediyi yemək.


15

58 – Allah yolunda malından xərcləmək;

Uca Allah buyurur: “Qabaqcadan özünüz üçün

nə xeyir hazırlasanız, onun əvəzini Allahın ya-

nında tapacaqsanız. Şübhəsiz ki, Allah nə et-

diklərinizi görür.” (əl-Bəqərə, 110).

59 – Sədəqə vermək; “Su odu söndürdüyü

kimi sədəqə də günahları silir.” (Tirmizi).

60 – Kasıbın sədəqəsi; “Peyğəmbərdən r

soruşdular: “Ey Allahın elçisi! Hansı sədəqə

daha üstündür?” O dedi: “Ehtiyac içində olanın

verdiyi sədəqə. Elə isə baxmağın vacib olan

kimsələrdən

1

 başla.” (Əbu Davud, İbn Xuzey-



mə və Hakim).

61 – Gizli sədəqə; “Xeyirxah işlər insanı bə-

lalardan qoruyur, gizli sədəqə Allahın qəzəbini

söndürür, qohumluq əlaqələrini birləşdirmək

isə ömrü uzadır.” (Təbarani).

62 – Sədəqəni yerinə yetirən işçinin fəziləti;

“Özünə  əmr  ediləni  mükəmməl  şəkildə  –  kö-

nül xoşluğu ilə yerinə yetirib (sədəqəni) verilə-

cək adama çatdıran, (başqasının malını) qoru-

yan etibarlı müsəlman sədəqə verən iki nəfər-

dən biri hesab olunur (sədəqəni verən adam

qədər savab qazanır).” (Buxari və Muslim).

1

 Burada insanın özü, ata-anası və digər ailə üzvləri nəzərdə



tutulur.


16

63  –  Məscid  tikmək;  “Kim  Allahın  Üzünü

diləyərək bir məscid tiksə, Allah onun üçün

Cənnətdə buna bənzər (bir ev) tikər.” (Buxari).

64 – Salamı yaymaq və yemək yedirtmək;

“Ey insanlar! Salamı yayın, yemək yedirdin,

qohumluq əlaqələrini birləşdirin və insanlar

yatarkən namaz qılın ki, sağ-salamat Cənnətə

daxil olasınız.” (Tirmizi).

65 – Yoldan (insanlara) əziyyət verən şeyi

dəf etmək; “Peyğəmbər r demişdir: “Yolun

üzərindəki ağacı kəsdiyinə görə Cənnətdə gə-

zən insan gördüm. Çünki o (ağac) insanlara

əziyyət verirdi.” (Muslim).

66 – Valideynlərin qayğısına qalmaq və on-

lara itaət etmək; “Zəlil oldu! Zəlil oldu! Zəlil

oldu!” (Səhabələr) dedilər: “Kim, ya Rəsulallah?”

O dedi: “Valideynləri, yaxud ikisindən biri qo-

calanadək onlarla yaşayıb, sonra da (üzlərinə ağ

olaraq) Cənnətə daxil olmayan kəs.” (Muslim).

67 – Qadının öz ərinə itaət etməsi; “Qadın

beş vaxt namazlarını qılarsa, (ramazan) ayını

oruc tutarsa, namusunu qoruyarsa və ərinə ita-

ət edərsə Cənnətin hansı qapısından istəsə da-

xil olar.” (İbn Hibban).

68 – Halal qazanc və öz əlinin əməyi ilə (qa-

zanmaq); “Peyğəmbərdən r “hansı qazanc da-



17

ha gözəldir?” –deyə soruşduqda o dedi: “Kişi-

nin öz zəhməti ilə qazanması və hər bir halal

qazanc.” (Hakim).

69 – Malından ailə üçün xərcləmək; “Bir mü-

səlman əvəzini Allahdan umaraq (malından)

ailəsinə bir şey xərcləsə, bu onun üçün sədəqə

sayılar.” (Buxari və Muslim).

70 – Malından dul qadınlara və kasıblara

xərcləmək; “Dul qadınlara və kasıblara əl tutan

kimsə Allah yolunda olan mücahid kimi, habe-

lə, gündüz oruc tutub, gecə namaz qılanlar ki-

midir.” (Buxari).

71 – Yetimə himayədarlıq etmək və ona (ma-

lından) xərcləmək; “

Mən və yetimin himayədarı

Cənnətdə  (bu  iki  barmaq  kimi)  olacaq”  –  deyib

peyğəmbər r  şəhadət və orta barmağını gös-

tərdi.” (Buxari).

72 – Yetimin başını sığallamaq və ona qarşı

şəfqətli olmaq; “Bir kişi peyğəmbərə r daş qəlb-

li olması barədə şikayət etdikdə peyğəmbər r

ona dedi: “Yetimin başını sığalla və miskinləri

yedirt.” (Əhməd).

73 – Müsəlman qardaşların ehtiyaclarını

ödəmək; “Peyğəmbər r barmağı ilə işarə edib

dedi: “Sizlərdən birinin öz qardaşı ilə onun eh-

tiyacını ödəməyə getməsi mənim məscidimdə

iki ay etikaf etməsindən daha əfzəldir.” (Hakim).



18

74 – Müsəlman qardaşları Allah xatirinə zi-

yarət etmək; “Peyğəmbər r Cənnətdə olacaq,

siddiq Cənnətdə olacaq, ucqar bir yerdə yaşa-

yan müsəlman qardaşını yalnız Allah xatirinə

ziyarət edən müsəlman Cənnətdə olacaq.” (Tə-

barani).

75 – Xəstələri ziyarət etmək; “Kim xəstə qar-

daşına baş çəksə, (onun yanından qayıdanadək)

Cənnət xürfəsində olar. Peyğəmbərdən r “Ey

Allahın elçisi! Cənnət xürfəsi nədir?“ –deyə so-

ruşduqda o dedi: “Cənnətin bir yerə yığılmış

meyvələridir.” (Muslim).

76 – Qohumlar əlaqələri kəssələr belə onu

birləşdirmək; “Qohumluq əlaqəsi Ərşdən asılı-

dır və o belə deyir: “Kim məni birləşdirərsə

Allah da onu birləşdirər, kim də məni kəsərsə

Allah da onu kəsər.” (Buxari və Muslim).

77 – Müsəlmanı sevindirmək; “Kim müsəl-

man qardaşı ilə qarşılaşdığı zaman onun xoşu-

na gələcək bir şeylə onu sevindirərsə Allah da

Qiyamət günü həmin şəxsi sevindirər.” (Təba-

rani).

78 – Çətin vəziyyətdə olanların işini asan-



laşdırmaq; “Kim çətin vəziyyətdə olan bir şəx-

sin işini asanlaşdırarsa, Allah da onun işini həm

bu dünyada, həm də axirətdə asanlaşdırar.”

(Muslim).




19

79 – Xidmətçilərin və işçilərin işlərini yün-

gülləşdirmək; “Kim öz qulunun işini yüngül-

ləşdirərsə, Allah onu bağışlayar və onu Oddan

azad edər.” (İbn Xuzeyma).

80 – Zəiflərə qarşı şəfqətli olmaq, onlara rəhm

etmək və onlarla mülayim rəftar etmək; “Rəhm

edənlərə Mərhəmətli Allah rəhm edir. Yerdə

olanlara  rəhm  edin  ki,  göydəki  də  sizə  rəhm

etsin.” (Əbu Davud və Tirmizi).

81 – İnsanların arasını düzəltmək; “Sizə na-

mazdan, orucdan və sədəqədən daha fəzilətli bir

dərəcə barədə xəbər verimmi?” (Səhabələr): “Bə-

li!”– deyə cavab verdilər. O dedi: “(Bu,) küsülü-

ləri barışdırmaqdır!” (Əbu Davud və Tirmizi).

82 – Gözəl əxlaq; “Peyğəmbərdən r insan-

ları ən çox Cənnətə salacaq əməl barəsində so-

ruşduqda o demişdir: “(Bu,) Allah qorxusu və

gözəl əxlaqdır.” (Tirmizi).

83 – Həyalı olmaq; “Həya imandandır,

iman isə Cənnətdədir. Arsızlıq kobudluqdur,

kobudluq isə Cəhənnəmdədir.” (Əhməd, İbn

Hibban və Tirmizi).

84 – Doğruluq; “Doğru danışanlardan olun.

Çünki doğruluq (adamı) yaxşı işlər görməyə

yönəldir. Yaxşı işlər isə (adamı) Cənnətə apa-

rır.” (Buxari və Muslim).



20

85 – Mülayimlik, (insanları) bağışlamaq və

qəzəbi boğmaq; Uca Allah buyurur: “O müttə-

qilər ki,... qəzəblərini boğur və insanları bağış-

layırlar. Allah yaxşı iş görənləri sevir.” (Ali İm-

ran, 134). “Peyğəmbər r  Əşəc Abdulqeysə t

demişdir: “Səndə iki xislət vardır ki, Allah on-

ları sevir. (Bunlar) mülayimlik və təmkinli ol-

maqdır.” (Muslim).

86 – Əl ilə salamlaşmaq; “Qarşılaşdıqları za-

man əl ilə salamlaşan hər iki müsəlmanın gü-

nahlarını Allah onlar ayrılana qədər bağışlayır.”

(Əbu Davud və Tirmizi).

87 – Gülərüz olmaq; “Yaxşı işləri heç vaxt

dəyərsiz hesab etmə, hətta qardaşınla gülərüz-

lü halda qarşılaşsan belə.” (Muslim).

88 – Alış-veriş zamanı üzüyola olmaq; “Sa-

tanda, alanda və haqqını tələb edəndə üzüyola

olan kimsəyə Allah mərhəmət etsin!” (Buxari).

89 – Gözləri Allahın haram buyurduqların-

dan çəkmək; “(Naməhrəmə) baxmaq iblisin zə-

hərli oxlarından biridir. Kim onu Məndən qorx-

duğuna görə tərk edərsə, onu, şirinliyini qəlbin-

də tapacağı imanla əvəz edərəm.” (Təbarani).

90  –  Yaxşı  işləri  əmr  edib,  pis  işlərdən  çə-

kindirmək; “Sizlərdən biri münkər (günah) gör-

dükdə onu əli ilə düzəltsin! Ona qadir olmasa,



21

dili ilə düzəltsin! Ona da qadir olmasa, qoy

qəlbi ilə (o münkərə) nifrət etsin ki, bu da ima-

nın ən zəif mərtəbəsidir.” (Muslim).

91 – Əməlisaleh və xeyirli insanlarla otu-

rub-durmaq. “Oturub Uca Allahı yad edən hər

bir qövmü mələklər əhatəyə edər, onları rəh-

mət bürüyər, onların üzərinə sükunət nazil olar

və Allah onları Öz yanında olanların yanında

yad edər.” (Muslim).

92 – Dili və cinsiyyət orqanlarını qorumaq;

“Kim mənə iki çənəsi arasındakını və iki budu

arasındakını qoruyacağına zəmanət verərsə,

mən onun Cənnətə (girəcəyinə) zəmanət verə-

rəm.” (Buxari və Muslim).

93 – Peyğəmbərə r salavat; “Kim mənim

üçün bir dəfə salavat gətirsə, Allah bunun sa-

yəsində ona on dəfə salavat gətirər!” (Muslim).

94 – Yaxşı işlər görmək və (başqalarını) xe-

yirxah işlərə yönəltmək; “Hər bir yaxşılıq sə-

dəqədir. Başqasını xeyirxah işə yönəldən onu

etmiş kimidir.” (Buxari və Muslim). “Başqasını

xeyirxah işə yönəldən şəxsə bunu edənin sava-

bı qədər savab yazılar.” (Muslim).

95 – Allahın dininə dəvət etmək; “Kim in-

sanları doğru yola dəvət edərsə həmin şəxsə o

yola tabe olanların savabı qədər savab yazılar.



22

Amma bu, o yola tabe olanların savabından heç

bir şey əskiltməz.” (Muslim).

96 – İnsanların eybini örtmək; “Kim bu dün-

yada başqa birisinin eybini örtərsə, Allah da

Qiyamət günü onun eybini örtər.” (Muslim).

97 – Səbirli olmaq; “Müsəlmana üz vermiş

elə bir yorğunluq, elə bir naxoşluq, elə bir kə-

dər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd,

hətta (ayağına) batan elə bir tikan yoxdur ki,

onun sayəsində Allah (həmin) müsəlmanın

günahlarını bağışlamasın.” (Buxari).

98 – Məclisin kəffarəsi;

1

 “Kimin bir məclisdə



oturduğu zaman boş sözləri çox olarsa, həmin

məclisdən qalxmamışdan öncə: “Subhanəkə

Allahummə və bihəmdik, əşhədu ən lə ilahə

illə  ənt, əstəğfirukə və  ətubu ileyk”

2

 –deyərsə



həmin məclisdə baş verən (xətalarını) Allah

bağışlayar.” (Əbu Davud və Tirmizi).

99 – Günah etdikdən sonra iki rükət namaz

qılmaq; “Günah etdikdən sonra gözəl şəkildə

dəstəmaz alıb, üstəlik iki rükət namaz qılıb Allah-

dan bağışlanma diləyən elə bir bəndə yoxdur

ki, onun günahı bağışlanmasın.” (Əbu Davud).

1

 [Günahların bağışlanılması üçün şəriətin buyurduğu qay-



dada deyilən söz yaxud verilən sədəqə.]

2

 Allahım! Sən pak və müqəddəssən! Sənə həmd olsun! Mən



şahidlik edirəm ki, Səndən başqa məbud yoxdur. Səndən bağış-

lanma diləyir və Sənə tövbə edirəm!




23

100 – Qız uşaqlarını tərbiyə etmək və onları

böyüdüb başa çatdırmaq; “Kimin üç qızı olsa,

onlara qayğı göstərsə, onlara yaxşı baxsa və

onlara rəhm etsə, Cənnətə daxil olmaq ona

mütləq vacib olar.” (Əhməd).

101 – Heyvanlarla gözəl davranmaq; “Bir

kişi bir itin ləhlədiyini, susuzluqdan yaş tor-

paq yaladığını görüb, su quyusuna düşdü və

ayaqqabılarını su ilə doldurdu. Sonra onu ağzı

ilə tutub (quyunun divarlarından yapışaraq

yuxarı qalxıb) itə su verdi. Allah ona təşəkkür

etdi və onu Cənnətə saldı.” (Buxari).

102 – İnsanlardan heç bir şey dilənməmək;

“Kim insanlardan heç bir şey dilənməməyə bo-

yun olarsa, onun üçün Cənnəti boyun olaram.”

(Əbu Davud, Nəsai, Tirmizi və İbn Macə).

103 – Təhlil və təsbih; “Kim gün ərzində

yüz dəfə: “Lə ilahə illəllahu vəhdəhu lə şərikə

ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə

kulli şeyin qədir

1

”- desə, on kölə azad etmiş sa-



yılar, üstəlik ona yüz savab yazılar və onun

yüz  günahı  silinər,  (bundan  başqa  bu  dualar)

həmin gün axşama qədər onu şeytandan qo-

1

 Allahdan  başqa  məbud  yoxdur,  O  təkdir,  Onun  şəriki  yox-



dur. Mülk Onundur və həmd Ona məxsusdur və O hər şeyə Qa-

dirdir!



24

ruyar və (bu duanı) ondan çox deyən kimsə is-

tisna olmaqla heç kəs onun gətirdiyindən əfzəl

başqa bir şey gətirə bilməz.” “Kim gün ərzində

yüz dəfə: “Subhanəllahi və bihəmdihi

1

”– desə,



günahları dəniz köpüyü qədər olsa belə sili-

nər.” (Buxari və Muslim).

104 – Davamlı sədəqə; “Bəndə ölən kimi

onun bütün əməlləri kəsilir. Yalnız üç şey istis-

nadır: davamlı sədəqə, yaxud fayda verən elm,

yaxud da onun üçün dua edən əməlisaleh öv-

lad.” (Muslim).

105 – Qadınları sədəqə verməyə təşviq et-

mək; ““(Ey qadınlar,) heç olmasa, zinət əşyala-

rınızdan sədəqə verin!” (Buxari və Muslim).

106 – Qadının öz ərinin malından sədəqə ver-

məsi; “Qadın (ailə üzvlərinə) ziyan vurmadan

evində olan yeməkdən sədəqə versə, verdiyinin

savabını qazanar; əri də qazandığının savabını

alar; həmçinin xidmətçiyə də bir o qədər savab

çatar; birinin savabı digərinin savabından heç

bir şey azaltmaz.” (Buxari və Muslim).

107 – Verən əl alan əldən daha xeyirlidir;

“Uca əl alçaq əldən daha xeyirlidir. Uca əl (sə-

dəqə)  verən  əldir;  alçaq  əl  isə  dilənən  əldir.”

(Buxari və Muslim).

1

 Allah pak və müqəddəsdir! Allaha həmd olsun!




25

108 – Alış-verişdə düzgün olmaq; “Alıcı və

satıcı bir-birindən ayrılanadək ixtiyar sahibi-

dirlər.


1

 Əgər onlar düz danışar və aydınlıq gə-

tirərlərsə

2

, alış-verişləri bərəkətli olar. Əgər (nə-



yi isə) gizlədər və yalan danışarlarsa, alış-ve-

rişlərinin bərəkəti gedər.” (Buxari).

109 – Müsəlmanlara yardım etmək; “Kim

bir müsəlmanı bu dünya sıxıntılarının birindən

qurtararsa, Allah da onu Qiyamət gününün sı-

xıntılarının birindən qurtarar.” (Muslim).

110 – Müsəlmanlara əziyyət verməmək; “Pey-

ğəmbərdən r “hansı müsəlman daha fəzilətli

sayılır?” –deyə soruşdular. O dedi: “Dilindən

və  əlindən müsəlmanlara zərər dəyməyən

(müsəlman).” (Buxari və Muslim).

111 – Başqalarına yardım etmək; "Hər gün

bütün fəqərələrə görə sədəqə vardır. Kişini

miniyinin üzərinə mindirmək və ya onun yü-

künü miniyinin üzərinə qaldırmaq sədəqədir.”

(Buxari).

112 – Ehtiyaclarını yerinə yetirmək üçün in-

sanlara şəfaətçilik etmək; ““(Ehtiyacı olanlara)

kömək edin ki, savab qazanasınız. Allah dilə-

1

 Yəni ayrılanadək alıcı aldığını, satıcı da satdığını geri qayta-



ra bilər.

2

 Başqa sözlə, satıcı malın keyfiyyətini və nöqsanını, alıcı da



öz şərtini və iradlarını bildirərsə.


26

diyi bir şeyə Öz peyğəmbərinin r dili ilə hökm

edəcəkdir.” (Buxari).

113 – Valideynlərin dostları ilə əlaqə qurmaq

və onlarla yaxşı rəftar etmək; “Həqiqətən də

ən gözəl yaxşılıq adamın öz atası ilə dost ol-

muş insanlarla olan əlaqələrini möhkəmləndir-

məsidir.” (Muslim).

114 – Gözəl söz; “Heç olmasa, yarım xurma

(sədəqə) ilə özünüzü Oddan qoruyun. Bunu

tapmasanız, onda gözəl söz danışmaqla (özü-

nüzü Oddan qoruyun).” (Buxari və Muslim).

115 – Rəiyyətlə, işçilərlə və bu cür insanlarla

mülayim rəftar etmək; “Allahım! Ümmətimə

başçılıq edənlər ümmətimi çətinliyə salarlarsa,

Sən də onları çətinliyə sal. Ümmətimə başçılıq

edənlər ümmətimlə mülayim rəftar edərlərsə,

Sən də onlarla mülayim rəftar et.” (Muslim).

116 – Az da olsa belə xeyirxah əməli da-

vamlı yerinə yetirmək; “Allah üçün ən sevimli

əməl, az da olsa belə davamlı yerinə yetiriləni-

dir.” (Muslim).

117 – Qonşulara yaxşılıq etmək; “Kim Alla-

ha və Axirət gününə inanırsa, qonşusuna ehti-

ram göstərsin.” (Muslim).

118 – Qonağa ehtiram göstərmək; “Müsafiri

bir gecə evdə saxlamaq hər bir müsəlmanın

üzərinə düşən haqdır. Kiminsə evinin divarı




27

yanında müsafir dayanarsa, ev yiyəsinin bor-

cudur ki, onu (bir gecə) evində qonaq saxlasın.

Müsafir istəsə (borcunu) tələb edə bilər, istəsə

də tərk edə bilər.” (Əhməd, Əbu Davud və İbn

Macə).


119  –  Valideynlər  üçün  dua  etmək;  “Uca

Allah əməlisaleh bəndəsinin Cənnətdə dərəcə-

sini yüksəltdikdə o belə deyəcək: “Ey Rəbbim!

Bu, mənim üçün haradandır?

!” Allah buyura-

caq: “Övladının sənin üçün etdiyi dua sayəsin-

dədir.” (Əhməd).

120 – Müsəlman bəndənin yanında olma-

yan  qardaşı  üçün  etdiyi  dua;  “Elə  bir  müsəl-

man bəndə yoxdur ki, yanında olmayan qarda-

şı üçün dua etdiyi zaman (dua edənin başı üstə

təyin olunmuş mələk) “Sənə də onun misli qə-

dər çatsın” –deməsin.” (Muslim).

121 – Müsəlmanlar üçün dua edib Allahdan

bağışlanma  diləmək;  Uca  Allah  buyurur:  “Sə-

habələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbi-

miz! Bizi və bizdən əvvəl iman gətirmiş qar-

daşlarımızı bağışla. Bizim qəlbimizdə iman gə-

tirənlərə  qarşı  nifrət  və  həsədə  yer  vermə.  Ey

Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhm-

lisən!” (əl-Həşr, 10).




28

122 – Məscidləri təmizləmək; Uca Allah bu-

yurur: “Evimi təvaf edənlər, namaza duranlar,

rüku və səcdə edənlər üçün təmizlə!” (əl-Həcc,

26).

123 – Həyat yoldaşına yaxşılıq etmək; “Si-



zin ən xeyirliniz ailəsinə qarşı ən xeyirli olan-

dır, mən də öz ailəmə qarşı  ən xeyirliyəm.”

(İbn Hibban və başqaları).

124 – Evlənənlər üçün mehri yüngülləşdir-

mək; “Ən xeyirli nikah ən asan olanıdır.” (İbn

Hibban).


125 – Qadınlara qarşı qısqanc olmaq; “Səd

bin Ubadə belə deyərdi: “Əgər həyat yolda-

şımla bir kişinin getdiyini görsəydim qılıncı-

mın iti tərəfi ilə onu vurub öldürərdim.” Bu

söz peyğəmbərə r çatdıqda o dedi: “Sədin bu

cür qısqanclığına təəccüb edirsiniz? Bilin ki, mən

ondan da qısqancam. Allah isə məndən də qıs-

qancdır.” (Buxari).

126 – Kişinin öz ailəsinə elm öyrətməsi; “Üç

sinif insan vardır ki, onlar ikiqat savab qazanır:

Kitab əhlindən olub öz peyğəmbərinə iman gə-

tirmiş, sonra da Muhəmmədə r iman gətirən

adam; həm Allahın, həm də öz ağalarının haq-

qını ödəyən kölə; və bir də o kimsə ki, yaxınlıq

etdiyi kənizinə yaxşı tərbiyə vermiş, ona gözəl



29

tərzdə  elm  öyrətmiş,  sonra  da  (o  kənizi)  azad

edib onunla evlənmişdir. Beləsinə də ikiqat sa-

vab vardır.” (Buxari).

127 – Zülm etdiklərinin haqqını qaytarmaq

və boynunda haqqı qalan şəxslərdən halallıq

almaq; “Qoy birisinə zülm etmiş adam, bu gün,

dinar və dirhəmin (fayda verməyəcəyi gün)

gəlməmişdən əvvəl ondan halallıq diləsin. Əgər

(Qiyamət günü) onun savabı olarsa, etdiyi zülm

qədər savabından götürülər (və zülm etdiyi

adama verilər); yox əgər savabı olmazsa, onda

zülm etdiyi adamın günahlarından götürülüb

onun boynuna qoyular.” (Buxari).

128 – Pis işin ardından yaxşılıq etmək; “Ha-

rada olursansa ol, Allahdan qorx, pis işin ar-

dınca yaxşı iş gör ki, onu silib aparsın, insan-

larla gözəl əxlaqla davran.” (Əhməd və Ha-

kim).

129 – Xalaya və dayıya yaxşılıq etmək; “Xa-



la, ana yerindədir.” (Buxari).

130 – Əmanəti qorumaq və verilən vədi ye-

rinə yetirmək; “Etibar olunmayanın imanı ol-

maz, vədinin üstündə durmayanın da dini ol-

maz.” (Əhməd).

131 – Kiçiyə rəhmət, böyüyə hörmət; “Kiçi-

yimizə rəhm etməyən, böyüyümüzün haqqını



30

tanımayan bizdən deyildir.” (Əhməd və Tirmi-

zi).

132 – Müsəlmanlar üçün can yandırmaq, on-



larla mərhəmətli davranmaq və onlara diqqət

yetirmək; “Sən möminlərin bir-birilərinə mər-

həmət göstərməkdə, bir-birilərini sevməkdə və

bir-birilərinə can yandırmaqda bir bədən kimi

olduğunu görürsən. Belə ki, (bədənin) bir əza-

sına  xəstəlik  üz  verdikdə  bütün  bədən  yuxu-

suzluqdan və qızdırmadan əziyyət çəkir.” (Bu-

xari və Muslim).

133 – Dili qorumaq, susmaq və ancaq xeyir

söyləmək; “Kim Allaha və Axirət gününə ina-

nırsa, ya xeyir söyləsin, ya da sussun.” (Buxari).

134 – Müsəlmanların namusunu qorumaq;

“Kim müsəlman qardaşının namusunu qoru-

yarsa,  Qiyamət  günü  Allah  onun  üzünü  Od-

dan qoruyar.” (Tirmizi).

135 – Təmizqəlbli olmaq və nifrəti tərk et-

mək; “Hər bazar ertəsi və cümə axşamı günü

Cənnətin qapıları açılır və (müsəlman) qarda-

şına nifrət edən kimsədən başqa Allah Ona şə-

rik qoşmayan hər bir kəsi bağışlayır. (Bir-biri-

nə nifrət edən iki qardaş haqqında isə belə) de-

yilir: “Bu ikisini aralarındakı münasibətləri dü-

zəldənədək gözləyin. Bu ikisini aralarındakı



31

münasibətləri düzəldənədək gözləyin. Bu iki-

sini aralarındakı münasibətləri düzəldənədək

gözləyin (onların bağışlanmasını təxirə salın).”

(Muslim).

136 – İnsanlar arasında ədalətli hökm ver-

mək; “Günəşin doğduğu hər gün insanın bü-

tün fəqərələrinə görə sədəqə vardır. İnsanlar

arasında ədalətlə hökm vermək sədəqədir.”

(Buxari).

137 – Xeyirxah işlərdə müsəlmanların bir-

birilərinə kömək etmələri; Uca Allah buyurur:

“Yaxşılıq etməkdə və Allahdan qorxmaqda

bir-birinizə yardım edin. Günah işlər görmək-

də  və  düşmənçilik  etməkdə  bir-birinizə  kö-

məkçi olmayın.” (əl-Maidə, 2). Peyğəmbər r:

“Möminlər bir bina kimidirlər, bir-birilərini

dəstəkləyirlər”– dedi və barmaqlarını bir-biri-

nə keçirtdi.” (Buxari).

138 – Çarəsiz adama kömək etmək; “Hər bir

müsəlman sədəqə verməlidir.” (Əshabələr) so-

ruşdular: “Ey Allahın peyğəmbəri! (Sədəqə ver-

məyə  bir  şey)  tapmasa  necə?”  (Peyğəmbər r)

buyurdu: “Öz əlləri ilə işləyib qazansın və (bu

qazancından) həm özü faydalansın, həm də

(başqalarına) sədəqə versin.” (Əshabələr) soruş-

dular: “(Bunu) edə bilməsə necə?” (Peyğəmbər



32

r

) buyurdu: “Ehtiyacı olan çarəsiz adama kö-



mək etsin.” (Əshabələr) soruşdular: “(Bunu da)

edə bilməsə necə?” (Peyğəmbər r) buyurdu:

“Yaxşı işlər görsün və şər əməllərdən çəkinsin.

Həqiqətən də, bu onun üçün sədəqə olar.” (Bu-

xari).

139 – Xeyrə çağıranın çağırışına cavab ver-



mək və yardım istəyənin istədiyini vermək;

“Kim Allahın adı ilə sığınacaq istəsə, ona sığı-

nacaq verin. Kim Allahın adı ilə (yardım) istəsə,

ona istədiyini verin. Kim sizi dəvət etsə, onun

dəvətinə cavab verin. Kim sizə yaxşılıq etsə,

ona əvəzini verin.” (Əhməd, Əbu Davud və

Nəsai).

140 – Yaxşılıq edən adama təşəkkür etmək



və ona etdiyi yaxşılığın əvəzini vermək; “Kimə

yaxşılıq edilmişsə, qoy onun əvəzini versin.

Əvəz verməyə bir şey tapa bilmirsə, qoy (yax-

şılıq edən adamı) tərifləsin. Həmin adamı tərif-

ləsə, ona təşəkkür etmiş olar, elədiyi yaxşılığı

gizlətsə, ona nankorluq etmiş olar.” (Buxari

“Ədəbul-mufrad” kitabında rəvayət etmişdir).

Muhəmmədə, onun ailəsinə və səhabələrinə



Allahın xeyir-duası və salamı olsun!

Yüklə 192,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə