Dosent S. Z. İSayev dosent S. Z



Yüklə 436,26 Kb.
səhifə1/4
tarix21.06.2018
ölçüsü436,26 Kb.
#50206
  1   2   3   4

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda
ALIYEV PƏRVİZ MUSA oğlu
“AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİ TƏHLÜKƏSİZLİK SİSTEMİNİN FORMALAŞMASINDA İQTİSADİYYATIN RƏQABƏTQABİLİYYƏTLİLİYİ VƏ ONUN HÜQUQİ TƏMİNATI MƏSƏLƏLƏRİ” mövzusunda
MAGİSTR DİSSERTASİYASI

İxtisasın şifri və adı: 060404 - “İqtisadiyyat”

İxtisaslaşma: “İqtisadiyyatın hüquqi tənzimlənməsi”

Elmi rəhbər: Magistr proqramının rəhbəri:

iqtisad üzrə fəlsəfə doktoru, iqtisad üzrə fəlsəfə doktoru,

dosent S.Z. İSAYEV dosent S.Z. İSAYEV


Kafedra müdiri:

iqtisad elmləri doktoru,

professor F.P. RƏHMANOV

Bakı-2016

MÜNDƏRİCAT

GİRİŞ............................................................................................................................ 3

I FƏSIL.İQTİSADİ TƏHLÜKƏSİZLİK VƏ ONUN NƏZƏRİ METODOLOJİ

ASPEKTLƏRİ.................................................................................................6

1.1 İqtisadi təhlükəsizliyin ümumi xarakteristikası və onun əsas

elementləri.......................................................................................................6

1.2 Milli iqtisadi təhlükəsizliyin təmin edilməsini şərtləndirən amillər və

onlarınspesifik xüsusiyyətləri........................................................................18

1.3 İqtisadi təhlükəsizliyin milli təhlükəsizlik sistemində

yeri və rolu.....................................................................................................26

II FƏSİL.AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİ TƏHLÜKƏSİZLİYİ

KONTEKSTİNDƏ İQTİSADİYYATIN RƏQABƏTQABİLİYYƏTİNİN

TƏMİNİMEXANİZMLƏRİ.......................................................................33

2.1Azərbaycan iqtisadiyyatının müasir vəziyyətinin

makroiqtisadi təhlili.....................................................................................33

2.2İqtisadi təhlükəsizlik fonunda davamlı iqtisadi inkişaf və onun təmini

mexanizmləri...............................................................................................37

2.3 İqtisadi təhlükəsizlik baxımından iqtisadiyyatın struktur

elementləri və onların fəaliyyətində hüquqi mexanizmlər..........................42

III FƏSİL.AZƏRBAYCAN RESPUBLİKASININİQTİSADİ TƏHLÜKƏSİZLİK

SİSTEMİNİN FƏALİYYƏTİNİN HÜQUQİ TƏMİNATININ

TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ........................................49

3.1 Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təminatında

resurs potensialından istifadənin hüquqi bazasının

təkmilləşdirilməsi.......................................................................................49

3.2 Qloballaşma şəraitində milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyini

təmin edən sturuktr elementlərin hüquqi təminatının təkmilləşdirilməsi

istiqamətləri.................................................................................................61

NƏTİCƏ VƏ TƏKLİFLƏR........................................................................................67

ƏDƏBİYYAT SİYAHISI...........................................................................................70

GİRİŞ

Mövzunun aktuallığı. Qloballaşma şəraitində hər bir müstəqil dövlətin həll etməli olduğu əsas məsələ iqtisadi təhlükəsizlikdir. Müasir dünyada baş verən iqtisadi böhranlar inteqrasiya şəraitində yeni müstəqillik əldə etmiş dövlətləri xarici ölkələrdən asılı vəziyyətə salır. Azərbaycan da dünya iqtisadiyyatının tam hüquqlu bir üzvü kimi sistemin oyun qaydaları riayət etməklə milli maraqları təmin etmək sahəsində müxtəlif strategiyalar reallaşdırmaqla qısa və o cümlədən uzunmüddətli dividendlər əldə etməyə səy göstərir. Müasir beynəlxalq münasibətlərə nəzəri prizmadan yanaşdıqda, sözsüz ki, kiçik dövlətlər üçün milli iqtisadi təhlükəsizlik sistemlərində mühüm vektorial istiqamət olaraq iqtisadi təhlükəsizliyin təmin edilməsi məsələlərinin daha aydın şəkildə irəli çıxdığını görərik. İqtisadi təhlükəsizlik dövlətin dünya iqtisadiyyatına və eləcə də, beynəlxalq aləmə inteqrasiya şəraitində həmin dövlətin iqtisadiyyatına qarşı yönəlmiş bütün daxili və xarici amillərin, təhdidlərin mənfi nəticələrini minimuma endirmək, həmçinin də neytrallaşdırmağı, bu istiqamətdə tətbiq edilən tədbirlər kompleksi sistemini əsas ünsür kimi nəzərdə tutur. Respublikamızın mövcud geosiyasi və eləcə də geoiqtisadi situasiyası bizim üçün iqtisadi təhlükəsizliyitəmin edən bütün istiqamətlərin koordinasiyalı şəkildə təmin edilməsi zərurətini ali məqsəd kimi prioritetləşdirməyə sövq edir. Məhz bu mənada iqtisadi təhlükəsizliyi təmin edən strurktur elementlərinin səmərəli fəaliyyətinin hüquqi bazasını yaratmaq, eləcə də mövcud hüquqi bazanın dünyada gedən qloballaşma proseslərinə uyğun formada təkmilləşdirmək zərurəti yaranır.



Tədqiqatın predmet və obyekti. Davamlı iqtisadi inkişafa nail olmaq iqtisadi təhlükəsizlik fonunda iqtisadiyyatın rəqabət qabiliyyətini təmin edə biləcək sahələrin inkişaf mexanizlərini müəyyən etməkdən keçir. Belə ki, dövlət idarəetməsi ilə əlaqədar həyata keçirilən fəaliyyətin ümumi iqtisadi təhlükəsizliyin təmin edilməsində əsas cəhətləri səmərəli, o cümlədən sosial yönümlü bazar iqtisadiyyatının formalaşması istiqamətində iqtisadi siyasətin əsaslı şəkildə həyata keçirilməsi, ölkənin bütün milli iqtisadi resurslarından tam səmərəli istifadəyə dair nəzarətin həyata keçirilməsi, həmçinin dövlət, sahibkar, siravi vətəndaşlar, bütövlükdə cəmiyyətdə mövcud sağlam rəqabət prinsiplərinə əsaslanaraq sosial-iqtisadi münasibətlərin, əməkdaşlığın yüksək səviyyədə təmin olunmasından ibarətdir. Dünya iqtisadiyyatının qloballaşması şəraitində iqtisadi təhlükəsizlik fonunda davamlı iqtisadi inkişafı təmin edən özəl və ya dövlət təsisatlarının fəaliyyətinin hüquqi mexanizmlərini müəyyən etmək, eləcə də ümumilikdə iqtisadiyyatın hüquqi tənzimlənməsini həyata keçirmək əsas prioritet istiqamətlərdəndir.

Tədqiqatın əsas məqsəd və vəzifələri. Dissertasiya işinin əsas məqsədi qloballaşma şəraitində iqtisadi təhülkəsizliyin təmini məqsədilə Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafının yeni istiqamətlərini müəyyənləşdirmək yönündə daxili istehsalın stimullaşdırılmasına, iqtisadi inkişafının təmin edilməsinin hüquqi əsası kimi dövlət proqramlarının yeri və rolunu müəyyənləşdirməyinə, iqtisadiyyatının qlobal beynəlxalq iqtisadi mühitə inteqrasiyasıetdiyi bir şəraitdə iqtisadiyyatın rəqabət qabiliyyətini müəyyən edən tədbirlər planının hüquqi təminatının əsaslarına dair təkliflərin irəli sürülməsindən ibarətdir.

Qloballaşma şəraitində iqtisadi təhlükəsizliyin təmin edilməsində iqtisadiyyatının strukturu, onun rəqabət qabiliyyətinin artırılması, iqtisadi təhlükəsizlik strategiyasının təmin olunmasında dövlət strukturlarının fəaliyyətinin hüquqi əsaslarının səmərəsini müəyyənləşdirməkdir.

Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Dissertasiya mövzusunun işlənməsində müqayisəli təhlil, iqtisadi-statistik, dinamika, sintez, analiz, müşahidə və başqa üsullardan istifadə edilmişdir. Tədqiqatın əsas informasiya bazasını Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Statistika Komitəsinin, İqtisadiyyat Nazirliyinin,Kənd Təsərrüfatı Nazirliyinin hesabat və məlumatları, həmçinin elmi məqalələr və iqtisadi ədəbiyyatlar təşkil etmişdir.

Dissertasiya işinin elmi yeniliyi və praktik əhəmiyyəti.İqtisadi təhlükəsizlik fonunda iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin edilməsinə yönəlmiş dövlət tənzimlənməsinin, eləcə də bu istiqamətdə dövlətin iqtisadi siyasətinin hüquqi təminatının çağdaş tələblərə uyğun təkmilləşdirilməsinin vacibliyini əsaslandırır.

Dissertasiya işinin strukturu. Tədqiqatın birinci fəsli “iqtisadi təhlükəsizlik və onun nəzəri metodoloji aspektləri” adlanır. Bu fəsildə iqtisadi təhlükəsizlik anlayışının ümumi xarakteristikası araşdırılmış, onun mahiyyəti, məzmunu, keyfiyyət və kəmiyyət xüsusiyyətlərini ifadə edən göstəricilər tədqiq edilmiş və onu zəruri edən amillər müəyyən edilmişdir. İkinci fəsildə Azərbaycan Respublikasinin iqtisadi təhlükəsizliyi fonunda iqtisadiyyatin rəqabətqabiliyyətinin təmin edilməsinin vacibliyi araşdırılmış, milli iqtisadiyyatın davamlı inkişafı üçün daxili istehsalın stimullaşdırılmasının zəruriliyi müəyyənləşdirilmiş və bu istiqamətdə struktur elementlərinin fəaliyyətində hüquqi menanizmlərinin vacibliyi qənaətinə gəlinmişdir.Üçüncü fəsil tədqiqatın araşdırılmasının Azərbaycan Respublikasının iqtisadi təhlükəsizlik sisteminin fəaliyyətinin hüquqi təminatinin təkmilləşdirilməsi istiqamətləri yönündə aparılmış və milli iqtisadiyyatın, həmçinin iqtisadi təhlükəsizliyin formalaşması və inkişafı ilə əlaqədar mövcud hüquqi bazanın təsir imkanları araşdırılmış, Azərbaycan Respublikasının iqtisadi dayaqlarını təmin edəcək resurs potensialının müəyyən edilməsi və ona investisiya qoyuluşunun gələcək perspektivləri əsaslandırılnışdır.

Dissertasiya işinin yekununda ümumiləşdirmələr aparılmış, nəticə və təkliflər qeyd edilmiş, tədqiqat zamanı istifadə edilmiş ədəbiyyatların və internet resurslarının siyahısı göstərilmişdir.

I FƏSİL. İQTİSADİ TƏHLÜKƏSİZLİK VƏ ONUN NƏZƏRİ METODOLOJİ

ASPEKTLƏRİ


    1. İqtisadi təhlükəsizliyin ümumi xarakteristikası və onun

əsas elementləri

Tarixi dövr ərzində insan cəmiyyətinin inkişafının bütün mərhələlərində insanları daim narahat edən və daim düşündürən faktorlardan biri, bəlkə də ən vacibi məhz “təhlükəsizlik” anlayışı olmuşdur. Elm, texnikanın sürətlə inkişaf etdiyi müasir dövrdə hər bir ölkənin təhlükəsizliyinin ən vacib və aktual hissəsini məhz “iqtisadi təhlükəsizlik” tutur. İqtisadi təhlükəsizlik fərdin, cəmiyyətin və dövlətin iqtisadi maraqlarına təhdid sayıla bilən amilləri, qısa, eləcə də orta müddətli dövrdə ölkənin sosial-iqtisadi sisteminin sabit inkişafına təhlükə törədə bilən amillərin müəyyənləşdirilməsini, iqtisadi mühitdə iqtisadi təhlükəsizliyin bütün tələblərinə cavab verən kateqoriya və parametrlərin müəyyənləşdirilməsini özündə əks etdirir. İqtisadi təhlükəsizliyin mahiyyəti milli iqtisadiyyatın formalaşması və inkişafına kömək etmək və bunun əsasında dövlət olaraq ölkə vətəndaşlarının sosial və iqtisadi tələbatlarını daha yaxş ödəmək, resurs və təbii ehtiyatlardan daha səmərəli istifadə etməklə istehsalın səviyyəsini yüksəltməkdir. Bu səbəbdən müasir dövrdə aktuallığı artan ən vacib məsələlərdən biri iqtisadi təhlükəsizlikdir.

Elmi-texniki tərəqqinin indiki mərhələsində dövlətlər arasında iqtisadi əlaqələrin yeni və mütərəqqi formaları yaranmışdır. Bu, istehsalın beynəlmiləlləşməsini, inteqrasiyasını sürətləndirmişdir. Digər tərəfdən dünyada əhalinin təbii artımının geniş miqyas alması, insanların tələbatlarının artması daha çox maddi nemətlər istehsal etməyi tələb edir. Bununla bərabər təbii və iqtisadi resurslar getdikcə azalır. Belə vəziyyət bir dövlətin başqa dövlətin hesabına öz iqtisadiyyatını inkişaf etdirmək meylini artırır. İnsanın , xalqın, millətin, dövlətin genində olan tamahkarlıq və acgözlük bu problemin kəskinliyini daha da dərinləşdirir. Ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək problemi də məhz bu zaman meydana çıxır. Bir halda ki cəmiyyət, insanlar, millətlər və dövlətlər arasında daima bir-birinə qarşı xudbinlik, təhlükə yaratmaq meyli, istəyi və imkanı var, deməli, onların qarşısının alınması üçün mühüm təhlükəsizlik tədbirlərinin görülməsi də vacibdir.

İlk dəfə elmi dərsliklərdə “təhlükəsizlik” anlayışı XII əsrdə Avropada işlədilmişdir. O zamanlar bu anlayış insan mənəviyyatını istənilən formada təhlükədən qorumaq mənasını vermişdir. Ancaq bu anlayış XVII əsrə kimi çox az işlədilmişdir. Əsas səbəb olaraq bu anlayışın “polis” termini ilə əvəz edilməsidir. Bu dövrdə “polis” anlayışı daha çox işləndiyi üçün bu anlayışın məzmunu daha geniş və əhatəli olmuşdur. Belə ki, onun əsas məzmunu dövlət quruluşunu və dövlətin mühüm idarəetmə sistemini özündə qorumuş və əsas məqsədi dövlətin yaxşı yaşamasını, həmçinin təhlükəsizliyini təmin etmək idi. [10, 15]

İqtisadi təhlükəsizliyin mahiyyətini müəyyən etməyə çalışan bəzi müəlliflər belə hesab edirlər ki, milli mənafeyi qorumağı bacarmaq, sosial yönümlü siyasət yeritmək, hətta daxili, eləcə də xarici inkişaf proseslərinin ən əlverişsiz şəraitində belə ölkənin iqtisadi təhlükəsizliyinin təminatçısı kimi çıxış etmək onun mahiyyətidir. İqtisadi təhlükəsizliyin mahiyyət və məzmununun müəyyənləşdirilməsi iqtisadi təhlükəsizliyin bir elm kimi nəyi öyrəndiyi sualına cavab verməyə imkan verir. Onun predmeti, bir tərəfdən iqtisadi sistemin obyektin müdafiə xassələrinin və təhlükəli güc və amillərin təsirinə qarşıdurması mexanizminin öyrənilməsini, digər tərəfdən isə, dövlətin müdafiə funksiyalarının və bu məqsədlə onun tərəfindən müvafiq institutlarının yaradılması proseslərinin öyrənilməsini əhatə edir.

Öz mahiyyətinə görə iqtisadi təhlükəsizliyə statistik yanaşma bucağından baxılır, amma statistik o demək deyil ki, ona tam hərəkətsiz bir obyekt kimi baxılsın. Bu sistem üçün hərəkət səciyyəvi cəhətdir, başqa sözlə bu sistemin fəaliyyət göstərməsi elə bir hərəkətdir ki, sistem həmişə dəyişilməz olaraq bərpa olunur. Yəni iqtisadi təhlükəsizliyi təmin etmək daimidir. Bu mənada dövlətin iqtisadi sistemi ümumilikdə iqtisadi təhlükəsizliyin obyekti rolunda çıxış edir. Dövlətin iqtisadi təhlükəsizliyinin subyekti kimi isə hakimiyyətin qanunverici, o cümlədən icraedici və məhkəmə orqanları hesab edilir.

“Təhlükəsizlik” anlayışı bazar iqtisadi sistemin müasir tənzimlənə pilləsinə qədər az işlədilib. Bu cəmiyyətin müxtəlif inkişaf mərhələsi və beynəlxalq əmək münasibətləri bölgüsünün dərinləşməsi və yeni formada inkişafı ilə birbaşa əlaqədardır. İndiki bazar iqtisadiyyatı sisteminin hazırki inkişafı dövlətlərin əsas xammal mənbələri, bütün satış bazarları uğrunda əsaslı mübarizə aparmaları, birinin digərinə qarşı təhlükə yaratması, həmçinin dövlətin daxilində bütün əhalinin az bir qrupunun müəyyən edilmiş həddən çox yüksək səviyyədə zənginləşməsi, bütün çoxluğun isə həddindən çox yoxsullaşması məsələsi təhlükəni artırır, bu səbəbdən də daxildə iqtisadi təhlükəsizliyin təmin olunması mühüm zərurətə çevrilir. İqtisadi təhlükəsizliyin əsas problemlərini araşdıran iqtisadçılar iqtisadi prosesləri müxtəlif prizmalardan nəzərdən keçirərkən digər ayrı-ayrı ölkələrdəki iqtisadi prosesləri mövcud olan şəraitə uyğun təsnifləşdirmə siyasəti aparırlar və məsələdə haqlı olaraq bu dövlətlərin əksərinin içərisindən keçid iqtisadiyyatlı bütün ölkələri ayırırlar. Sanki bununla həmin bu ölkələrdə problemin daha da dərin və aktual olduğunu xüsusi nəzərə çatdırmaq istəyirlər.

Hər bir elmin özünəməxsus kateqoriya və anlayışlar sistemi olur. Həmin elmin əsasları da məhz onlar vasitəsilə öyrənilir. Bu anlayışlar sisteminə hədə-qorxu, təhlükə və başqa kateqoriyalar daxildir. Yer kürəsində insan yaranandan indiyə kimi o həmişə hədə, qorxu və təhlükə ilə üzləşir. Bu qorxu həm daxildən, həm xaricdən həm də özünün daxil olduğu cəmiyyət tərəfindən ola bilər. Bu qorxu müxtəlif təhlükə mənbəyindən törəyir.

Təhlükə sosial orqanizmə mənfi təsir göstərmək imkanına malik olmaqdır. Bu imkan gerçəkliyə çevrilsə hər hansı subyektə ziyan vurar, vəziyyəti pisləşdirər, inkişafı arzuolunmaz istiqamətə yönəldər, inkişafın sürətini azaldar və s.

Təhlükənin əsas mənbəyi düşmənçilik, həmçinin, pozuculuq, pis məqsədi reallaşdırmaq üçün şərait və amillərin mövcudluğudur. Təhlükənin mənbəyi əsas mənşə etibarilə aşağıdakı üç formada görünür:

- təbii;

- texnogen;

- sosial;

Təbii təhlükəyə təbiətin qanunları fonunda baş verən təbii proseslər daxildir. Bunlara zəlzələlər və daşqınlar, quraqlıqlar, eləcə də başqalarını aid edə bilərik. Texnogen anlayışı əksər insanın genində tamahkarlığın mövcud olması, başqasının haqqının tapdalanması nəticəsində insanlar arasında düşmənçilik münasibətlərinin yaranması, elmi-texniki inkişafın müasir formasının ətraf mühiti yararsızlaşdırması kimi problemləri öz məzmununda ehtiva edir. Əsas sosial mənşəli təhlükə isə ölkə əhalisinin sosial vəziyyətinin ağırlaşması nəticəsində sosial partlayışın baş verməsi şəraiti kimi başa düşülməlidir.

1990-cı illərdən başlayaraq iqtisadi təhlükəsizliyin əsas mahiyyəti və onun təmini problemini rus mütəxəssisləri daha fəal surətdə tədqiq etməklə məşğul olmuşlar. Bu mütəxəssislərdən V.Pankov bir ölkənin iqtisadi təhlükəsizliyi haqqında bu cür qeyd edir: “Bu milli iqtisadiyyatın mövcud elə bir vəziyyətidir ki, bu vəziyyətdə ictimai istehsal səviyyəsinin stabil fəaliyyətinə maneə törədən, ölkə əhalisinin həyat səviyyəsinə zərər gətirən və bunun nəticəsində də cəmiyyətdə sosial gərginliyi yüksəldən, eləcə də ölkənin müstəqilliyinə təhlükə törədən hallara qarşı milli iqtisadiyyatın immuniteti olmuş olur.[34, 8]

Stepan S.V. öz elmi əsərlərində göstərir ki, iqtisadi təhlükəsizliyin əsas obyektləri sırasına fərd, cəmiyyət, struktur qurumlar, dövlət və iqtisadi fəaliyyətin tənzimlənməsi, o cümlədən dövlətin tənzimləməsi tədbirləri çərçivəsində institusional münasibətlər sistemi və digər iqtisadi sistemlər də daxil olmaqla makroiqtisadi sistemin əsas vacib elementləri hesab edilir. Dünyanın əksər inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərində iqtisadi prosesləri, iqtisadi qanunauyğunluqları müxtəlif prizmalardan araşdıraraq sadalanan nəticələrə gəlinir:

- siyası nöqteyi nəzərdən hərbi hava qüvvələrinin iştirakı nəzərə alınmaqla müxtəlif dərəcəli mübahisəli halların müşahidə edildiyi vəziyyətdə iqtisadi təhlükəsizlik;

- ölkə ərazisində kəskin qarşıdurma şəraitində hökm sürən iqtisadi təhlükəsizlik və dünya iqtisadiyyatına beynəlxalq səviyyədə inteqrasiya mühitinin formalaşdığı şəraitdə iqtisadi təhlükəsizlik

- keçid iqtisadiyyatının hökm sürdüyü şəraitində mövcud olan iqtisadi təhlükəsizlik;

İqtisadi təhlükəsizliyin əsas göstəriciləri istehsalın inkişaf tempi, dövlət büdcəsinin hazırki vəziyyəti və dövlətin xarici, eləcədə digər borclarının səviyyəsindən əsaslı surətdə asılıdır. Ancaq müxtəlif faktorlar- texnoloji, siyasi, psixoloji, ekoloji, hüquqi səciyyəli təhdidlər ölkənin və onun iqtisadi potensialının nəzərə çarpacaq dərəcədə zəifləməsində əsaslı şəkildə rol oynayır. İqtisadi təhlükəsizliyə zidd olan hər hansı bir hadisə və proses- bunlara daxildir : qorxu, təhdid maddi, mənəvi və maliyyə itkilərinə səbəb ola bilər ki, bu da hər bir dövlətin ödəmə balansında müxtəlif formalı öz mənfi təsirini büruzə verir. İqtisadi təhlükəsizliklə əlaqəli olub böhrana yol açan daxili amillərəaşağıdakı sadalananalar daxildir :

- ölkənin kapitalın “axınının” mərkəzdən tənzimlənməməsi;

- vergi, eləcə də gömrük siyasətinin lazımi səviyyədə olmaması;

- ölkə ərazisində təbii mineral xammal istehsalının və emalının yetərli səviyyədə olmaması;

- texnogen fəlakətlər və qəzaların baş verməsi nəticəsində ölkə ərazisində baş verən dağıntıların nəticələrinin çox olması;

- “beyinlərin axınının” müntəzəm formalı xarakter alması;

- ölkənin əsas elmi-texniki potensialının getdikcə məhv olması;

- ölkə sənayesində və kənd təsərrüfatında yüksək məbləğli xərc tələb edən müasir texnologiyanın istifadəsi;

- qızıl, gümüş və digər dəyərli malların və zinyət əşyalarının hasilatının kəskin formada enməsi;

- dövlət ərazisində terror hadisəsi təhlükəsinin mövcudluğu;

- insan kapitalının səviyyəsinin mənfi olması;

- ölkənin xarici dövlət borclarının müəyyən səviyyəsi və s.

Təhdid yaradan əsas amillərin hər biri özünəməxsus xüsusi forması ilə seçilir. Odur ki, kapital axını prosesi ölkə üçün ən ciddi təhlükə hesab edilir. Bütün dünya ölkələrində milli valyutanın mövcud kursu ölkənin iqtisadi durumunun əsas göstəricisi hesab edilir. Ölkə ərazisindən iri miqyaslı pul vəsaitlərinin axını milli səciyyəli iqtisadi təhlükəsizliyə qarşı təhlükə yaradan ən ciddi təhdidlərdən hesab edilir. Pul vəsaitlərinin qanuni formada axınına kommersiya xarakterli banklar tərəfindən iri pul kütlələrinin xarici banklardakı bank hesablarına köçürülməsini qeyd etmək olar. Qeyri-qanuni üsullara isə ixrac zamanı mövcud qiymətlərin aşağı salınması, həmçinin idxal zamanı da yüksəldilməsi xüsusi qeyd etməliyik.

Texnogen faciələr, o cümlədən qəzalar təkcə geniş miqyaslı olmaqla maddi itkilərlə nəticələnməsi deyil, həmçinin kütləvi şəkildə insan tələfatına səbəb olması baxımından əsas iqtisadi təhlükəsizlik msələsi probleminin araşdırılmasında mühüm hesab olunur.

Beyin axını faktoru texnoloji təhlükəsizlik problemi kateqoriyasına aid edilsə də, əsas etibarı ilə daxili məzmunu , eləcə də nəticə etibarı ilə ölkənin əsas iqtisadi təhlükəsizlik obyektidir. Elm adamlarının və alimlərin emiqrasiyası böyük həcmdə maddi və mənəvi təlafətlara səbəb olur.

Ölkə ərazisində terror hadisələrinin baş verə bilmə ehtimalının olması, ümumiyyətlə terror hadisələrinin baş verə bilmə ehtimalı faktoru iqtisadi təhlükəsizliyə birbaşa, eləcə də dolayısı ilə iqtisadi faciələrə gətirib çıxara bilir. Bu mənada ölkənin iqtisadi təhlükəsizliyinə təhlükə hesab edilən əsas təhdidlərin aradan qaldırılmasında istənilən ölkənin güc, eləcə də icra strukturları əsaslı, həmçinin də qarşılıqlı birgə fəaliyyət göstərməsi zəruri hesab edilir.

İqtisadi təhlükəsizlik ölkənin iqtisadi stabilliyin təmin olunmasında başlıca şərtidir. Başqa sözlə, bu elə bir formada tədbirlər planının icrasından təşkil edilir ki, bunun nəticəsi olaraq təbii fəlakətlər, müharibələr və s. zamanı iqtisadi imkanlar ən aşağı səviyyədə itirilir. Bütün dünya dövlətlərinin iqtisadi təhlükəsizliyinin quruluşları müxtəlifdir və bu ona görədir ki, hər bir ölkənin məxsus olduğu bir çox təbii amillərdən asılıdır. Nəticə etibarilə, iqtisadi təhlükəsizliyin təmin edilməsinə təsir edən amilləri aşağıdakı qrupa bölmək olar. İlk öncə təbii amillərdir. Bunlara aşağıdakılar aiddir:

- ölkənin sahib olduğu təbii ehtiyatlar;

- ölkənin yerləşdiyi coğrafi mövqe;

- ölkənin əmək ehtiyatları və s.

İqtisadi təhlükəsizliyin təmin edilməsinə təsir edən ikinci qrup amillərə bilavasitə hər bir ölkənin mövcud hökumətinin apardığı siyasətdən asılı olaraq formalaşır ki, bunlar da aşağıdakılar aid edilir:

- Dövlətin iqtisadi quruluşu;

- Dövlətin idarəçilik metodları;

- Dövlətin iqtisadi qanunvericiliyi;

- Ölkədəli lazımi iqtisadi biliklər, eləcə də informasiya sistemi;

- Ölkənin müasir beynəlxalq əmək bölgüsündəki yeri;

- beynəlxalq aləmə inteqrasiya və s.

Ölkənin sahib olduğu resurslarının həcmi hər bir ölkənin iqtisadi təhlükəsizliyinin təminində ən başlıca amillərdəndir. O ölkə ki, geniş resurslara və təbii ehtiyatlara sahibdir, o ölkənin iqtisadi təhlükəsizlik nöqteyi nəzərindən təmin olunması böyük vəsait tələb etmir. Azərbaycan Respublikası da olduqca geniş təbii ehtiyatlara sahib ölkələrdəndir. Diqqət yetirsək birinci qrup amillərin əksəriyyəti Azərbaycan Respublikası ərazisində də tam ödənilir. Artıq keçən əsrin son illərindən başlayaraq Avropanın qərbində yerləşən ölkələrdə dövlətin əsas iqtisadi təhlükəsizlik strategiyası, proqram formasında sənədlər hazırlanır. Dünyanın inkişaf etmiş ölkələrində bu müasir problemlə bağlı yüzlərlə institut fəaliyyət göstərir. Nəticə etibarilə, sahibkarlıq fəaliyyətində ümumilikdə iqtisadi təhlükəsizliyi də, yuxarıda qeyd etdiyimiz kimi hər iki - xarici eləcə də daxili qrup amillərlə əlaqələndirə bilərik. Xarici amillərə aşağıdakıları daxil etmək olar:

- ölkədəki bazar şəraiti;

- ölkədəki iqtisadi qanunvericillik;

- ölkədəki sərbəst rəqabət mühiti;

- ölkədə fəaliyyət göstərən partnyorlar;

- ölkə ərazisindəki iqtisadi-maliyyə stabilliyi və s.

Daxili ikinci qrup amillərə isə aşağıdakılar aiddir:

- ölkənin maliyyə resursları;

- kollektivin peşəkarlığı;

- firmadakı menecmentliyin təşkil edilməsi səviyyəsi;

- firmanın iqtiqaməti-istehsal üzrə təyinatı və s.

Məlumdur ki, ümumilikdə iqtisadi təhlükəsizlik əksər dünya dövlətləri üçün iqtisadi təhlükə doğuran hallardan sığortalanmaqdır. Ümumiyyətlə sadalanan halların mövcudluğu dövlət , həmçinin cəmiyyət səviyyəsində iqtisadi təhlükə amilləri kimi qəbul edilir:


Yüklə 436,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə