Доктор мом



Yüklə 27,77 Kb.
Pdf görüntüsü
tarix18.05.2018
ölçüsü27,77 Kb.
#44872


Dərman vasitəsinin istifadəsi üzrə təlimat  

(xəstələr üçün)

 

 

 



 

DOKTOR MOM 

®

    portağal, limon, çiyələk, moruq, ananas dadlı, meyvəli, giləmeyvəli sorma tabletlər 

DOKTOR MOM 

®

 

 

Tərkibi 

Təsiredici maddələr: Hər sorma tabletin tərkibində aşağıdakı bitkilərdən alınmış ekstraktlar vardır: 

Lüt biyan (Glycyrrhiza glabra) kökü 

 

 

 



 

15 mq 


Dərman zəncəfilinin (Zingiber officinale) kökümsov gövdəsi   10 

mq 


Dərman emblikasının (Emblica officinalis) meyvələri 

  10 


mq 

Levomentol 

        

 



mq 

Köməkçi maddələrportağal dadlı sorma tabletlər üçün - saxaroza, dekstroza məhlulu, qliserol, 

                              limon turşusu monohidrat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat,  

                              portağal aromatizatoru, nanə aromatizatoru (nanə cövhəri), 

                              «Günəş qürubu» boyası; 

                              limon dadlı sorma tabletlər üçün - saxaroza, dekstroza məhlulu, qliserol, 

                              limon turşusu monohidrat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat,  

                              limon yağı, nanə aromatizatoru (nanə cövhəri), xinolin sarısı; 

                              moruq dadlı sorma tabletlər üçün saxaroza, dekstroza məhlulu, qliserol, 

                              metilparahidroksibenzoat, propilparahidroksibenzoat, moruq aromatizatoru, 

                              azorubin boyası; 

                              çiyələk dadlı sorma tabletlər üçün - saxaroza, dekstroza məhlulu, qliserol, 

                              limon turşusu monohidrat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat,   

                              çiyələk aromatizatoru, al qırmızı boya (Ponso 4R);  

                              ananas dadlı sorma tabletlər üçün - saxaroza, dekstroza məhlulu, qliserol, 

                              limon turşusu monohidrat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat,  

                              nanə aromatizatoru (nanə cövhəri), ananas  aromatizatoru, BQ Supra boyası  

                              (brilyant mavisi ilə xinolin sarısının qarışığı); 

                              meyvəli sorma tabletlər üçün - saxaroza, dekstroza məhlulu, qliserol, 

                              limon turşusu monohidrat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat,  

                              meyvəli aromatizator, üzüm boyası (brilyant mavisi ilə azorubinin qarışığı); 

                              giləmeyvəli sorma tabletlər üçün - saxaroza, dekstroza məhlulu, qliserol, 

                              limon turşusu monohidrat, metilparahidroksibenzoat, propilparahidroksibenzoat,  

                              giləmeyvə aromatizatoru,  brilyant mavisi ilə azorubin boyaları. 

 

Təsviri 

-  portağal dadlı sorma tabletlər: narıncı, girdə, 2 tərəfi qabarıq tabletlər. Tabletlərdə hava qabarcıqlarının 

olmasına və tabletlərin kənarlarının kələ-kötür olmasına yol verilir

- limon dadlı sorma tabletlər: yaşılımtıl-sarı və ya sarı rəngli, girdə, 2 tərəfi qabarıq tabletlər. Tabletlərdə hava 

qabarcıqlarının olmasına və tabletlərin kənarlarının kələ-kötür olmasına yol verilir;  

-  ananas dadlı sorma tabletlər: yaşıl, girdə, 2 tərəfi qabarıq tabletlər. Tabletlərdə hava qabarcıqlarının 

olmasına və tabletlərin kənarlarının kələ-kötür olmasına yol verilir.   

moruq dadlı sorma tabletlər: qırmızı və ya tünd qırmızı, girdə, 2 tərəfi qabarıq tabletlər. Tabletlərdə hava 

qabarcıqlarının olmasına və tabletlərin kənarlarının kələ-kötür olmasına yol verilir; 

çiyələk dadlı sorma tabletlər: qırmızı və ya tünd qırmızı, girdə, 2 tərəfi qabarıq tabletlər. Tabletlərdə hava 

qabarcıqlarının olmasına və tabletlərin kənarlarının kələ-kötür olmasına yol verilir. 



- meyvəli sorma tabletlər: qırmızımtıl bənövşəyi və ya bənövşəyi rəngli, girdə, 2 tərəfi qabarıq tabletlər. 

Tabletlərdə hava qabarcıqlarının olmasına və tabletlərin kənarlarının kələ-kötür olmasına yol verilir. 

-  giləmeyvəli sorma tabletlər: çəhrayı-qəhvəyi və ya qəhvəyi rəngli, girdə, 2 tərəfi qabarıq tabletlər. 

Tabletlərdə hava qabarcıqlarının olmasına və tabletlərin kənarlarının kələ-kötür olmasına yol verilir. 



 

Farmakoterapevtik qrupu 

Bitki mənşəli, bəlğəmgətirici dərman vasitəsi. 

 

ATC kodu: R05X 

 

Farmakoloji xüsusiyyətləri 

Farmakodinamikası 

İltihab  əleyhinə  və  bəlğəmgətirici təsirlərə malik kombinəolunmuş fitopreparatdır. Preparatın təsiri tərkibinə 

daxil olan komponentlərin təsiri ilə müəyyən olunur.  



Lüt biyan kökünün ekstraktı - iltihab əleyhinə, ağrıkəsici, bəlğəmgətirici təsirlərə malikdir; 

Dərman zəncəfili kökümsov gövdəsinin ekstraktı - iltihab əleyhinə, antihistamin təsir göstərir. 

Dərman emblikasının ekstraktı  - iltihab əleyhinə, qızdırmasalıcı təsir göstərir. 

Mentol - spazmolitik, antiseptik və ağrıkəsici təsirlərə malikdir. 

 

İstifadəsinə göstərişlər 

Yuxarı  tənəffüs yollarının quru öskürəklə müşayiət olunan xroniki və  kəskin iltihabi xəstəliklərinin (faringit, 

laringit, traxeit, bronxit, yuxarı  tənəffüs yollarının selikli qişasının mexaniki qıcıqlanması),  simptomatik 

müalicəsi; boğaz ağrıları. 



 

Əks göstərişlər 

Preparatın tərkibinə daxil olan maddələrə qarşı yüksək həssaslıq. 



 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Öskürək əleyhinə preparatlarla eyni zamanda istifadə olunması tövsiyə olunmur. 

 

Xüsusi göstərişlər 

Preparatın tərkibində  şəkər vardır.  Şəkərli diabet xəstələri, həmçinin aşağı kalorili pəhrizdə olanlar bunu 

nəzərə almalıdır. 

Pediatriyada istifadəsi 

Preparatın bu dərman forması 6 yaşa qədər uşaqlara təyin olunmur. 



 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Bu dövrdə istifadə  təcrübəsi olmadığından preparatın hamiləlik və laktasiya dövründə istifadəsi tövsiyə 

olunmur. 

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir. 

 

İstifadə qaydası və dozası 

Böyüklərə və 6 yaşdan böyük uşaqlara: hər 2 saatdan bir 1 sorma tablet ağız boşluğunda sorulur. Maksimal 

gündəlik doza 10 tabletdir. Müalicə kursu 2-3 həftə. 



 

Doza həddinin aşılması 

Müşahidə edilməmişdir. 

 

Əlavə təsirləri 

Allergik reaksiyalar. 



 

Buraxılış forması  

- 4 sorma tablet, alüminium striplərdə buraxılır. 5 strip (20 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya 

qablaşdırılır; 

- hər sorma tablet çoxtəbəqəli laminəolunmuş paketlərdə buraxılır. 100 sorma tablet içlik vərəqə ilə birlikdə 

qapaqlı polietilentereftalat bankalara qablaşdırılır. 

 

Yararlılıq müddəti 

5 il. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 



 

Saxlanma şəraiti 

30ºC-dən aşağı temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Aptekdən buraxılma şərti 

Reseptsiz buraxılır. 



 

 

Qeydiyyat şəhadətnaməsinin sahibi 

«Conson & Conson» MMC 

Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2. 

 

İddiaları qəbul edən təşkilat 

«Conson & Conson» MMC 

Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2; tel: (495) 726-55-55 




 

İstehsalçı 

«Yunik Farmasyutikal Laboratoriz» 

(«C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi) 

Vorli, Mumbay - 400 030, Hindistan. 

® - ticarət nişanı 

 

Azərbaycanda rəsmi distribyutor 

«TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

Е-mail: info@tetrada-az.com 

www.tetrada-az.com 



 

Document Outline

  • Farmakoloji xüsusiyyətləri 
  • Farmakodinamikası 
    • Saxlanma şəraiti 

Yüklə 27,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə