Doktorantların və gənc tədqiqatçıların XX respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri



Yüklə 12,76 Kb.
tarix03.11.2018
ölçüsü12,76 Kb.
#77905

Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə” nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransı 2016-cı ilin   24-25 may tarixlərində  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilsin.



2. Konfransın Təşkilat komitəsinin tərkibi və Əsasnaməsi təsdiq edilsin (əlavə 1və 2).

3. Ali təhsil müəssisələrinin rektorları doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin 2016-cı il 11 aprel tarixinədək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə təqdim edilməsini təmin etsinlər.

4. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru (M.Babanlı):

4.1. Konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratsın.

4.2. Konfransın proqram və materiallarının nəşr edilməsini təmin etsin.

5. Elm, ali və orta ixtisas təhsil  şöbəsi (Y.Piriyev) konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri həll etsin.

6.İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini,  “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını,  çoxaldılıb  ali  təhsil  müəssisələrinə   göndərilməsini  təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.



Əsas: Aparat rəhbərinin müavini Yaqub Piriyevin  04.02. 2016-cı il tarixli təqdimatı.

 
Yüklə 12,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə